Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4053/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4053/2023 (Açar sözlər: borcun silinməsi, iddiaya cavab verməli olmayan şəxs) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi, arayışların verilməsi və s» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(006)-1146/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə 21 iyun 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2011-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı 6 ay müddətinə, illik 28% ödənilməsi şərtilə 4700 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(007)-3027/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2(103)-11793/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3027/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnaməsi qəbul edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019- cu il tarixli 2(102)-2068/2019 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar X7, X3, İddiaçı, X8 cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun silinməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Məhkəmənin 2(006)-202/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qərardadı ilə iddiaçılar X7, X3, X8, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı borcun silinməsi, arayışların verilməsi və s. tələbinə dair iddia ərizəsi ilə bağlı 2(006)- 202/2023 saylı mülki işdən iddiaçı X1 cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı borcun silinməsi, arayışların verilməsi və s. tələbinə dair, iddiaçı X4 cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi, arayışların verilməsi və s tələbi”nə dair, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı borcun silinməsi, arayışların verilməsi və s. tələbləri ayrılaraq ayrıca icraatda baxılması barədə qərardad qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən xx.xx.2011-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı 6 ay müddətinə, illik 28% ödənilməsi şərtilə 4700 manat məbləğində istehlak krediti verilmişdir. Əslində həmin kreditlər "xxxx" ASC-nin "Santexquraşdırma" darəsinin digər işçilərinin adına rəsmiləşdirilmiş kreditlər faktiki olaraq onlara verilməmiş və idarənin tikdiyi obyektin maliyyələşdirilməsinə sərf edilmişdir. Ona görə də, kredit borclarından cüzi hissələr idarənin rəhbərləri tərəfindən ödənilmiş, təxminən 90%-dən artığı isə ödənilməmiş qalmışdır. Bankın rəhbərliyi də vəziyyəti bildiyi üçün uzun müddət kreditlərin ödənilməsini tələb etməmişdir. Yanlız kredit müqavilələri üzrə icra müddətləri və iddia müddətləri keçdikdən sonra, 2018-ci ildə kreditlərin ödənilməsi üçün məhkəmə mübahisələri açılmışdır. Kredit müqavilələri üzrə borcun və faizlərin ödənilməsi üçün məhkəmələrə verilmiş iddialar iddia müddətininin ötməsi əsası ilə təmin edilməmişdir. Belə ki, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli 2(007)-3027/2018 saylı qətnaməsi ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2(103)-11793/2018 saylı qətnaməsi ilə də iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2019-cu il tarixli 2(102)-2068/19 saylı Qərarı ilə "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2(103)-11793/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kredit alan həmin şəxslərə qarşı heç bir iddiası təmin edilməmişdir və bankın ləğvedicisinin kredit borclarını geri tələb etmək imkanı qalmamışıdr. Həmin borclar faktiki olaraq ümidsiz borca çevrilmişdir və onların borc siyahısında saxlanmasının heç bir faydası və mənası yoxdur. Bununla belə, "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu yekun məhkəmə qərarlarının qəbul edilməsindən 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, hazırki iddiaçıların hesabından həmin borcları silmir və onların adları Mərkəzi Kredit Reyestrindən çıxarılmır.Cavabdeh bu hərəkətsizliyi ilə faktiki olaraq iddiaçıların mülki dövriyyənin subyekti kimi hüquqlarını məhdudlaşdırır. Nəinki iddiaçılara, hətta onların ailə üzvlərinə banklar tərəfindən heç bir kredit verilmir. İddiaçılar öz maddi ehtiyaclarını ödəmək üçün banklardan kreditlər almaq istədikdə, onların adları borclu və problemli şəxs kimi Azərbaycan Kredit Bürosu MMC-nin Mərkəzi Kredit reyestrində olduğu üçün kredit ala bilmirlər və öz ehtiyaclarını təmin edə bilmirlər. İddiaçılara aid tələblər üzrə nəinki müddət keçmişdir, hətta bu vəziyyət məhkəmə qərarları ilə təsdiqlənmişdir. İddiaçılar hazırki işdəki cavabdeh qarşısında heç bir öhdəlik daşımırlar. Onların adlarının borclular siyahısında saxlanılması hüquqlarını əsassız məhdudlaşdırır. Bu səbəbdən də onların adları borclular siyahısından çıxarılmalıdır və bu barədə cavabdeh tərəfindən Azərbaycan Kredit Bürosu MMC-yə arayış verilməlidir.29 mart 2022-ci il tarixdə iddiaçılar onların adına olan borclarının silinməsi, borclarının olmaması və borc məbləğinin Mərkəzi Kredit Reyestrindən silinməsinə dair göstəriş verilməsini xahiş etmişlər.Əmanətlərin Sığortalanması Fondunun aprel-may aylarında iddiaçıların ərizələrinə verdiyi müvafiq cavab məktubları ilə borcların silinməsi barədə fondun üzərinə öhdəlik qoyulmadığını bildirmişdir. Cavabdeh nəzərə almayıbdır ki, həmin iddialar məhkəmələrə onun tərəfindən verilmişdir. İddiaların təmin edilməməsi isə hazırki işdəki iddiaçıların onun qarşısında ödhəliklərinin qalmamasının məhkəmə tərədindən təsdiqidir.Cavabdehin qarşısında öhdəkiləri qalmayan şəxslərin adlarının borclular siyahısında saxlanması qanunsuzluq və özbaşınalıq olmaqla, onların hüquqlarını pozur.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1146/2023 nömrəli 03 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin qismən təmin edilməsi İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 135 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən hesablanmış bütün borcun silinməsi ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, İddiaçı adının Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemindən çıxarılması üçün 135 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə arayışın Mərkəzləşdirilmiş Kredit Reyestrinə (Mərkəzi Banka) göndərilməsi vəzifəsinin ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 371.1, 372.2, 373.2, 375, 527.1 550, 551, 551.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 82.3, 119.1, 233.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göündüyü kimi, Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 4.700 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə borclu ödənişlərini bankın kassasından mədaxil edərək kassadan ödəniş qəbzləri əldə etmişdir. Həmin ödəniş qəbzlərinin heç birində kredit borcunun tam bağlanması haqqında məlumat qeyd olunmamışdır. İddia ərizəsindən də görünür ki, “Zaminbank" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi 160 manat məbləğində əsas borcu, 3.616,62 manat məbləğində faiz borcu vardır. Qeyd olunanlardan da göründüyü kimi, iş materiallarında X9 xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyinin olmamasını təsdiq edən heç bir bank sənədi yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi verilmiş apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etmişdir.
11. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili verilmiş apellyasiya şikayətini etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
13. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
14. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
19. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.
26. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş və buna görə də, onun gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir.
27. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı onunla Cavabdeh2 ASC arasında bağlanmış 29 iyul 2011-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının həmin bank qarşısında kredit borclarının silinməsi, onun banka borcu olmaması barədə arayışın verilməsi, iddiaçının kredit tarixçəsində müvafiq düzəlişlərin aparılması məqsədi ilə Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə borcun olmaması barədə arayışın göndərilməsi tələbi üzrə cavabdeh kimi Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu qoymuşdur.
28. Mülki Məcəllənin 59.1-ci maddəsinə görə hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.
29. Mülki Məcəllənin 60.1 və 60.2-ci maddələrinə görə hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır.
30. Mülki Məcəllənin 61.12-ci maddəsinə görə hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır.
31. “Banklar haqqında” Qanunun 59.2-ci maddəsinə görə məhkəmə bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında maliyyə bazarlarına nəzarət orqanının ərizəsinə onun məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxır və müvafiq qərar qəbul edir. Məhkəmə bankın məcburi ləğv olunmasına dair qərarı ilə Əmanətlərin Sığortalanması Fondunu ləğvedici təyin edir.
32. Müəyyən olunur ki, Cavabdeh2 ASC-nin ləğvi haqqında qərar qəbul edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Həmçinin Cavabdeh2 ASCnin ləğvi barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi də müəyyən edilmir.
33. Nəzərə alınsa ki, hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır, belə olan halda, nə qədər ki, bu hal baş verməyib, ləğvetmə prosesi ərzində Cavabdeh2 ASC-nin hüquq qabiliyyəti tam həcmdə saxlanılır.
34. İddiaçı cavabdeh qismində Cavabdeh2 ASC-ni deyil, onun ləğvedisi olan Fondu qoymaqla iddianı ona cavab verməli olmayan şəxsə qarşı vermiş, birinci instansiya məhkəməsi qeyd edilən bu məsələyə diqqət yetirməmiş, Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsində nəzərədə tutulan imkandan istifadə etməmiş, iddianı ona cavab verməli olmayan şəxsə qarşı təmin etməklə səhvə yol vermişdir. Halbuki Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə görə.... iddia iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə ... cavabdehi əsl ... cavabdeh ilə əvəz edə bilər. Mülki Prosessual Məcəllənin 54.2-ci maddəsinə görə isə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 ASC ləğvetmə prosesində olduğu və bu müddət ərzində onun hüquq qabiliyyəti tam həcmdə saxlanıldığı üçün iddia tələbi bankın ləğvedicisinə qarşı verilə bilməzdi. İddia ona cavab verməli olmayan şəxsə qarşı verildiyi üçün iddia tələbi təmin edilməməli idi. Mülki Prosessual Məcələnin 50.3-cü maddəsinə görə də iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göstərilən hal hüquqi məsələ olduğu üçün məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 387, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1146/2023 saylı iş üzrə 03 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi, arayışın verilməsi və s.» tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği – 50 (əlli) manat İddiaçı tutularaq cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova