Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4059/2025 04.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı və Cavabdeh1 İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: borcun qaytarılması; əqdin etibarsızlığının tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X3 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və ilkin iddia üzrə Cavabdeh2 qarşı “borcun qaytarılması və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair ilkin ərizəsi; ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 ilkin iddia iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “əqdin etibarsızlığının tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1836/2025 saylı, 12 may 2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh1 ilə İddiaçı arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişinin surətindən görünür ki, tərəflər razılaşımışlar ki:
2. Cavabdeh1 əri Cavabdeh2, İddiaçı-dən şifahi şəkildə 26000 USD (iyirmi altı min ABŞ dolları) günün məzənnəsinə uyğun manat ekvivalenti ilə 44200 manat borc almışdır.
3. Cavabdeh1 əri Cavabdeh2 İddiaçı olan 26000 USD (iyirmi altı min ABŞ dolları) günün məzənnəsinə uyğun manat ekvivalenti ilə 44200 manat pul məbləğindən 15000 USD (on beş min ABŞ dolları) günün məzənnəsinə uyğun manat ekvivalenti ilə 25500 manat pulu notarisun depozit hesabı vasitəsi ilə İddiaçı ödədi.
4. İddiaçı 15000 USD (on beş min ABŞ dolları) günün məzənnəsinə uyğun manat ekvivalenti ilə 25500 manat pulu notariusun depozit hesabı vasitəsi ilə qəbul etdi.
5. Cavabdeh1 əri Cavabdeh2 qalan 11000 USD (on bir min ABŞ dolları) günün məzənnəsinə uyğun manat ekvivalenti ilə 18700 manat məbləği 8 ay müddətinə İddiaçı ödəməyi öhdəsinə götürür.
6. İddiaçı bildirir ki, Cavabdeh2 ilə arasında barışıq olduğu üçün bir-birinə qarşı iddia, şikayət və tələbləri yoxdur və gələcəkdə də olmayacaq.
7. xx.xx.2022-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusunun "xxxx" ASC-dəki hesabına 25500 manat məbləğində vəsait ödəmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və ilkin iddia üzrə Cavabdeh2 qarşı “borcun qaytarılması və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7.500 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 1.275 manat ona hesablanmış faizlərin, 320 manat vəkilə ödənilən xidmət haqqının və 135 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ona külli məbləğdə borcu olmuş, borcun bir hissəsini ödədikdən sonra isə 26.000 ABŞ dolları borcu qalmışdır. xx.xx.2022-ci ildə sonuncunun həyat yoldaşı olan digər Cavabdeh1 onunla Bakı şəhəri 14 saylı Notariat Ofisində barışıq sazişi bağlamış, həmin sazişə əsasən sonuncu ərinin ona olan borcunun bir qismini 15000 ABŞ dollarını ödəmiş, qalan 11.000 ABŞ dolları borcun isə 8 ay müddətində ödəyəcəyinə söz vermişdir. xx.xx.2023-cü ildə qeyd olunan müddət başa çatmasına baxmayaraq, cavabdeh həmin puldan 7.500 ABŞ dolları məbləğində pul vəsaitini hazırki vaxtadək ödəməmiş, müxtəlif bəhanələrlə ödəniş etməkdən yayınmışdır. Bu barədə dəfələrlə tələb etsə də, heç bir nəticəsi olmamış, sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan pul vəsaiti 2 ildən artıq müddətdir ki, cavabdehlər tərəfindən gecikdirlmişdir ki, hər il üçün 5 faiz, yəni 637 manat olmaqla, cəmi 1.275 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməlidir. Bundan əlavə, o, hüquqlarının müdafiəsi ilə bağlı vəkil xidmətindən istifadə etmək məcburiyyətində qalmış, bununla bağlı “Arbitrium” Vəkil bürosuna 320 manat ödəniş etmişdir ki, həmin məbləğ də məhz cavabdehlərin təqsirli hərəkət-hərəkətsizliyi nəticəsində yarandığına görə, cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Göründüyü kimi, o, ona verilən müxtəlif vədlərin yalnız söz xətrinə və vaxt uzatmaq məqsədilə verildiyini başa düşüb, sonda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan başqa, iddia ərizəsinin verilməsi üçün 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, həmin məbləğ cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmalıdır.
10. Daha sonra ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 ilkin iddia iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, onunla İddiaçı Muhlis oğlu arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış Barışıq Sazişinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı Muhlis oğlu iddia tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmədən Cavabdeh2 və ondan müştərək qaydada 7.500 ABŞ dolları məbləğində pul vəsaitinin, 1.275 manat hesablanmış faizlərin, 320 manat vəkil xərcinin və 135 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini qəbul etmir və iddia əsassız olduğundan təmin edilə bilməz. Ən əsas və başlıca amil ondan ibarətdir ki, iddiaçı ilə onun arasında heç bir borc münasibəti olmamış və İddiaçı cavabdehlərin çətin vəziyyətə düşməsindən istifadə edərək bağlanmış əqdə əsaslanır. Belə ki, ilk iddia üzrə İddiaçı Muhlis oğlu ona heç bir pul vəsaiti vermədiyi halda müxtəlif instansiyalara şikayət etməklə 15000 ABŞ dolları pul vəsaitini almış və Barışıq Sazişinə əvvəllər heç bir pul vəsaiti almadığı şəxsi, yəni onu son dərəcə ağır şərtlərlə Barışıq Sazişini imzalamağa məcbur etmişdir. Bundan başqa, iddiaçının iddia ərizəsinin istinad etdiyi işin faktiki halları ilə istinad etdiyi maddi hüquq norması bir-birini təkzib edir. Belə ki, pul tələbini Barışıq Sazişinə əsasən tələb edən iddiaçı tələbinin əsası kimi əqdlərlə bağlı maddi hüquq normalarına deyil əsassız varlanmaya aid müddəalara əsaslanır. Tələbin əqdin əsasında yoxsa əsassız varıanma əsasında yarandığını iddiaçı tərəf müəyyən etməmişdir. O da son dərəcə əlverişsiz şərtlərlə əqd bağlamağa məcbur olmuşdur. Bundan başqa, Barışıq Sazişinin bir bəndində aydın şəkildə qeyd edilmişdir ki, Cavabdeh2 ilə arasında barışıq olduğu üçün ona qarşı heç bir iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Bu gün isə ona istinad etdiyi Barışıq Sazişinin əsasında Cavabdeh2 iş üzrə cavabdeh qismində qeyd etmişdir. Hazırkı iddiada istinad edilən Barışıq Sazişində də əqdin etibarlılığna dair subyekt tərkibinə dair və əqdin iradə sərbəstliyi və iradə ifadəsinin vəhdətinə dair şərtlər gözlənilməmişdir. Barışıq Sazişinin məzmunundan da görünür ki, o, əvvəllər heç bir tanışlığı və borc münasibətində olmadığı şəxslə iradə sərbəstliyinin ziddinə son dərəcə ağır şərtlərlə əqd bağlamağa məcbur olmuşdur.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1836/2025 nömrəli, 12 may 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7.500 (yeddi min beş yüz) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) məbləğində pul vəsaitinin, 1.274 (min iki yüz yetmiş dörd) manat hesablanmış faizin, 135 (yüz otuz beş) manat dövlət rüsumu və vəkilə ödənilmiş 200 (iki yüz) manat xidmət haqqının alınaraq İddiaçı ödənilməsi; qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 İddiaçı borc almış, borcun bir hissəsini ödədikdən sonra 26000 ABŞ dolları borcu qalmışdır. Daha sonra, xx.xx.2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada barışıq sazişi bağlanılmış, İddiaçı Muhlis oğlu barışıq sazişi üzrə öhdəliklərini tam yerinə yetirsə də, Cavabdeh1 barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Məhkəmə iddianın borcun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində qeyd etmişdir ki, barışıq sazişi İddiaçı ilə Cavabdeh1 arasında bağlansa da, sazişin əsas predmeti Cavabdeh2 İddiaçı ödənilməmiş qalan borc pul barəsində olmuşdur və Cavabdeh1 da həmin borc məbləğinin ödənilməsi barədə öz üzərinə öhdəlik götürmüşdir. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehlər onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, onlar öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, barışıq sazişi üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidirlər.
14. Məhkəmə ilkin iddianın 1.275 manat faizin ödənilməsi hissəsini qismən əsaslı hesab etmişdir. Belə ki, məhkəmə İddiaçı ilə Cavabdeh1 arasında barışıq sazişinin xx.xx.2022-ci il tarixdə bağlandığı və həmin sazişə əsasən cavabdehlər iddiaçıya olan borcu 8 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək qaytarmağı öz öhdələrinə götürdüyünü, öhdəliyi tam şəkildə yerinə yetirmədiyini, borcdan 7.500 ABŞ dollarını qaytarmadığını, cavabdehlər tərəfindən gecikdirilmiş müddətin 2 ildən artıq olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən müştərək qaydada 1.274 manat (637 x 2 il = 1274 manat) məbləğində faiz məbləğinin iddiaçının xeyrinə tutulmalı olduğu nəticəsinə gəlmişdir.
15. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış Barışıq Sazişinin etibarsız hesab edilməsinə əsas verən şərtləri mötəbər sübutlarla əsaslanıdıra bilməmişdir
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.5, 385.1, 442, 445.2.1, 445.7, 448.1 və 1091-ci maddələrinə; “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarına; “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1836/2025 nömrəli, 12 may 2025-ci il tarixli qətnaməsindən narazı qalan ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmsını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə onun məcburiyyət və hədə altında əqdin bağlamağa vadar olduğuna heç bir hüquqi qiymət verməyərək qeyd edilən maddənin tələblərini pozmuşdur. İlk iddia üzrə iddiaçının iddiasının qismən təmin olunması zamanı məhkəmə iddiaçının qeyd etdiyi işin hallarını və hansı şəraitdə əqdin bağlanmasını tam araşdırmamışdır. Həmçinin, ilk iddia üzrə iddiaçının ona münasibətdə subyektiv hüququnun yaranma əsaslarını aydınlaşdırmamışdır. Məhkəmə mövcud olan sübutlara münasibətdə yalnış hüquqi nəticəyə gəldiyindən məhkəmənin sözügedən qətnaməsi ləğv olunmalı və iş üzrə ilk iddianın tam olaraq rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İddiaçının tələbinin əsasının təşkil edən əqdin etibarlılıq əsaslarına əqdin subyekt tərkibinə dair şərtlər, əqdin məzmununa dair şərtlər, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər və əqdin formasına dair şərtləri ödəmir. Qətnamədə məhkəmə mübahisə predmeti olan əqdin məzmunundan və işin hallarından açıq aşkar görünür ki, həmin əqd təzyiq altında ona qanunsuz təsirlər edilərək bağlanmağa məcbur edilmiş əqddir. Əqdin etibarlılığına dair qanunvericilyin tələbləri baxımından tərəflər arasındaki əqd etibarsız olduğundan hazırki iş üzrə ilk iddia tələbi təmin edilə bilməz.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı oğlunun nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikyətinə etiraz edərək bildirmişdir ki, bu şikayət vaxtı uzatmaq üçün verilmiş apellyasiya şikayətidir. Borc ər-arvadın birgə borcudur. Borc 26 min dollar olmuş, həmin vaxt 15 min dolları ödənilmiş, 11 min dollar borc qalmışdır. 11 min dollar borcdan da hissə-hissə ödənişlər olunaraq 7.500 dollar borc qalmışdır. 21.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etmədiklərindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 23.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 24.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 25.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətindən onun qətnamənin ilkin iddianın təmin edilən hissəsindən, həmçinin qarşılıqlı iddianın təmin edilmədiyindən narazı olduğu aydın olur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissələrdə ona münasibətdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
26.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 27.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 28.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 29.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 30.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 31.339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 32.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 33.390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 34.399.3 və 399.4-cü maddələrinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 35.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 36.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 37.443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 38.445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (zamana görə qüvvədə olan redaksiyası). 39.448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və yahərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 40.522.1-522.3-cü maddələrinə əsasən, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. 41.524-cü maddəsinə əsasən, öhdəliyi qəbul etmiş şəxs kreditorla əvvəlki borclunun hüquq münasibətlərindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilər. O, əvvəlki borcluya mənsub tələbi hesaba ala bilməz. Öhdəliyi qəbul etmiş şəxs öhdəlik qəbul edənlə əvvəlki borclu arasında olan, öhdəliyin verilməsinin əsasında duran hüquq münasibətindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilməz. 42.528-ci maddələrinə əsasən, öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında göstərilmişdir ki: “... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki: “... Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
45.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 46.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
47.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz olaraq tutulan məbləğ” hissəsində dəyişdirilməli, iddia bu hissədə qismən təmin edilməlidir. 48.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 49.İş materiallarından göründüyü kimi Cavabdeh1 (bundan sonra cavabdeh) əri Cavabdeh2 İddiaçı (bundan sonra iddiaçı) 26.000 USD (iyirmi altı min ABŞ dolları) məbləğində borcu olmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli barışıq sazişini imzalamaqla əri Cavabdeh2 iddiaçıya olan borcunun sözügedən məbləğdə olmasını etiraf etmiş, həmin borcdan 15.000 USD (on beş min ABŞ dolları) günün məzənnəsinə uyğun manat ekvivalenti ilə 25.500 manatı notarisun depozit hesabı vasitəsi ilə İddiaçı ödəmiş, qalan 11.000 USD (on bir min ABŞ dolları) günün məzənnəsinə uyğun manat ekvivalenti ilə 18.700 (on səkkiz min yeddi yüz) manat məbləğini 8 ay müddətinə İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. 50.Beləliklə də xx.xx.2022-ci il tarixli barışıq sazişinin imzalanması ilə borclu Cavabdeh2 iddiaçıya müvafiq məbləğdə pul qaytarmaq vəzifəsi üçüncü şəxsə - Cavabdeh1 keçirilmiş, bu borclunun iradəsi və kreditorun-iddiaçının buna razılıq verməsi ilə baş vermişdir. 51.Hazırda cavabdeh belə bir öhdəliyi qəbul etmədiyinə, əvvəlki borclunun-ərinin iddiaçı ilə olan hüquq münasibətlərindən irəli gələn vəzifələrin ona aid olmadığına, iddiaçının onun ağır vəziyyətə düşməsindən istifadə etdiyindən, xx.xx.2022-ci il tarixli barışıq sazişini özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğuna istinad edir.
52. Kollegiya vurğulayır ki, qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamasını ehtiva edir. Bu baxımdan, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir.
53. Yuxarıda müəyyən edildiyi kimi, iddiaçı irəli sürdüyü tələbin qanuni əsası kimi Mülki Məcəllənin 339.1-ci maddəsinə istinad edərək, iddiaçının onun ağır vəziyyətə düşməsindən istifadə etməsi nəticəsində mübahisələndirdiyi müqaviləni özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə gəldiyi mövqe ilə razılaşaraq hesab edir ki, işdə olan materiallara əsasən cavabdehin istinad etdiyi maddənin dispozisiya şərtlərinin müəyyən edilməsi mümkün olmamışdır.
54. Belə ki, iş materiallarından göründüyü kimi mübahisələndirilən müqavilə tərəflərinin iradə ifadəsinə uyğun bağlanmış, rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, zorakılıq, hədə təsiri altında, bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi hallarının mövcudluğu müəyyən edilməmişdir. Müqavilə Mülki Məcəlləyə zidd olmayan formada bağlanmış, cavabdehin iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Mübahisə predmeti olan müqavilənin bağlanması ilə bağlı notariat əməliyyatları qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirilmiş və müqavilənin məzmunu tərəflərə aydın şəkildə təsvir edilmişdir.
55. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, etibarlılığı mübahisələndirilən müqavilələr notarial qaydada təsdiq edilmişdirsə, əksi sübut edilənə qədər, həmin müqavilənin məzmununun və mahiyyətinin notarius tərəfindən izah edilmiş, iradə ifadələrinin sərbəst şəkildə ifadə etmək qabiliyyətlərinin yoxlanılmış olması prezumpsiyası qüvvədə olmalıdır. Çünki, bu, notariusun birbaşa vəzifəsidir və notarial təsdiq etmənin əhəmiyyəti də şəxsin fəaliyyət qabiliyyətinin yoxlanılması, bağlanılan əqdin qanunazidd olmaması, şəxsin bağladığı əqdin və sair hansı nəticələr doğura biləcəyinin hüquqi baxımdan izah edilməsi və onun bu məsələlər barədə məlumatlı olmasından ibarətdir.
56. Müəyyən edildiyi kimi cavabdehin istinad etdiyi dəlillər öz təsdiqini tapmamış, o, xx.xx.2022-ci il tarixli barışıq sazişinin etibarsız olması qənaətinə gəlmək üçün hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh ümumiyyətlə iddiaçının onun ağır vəziyyətə düşməsindən istifadə etməsinin və ya digər formada qeyri-qanuni davranmasının hansı hərəkətlərdə ifadə olunmasını izah edə bilməmişdir. Bundan başqa cavabdeh müqavilə üzrə müvafiq məbləğdə ödənişləri həyata keçirməklə əqdin etibarlı olmasını qəbul etmişdir.
57. Beləliklə də, cavabdeh etibarsız hesab edilməsini tələb etdiyi müqavilə ilə müvafiq öhdəliyi qəbul etmiş, bunun nəticəsində sonuncu ilə iddiaçı arasında yaranmış öhdəlik hüquq münasibətlərində əvvəlki borclunu əvəz etmişdir. Öhdəliyin üçüncü şəxsə verilməsinə kreditorun icazəsi xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə təsdiqlənmişdir. Hazırda cavabdehin istinad etdiyi halların işdə olan materialları ilə müəyyən edilməsi isə mümkün olmamışdır.
58. Məhkəmə kollegiyası həmçinin hazırkı mübahisəyə kəsici müddətin tətbiq edilməsinə zərurət olmadığını qeyd edərək eyni zamanda vurğulayır ki, qanunvericilik tərəfindən etibarsız əqdlər üzrə müddətlərin kəsici müddət kimi müəyyən edildiyi, kəsici müddətin isə iddia müddətinin bir növü olduğu nəzərə alınmalı, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan kəsici müddətin məhkəmə təşəbbüsü ilə tətbiqindən (ötürülüb-ötürülmədiyini araşdırılmasından) imtina edilməlidir.
59. Belə olan halda məhkəmə, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsinin öhdəlik daşıyan şəxsə aid olduğunu, odur ki, mübahisələndirilən məbləğdə alınmış pulun iddiaçıya qaytarılmış olduğunu sübut etmək vəzifəsinin cavabdehin üzərinə düşdüyünü, lakin onun, iddia ərizəsində istinad olunan məbləğin iddiaçıya tam şəkildə qaytarılmasını təsdiq edən sübutların iş materiallarında mövcud olmadığını, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən müvafiq müqaviləyə əsasən verilmiş məbləğdə pulun iddiaçıya qaytarılmalı olması qənaətinə gələn birinci instansiya məhkəməsi haqlı olmuşdur.
60. Bununla əlaqədar qeyd edilməlidir ki, tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirmədiyi, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, vaxtında icra etməmişdir.
61. Halbuki, o, xx.xx.2022-ci il tarixli barışıq sazişini imzalamaqla 11.000 USD (on bir min ABŞ dolları) günün məzənnəsinə uyğun manat ekvivalenti ilə 18.700 manat məbləğini 8 ay müddətinə İddiaçı tam ödəməyi öhdəsinə götürmüşdür.
62. Bundan başqa ilkin iddia ərizəsindən göründüyü kimi iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin vaxtında icra edilməməsi nəticəsində məruz qaldığı zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
63. Bununla əlaqədar məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, pul öhdəliyinin icrasının gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Kreditor, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ Mülki Məcəllənin 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3cü maddəsindən irəli gəlir.
64. Beləliklə, öhdəliyin əmələ gəlməsinə əsas olan qətnamənin icrasının gecikdirilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin ödənilməsi barədə tələb irəli sürə bilər. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir.
65. İddia ərizəsindən də göründüyü kimi iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozisiya şərtlərinə istinadən cavabdehdən pulun tutulmasını xahiş etmişdir.
66. Hazırkı halda da nəzərə alınmalıdır ki, yaranma əsasından asılı olmayaraq öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin maddə zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir.
67. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsi, qanunsuz hərəkət (hərəkətsizlik) ilə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Belə ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər.
68. İş materiallarından görünür ki, borcalan-cavabdeh xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən yaranmış pul öhdəliyinin icrasını gecikdirir. Bunun nəticəsində iddiaçınınkreditorun, digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən pul məbləğinin ödənilməsinin gecikdirildiyi vaxt üçün dəymiş zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, hər hansı əsasla yaranmış pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti tam həcmdə kreditora qaytarılanadək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
69. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sözügedən iddia tələbi üzrə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmişdir.
70. Bununla belə birinci instansiya məhkəməsi iddianın bu hissəsi üzrə hesablamada yanlışlığa yol vermişdir.
71. Belə ki, mübahisələndirilən müqavilənin qüvvədə olma müddəti 8 ay kimi müəyyən edilmiş, yəni həmin müqaviləyə əsasən yaranmış öhdəliklər üzrə icra müddəti xx.xx.2023cü tarixində bitmişdir. İddia ərizəsində iddiaçı qaytarılmalı olan pul vəsaitinin gecikdirildiyi hər il üçün 5 % (637 manat) olmaqla, iki ilə görə 1.275 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qanuniliyi yoxlanılan qətnamənin xx.xx.2024-cü il tarixdə çıxarıldığını nəzərə alır. Bu səbəbdən, borc məbləğinin qaytarılmasının gecikdirildiyi üçün iddiaçıya dəymiş zərərin - 7.500 ABŞ dolları = 12.750 manat x 5% = 637,5 manat : 12 ay = 53 manat x 22 ay = 1.168 manat məbləğində olması qənaətinə gəlir.
72. Beləliklə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1836/2025 saylı, 12 may 2025-ci il tarixli qətnaməsi “MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz olaraq tutulan məbləğ” hissəsində dəyişdirilməli, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı xeyrinə zərər olaraq 1.168 manat məbləğində pul tutulmalıdır. Qətnamə apellyasiya baxışının predmeti olan digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
73. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 74.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1836/2025 nömrəli, 12 may 2025-ci il tarixli qətnaməsi “MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz olaraq tutulan məbləğ” hissəsində dəyişdirilsin. İddia həmin hissədə qismən təmin edilsin. Zərər olaraq 1.168 (bir min bir yüz altmış səkkiz) manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamə apellyasiya baxışının predmeti olan digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev