Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4062/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(005)-1979/2021 saylı qətnaməsindən Cavabdeh MMC-nin qanuni təmsilçisi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-ə qarşı pul tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 35000 manat dəyərində boya məhsullarının və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə müraciət etməyə vadar edən məsələ Cavabdeh MMC-nin onunla aralarında bağlanılmış xx.xx.2018 -ci il tarixli olan razılaşmaya əsasən cavabdeh tərəfindən ona istədiyi vaxt hissə-hissə olmaq şərti ilə 6 (altı) ay müddətində 35000 AZN (otuz beş min) manat dəyərində boya məhsullarını təqdim etməyi öhdəsinə götürməsi və bu günə qədər icra etməməsidir. Həmin razılaşmanı cavabdeh hüquqi şəxslə birgə "xxxx" məhsulları istehsalı şirkətinin direktoru öz möhürü və imzası ilə təsdiq etmişdir. Bildirmək istəyir ki, "xxxx" məhsulları istehsalı adlı şirkət heç bir vergi orqanında qeydiyyatdan keçməmiş, nə də heç bir müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamışdır, ancaq buna baxmayaraq "xxxx" məsulları şirkətinə aid möhür əldə etmişlər və imza səlahiyyəti hüququ olan şəxs kimi direktorda özlərinə təyin etmişlər. Bu səbəbdən də mülki işdə ona ödəniləcək məbləğin cavabdeh hüquqi şəxs Cavabdeh MMC-dən tutulması qanunidir. Eyni zamanda aralarında olan razılaşmaya diqqət yetirdikdə "xxxx" məhsulları istehsalı şirkətinin Cavabdeh MMC-nin tərkibində olması qeyd edilmişdir. Aralarında olan razılaşmanı cavabdehə müraciət etdiyi vaxtda icra etməməsi səbəbindən yuxarıda qeyd olunan miqdarda boya məhsullarını həmin vaxtda öz hesabına başqa şirkətlərdən almaq məcburiyyətində qalmışdır. Bununla bağlı dəfələrlə cavabdehə müraciət etsə də, nəticəsi olmamışdır. Cavabdehin öhdəsinə götürdüyü işi vaxtında icra etməməsi ona maddi zərər vurmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, özü boya məhsullarının alğı-satqısı ilə məşğul deyil, nə də heç vaxt məşğul olmamışdır. Həmin miqdarda boya məhsullarını həmin vaxtda cavabdehdən əldə etmək istəməyində məqsəd istifadə etmək və vəd etdiyi şəxslərə hədiyyə etmək idi. Əmək fəaliyyəti təmamilə başqa sahədədir. Vəd edilmiş məhsul vaxtında ona təqdim edilmədiyi üçün hesab edir ki, bu günki günü həmin miqdarda yəni 35000 (otuz beş min) manat dəyərində boya ona artıq lazım deyildir, səbəb isə yuxarıda qeyd etdiyi kimi həmin məhsulu ona lazım olduğu vaxtda cavabdehin öhdəliyi yerinə yetirmədiyi üçün digər şirkətlərdən öz hesabına əldə etməyidir. Bu halda hesab edir ki, həmin məhsula ehtiyac olmadığı üçün cavabdeh tərəfindən məhsulun dəyəri yəni 35000 (otuz beş min) manat məbləğində pul ona ödənilməlidir. Bununla bağlı olaraq tərəfindən mövcud qanunverciliyə uyğun olaraq xx.xx.2020 -ci il tarixdə pretenziya qaydasında məktub göndərilmiş və cavabdeh tərəfindən qəbul edilsə də, ona heç bir yazılı və ya şifahi cavab verilməmişdir. Tərəfindən cavabdehə dəfələrlə zəng edilsə də, zənglərinə cavab verilməmişdir. Bu halda hesab edir ki, iddia əsaslıdır və məhkəmə tərəfindən cavabdehdən 35000 (otuz beş min) manatlıq boya məhsulları və 30 (otuz) manat dövlət rüsumu onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(005)-1979/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" MMC-dən 35000 (otuz beş min) manat dəyərində "xxxx" boya məhsuları və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh MMC-nin qanuni təmsilçisi X2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları, hansı səbəbdən məhsulun təhvil verilməməsi ilə bağlı məsələ aydınlaşdırılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanılmış müqaviləyə səbəb "xxxx" MTK-nın İddiaçı 35.000 manat məbləğində pul ödəməli olmasıdır. Belə ki, iddiaçı tərəfindən "xxxx" MTK-dan mənzil alınmışdır. Lakin həmin ev əvvəlcədən başqa birinə satıldığı üçün iddiaçı MTK-dan pulunu tələb etmişdir. Eyni zamanda cavabdehin direktoru və təsisçisi Hacıyev İlqar da "xxxx" MTK-da 80.000 manat dəyərində ev almış, 60.000 manatını ödəsə də, lakin 20.000 manatını hissə-hissə ödəməyə razılaşmışlar. İddiaçıla aralarında yaranmış problemi həll etmək məqsədi ilə MTK-nın rəhbərliyi tərəfindən cavabdehə müraciət edilmiş və razılaşmaya əsasən iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmışdır. Razılaşmaya əsasən Hacıyev İlqarın təsisçisi olduğu Cavabdeh MMC ilə İddiaçı arasında 6 ay ərzində 35.000 manat dəyərində boyanın təhvil verilməsinə dair müqavilə bağlanılmışdır. MTK-nın rəhbərliyi isə Hacıyev İlqara qalan 15.000 manatı hissə-hissə olmaqla 3 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Lakin bir müddət sonra Hacıyev İlqarın aldığı mənzilin də əvvəlcədən başqa birinə satıldığı müəyyən edilmişdir. X6 MTK-nın vəzifəli şəxsləri tərəfindən aldadılmışdır. İddiaçı ilə cavabdeh arasında müqavilənin yaranmasına səbəb qeyd edilən hadisə olmuşdur. Hacıyev İlqarla iddiaçının arasında heç bir tanışlıq və ya iş münasibəti olmamışdır. Hacıyev İlqar "xxxx" MTK-nın vəzifəli şəxsləri tərəfindən aldadıldığı üçün iddiaçı ilə müqavilə bağlamışdır. Bu müqavilə "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış müqaviləni pərdələmək üçün bağlanmışdır. Buna görə də, həmin əqd əhəmiyyətsiz əqddir. Buna görə də, cavabdeh tərəfindən iddiaçıya pul ödənilməsinin tələb edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bu xüsusatlar məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh MMC-nin qanuni təmsilçisi X2 apellyasiya şikayətini mülafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, "xxxx" MTK-nın İddiaçı 35.000 manat məbləğində pul öhdəliyini icra etmə yi Cavabdeh MMC öz üzərinə götürmüşdür. Buna görə də, 15 fevral 2018-ci ildə iddiaçıya 35000 manatlıq boya məhsullarını götürmək barədə qeyd olunan sənəd verilmişdir. Sənəddə qeyd olunan "xxxx" şirkəti mövcud olmamış, şirkət Cavabdeh MMC-nin firma adı kimi qeyd olunmuşdur. Cavabdeh MMC-yə 4941 manat həcmində boya məhsulları verilmişdir. Sonradan onlar özləri "xxxx" MTK tərəfindən aldadıldığı üçün, boya məhsullarını verməmişlər. "xxxx" MTK tərəfindən onların adına mənzil verilməsi və aldadılmaları ilə bağlı sübut təqdim edə bilmir. Xahiş etdi ki, apellyasiya şikayəti təmin edilsin. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi, izahatında qeyd etdi ki, "xxxx" MTK-nın ona 35000 manat mənzilə görə borcu yaranmışdır. Daha doğrusu MTK tərəfindən o, aldadılmışdır. Bununla bağlı cinayət işi olmuş, artıq hökm qəbul edilmişdir. Həmin vaxtı "xxxx" MTK və Cavabdeh MMC-nin qanuni təmsilçisi X2 onu çağıraraq, xx.xx.2018-ci ildə qeyd olunan sənədi vermişlər. O, cina yət işində şikayətçi olmamış, mülki iddiası baxılmamış saxlanılmışdır. Cavabdeh MMC ona ötürülmüş hüquq üzrə öz üzərinə götürdüyü öhdəliyi qismən icra edərək, 4941 manat həcmində ona boya məhsulları vermiş, sonra öhdəliyini icra etməmişdir. İndi də, Cavabdeh MMC-nin qanuni təmsilçisi X2 qeyd edir ki, guya "xxxx" MTK tərəfindən ona mənzil verilməyib, aldadıldığı üçün, öhdəliyini yerinə yetirmir. Bildirmək istəyir ki, bunlar hamısı cəfəngiyyatdır. Əgər doğurdanda Cavabdeh MMC-yə "xxxx" MTK tərəfindən mənzil verilmişdirsə, sonradan Cavabdeh MMC aldadılmışdırsa, bununla bağlı sübutları təqdim etsin. Göründüyü kimi, Cavabdeh MMC bununla bağlı heç bir sübut təqdim edə bilmir. Sadəcə olaraq onun zərərçəkən keçdiyi cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində 29 iyun 2021-ci il tarixdə hökm çıxandan sonra Cavabdeh MMC boya məhsullarının verilməsini dayandırmışdır. Belə çıxır ki, onun özünü aldadıblar. Cavabdeh MMC-nin qanuni təmsilçisi X2 növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. İş materiallarında olan: "xxxx" MTK isə İddiaçı arasında 14 noyabr 2014-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, "xxxx" MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən "xxxx" MTK-nın tikilməkdə olan binasında 199 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqı olan 60000 manatı ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2020-ci il tarixli, **********626700 saylı məktubuna əsasən Cavabdeh MMC dövlət reyestrində qeydə alınsa da, "xxxx" Məhsullarının İstehsalı Şirkəti adlı kommersiya qrumu aşkar edilməmişdir. Pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh MMC-ə 35000 manat məbləğində pul vəsaitinin 15 gün müddətində ona ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. xx.xx.2018-ci il tarixli razılaşmadan görünür ki, Cavabdeh MMC-nin tərkibində olan "xxxx" şirkəti istədiyi vaxt İddiaçı hissə-hissə olmaq şərti ilə 6 (altı) ay müddətində 35000 AZN (otuz beş min) manat dəyərində boya məhsullarını verməyi öhdəsinə götür. Razılaşma Cavabdeh MMC və "xxxx" şirkəti tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Kazım Həmzətovun qərarından görünür ki, "xxxx" MTK-nın Bakı şəhəri Yasamal rayonu, X3 küçəsi 5 ünvanında inşa etdiyi 3 otaqlı, 130.5 kv metr sahəli, 191 №-li mənzil MTK-nın əməkdaşları tərəfindən 14 noyabr 2014-cü il tarixli müqavilə ilə İddiaçı satılması adı ilə 35000 manat pul vəsaiti talanmış, mənzil MTK tərəfindən digər şəxsə də satılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(101)-61/2021 saylı hökmündən görünür ki, "xxxx" MTK-nın vəzifəli şəxslərinin məhkun olunduğu cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində keçmiş, onun mülki iddiası baxılmamış saxlanılmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam təmin etməklə gəldiyi nəticə işin hallarına uyğun olmadığından, qətnamə ləğv olunmalı, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" MTK-nın əməkdaşları tərəfindən 14 noyabr 2014-cü il tarixli müqavilə ilə İddiaçı mənzil satılması adı ilə 35000 manat pul vəsaiti talanmış, mənzil MTK tərəfindən digər şəxsə də satılmışdır. "xxxx" MTK-nın iddiaçıya 35000 manat məbləğində zərər vurmaqdan irəli gələn öhdəlik münasibəti yaranmış, həmin öhdəlik "xxxx" MTK tərəfindən icra olunmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(101)- 61/2021 saylı hökmündən görünür ki, "xxxx" MTK-nın vəzifəli şəxslərinin məhkun olunduğu cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində keçmiş, onun mülki iddiası baxılmamış saxlanılmışdır. "xxxx" MTK-nın əvəzinə zərərin vurulmasından irəli gələn öhdəliyin icrasını Cavabdeh MMC xx.xx.2018-ci ildə birtərəfli əqd üzrə öz üzərinə götürmüş, öhdəlik 4941 manat boya məhsulları verilməklə Cavabdeh MMC tərəfindən real olaraq icra olunsa da, 30059 manat dəyərində malların verilməsi hissəsində icra olunmamışdır. Cavabdeh MMC-nin qanuni təmsilçisi X2 "xxxx" MTK tərəfindən onlara mənzil verilmədiyini, onların da aldadıldığını bildirsə də, bununla bağlı məhkəməyə mötəbər heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə gorə əqd mülki hüquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli vəya coxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və muqavilə şəklində (ikitərəfli və ya coxtərəfli) ola bilər. Kollegiya qeyd edir ki, muqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (coxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya gorə deyil, həm də ağlabatan muhakimə əsasında muəyyənləşdirilməlidir.(MM-nin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) Əqdlərin etibarsız sayılması üçün əsaslar MM-nin 337-349-cu maddələrində təsbit edilmişdir. MM-nin 337.1, 337.2 və 337.4-cğ maddələrinin ümumi məzmununa gorə bu Məcəllə ilə muəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mubahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mubahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-nin 404.1-ci maddəsinə əsasən muqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə muqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, butovlukdə muqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə muqayisəsini nəzərə alır. MM-nin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cumlədən muqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı munasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. MM-nin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. MM-nin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. İşin tədqiq olunan faktiki hallarından gürünür ki, cavabdehin üzərinə öhdəlik götürməsi ilə bağlı birtərəfli əqd bağlanarkən Mülki Məcəllədə əksini tapmış həmin əqdin etibarsızlığına səbəb ola biləcək aldatma ilə bağlı hallar mövcud olmamışdır. Əksinə, cavabdeh tərəfindən birtərəfli əqd üzrə icra hərəkətləri olmuş, 4941 manat məbləğində boya məhsulları iddiaçıya verilmişdir. MM-nin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Kollegiya həmçinin qeyd edir ki, aldatma ilə bağlı mübahisələndirilən əqd üzrə cavabdeh bir illik kəsici müddəti də keçirmişdir. Kollegiya digər tərəfdən qeyd edir ki, cavabdeh birtərəli əqdi aldatma əsası ilə mübahisələndirdiyi halda, digər tərəfdən həmin birtərəfli əqdin, "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış müqaviləni pərdələmək üçün bağlandığını bildirmişdir. MM-nin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart tarixli Qərar). Qeyd edilməlidir ki, yalan əqd sırf başqa əqdi gizlətmək məqsədilə edilən və görünüşdəki mənasına uyğun hüquqi nəticələri meydana gətirmək niyyəti olmadan edilən iradə ifadəsinin əmələ gətirdiyi əqddir. Məhkəmə araşdırması zamanı cavabdehin öz üzərinə öhdəlik götürməsi ilə bağlı birtərəfli əqdin "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış müqaviləni pərdələmək üçün bağlanması halı müəyyən olunmamışdır. Cavabdehin iradə ifadəsi olaraq birtərəfli əqd üzrə qismən icra hərəkətlərini yerinə yetirməsi, onun pərdələnmə ilə bağlı dəlillərini istisna edir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia qismən təmin edilməli, 30059 manat dəyərində boya məhsulları cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehə aid edilməli, ondan 26 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2021-cu il tarixli, 2(005)-1979/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 30059 (otuz min əlli doqquz) manat dəyərində boya məhsulları və 26 (iyirmi altı) manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-4062/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4062/2022
06.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver