Məhkəmə qərarları › İş №2(103)-4063/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4063/2020

21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4063/2020 21.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-378/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 90.000 ABŞ Dolları əsas borc məbləğinin, gecikməyə görə X2 ödənilmiş 60.000 ABŞ dolları məbləğində zərərin, eləcə də iddiaçının pul vəsaitindən bugünə kimi 30 ay ərzində qanunsuz istifadə nəticəsində vurulan zərəin əvəzi olaraq 30.000 ABŞ dolları məbləğinin, ümumilikdə 180.000 ABŞ dolları məbləğində pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış şifahi borc müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh sonuncu məbləğ 2017-ci ilin yanvar ayında olmaqla hissə- hissə 90.000 (doxsan min) ABŞ dolları məbləğində pul borc verilmişdir. İddiaçı, həmin pulun bir hissəsini, yəni 50.000 ABŞ dollarını X1 borc götürərək, qalan məbləği (40.000 ABŞ dollarını) isə öz vəsaiti hesabına ona vermişdir. Həmin borc məbləğinin cavabdeh tərəfindən 3 ay ərzində iddiaçıya qaytarılması razılaşdırılmışdır. Həmin borc məbləği cavabdehə Bakı şəhəri, Nərimanov rayonu ərazisində verilmiş və həmin müqavilə üzrə öhdəliyin də (yəni borcun qaytarılması da) həmin ünvanda yəni Bakı şəhəri Nərimanov rayon ərazisində icra edilməli olduğu razılaşdırılmışdır. Lakin cavabdeh, üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin pulu geri qaytarmaqdan yayınaraq öhdəliyini icra elməmişdir. Cavabdehin borcu qaytarmaması nəticəsində iddiaçı da X1 götürmüş olduğu 50.000 ABŞ dolları borc məbləğini ona qaytara bilmədiyi üçün A.S.Səfərova həmin məbləğin qarşılığında hər ay 2.000 ABŞ dolları pul ödəməli olmuşlar. Cavabdeh, gecikdirilmiş hər ay üçün ödənilməli olan həmin 2.000 ABŞ dolları məbləğini də özünün ödəyəcəyini öhdəsinə götürmüş və ilk dəfə 2017-ci ilin aprel ayında ödənilmiş 2.000 ABŞ dollarını da məhz cavabdeh özü bacısının həyat yoldaşı X3 vasitəsi ilə vermişdir. Ancaq sonradan həmin məbləği də ödəməkdən yayındığı üçün həmin 2.000 ABŞ dollarım da 30 ay ərzində İddiaçı A.S.Səfərova öz vəsaiti hesabına ödəməyə məcbur qalmış və bu günə qədər ona 60.000 (altmış min) ABŞ dolları məbləğində pul ödəmişdir. Sonradan cavabdeh, əl yazısı ilə yazıb, imzalayaraq götürdüyü pulu xx.xx.2018-ci il tarixində qaytaracağına söz versə də, yenə qaytarmaqdan yayınmışdır. Cavabdeh iddiaçının pul vəsaitindən qanunsuz istifadə nəticəsində də ona əlavə olaraq 30.000 ABŞ dollar məbləğində zərər vurmuşdur. İddiaçı tərəfindən bununla bağlı Bakı şəhəri X4 İdarəsinin 16-cı Polis Bölməsinə də şikayət ərizəsi ilə müraciət edilmiş, cavabdeh də Polis Bölməsində həmin pul məbləğini aldığını etiraf edərək guya qısa müddət ərzində ödəvəcəyinə söz versə də, yenə sözünü tutmamış və pulu yenə geri qaytarmamışdır, iddiaçı xx xxxxxxx 2019-cu il tarixində cavabdehə yazılı şəkildə rəsmi xəbərdarlıq edərək pulun tam və nağd şəkildə 5 (beş) gün ərzində geri qaytarılmasını, əks təqdirdə vurulmuş bütün maddi və mənəvi zərərinəvəzinin ödənilməsi, pozulmuş hüquqlarının müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmiş, cavabdeh həmin xəbərdarlığı şəxsən imzalayaraq almış və bütün borcunu xx xxxxxxx 2019-cu il tarixində ödəyəcəyinə şifahi şəkildə söz versə də, adəti üzrə yenə ödəməkdən yayınmışdır. Bununla da cavabdeh, qohumluq münasibətindən sui-istiladə edərək ona cələlərlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, bu günə qədər müxtəlif bəhanələrlə müqavilə öhdəliyini qəsdən və qərəzli olaraq icra etməyərək kreditor (iddiaçı) B.X.Məmmədovun hüquqlarını pozmaqla ona ciddi səkildə zərər vurmuşdur. Belə ki, cavabdeh, əsas borc məbləğini (90.000 ABŞ dolları) qay tarmamaqla yanaşı, həm iddiaçının gecikməyə görə A.S.Səfərova 60.000 (altmış min) ABŞ dolları ödəməsinə səbəb olmuş, həm də iddiaçının pul vəsaitindən 30 (otuz) ay qanunsuz istifadə nəticəsində onun özünə də 30.000 ABŞ dolları məbləğində zərər vurmuşdur. Ərizəyə əlavə edilən Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Poli Bölməsinin “(cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı 16-cı PBnə müraciət edərək bildirmişdir ki, Cavabdeh uzun müddətdir tanıyır, ona 2017-ci ilin yanvar ayında hissə-hissə olmaqla ümumilikdə 90.000 (doxsan min) ABŞ dolları məbləğində pulu Bakı şəhəri Nərimanov rayonu. Atatürk pr. 2A ünvanında borc vermişdir. Pulu aldıqdan sonra F.Fəltılaycv qısa müddət ərzində ondan almış olduğu borc pulu geri qaytaracağım bildirsə də xeyli müddət keçməsinə baxmayaraq geri qaytarmamışdır. Araşdırma zamanı izahatı alınan Cavabdeh də bildirmişdir ki. В N. Məmmədovdan 90.000 ABŞ dolları pul götürmüş, bu barədə ona qəbz vermiş, lakin sonradan maddi imkanı olmadığından pulu geri qaytara bilməmiş, qısa müddət ərzində onun pulınu geri qaytaraeaqdtı Ona görə də. tərəllər arasındakı mübahisənin mülki xarakterli olması və İddiaçı un mülki qavdada məhkəmə orqanları qarşısında iddia qaldırmaq hüququnun izah edilməsi qərara alınmışdır.Ərizəyə əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, İddiaçı xx xxxxxxx 2019-cıı il tarixində Cavabdeh yazılı qaydada rəsmi müraciət edərək ona vurulmuş zərərin tam və nağd şəkildə 5 (beş) gün ərzində geri qaytarılmasını tələb edib, əks təqdirdə, vurulmuş bütün maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, pozulmuş hüquqlarının müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edəcəyi barədə rəsmi xəbərdarlıq etmişdir. Həmin xəbərdarlıq məktubunu da Cavabdeh şəxsən özü qəbul edərək, borcunu xx xxxxxxx 2019-cu il laixində ödəyəcəyinə şifahi şəkildə söz versə də, ödəməmişdir.Ərizəyə əlavə edilmiş xx xxxxxxx 2019-cu il tarixli "Məhkəmə aidiyyətinə dair“ Sazişdən görünür ki, borclu (cavabdeh) Cavabdeh Naxçıvan MR. Babək rayonu, Nehrəm kəndində rəsmi qeydiyyatda olmasına baxmayaraq o, faktiki olaraq ünvan 3 ünvanında yaşayır. Eləcə də həmin müqavilə üzrə borc məbləği borclu F.M.Fəiuilayevə Bakı şoiıəri. Nərimanov rayonu ərazisində verilmiş və onun tərəfindən həmin müqavilə iizrə öhdəliyin də (yəni borcun qaytarılmasını) Bakı şəhəri Nərimanov rayon ərazisində icra edilməli olduğu razılaşdırılmışdır, lüəcə də 16-cı Polis Bölməsinin cinayət işinin başlanmasını rədd edərək mübahisənin mülki xarakterli olmasını və hüquqların müdafiəsi üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilməsini nəzərə alaraq tərəflər kreditor (iddiaçı) İddiaçı borclıı (cavabdeh) Cavabdeh qarşı hazırda borc tələbinə dair mülki məhkəmə mübahisəsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılınası barədə öz sərbəst iradələri ilə razılığa gələrək saziş imzalamışlar. Borclu Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borcun ödənilməsini qanunsuz və əsassız olaraq icra etməyərək kreditor İddiaçı hüquqlarını pozmaqla ona ciddi şəkildə zərər vurmuşdur. Belə ki, cavabdeh, əsas borc məbləğini (90.000 ABŞ dollarını) qaytarmamaqla yanaşı, həm iddiaçının gecikməyə görə A.S.Səfərova 60.000 (altmış min) ABŞ dolları ödəməsinə səbəb olmuş, həm də iddiaçının pul vəsaitindən 30 (otuz) ay qanunsuz istifadə nəticəsində onun özünə də 30.000 ABŞ dolları məbləğində zərər vurmuşdur. Ona görə də iddiaçının pozulmuş hüquqlarının müdafiəsi və bərpası üçün məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq, 90.000 (doxsan min) ABŞ dolları əsas borc məbləğinin, gecikməyə görə X2 ödənilmiş 60.000 (altmış min) ABŞ dolları məbləğində zərərin, eləcə də iddiaçının pul vəsaitindən bu günə kimi 30 (otuz.) ay ərzində qanunsuz istifadə nəticəsində vurulan zərərin əvəzi olaraq 30.000 (otuz min) ABŞ dolları məbləğinin, ümumilikdə 180.000 (bir yüz səksən min) ABŞ dolları məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-378/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 90000 (doxsan min) ABŞ dolları məbləğində borcun İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-378/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan bir qohum kimi 90.000 ABŞ dolları borc almış və həmin borcun 20.000 ABŞ dollarını ödəmişdir. Buna görə də iddiaçının 90.000 ABŞ dolları tələbi əsassızdır. Borc verilən zaman tərəflər razılaşmışlar ki, borc imkan olduqca hissə-hissə qaytarılacaqdır. Cavabdeh borcun əvəzində iddiaçıya mənzil təklif etmişdir, lakin iddiaçı bundan imtina edərək cavabdehi çətin vəziyyətə salmışdır. Cavabdehin bir dəfəyə 90.000 ABŞ dolları ödəməsi mümkün deyilvə bunu iddiaçı da bilirdi. Kollegiya iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayəıtin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-ni 16-cı PB-nin xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı xx xxxxxxx 2019cıı il tarixində Cavabdeh yazılı qaydada rəsmi müraciət edərək ona vurulmuş zərərin tam və nağd şəkildə 5 (beş) gün ərzində geri qaytarılmasını tələb edib, əks təqdirdə, vurulmuş bütün maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, pozulmuş hüquqlarının müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edəcəyi barədə rəsmi xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli məhkəmə aidiyyatına dair sazişdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan borc tələbinə dair mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılması barədə razılığa gəlinmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılmış və imzalanmış əlyazmadan görünür ki, Cavabdeh, İddiaçı 90000 ABŞ dollarını xx.xx.2018-ci il tarixdə 1 ay müddətinə almış və xx.xx.2018-ci l tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin halları və apellyasiya şikayətinin məzmununa əsasən müəyyən edilir ki, tərəflər arasında yazılı borc müqaviləsi mövcud olmasa da, cavabdeh iddiaçıdan 90.000 ABŞ dolları məbləğində borc aldığını inkar etmir. Belə olan halda, iddiaçının cavabdehə 90.000 ABŞ dolları məbləğində borc verməsi işin mübahisələndirilməyən halını təşkil edir. Cavabdehin borcun 20.000 ABŞ dollarının qaytarılması və borc məbləğinin hissə-hissə ödənilməsinə ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin bu dəlili hər hansı sübutla təsdiq edilmədiyindən qətnamənin həmin hissədə ləğvi üçün əsas ola bilməz. Halbuki, Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsinin deyil, tam ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni tam yoxlayır. Belə ki, kollegiya hesab edir ki, qətnamə çıxan gündək hesablanaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində əldən çıxmış faydanın tutulması hissəsində iddia tələbinin sübuta yetirilməməsi səbəbindən həmin hissədə iddia tələbinin rədd olunmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-378/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar