Məhkəmə qərarları › İş №2(103)-4065/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4065/2020

10.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4065/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-282/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Süleyman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X5 cavabdeh “xxxx” ASC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçi Məmmədov Zülfıqar ilqar oğlu xx xxxx 2019-cu il tarixdə özünə məxsus 21214 markali ** CA *** dövlət qeydiyyat nişanli avtomaşınla, cavabdeh "xxxx ASC-in Əhmədli filialının yerləşdiyi ünvan 1 ünvanda» yerləşən inzibati binasinin yanında saxlamış və üzbəüz ünvanda yerləşən iş yerinə, mağazaya getmişdir. Axşam işdən çıxıb avtomaşına yaxınlaşarkan Sarayevo küçəsi 232-ci məhəllədə yerləşən "xxxx" ASC-nin Əhmədli filialinin yerləşdiyi binanın yuxarı hissəsindən fasad daş pilitələrin qoparaq ona məxsus VAZ-21214 markali 01 C A 466 dövlət qeydiyyat nişanlı avtomaşının damına, kopotunun üstünə tökülərək, avtomaşının dam və kopot hissələrinini əzərək avtomaşının sahibinə xeyli miqdarda maddi ziyan vurduğunu görmüşdür. Qeyd olunan hadisə barəda miüvafıq olaraq ərazi polis orqanlari malumatlandırılmış və Xətai rayon Pİ-in 34-cü Polis Bölməsinin əmakdaşları hadisə yerində olmuşlar. Müvafiq olaraq hadisə yerinin şəkilləri çəkilmiş və protokol tərtib olunmuşdur. Xatai rayon Pİ-in 34-cü Polis Bölməsinin topladığı materiallardan həqiqətən VAZ-21214 markali ** CA *** dövlət qeydiyyat nişanlı avtomaşının damının və kopotunun « xxxx » ASCin Əhmədli filialının yerləşdiyi inzibati binanın yuxarı hissəsindən qopan daş pilitələr tərəfindən zərər vurulduğu təstiqlənmişdir. Vurulmuş zərərlə bağlı VAZ-21214 markalı 01 C A 466 dövlət qeydiyyat nişanlı avtomaşına «xxxx» MMC-də baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomobilə 3065.00 AZN məbləğində ziyan dəymişdir. Səlahiyyətli orqanlardan alınmış cavablarda "xxxx " ASC-nin Əhmədli filialının yerləşdiyi inzibati bina "xxxx" ASC-nin mülkiyyətində olduğu bildirilmişdir. Dəymiş zərərlə bağlı "xxxx" ASC-nin Əhmədli filialina zərərin ödənilməsi baradə müraciət olunsada zərərin ödənilməsindən imtina olunmuşdur. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan hadisə nəticəsində VAZ-21214 markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş zərərin əvəzi, yəni 3065.00 AZN məbləğ, dövlət rüsumu 30.00 AZN məbləğ, cəmi 3096 AZN məbləğ qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənləri nəzərə alaraq, VAZ 21214 markali 01 C A 466 dövlət qeydiyyat nişanlı avtomaşinm sahibinə vurulmuş zərərin əvəzi, yəni, 3065.00 AZN və iddia ərizəsinin verilməsi ilə bağlı 30,0 AZN ödənilmiş dövlət rüsumu, cəmi 3095.00 AZN, zərərvuran "xxxx” ASC-dən , VAZ- 21214 markali ** CA *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi X1 xeyrinə tutulmasi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4536/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia mülki iş üzrə cavabdeh "xxxx ASC əsl Cavabdeh Süleyman oğlu ilə əvəz edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-282/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Süleyman oğlundan 2829 (iki min səkkiz yüz iyirmi doqquz manat) manatın və 30 manat dövlət rüsumunun X1 xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manatın cavabdeh SalmanovRasim Süleyman oğlundan tutulub “X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh Süleyman oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 232-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında ona məxsus olsa da illərdir ki, onun faktiki sahibliyində deyildir. Həmin qeyri-yaşayış sahəsi icarə müqaviləsi əsasında “xxxx” ASC-nin faktiki sahibliyinə və istifadəsinə verilmişdir. Qanunverici binadan nəyinsə düşməsi nəticəsində müvafiq otağı tutan şəxsin, yəni otağa faktiki olaraq sahiblik hüququnu həyata keçirən şəxsin məsuliyyətini müəyyən edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlmədiyinə görə məhkəmə kollegiyası işə onlarıniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-282/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 349 №-li xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanda bank kimi fəaliyyət göstərən inzibati bina "xxxx” ASC-nin mülkiyyətindədir. İş materiallarında olan DİN-in 102 xidmətindən daxil olmuş 1071 saylı müraciət əsasında daxil olmuş işlərə dair xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə ünvan 3 ünvanında yaşayan İddiaçı Azərbaycan Respublikası DİN-in "102” xidmətinə ünvanladığı müraciəti daxil olmuşdur. Müraciətdə vət.İddiaçı xx.xx.2019-cu il tarixdə Xətai rayonu, Sarayev küçəsində yerləşən xxxxnun qarşısında özünə məxsus Niva markalı 01CA466 d.n.n avtomobilini saxladığını, bu zaman xxxxnnun binasının dam hissəsindəki fasadın qoparaq, avtomobilinin üzərinə düşdüyünü və avtomobilə maddi ziyan vurulması barədə məlumat vermişdir. Qeyd olunanlarla bağlı araşdırma aparılmış, göstərilən xüsusatlar mülki məsələlərə aid olduğu üçün müvafiq Məhkəmə orqanlarına müraciət etməsi barədə vətəndaş İddiaçı rəsmi məlumat verilmişdir. İş materiallarında olan Xətai RPİ-nin 34-cü PŞ-nın rəisi polis polkovnik-leytenantı cənab Xəlil Səfərova ünvanlanmış raportdan görünür ki, X5 “xxxx” ASC-nin damının uçması nəticəsində göstərilən ünvanda Niva markalı 01CA466 nömrə nişanlı maşının üzərinə tökülməsi nəticəsində maşının əzilməsi barədə məlumat vermişdir. İş materiallarında olan “xxxx” MMC Niva markalı 01CA466 dövlət nömrə nişanlı avtomobilinə dəymiş ziyanla bağlı aktından görünür ki, qeyd edilən avtomobilə ümumilikdə 3065 manat məbləğində maddi zərər dəymişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlətqeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş MH seriyalı, ******* №-li çıxarışdan müəyyən olunur ki, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binası tam hüququ ilə xx.xx.2009-cu il tarixdə Cavabdeh Süleyman oğlunun adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15306 saylı xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, “xxxx” MMC-nin, xx.xx.2019-cu il tarixli aktı məlumatlarına əsasən, 2015-ci il buraxılışlı, “Vaz-21214” markalı, ** CA *** qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2829,00 manat müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X3 məxsus Niva markalı 01CA466 nömrə nişanlı maşının üzərinə "xxxx” ASC-nin damının uçması nəticəsində avtomobilə maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsində araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx” ASC-nin fəaliyyət göstərdiyi qeyri-yaşayış binası Cavabdeh Süleyman oğlunun adına qeydiyyata alınmışdır. İddiaçı dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İşin mübahisəsiz halı ondan ibarətdir ki, X3 məxsus Niva markalı 01CA466 nömrə nişanlı maşını “xxxx” ASC-nin damının uçması nəticəsində göstərilən ünvanda zərər dəymişdir. Hazırda isə X6 məhkəməyə həmin zərərin ödənilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunverici maddi hüquq normada nəzərdə tutulmuş zərəri - real zərər və əldən çıxmış fayda kimi müəyyən etmişdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı X1 iddiası qismən təmin olunmalı, iddiaçının nəqliyyat vasitəsinə vurulmuş maddi zərərin əvəzi kimi 2829,00 manat Cavabdeh Süleyman oğlundan tutulub iddiaçı X3 ödənilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd olunanlarla təkzib edilir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci madddəsinə istinad edərək hazırki iş üzrə cavabdehliyi onun deyil “xxxx” ASC-nin daşımalı olduğunu bildirsə də məhkəmə kollegiyası qeyd edir ki, şikayətin bu dəlili əsassızdır. Belə ki, hazırki hal üzrə Mülki Məcəllənin 1111.2-ci maddəsini tətbiq etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.1-ci madddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-282/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Süleyman oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-282/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar