Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4066/2023 02.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh Şergeyevnanın iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-451/2023 nömrəli, 28 mart 2023cü tarixli qətnaməsindən Cavabdeh Şergeyevna tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 3763 N nömrəli aktın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı MMC-yə müqavilə əsasında hüquqi xidmət göstərən "xxxx" MMC-nin və İddiaçı MMC-nin əməkdaşları X4, X3 və X2 iştirakı ilə xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,Azadlıq prospketi 80 ünvanda yerləşən mənzil kabə! şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 15 saylı mənzilinin sahibi tərəfindən qanunsuz şəbəkəyə qoşulması müəyyən edilmişdir. Aktın tərtib olunmasında mənzil sahibinin iştirakını təmin və aktı təqdim etmək məqsədi ilə qapı döyülmüş, mənzilin qapısını açäti olmamış, akt və bildiriş mənzilin qapısına qoyulmuşdur. Binaya baxış keçirdikləri zaman aşkar edilmişdir ki, mənzil KATV-nin söndürülmüş abunəçisi olduğu halda KATV-nin şəbəkəsinə qanusuz qoşulmuşdur. Şəbəkədən çıxan kabel borcu vasitəsi ilə yuxarı mərtəbəyə qalxır. Borudan çıxan kabel blokun divarı ilə mənzilə tərəf gedir. Kabel mənzilin qapısının sol üst küncündən divarın üçü ilə mənzilə daxil olur.
2. İş materiallarında olan"xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə ünvan 2 ünvanında yaşayan Sultanova Elmira arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2007-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2014-cü il tarixinədək isə son ödəməsini etmiş, və xx.xx.2014-cü il tarixində borcsuz olaraq şəbəkədən ayrılmışdır;
3. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ünvan 2 ünvanında 3763 N saylı akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2014-cü il tarixində həmin binaya baxışı keçirilmişdir;
4. İş materiallarında olan 13 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 300 saylı arayışdan görünür ki, Cavabdeh Sergeyevha xx.xx.2003-cü il tarixdən bu günə kimi ünvan 3 ünvanında yerləşən mənzilin sahibidir. Onun mənzildə qeydiyyatı olmamışdır, hazırda mənzil pilot layihə çərçivəsində sökülmüşdür;
5. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki; Cavabdeh Şergeyevnanın işi ilə bağlı İddiaçı MMC tərəfindən "xxxx" hüquq firmasının (VÖEN **********) hesabına 100 manat pul ödənilmişdir;
6. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünüb ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 59 manat qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 189 manat 50 qəpik məbləğində pulun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ili müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008ci il, xx.xx.2011 -ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİnin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 4 ünvanda qeydiyyatdadır. 13 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2007-ci il tarixdə həmin ünvanda yaşayan cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2014-cü il tarixinədək etmiş və həmin ünvan xx.xx.2014-cü il tarixdə borcsuz şəbəkədən ayrılmışdır. xx.xx.2015-ci il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 3763 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 3763 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2014-cü il tarixdə baxış keçirilmişdir. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015- ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana 3763 N saylı qanunsuz qoşulma aktı tərtib edilənədək son baxışın keçirildiyi xx.xx.2014-cü il tarixdən qanunsuz qoşulma barədə faktın aşkar edildiyi xx.xx.2015-ci il tarixədək olan müddət 197 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 59 manat 10 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC“ Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1^ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir.
9. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, iddianı qəbul etmir. Heç bir qanunsuz qoşulmadan söz gedə bilməz. O, 2 ay əvvəl KATV-dən imtina etmiş və eyvana “Krosna” antenası (peyk antenası) qoydurmuşdur. Hal-hazırda Azadlıq prospekti 108B, mənzil 97 ünvanında yaşayır. İki ildir ki, bu ünvanda KATV-dən istifadə edir. 3680 saylı müqavilə üzrə indiyə kimi heç bir problem olmamışdır. Nə ödəmə gecikməsi, nə də qanunsuz qoşulma var. Baxmayaraq ki, onun mərtəbəsində KATV-nin məftilləri açıq şəkildədir, qapsı da yoxdur. Heç vaxt da KATV ilə problemi olmamışdır. O, KATV-in rəhbərinin iş otağında da olmuşdur. Ondan 2015-ci il tarixdə işçilərindən birinin evə baxış keçirməsini, onun öz peyk antenasına qoşulduğunun müəyyən edilməsini xahiş etmişdir. Müdir ona inanaraq, arxayılıqla onu yolda salmış və bu işi bağlamağı vəd etmişdir. 7 il sonra, bina söküldükdən sonra məhkəmədə iddia qaldırılmışdır. Binaya baxarkən aydın şəkildə görünür ki, onun evinə peyk antenası quraşdırılmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-451/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh "xxxx" MMC-nin xeyrinə vurulmuş maddi ziyana görə 9 manat, hüquqi xidmət göstərilməsinə görə 40 manat və dövlət rüsununa görə ödənilmiş 30,40 manat vəsaitin əvəzi olmaqla, ümumilikdə 79,40 manat məbləğində vəsaitin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 1096 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən Cavabdeh apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianı qəbul etmir. Heç bir qanunsuz qoşulmadan söz gedə bilməz. 2 ay əvvəl KATV-dən imtina etmiş və eyvana “Krosna” antenası (peyk antenası) qoydurmuşdur. Hal-hazırda Azadlıq prospekti 108B, mənzil 97 ünvanında yaşayır. İki ildir ki, bu ünvanda KATV-dən istifadə edir. 3680 saylı müqavilə üzrə indiyə kimi heç bir problem olmamışdır. Nə ödəmə gecikməsi, nə də qanunsuz qoşulma var. Baxmayaraq ki, onun mərtəbəsində KATV-nin məftilləri açıq şəkildədir, qapısı da yoxdur. Heç vaxt da KATV ilə problemi olmamışdır. KATV-in rəhbərinin iş otağında da olmuşdur. Ondan 2015-ci il tarixdə işçilərindən birinin evə baxış keçirməsini, onun öz peyk antenasına qoşulduğunun müəyyən edilməsini xahiş etmişdir. Müdir ona inandıraraq, arxayınlıqla onu yola salmış və bu işi bağlamağı vəd etmişdir. 7 il sonra, bina söküldükdən sonra məhkəmədə iddia qaldırılmışdır. Binaya baxarkən aydın şəkildə görünür ki, onun evinin peyk antenası quraşdırılmışdır. Bildirir ki, aktı “K@TV1”-in işçiləri onun iştirakı olmadan qanunsuz şəkildə tərtib ediblər. Hesab edir ki, onlar özləri qəsdən bunu belə edirlər ki, sonra məhkəmə yolu ilə sakinlərdən pulu qəsb etsinlər. Bununla da heç bir hüquq pozuntusuna yol verməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
17. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzäf nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla' zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-451/2023 nömrəli, 28 mart 2023-cü tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir.
30. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üdfi üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
31. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür kf, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən ic’ränh yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
32. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə qənaətini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzildə İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsidə Cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması aşkar edilərək, bu barədə akt tərtib olunmuşdur.
33. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.
34. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
35. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
36. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçıya vurulan zərərin məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində (cavabdehə məxsus mənzildə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə, qanunsuz qoşulma nəticəsində) baş verməsi qənaətinə gəlmək mümkün deyil və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbi qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır.
37. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığmın əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kip rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
38. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənii nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
41. Həmin Məcəllənin 119.1 -ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Kollegiya hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
43. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi və apellyasiya şikayəti ilə mübahisələdirilən hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-h 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Şergeyevnanın apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-451/2023 nömrəli, 28 mart 2023-cü tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.