Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4069/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamalrayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 9976/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 319 (üç yüz on doqquz) manat əsas, 31 (otuz bir) manat cərimə, cəmi 350 (üç yüz əlli) manat; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1088 (bir min səksən səkkiz) manat əsas borcu, ümumilikdə 1438 (bir min dörd yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti iddiaçı «xxxxxxxxxxx» X2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarından görünür ki, «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********70274 olan Hoffmann X markalı telefon üçün 319 manat ödənilməmiş hissə, 31 manat cərimə; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********37723 olan Samsung Galaxy A7 markalı telefon, 2 ədəd qulaqcıq üçün 1088 manat ödənilməmiş, ümumilikdə 1438 manat borc, 30 manat dövlət rüsumu, cəmi 1468 manat məbləğində pul vəsaitinin Cavabdeh «xxxxxxxxxxx» MMC-yə ödənilməsinə dair məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Bakı şəhəri Yasammal rayon Məhkəməsinin xx xxxxxx 2002-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış və işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin, şikayətlə razılaşmayaraq, təmin olunmamasını xahiş edən iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamədəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında xx.xx.2018ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 527 manat olan İMEİ kodu **********70274 olan Hoffmann X markalı telefonu nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 29 manat ödəmək şərti ilə (ilkin ödəniş 5 manat) 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqısatqı qiyməti 2425 manat olan İMEİ kodu **********37723 olan Samsung Galaxy A7 markalı telefon, 2 ədəd qulaqcığı nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 99 manat ödəmək şərti ilə (ilkin ödəniş 49 manat) 24 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin xx.xx.2018-ci il tarixli müqavilə üzrə ödədiyi məbləğ 208 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə ödədiyi məbləğ 1337 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Kollegiya hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən lazımınca yerinə yetirmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda qeyd olunan qaydada təmin etməklə düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün heç bir hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdehtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ciil tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4069/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4069/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver