Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-407/2022 16.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2790/2019 saylı, 21 may 2019-cu il tarxili qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları Yasamal Rayon Məhkəməsinin 03.03.2011-ci il tarixli 2(004)-707/2011 saylı qətnaməsinə əsasən iddia təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən 18.09.2007-ci il tarixli "ANT İnşaat Təmir-Tikinti” MMC ilə bağlanmış 337, 338, 340, 342, 343, 344, 345 nömrəli müqavilələrə əsasən alınmış 24, 25, 28, 31, 32, 35, 49 və 15.04.2008-ci il tarixli 353, 354 nömrəli müqavilələrə əsasən alınmış 42 və 45 saylı mənzillər üzrə paylara X9 mülkiyyət hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 07.11.2012-ci il tarixli 2(103)-2709/2012 saylı qətnaməsi ilə "ANT İnşaat Təmir-Tikinti” MMC və maraqlı şəxs Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmışdır: X9 "ANT İnşaat TəmirTikinti” MMC-yə qarşı iddiası təmin edilməmiş, "ANT İnşaat Təmir-Tikinti” MMC-nin qarşılıqlı iddiası təmin edilərək, adları çəkilən mənzillərə dair 18.09.2007-ci il tarixli və 15.04.2008-ci il tarixli müqavilələr etibarsız hesab edilmişdir. Qətnamə 05.03.2013-cü il tarixdə icraya yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə İddiaçı 2007-ci ildə "Azəriqazbank” ASC-dən götürdüyü 500 000 manat kreditin təminatı kimi adları çəkilən mənzillərin girov kimi bankın kredit şöbəsinin müdiri X9 adına rəsmiləşdirildiyi, ona görə də mənzilərə dair bağlanmış müqavilələrin etibarsız olduğu, mənzillərin "xxxx" MMC-yə qaytarılmalı olduğu müəyyən edilmişdir. İşə baxılarkən xəttşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mənzillərin dəyərinin X19 tərəfindən ödənilməsinə dair kassa mədaxil orderi qəbzlərində onların tərtibatı tarixinə münasibətdə düzəlişlər edilmişdir. Həmçinin işə baxılarkən İddiaçı notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə qeyd edilmişdir ki, 2007-ci ildə "xxxx" ASC ilə bağladığı 500 000 manatlıq kredit müqaviləsinin təminatı kimi "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə tikdiyi binada 24, 25, 28, 31, 32, 35, 49, 42 və 45 saylı mənzillər girov qoyularaq, bankın kredit şöbəsinin müdiri X9 adına müqavilə bağlanmışdır. Kredit ödənişi ilə əlaqədar onun tərəfindən "xxxx" MMC-dən onun ayrı-ayrı vaxtlarda götürdüyü 417 000 manat və 67 000 manat məbləğində özünə aid pul vəsaiti tam olaraq banka ödənilmişdir. Sözü gedən 9 ədəd mənzil götürdüyü kreditin təminatı kimi girov qoyulmuşdur. İddiaçı Maraqlı şəxs1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, girov qoyduğu 9 mənzilin dəyəri qismində 1 517 655 manat məbləğində pul vəsaitinin ondan tutulmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 06.05.2013-cü il tarixli 2(004)1792/2031 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. Qətnamədə qeyd edilmişdir ki, İddiaçı mənzillərin ona məxsus olması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmiş, təqdim olunan sənədlər surət olduğundan yazılı sübut kimi qəbul edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin 11.10.2013-cü il tarixli 2(103)-4192/2013 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 10.02.2014-cü il tarixli 2(102)-550/14 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 1-ci iddia üzrə İddiaçı cavabdeh "xxxx" MMC-yə, maraqlı şəxslər AR Rabitə və Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinə qarşı "mülkiyyət hüququnun müdafiəsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin inşa etdiyi və 18 sentyabr 2007-ci il tarixli müqavilələr əsasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən 16 mərtəbəli binadan alınmış 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillərə dair onun mülkiyyət hüququnun tanınması, həmin mənzillərə dair onun "xxxx" MMC ilə 18 sentyabr 2007-ci il tarixdə bağlanılan alqı-satqı müqavilələri, maliyyə arayışları və kassa mədaxil orderləri bərpa olunmuş hesab olunmaqla, həmin mənzillərin onun sahibliyinə verilməsi barədə "xxxx" MMC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 18 sentyabr 2007-ci il tarixdə "xxxx" MMC tərəfindən inşa olunan binada çox sayda mənzilləri pulu nağd şəkildə ödəməklə alqı-satqı müqavilələri əsasında almışdır. O, 03 oktyabr 2007-ci il tarixdə "xxxx" ASCdən 500000 manat, 07 yanvar 2010-cu il tarixdə isə 236000 manat kredit almışdır. İkinci qeyd olunan kredit ilkin götürülən kreditdən kəsir qalan məbləğin tamamlanması üçün ayrılmışdır. Hər iki kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən kredit təminatlı olaraq verilmişdir. Təminat kimi 03 oktyabr 2007-ci il tarixli İ-885 saylı ipoteka müqaviləsi və 07 yanvar 2010-cu il tarixli İ-2134 saylı ipoteka müqaviləsi çıxış etmişdir. Dünyada iqtisadi böhran baş verdiyindən və kreditin ödəməyə çətinlik çəkdikdən "xxxx" ASC-yə girov qoyduğu 24,25,28,31,32,35,27,30,49 saylı mənzillərdən 27 və 30 saylı mənzillərini satmış, onların yerinə 42 və 45 saylı mənzillərini 15.04.2008-ci il tarixdə bağlandığı İ-885/A nömrəli ipoteka müqaviləsi və 15.04.2008-ci il tarixli 885 saylı kredit müqaviləsinə X27 1 və 15.04.2008-ci il tarixli İ-885/A saylı İpoteka Müqaviləsinə 1 saylı Əlavəni "xxxx" ASC və "xxxx" MMC ilə bağlamışdır. Faktiki olaraq təminat qismində ona məxsus "ANT İnşaat Təmir-Tikinti» MMC-nin inşa etdiyi və 18 sentyabr 2007-ci il tarixdən müqavilə əsasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən 16 mərtəbəli binadan alınmış 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillər borcun ödənilməyəcəyi təqdirdə kreditin ödənilməsi üçün satılmaq məqsədi ilə, kredit ödəniləcəyi təqdirdə isə geri onun adına rəsmiləşdirilməsi üçün "xxxx" ASC-nın kredit şöbəsinin müdiri Həmidli Müşviqin adına rəsmiləşdirilmişdir. Bu mənzillərin təminat kimi qoyulması faktı qeyd olunan kredit müqavilələrinin 6.1-ci maddəsində, Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2012-ci il tarixli qətnaməsinin müəyyən etdiyi hissəsində öz əksini tapmışdır. Onun adına olan mənzillərə dair bütün sənədlərin əslləri (alqı-satqı müqavilələri, kassa-mədaxil orderləri, maliyyə arayışları və digərləri) "xxxx" ASCyə və "xxxx" MMC-yə verilmişdir. Həmin mənzillər həmin tarixlər və nömrələr üzrə M.Həmidlinin adına rəsmiləşdirilmiş və beləliklə, M.Həmidli mənzillərin alıcısı kimi müqavilələrə sahib olmuşdur. 28 dekabr 2012-ci il tarixdə "xxxx" ASC-nin ona məktubu ilə kreditin bağlandığı bildirilmişdir. O, öz mənzillərini geri qaytarmağı xahiş etdikdə isə, "xxxx" ASC mənzilləri almadığını, krediti girovsuz verdiklərini bildirmişdir. Sonra ona məlum olmuşdur ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 03.03.2011-ci il tarixli qətnaməsi ilə M.Həmidlinin "xxxx" MMC-yə qarşı iddiası təmin olunmuşdur. Onun mənzilinə dair M.Həmidlinin mülkiyyət hüququ tanınmış və mənzillərin ona verilməsi qət olunmuşdur. 07.11.2012-ci il qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsi "xxxx" MMC-nin və Rabitə və Texnologiyaları Nazirliyinin "Bakı Elektron Rabitəsi" İstehsalat Birliyinin apellyasiya şikayətləri və "xxxx" MMC-nin M.Həmidliyə qarşı qarşılıqlı iddiası təmin edilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 03.03.2011-ci il tarixli qətnaməsi ləğv olunmuş, M.Həmidli ilə "xxxx" MMC arasında (onun 9 ədəd girov qoyduğu) mənzillərinə dair alqı-satqı müqavilələri etibarsız hesab olunmuşdur. Məhkəmə, şikayətçilər və qarşılıqlı iddiaçı qeyd etmişdirlər ki, M.Həmidli mənzillərin mülkiyyətçisi ola bilməz, ona görə ki, onların alınmasında iştirak etməmiş, pulu ödəməmişdir. Sadəcə, o, «Azəriqazbank"dan 0,5 millyon manat məbləğində kredit almışdır, kreditin təmini kimi mənzillərini «Azəriqazbank" ASC-yə vermiş, M.Həmidlinin adına rəsmiləşdirilmişdir. M.Həmidli ilə "xxxx" MMC arasında bağlanmış mənzillərə dair alqı-satqı müqavilələri (əqdlər) onun «Azəriqazbank" ilə kredit müqaviləsini pərdələmək məqsədini daşıdığı üçün əhəmiyyətsiz və nəticədə etibarsız hesab olunmuşdur. Öz mülkiyyət hüququnu müdafiə edərək o, "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət edib girov goyduğu 9 mənzilin həqiqi dəyərinin məbləği 1.517.655 manatın cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.05.2013-cü il tarixli qətnaməsi ilə iş üzrə onun iddiası təmin olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, o, mənzillərin alqı-satqı müqavilələrinin və kassamədaxil orderlərinin əsllərini təqdim etməmiş, ziyanın olması barədə sübut təqdim etməmişdir. O, 06.05.2013-ci il tarixli Bakı şəhər Yasamal rayon məhkəməsinin qətnaməsindən şikayət vermişdir və eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 07.11.2012-ci il tarixli qətnaməsinin izah edilməsinə dair ərizə ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26.07.2013-cü il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, mənzillərə dair mülkiyyət hüququnun məsələsi baxılmamış müəyyən olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 11.10.2013-cü il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.05.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 0.02.2014-cü il tarixli 2(103)-550/14 saylı qərarı ilə onun kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 01.10.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 07.11.2012-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, onun «Azəriqazbank" ASC ilə kredit müqaviləsi, girov müqaviləsi, ipoteka müqavilələri, yalan əqdləri alqı-satqı müqavilələri əsasında əlaqələri mövcuddur. Yalan müqavilələr etibarsız sayıldıqdan sonra İddiaçı adına mənzillərə dair müqavilələr bərpa olunmalıdır və nəzərə alınsa ki, mübahisəli mənzillər faktiki olaraq İddiaçı tərəfindən "xxxx" ASC-yə girov qoyulmuşdur, həmin mənzillər "xxxx" ASC tərəfindən əsl sahibi ona qaytarılaraq və onun həmin mənzillərə dair mülkiyyət hüququ bərpa olunmalıdır. İddiaçı həmin mənzillərə dair 18 sentyabr 2007-ci il tarixli "xxxx" MMC ilə bağladığı alqı-satqı müqavilələri bərpa edilməklə onun mənzillərə dair mülkiyyət hüququ müəyyən olunmalıdır. Bu halda MPM-nin 217.3-cü maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlər nəzərə alınmalıdır. "xxxx" ASC-nin 13.12.2012-ci il tarixli onun hesabdan çıxarışına əsasən 03.10.2007-17.03.2011-ci il əhatə dövrü üzrə o, 1 milyon 445 min 730 manat 44 qəpik ödəmişdir. "xxxx" ASC-nin 13.12.2012-ci il tarixli onun hesabdan çıxarışına əsasən, 18.03.2011-12.12.2012-ci il əhatə dövrü üzrə o, 172 min 482 manat ödəmişdir. Beləliklə, o, kreditin qaytarılmasına (əsas borc + faizlər +cərimələr) "xxxx" ASC-nin rəsmi sənədinə əsasən 03.10. 2007-ci il tarixdən 12.12.2012-ci il tarixədək 1 milyon 618 min 212 manat 44 qəpik pul ödəmişdir. 1 milyon 618 min 212 manat 44 qəpik məbləğdən borc-kreditin 500 min manat məbləğini çıxmaqla, mənzillərin dəyəri kimi 1 milyon 517 min 665 manat nəzərə alınmaqla, onun zərəri 2 milyon 635 min 867 manat 44 qəpik təşkil edir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddia tələbinin heç bir hüquqi əsası yoxdur, ona görə də əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. Belə ki, 2007-ci ilin avqust ayında "xxxx" MMC-nin öz sahibkarlıq fəaliyyətini genişləndirməsi məqsədi ilə İddiaçı 800 000 manat məbləğində borc pul almış, borcun birdəfəlik qaytarılması şirkət üçün həddindən atıq çətin olduğu üçün hər iki tərəfin qarşılıqlı razılığına əsasən qərara alınmışdır ki, İddiaçı bankdan kredit götürsün, əsas borc məbləği, faizlərin, cərimələrin ödənilməsi, həmçinin İddiaçı verdiyi borcun müqabilində onun özünün mənfəət əldə etməsini təmin etmək üçün bankın bütün məsrəflərini və İddiaçı mənfəətini "xxxx" MMC ödəsin. Bununla da, İddiaçı həmin şərtlərlə razılaşaraq "xxxx" ASC-dən 03.10.2007-ci ildə 500000 və 07.01.2010-cu il tarixdə 236 000 manat məbləğində kredit götürmüş, kreditin bağlandığı 28.12.2012-ci il tarixədək bankın bütün əsas borc, faiz və cərimə borclarını "xxxx" MMC ödəmiş və həmin razılaşmada İddiaçı əlavə olaraq böyük məbləğdə qazanc əldə etmişdir. İddiaçı da kredit götürməkdə əsas məqsədi həm öz verdiyi borcun qaytarılması, həm də əlavə qazanc əldə etmək marağı olmuşdur. Bununla da, "xxxx" MMC İddiaçı aldığı borcun müqabilində 2 dəfədən çox ziyana düşərək 1 700 000 manatdan artıq məbləğdə pul vəsaitini banka ödəmişdir. Həmin pul vəsaitləri İddiaçı "xxxx" MMC-nin kassası vasitəsilə ödənilmiş, R. Ömərov qeyd edilən pulların çox hissəsini banka ödəmiş, bir hissəsini isə öz qazancı hesab edərək mənimsəmişdir. Kredit müddətinin uzanması isə "xxxx" MMC-ni böyük məbləğdə ziyana salmışdır. Qeyd edilən faktın sübutu kimi İddiaçı "xxxx" MMC-dən götürdüyü pul vəsaitlərinin təsdiqedici sənədlər-kassa məxaric sənədləri məhkəməyə təqdim edilmişdir. İddiaçıla "xxxx" MMC-nin əlaqələrinin kökündə borc münasibətləri vardır. İddiaçı şirkətə verdiyi borcu artıqlaması ilə almasına baxmayaraq, əlavə olaraq 9 ədəd mənzilin ona verilməsini, həmin mənzillərə mülkiyyət hüququnu bərpa edilməsini tələb edir. Bu isə onun iddiasının qanuni və əsaslı olmadığını, İddiaçı özünün səmimi olmamasını, məhkəməni araşdırmasını yanlış istiqamətə yönəltməklə aldatma yolu ilə əlavə daşınmaz əldə etmək niyyətində olmasını təsdiq edir. Bundan başqa, İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi, Yasamal Rayon Məhkəməsinin qüvvədə olan 06.05.2013-cü il tarixli qətnaməsi ilə onun hazırki iddia ərizəsində göstərdiyi 9 ədəd mənzilin dəyərinin - 1 517 655 manat məbləğində maddi ziyanın ödənilməsi tələbi məhkəmə tərəfindən təmin edilməmiş, məhkəmə qətnamədə alqı-satqı müqavilələrinin və kassa mədaxil orderlərinin əsillərinin təqdim edilməməsi və ziyanın olması barədə sübutların təqdim edilməməsinə görə iddianı rədd etmişdir. Yasamal Rayon Məhkəməsinin qüvvədə olan 06.05.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar üzrə məhkəmə araşdırması zamanı "xxxx" MMC 3-cü şəxs qismində iştirak etmişdir və iş üzrə müəyyən edilmiş həmin faktlar hazırki iş üzrə məcburi xarakter daşıyır. İddiaçı pul vəsaiti ödəyərək "xxxx" MMC-dən qeyd etdiyi 9 ədəd mənzili almamış, İddiaçı təqdim etdiyi kassa mədaxil orderlərinin kserosurəti onun 9 ədəd mənzil alması faktını sübuta yetirən hal kimi çıxış edə bilməz. Şərh edilənlərə əsasən İddiaçı iddiası əsaslı və qanuni olmadığı üçün onun iddia tələbi məhkəmə tərəfindən rədd edilməli, iddia təmin edilməməlidir. Bundan əlavə "xxxx" MMC tərəfindən İddiaçı borc qaydasında qaytarılmış 1 700 000 manatdan artıq pul vəsaitini İddiaçı almasına baxmayaraq, bundan sonra 9 ədəd mənzilin ona verilməsini tələb etməsi, həmin mənzillərə mülkiyyət hüququnun tanınmasını tələb etməsi onun aldatma və etibardan sui-istifadə yolu ilə xüsusilə külli miqdarda əmlak əldə etməsi niyyətini sübuta yetirir. Ona görə də, İddiaçı əməlinə hüquqi qiymət verilməli, onun hərəkətlərində cinayət əlamətlərinin olmasını nəzərə alaraq, barəsində məhkəmə tərəfindən xüsusi qərardadın çıxarılması və müvafiq materialların araşdırılması üçün Baş Prokurorluğuna göndərilməsi zəruridir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-892/2018 saylı, 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Mirzəzadə) iddianın rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, həqiqətən tərəflər arasında borc münasibətləri yaranmışdır. Belə ki, "xxxx" ASC-nin kredit şöbəsinin müdiri Həmidli Müşviqin iddiası üzrə mülki işə apellyasiya qaydasında baxılarkən iddiaçı ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsində qeyd etmişdir ki, "xxxx" ASC-dən 2007-ci ildə kredit götürmüş, kreditin ödənişi ilə əlaqədar cavabdehdən 417 000 manat və 67 000 manat pul almış və banka ödəmişdir. Göründüyü kimi iddiaçı banka olan borcunu ödəmək üçün cavabdehdən yüksək məbləğdə pul götürdüyünü etiraf etmişdir. Həmçinin cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 2008 və 2009-cu illərə aid çoxsaylı məxaric xəzinə orderlərindən görünür ki, iddiaçı cavabdehdən 52 812 manat, 150 000 manat, 120 000 manat və s. məbləğlərdə "adler" adlı layihə üçün, "xxxx" ASC-yə kredit faizinin ödənilməsi üçün sistematik olaraq pul götürmüşdür. Cavabdehin iddiaçıya borcu olmasa idi, iddiaçıya cavabdehin kassasından yüksək məbləğlərdə pul verilməzdi. O ki qaldı, mənzillərin dəyərinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi barədə kassa mədaxil orderi qəbzlərinə, iddiaçı həmin sənədlərin kserosurətini təqdim etmiş, mülki işin araşdırılması zamanı bu sənədlərin əslinin kimdə olması müəyyən edilməmişdir. Adları çəkilən sənədlər əsasında iddiaçının cavabdehdən həqiqətən 9 ədəd mənzil alması barədə qəti və birmənalı nəticəyə gəlmək mümkün deyildir. Həmçinin iddiaçının "xxxx" ASC-dən götürdüyü kreditin təminatı qismində bankın işçisi ilə həmin mənzillərin alqı-satqısına dair etibarsız əqdin bağlanması və Həmidli Müşviqin adına da analoji kassa-mədaxil orderi qəbzlərinin verilməsi belə nəticə yaradır ki, iddiaçının təqdim etdiyi qəbzlər də onunla cavabdeh arasında yaranmış borc münasibətlərinin təminatı kimi verilmişdir (belə bir təminat olmadan yüksək məbləğdə borcun verilməsi ağlabatan deyildir). Bundan başqa, iddiaçının bankdan kredit götürdüyü tarix, kreditin qaytarılma müddəti, iddiaçının cavabdehin kassasından pulları götürdüyü tarixlər və iddiaçının təqdim etdiyi mədaxil orderi qəbzlərinin tarixlərinin eyni dövrə (2007-2009-cu illər) təsadüf etməsi bu qənaəti daha da artırır. Bundan başqa, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.07.2018-ci il tarixli 14809 saylı ekspert rəyi ilə müəyyən olunur ki, Həmidli Müşviqin adına olan qəbzlərdəki əlyazma mətnləri və imzalar, iddiaçının adına olan qəbzlərin kserosurətlərində əks olunmuş əlyazma mətnləri və imzalar eyni şəxs tərəfindən icra olunmuşdur. İstisna deyil ki, iddiaçı ilə cavabdeh arasında Həmidli Müşviqlə bağlanmış analoji müqavilələr imzalanmışdır. Lakin bir şəxsin eyni şirkətdən, eyni binada, eyni tarixdə 9 ədəd mənzil satın alması ağlabatan deyildir. Həm də qeyd olunmalıdır ki, iddiaçının 9 ədəd mənzilin özünə məxsus olduğunu və banka şəxsən girov qoyduğunu sübut edə bilməməsi qüvvədə olan məhkəmə qərarı - Bakı Apellyasiya Məhkəməsinin 11.10.2013-cü il tarixli 2(103)-4192/2013 saylı qətnaməsi ilə müəyyən olunmuşdur. Yəni mənzillərin iddiaçıya məxsus olmaması və iddiaçı tərəfindən banka girov qoyulmaması artıq məhkəmə qərarı ilə müəyyən edilmişdir. Beləliklə, iddiaçının cavabdehdən 9 ədəd mənzil alması sübut olunmur. Ona görə də iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 82.3, 233.3-cü maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin 2(004)-892/2018 saylı, 05 oktyabr 2018-ci il tarixli qərardadı ilə (hakim Aytən Mirzəzadə) iddia tələbi ilə bağlı 2(004)-892/2018 saylı mülki iş üzrə cinayət əməllərinin əlamətlərinin aşkara çıxarılması barədə xüsusi qərardad çıxarılması və bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xəbər verilməsi qərara alınmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 2-ci iddia üzrə İddiaçı cavabdehlər X11, X1, X10, X12, X2, X13, X3, Cavabdeh-yə, AR Rabitə və Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinə və maraqlı şəxs "xxxx" ASCyə qarşı "mülkiyyət hüququnun müdafiəsi haqqında" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X20 ilə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 533-cü məhəllədə yerləşən 16 mərtəbəli binada 24 və 25 saylı mənzillərə, cavabdeh X4 ilə həmin binanın 28 və 42 saylı mənzillərə, cavabdeh X15 ilə həmin binanın 31 saylı mənzilinə, cavabdeh X21 ilə həmin binanın 32 saylı mənzilinə, cavabdeh X7 ilə həmin binanın 35 saylı mənzilinə, cavabdeh X22 ilə həmin binanın 45 saylı mənzilinə cavabdeh X8 ilə həmin binanın 49 saylı mənzilinə dair cavabdeh "xxxx" və digər cavabdehlərlə bağlanmış olan əqdlərin etibarsız hesab edilməsi, ona məxsus "xxxx" MMC-nin inşa etdiyi və 18 sentyabr 2007-ci il tarixli müqavilələr əsasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən 16 mərtəbəli binadan alınmış 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillərə dair onun mülkiyyət hüququnun tanınması, həmin mənzillərə dair onun "xxxx" MMC ilə 18 sentyabr 2007-ci il tarixdə bağlanılan alqı-satqı müqavilələri, maliyyə arayışları və kassa mədaxil orderləri bərpa olunmuş hesab olunmaqla, həmin mənzillərin onun sahibliyinə verilməsi barədə "xxxx" MMC-nin üzərinə öhdəlik qoyulması və ya onun tərəfindən mənzillərə görə ödənilmiş 1 milyon 618 min 212 manat 44 qəpik pul məbləğindən borc - kreditin 500000 manat məbləğini çıxmaqla, üstə gəl mənzillərin məbləğlərinin qiymətini 1 milyon 517 min 665 manat, nəticədə isə ona 2 milyon 635 min 867 manat 44 qəpiyin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci iddia tələbini əsaslandırılması birinci iddia tələblərinin əsaslandırılması ilə eyni olmuşdur. İkinci iddia üzrə Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz və yeni zamanda iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq, iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-2790/2019 saylı, 21 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim Rəşad Cavadzadə) iddianın rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə mənzillərin dəyərinin onun tərəfindən cavabdehə ödənilməsi barədə kassa mədaxil orderi qəbzlərinin kserosurətini təqdim etmiş, mülki işin araşdırılması zamanı bu sənədlərin əslinin kimdə olması müəyyən edilməmişdir. Adları çəkilən sənədlər əsasında iddiaçının cavabdehdən həqiqətən 9 ədəd mənzil alması barədə qəti və birmənalı nəticəyə gəlmək mümkün deyildir. Göründüyü kimi, məhkəmə baxışı zamanı iddiaçı öz iddiasını sübut edən dəlilləri məhkəməyə təqdim etməmiş, sözügedən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən 16 mərtəbəli binadan 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillərin öz mülkiyyətində olmasını sübut edə bilməmişdir. İddiaçının 9 ədəd mənzilin özünə məxsus olduğunu və banka şəxsən girov qoyduğunu sübut edə bilməməsi qüvvədə olan məhkəmə qərarları - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.11.2012-ci il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 11.10.2013-cü il tarixli 2(103)-4192/2013 saylı qətnaməsi ilə də müəyyən olunmuşdur. Yəni mənzillərin iddiaçıya məxsus olmaması və iddiaçı tərəfindən banka girov qoyulmaması artıq məhkəmə qərarı ilə müəyyən edilmişdir. İddiaçı isə Cavabdeh və "xxxx" ASC ilə yanaşı bir neçə şəxsi cavabdeh qismində işə cəlb etməklə, yuxarıda qeyd olunmuş məhkəmə aktları ilə müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə, habelə tədqiq olunmuş sübutlara heç bir əlavə sübut təqdim etmədən yenidən məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı öz tələbini nə əvvəlki məhkəmə aktlarında, nədəki hal-hazırkı iş üzrə sübuta yetirə bilməmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia müddəti keçdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddia rədd olunmalıdır. İddiaçı iddia tələbində qeyd etdiyi mənzillərin alınması ehtimal edildiyi vaxtdan 10 ildən artıq, eyni zamanda, tərəflər arasında əvvəllər eyni məzmunda olan məhkəmə mübahisələrindən 6 ildən artıq müddət keçdikdən sonra iddia verməklə iddia müddətini ötürmüşdür. İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10511/2019 saylı, 30 avqust 2019cu il tarixli qərardadı ilə 2(103)-1017/2019 və 2(103)-10511/2019 nömrəli mülki işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər - Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) 2(103)-1017/19 saylı, 19 noyabr 2019-cu il tarixli qərardadı ilə müəyyən tələblər eynilik təşkil etdiyindən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2790/2019 saylı, 21 may 2019-cu il tarixli qətnaməsi İddiaçı məxsus Cavabdeh-nin inşa etdiyi və 18 sentyabr 2007-ci il tarixdən müqavilələr əsasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən 16 mərtəbəli binadan alınmış 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillərə dair onun mülkiyyət hüququnun tanınması, həmin mənzillərə dair İddiaçı Cavabdeh ilə 18 sentyabr 2007-ci il tarixdə bağlanılan alqı-satqı müqavilələri, maliyyə arayışları və kassa mədaxil orderlərinin bərpa olunmuş hesab olunmaqla, həmin mənzillərin onun sahibliyinə verilməsi barədə Cavabdeh-nin üzərinə öhdəlik qoyulması" hissəsində ləğv edilmiş, həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər - Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) 2(103)-1017/2019 saylı, 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməyərək, 1-ci iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-892/2018 saylı, 05 oktyabr 2018-ci il tarixli və 2-ci iş üzrə 2(004)- 2790/2019 saylı, 21 may 2019-cu il tarixli qətnaməsinin «cavabdehlər X20, X5, X15, X21, X7, X22, X8, Cavabdeh-yə və digər cavabdehlərlə bağlanmış olan əqdlərin etibarsız hesab edilməsi və həmin mənzillərin boşaldılması və ya İddiaçı tərəfindən mənzillərə görə ödənilmiş 1 milyon 618 min 212 manat 44 qəpik pul məbləğdən borc- kreditin 500 min manat məbləğini çıxmaqla, üstə gəl mənzillərin məbləğlərinin qiymətini 1 milyon 517 min 665 manat nəticədə isə İddiaçı 2 milyon 635 min 867 manat 44 qəpik ödənilməsinin» rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 11.10.2013-cü il tarixli 2(103)-4192/2013 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, sübut etmə yükü baxımından məhz iddiaçı iddiasında göstərdiyi mənzillərin ona məxsus olduğunu və həmin mənzilləri cavabdeh banka şəxsən özünün ipotekaya qoyduğunu sübut etməlidir. İddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir, hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirdiklərinə əsasən onun bu iddiasını əsaslı hesab etmək mümkün deyildir. Sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Hazırkı işin halları baxımından da iddiaçı mənzillərin ona məxsus olması və mənzillərin öz əmlakı kimi öz adından ipotekaya qoyulmasını sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisədə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyündən iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələr əsaslı hesab edilməlidir. Bununla yanaşı iddiaçı həmçinin tələbinin qanuni əsasını Mülki Məcəllənin XİV fəslində təsbit olunmuş əqdlərin etibarsızlığına dair müddəalara uyğun olaraq da əsaslandıra bilməmişdir. Belə ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı mənzillərin ona məxsus olması və onun tərəfindən ipoteka ilə yüklü edilməsini təsdiq edən sübutlara malik deyildir. Bu halda kollegiyanın qənaətinə görə iddiaçı subyektiv hüquqa malik olan şəxslər kimi hazırkı iddia tələbini irəli sürməkdə haqlı deyildir. Qanunvericiliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər - Vüqar Həsənov sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) 2(103)-1017/2019 saylı, 19 noyabr 2019-cu il tarixli xüsusi qərardadı ilə hazırki mülki işlər üzrə cinayət əməllərinin əlamətlərinin aşkara çıxarılması barədə prokurora məlumat verilməsi, xüsusi qərardadın müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin 19.11.2019-cu il tarixli, 2(103)-1017/2019 saylı qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər - Zaur Əliyev - sədrlik edən və məruzəçi, Gündüz Quliyev, İlqar Xələfov) 2(102)-2330/2020 saylı, 23 iyul 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.11.2019-cu il tarixli, 2(103)-1017/2019 saylı qətnaməsinin qismən, iddiaçının pul tələblərinə aid hissədə ləğv edilməsi və işin həmin hissədə yeni apelyasiya baxışına göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kollegiya, pul tələbi istisna olmaqla, digər iddia tələblərinin həlli ilə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, kassasiya şikayətinin dəlilləri həmin hissələrdə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də həmin hissələrdə kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bununla belə, məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının pul tələblərinin lazımi qaydada araşdırılması təmin edilməmiş, bu tələbin rədd edilməsinə dair məhkəmə öz qənaətini qanunvericiliyin tələb etdiyi qaydada əsaslandırmamışdır. İş materiallarında olan mədaxil orderlərinin surətindən görünür ki, İddiaçı tərəfindən 15.09.2007-ci il tarixli, 1559 nömrəli qəbzlə 183.960 manat, 18.09.2007-ci il tarixli, 1557 nömrəli qəbzlə 172.395 manat, 18.09.2007-ci il tarixli, 1563 nömrəli qəbzlə 183.960 manat, ...8.09.2007-ci il tarixli, 1558 nömrəli qəbzlə 172.395 manat, ...09.2007-ci il tarixli, 1556 nömrəli qəbzlə 183.960 manat, 18.09.2007-ci il tarixli, 1561 nömrəli qəbzlə 161.820 manat, 18.09.2007-ci il tarixli, 1562 nömrəli qəbzlə 140.400 manat, 18.09.2007-ci il tarixli, 1560 nömrəli qəbzlə 140.400 manat, 18.09.2007-ci il tarixli, 1564 nömrəli qəbzlə 178.365 manat məbləğində pul vəsaitlərini “Qutqaşınlı” ünvanı ilə qeyd edilən müxtəlif nömrəli mənzillərin əsas pay ödənişi kimi "xxxx" MMC-yə ödəmişdir. Apelyasiya instansiyası məhkəməsi iddia tələblərini bütövlükdə rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı mənzillərin özünə məxsus olduğunu və şəxsən banka girov qoyduğunu sübut edə bilməmişdir. Kollegiya bildirir ki, iddiaçının qeyd edilən halları sübuta yetirə bilməməsi onunla "xxxx" MMC arasında mənzillərə dair müqavilə öhdəliyinin aşkar edilməməsinə dəlalət etsə də, bu hal pul tələblərinin rədd edilməsi üçün yetərli əsas deyil. Ona görə ki, pul tələbinin müqavilədən başqa digər əsaslarla irəli sürülməsi də mümkündür. Başqa sözlə, iddiaçının pul tələbləri müqavilə öhdəlikləri çərçivəsində haqlı sayılmadığı halda, həmin tələblərin qanundan irəli gələn öhdəliklər (əsassız varlanma, mülki hüquq pozuntusu və s.) çərçivəsində haqlı olub-olmaması araşdırılmalı və onlara müvafiq hüquqi qiymət verilməklə mübahisə bütövlükdə həll edilməlidir. Çünki, mövcud faktiki hallar göstərilməklə irəli sürülmüş pul tələblərinin hüquqi əsas(lar)ının tapılması, yəni hüququn tətbiq edilməsi qanunvericilikdə müəyyən edilmiş hədlər çərçivəsində məhkəmənin vəzifəsidir. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıdığından tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Məhkəmə iddiaçının ərizəsində əks etdirdiyi hüquqi mövqedən aslı ola bilməz. İddianın mümkün hüquqi əsaslarını özü nəzərdən keçirməklə iddiaçının tələbinə uyğun gələn qanuni əsas(lar)ı tapmalı və məhkəməyə bildirilən faktiki halların həmin əsas(lar)ın dispozisiya şərtlərinə uyğun olub-olmamasını yoxlamaqla mübahisəni həll etməlidir. Hazırkı işdə isə iddiaçının pul tələblərinin qanundan irəli gələn öhdəliklər çərçivəsində əsaslı olub-olmamasına hüquqi qiymət verilməmişdir. Apelyasiya instansiyası məhkəməsi bu məsələ ilə bağlı qeyd etmişdir ki, iddiaçı mənzillərin dəyərinin cavabdehə ödənilməsi barədə kassa mədaxil orderi qəbzlərinin kserosurətlərini təqdim etmiş, işin araşdırılması zamanı bu sənədlərin əslinin kimdə olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bu yanaşmanı pul tələblərinin rədd edilməsi üçün kifayətedici əsaslandırma hesab etmir. Ona görə ki, yuxarıda qeyd edilən pul məbləğlərinin ödənilməsinə dair orderlərdəki məlumatların mötəbərliliyinin yoxlanılması, vəsaitin "xxxx" MMC-nin mühasibatlığına mədaxil edilib-edilmədiyinə dair halların aydınlaşdırılması üçün tərəflərə lazımi şərait yaradılmalı və bu araşdırmanın nəticəsindən asılı olaraq qənaətə gəlinməlidir. O da nəzərə alınmalıdır ki, mövcud mübahisə ilə bağlı əvvəlki məhkəmə qərarlarında sözügedən orderlərin mötəbərliliyi ilə bağlı müəyyən edilmiş halların işin tərəfləri və tələbin predmeti baxımından preyudisial xarakterdə olub-olmaması qanunvericiliyə uyğun qaydada qiymətləndirilməlidir. Yuxarıda qeyd edilən halların araşdırılması nəticəsində sözügedən mədaxil orderlərindəki pul məbləğlərinin ödənilməsi müəyyən edildiyi halda "xxxx" MMC-nin iddiaçı qarşısında hansı öhdəliyinin əmələ gəlməsi, bu öhdəliyin icra edilib-edilmədiyi, edilmədiyi halda iddiaçının pul tələblərinin təmin edilməsi üçün qanuni əsasların olub-olmaması və tələbin bu hissəsinin həlli üçün əhəmiyyət kəsb edən digər hallar araşdırılmaqla əsaslandırılmış qətnamə qəbul edilməlidir. c) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Fuad Babayev) 2(103)-7486/2020 saylı, 24 noyabr 2020ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2790/2019 saylı, 21.05.2019-cu il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 2790/2019 saylı, 21.05.2019-cu il tarixli qətnaməsinin pul tələbinə dair hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı mübahisəli mənzillərin dəyərinin cavabdehə ödənilməsi barədə məhkəməyə kassa mədaxil orderi qəbzlərinin kserosurətini təqdim etmişdir. Kollegiya tərəfindən həmin qəbzlərin əslinin təqdim olunması təklif edilsə də, iddiaçı həmin qəbzləri məhkəməyə təqdim etməmişdir. Bundan əlavə əvvəlki məhkəmə mübahisələri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə mübahisəli pul vəsaitinin Cavabdeh-yə ödənilməsi öz təsdiqini tapmamışdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və iddiaçının subyektiv mövqeyini əks etdirir. İddiaçı (vəkili Nümayəndə1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qərar qəbul edilməsini, onun cavabdeh "xxxx" MMC-yə və digərlərinə qarşı “mülkiyyət hüququnun müdafiəsi haqqında” pul tələbi hissəsində iddia ərizəsinin təmin edilməsi, onun tərəfindən "xxxx" MMC-yə ödədiyi Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşmlı küçəsi 533-cü məhəllədə inşa edilmiş 16 mərtəbəli binanın 24 nömrəli mənzilə görə mədaxil orderinə 1559 qəbzi ilə ödənilmiş 183.960 manat, 25 nömrəli mənzilə görə mədaxil orderinə 1557 qəbz ilə ödənilmiş 172.395 manat, 28 nömrəli mənzilə görə mədaxil orderinə 1558 qəbz ilə ödənilmiş 172.395 manat, 31 nömrəli mənzilə görə mədaxil orderinə 1561 qəbz ilə ödənilmiş 161.820 manat, 32 nömrəli mənzilə görə mədaxil orderinə 1562 qəbz ilə ödənilmiş 140.400 manat, 35 nömrəli mənzilə görə mədaxil orderinə 1560 qəbz ilə ödənilmiş 140.400 manat, 49 nömrəli mənzilə görə mədaxil orderinə 1564 qəbz ilə ödənilmiş 178.365 manatın, mənzillərə dair bağlanmış 18.09.2007ci il tarixli 337, 338, 342, 343, 344, 345 saylı müqavilələr və həmin ünvandakı 42 mənzilə görə ödənilmiş 183.965 manat, 45 saylı mənzilə görə ödənilmiş 183.965 manat və bu mənzillərə dair bağlanmış 15.04.2008-ci il tarixli 353, 354 saylı müqavilələrə əsasən cəmi 1 milyon 517 min 665 manat pul vəsaitinin ödənilmiş hesab edilməsi, ödənilmiş 1 milyon 517 min 665 manat pul vəsaitinə onunun mülkiyyət hüququ tanınması və cavabdeh "xxxx" MMC-dən tutularaq birdəfəlik qaydada ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat İddiaçı (vəkili Nümayəndə1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qərar qəbul edilməsini, onun cavabdeh "xxxx" MMC-yə və digərlərinə qarşı "mülkiyyət hüququnun müdafiəsi haqqında" pul tələbi hissəsində iddia ərizəsinin təmin edilməsi, onun tərəfindən "xxxx" MMC-yə ödədiyi Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşmlı küçəsi 533-cü məhəllədə inşa edilmiş 16 mərtəbəli binanın 24 nömrəli mənzilə görə mədaxil orderinə 1559 qəbzi ilə ödənilmiş 183.960 manat, 25 nömrəli mənzilə görə mədaxil orderinə 1557 qəbz ilə ödənilmiş 172.395 manat, 28 nömrəli mənzilə görə mədaxil orderinə 1558 qəbz ilə ödənilmiş 172.395 manat, 31 nömrəli mənzilə görə mədaxil orderinə 1561 qəbz ilə ödənilmiş 161.820 manat, 32 nömrəli mənzilə görə mədaxil orderinə 1562 qəbz ilə ödənilmiş 140.400 manat, 35 nömrəli mənzilə görə mədaxil orderinə 1560 qəbz ilə ödənilmiş 140.400 manat, 49 nömrəli mənzilə görə mədaxil orderinə 1564 qəbz ilə ödənilmiş 178.365 manatın, mənzillərə dair bağlanmış 18.09.2007-ci il tarixli 337, 338, 342, 343, 344, 345 saylı müqavilələr və həmin ünvandakı 42 mənzilə görə ödənilmiş 183.965 manat, 45 saylı mənzilə görə ödənilmiş 183.965 manat və bu mənzillərə dair bağlanmış 15.04.2008-ci il tarixli 353, 354 saylı müqavilələrə əsasən cəmi 1 milyon 517 min 665 manat pul vəsaitinin ödənilmiş hesab edilməsi, ödənilmiş 1 milyon 517 min 665 manat pul vəsaitinə onunun mülkiyyət hüququ tanınması və cavabdeh "xxxx" MMC-dən tutularaq birdəfəlik qaydada ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Elşanə Vəliyeva - sədrlik edən və məruzəçi, Aqil Abbasov, Elşad Şamayev) 2(102)-2834/2021 saylı, 11 iyun 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24.11.2019-cu il tarixli, 2(103)- 7486/2020 saylı qətnaməsinin qismən - mənzillərin dəyərinə görə ödənilmiş 1.517.665 manat pul tələbinə dair hissədə ləğv edilməsi və mülki işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarda kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, işə təkrar baxmış apelyasiya kollegiyası işə təkrarən baxarkən işə daha əvvəl baxmış və apelyasiya kollegiyasının qəbul etdiyi qətnaməni ləğv edib qəbul etdiyi qərarda apelyasiya kollegiyası üçün iddia tələbinin pul hissəsi ilə bağlı göstərişlər müəyyən etmiş kassasiya kollegiyasının göstərişlərinə əməl etməmiş, bu hissə üzrə hər hansı araşdırma aparmamış, özündən əvvəl işə baxmış apelyasiya kollegiyasının iddia tələbinin qeyd edilən hissəsi ilə mövqeyini təkrarlamaqla məhkəmə araşdırmasını tamamlanmış hesab etmişdir. Halbuki, kassasiya yoxlaması nəticəsində müəyyən edilir ki, işə əvvəl baxmış kassasiya kollegiyası iddiaçının qeyd edilən halları sübuta yetirə bilməməsinin onunla "xxxx" MMC arasında mənzillərə dair müqavilə öhdəliyinin aşkar edilməməsinə dəlalət etsə də, bu halın pul tələblərinin rədd edilməsi üçün yetərli əsas olmadığı qənaətinə gəlmişdir. Ona görə ki, pul tələbinin müqavilədən başqa digər əsaslarla irəli sürülməsi də mümkündür. Başqa sözlə, iddiaçının pul tələbləri müqavilə öhdəlikləri çərçivəsində haqlı sayılmadığı halda, həmin tələblərin qanundan irəli gələn öhdəliklər (əsassız varlanma, mülki hüquq pozuntusu və s.) çərçivəsində haqlı olub-olmaması araşdırılmalı və onlara müvafiq hüquqi qiymət verilməklə mübahisə bütövlükdə həll edilməlidir. Çünki, mövcud faktiki hallar göstərilməklə irəli sürülmüş pul tələblərinin hüquqi əsas(lar)ının tapılması, yəni hüququn tətbiq edilməsi qanunvericilikdə müəyyən edilmiş hədlər çərçivəsində məhkəmənin vəzifəsidir. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan "iura novit curia" (məhkəmə hüququ bilir) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıdığından tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Məhkəmə iddiaçının ərizəsində əks etdirdiyi hüquqi mövqedən asılı ola bilməz. İddianın mümkün hüquqi əsaslarını özü nəzərdən keçirməklə iddiaçının tələbinə uyğun gələn qanuni əsas(lar)ı tapmalı və məhkəməyə bildirilən faktiki halların həmin əsas(lar)ın dispozisiya şərtlərinə uyğun olubolmamasını yoxlamaqla mübahisəni həll etməlidir. Hazırkı işdə isə iddiaçının pul tələblərinin qanundan irəli gələn öhdəliklər çərçivəsində əsaslı olub-olmamasına hüquqi qiymət verilməmişdir. Pul məbləğlərinin ödənilməsinə dair orderlərdəki məlumatların mötəbərliliyinin yoxlanılması, vəsaitin "xxxx" MMC-nin mühasibatlığına mədaxil edilib-edilmədiyinə dair halların aydınlaşdırılması üçün tərəflərə lazımi şərait yaradılmalı və bu araşdırmanın nəticəsindən asılı olaraq qənaətə gəlinməlidir. O da nəzərə alınmalıdır ki, mövcud mübahisə ilə bağlı əvvəlki məhkəmə qərarlarında sözügedən orderlərin mötəbərliliyi ilə bağlı müəyyən edilmiş halların işin tərəfləri və tələbin predmeti baxımından preyudisial xarakterdə olub-olmaması qanunvericiliyə uyğun qaydada qiymətləndirilməlidir. Yuxarıda qeyd edilən halların araşdırılması nəticəsində sözügedən mədaxil orderlərindəki pul məbləğlərinin ödənilməsi müəyyən edildiyi halda "xxxx" MMC-nin iddiaçı qarşısında hansı öhdəliyinin əmələ gəlməsi, bu öhdəliyin icra edilib-edilmədiyi, edilmədiyi halda iddiaçının pul tələblərinin təmin edilməsi üçün qanuni əsasların olub-olmaması və tələbin bu hissəsinin həlli üçün əhəmiyyət kəsb edən digər hallar araşdırılmaqla əsaslandırılmış qətnamə qəbul edilməlidir. Göründüyü kimi, işə təkrar baxmış apelyasiya kollegiyası kassasiya kollegiyasının bu göstərişlərinin hər hansı birinə əməl etməmiş, işin qeyd edilən hissəsi üzrə hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərini və ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında borc münasibətləri yaranmasını, "xxxx" ASC-nin kredit şöbəsinin müdiri Həmidli Müşviqin iddiası üzrə mülki işə apellyasiya qaydasında baxılarkən iddiaçının ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsində qeyd etmişdir ki, "xxxx" ASC-dən 2007-ci ildə kredit götürmüş, kreditin ödənişi ilə əlaqədar cavabdehdən 417.000 manat və 67.000 manat pul alaraq banka ödədiyini, həmçinin cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 2008 və 2009-cu illərə aid çoxsaylı məxaric xəzinə orderlərinə əsasən iddiaçının cavabdehdən 52.812 manat, 150.000 manat, 120.000 manat və s. məbləğlərdə "adler" adlı layihə üçün, "xxxx" ASC-yə kredit faizinin ödənilməsi üçün sistematik olaraq pul götürdüyünü müəyyən etmiş və cavabdehin iddiaçıya borcu olmasa idi, iddiaçıya cavabdehin kassasından yüksək məbləğlərdə pul verilməyəcəyi qənaətinə gəlmişdir. Bu qətnamə də apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Belə olan halda, işə təkrar baxılarkən hər iki tərəfin izahatlarında göstərdikləri nəzərə alınmaqla, onlar arasındaki həqiqi münasibətlərin nədən ibarət olduğu müəyyən edilməklə, iddianın hüquqi əsası müəyyən edilməli və işdə olan sübutlar və təqdim edilən əlavə sübutlar əsasında düzgün və əsaslandırılmış qətnamə qəbul edilməlidir. Mülki iş hazırki apellyasiya instansiyası icraatında olarkən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8268/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərardadı ilə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın 4/1716 saylı, 01.03.2022-ci il tarixli rəyində qeyd edilir ki, ekspertizaya təqdim edilmiş, 20 noyabr 2006-cı il tarixli 2811 nömrəli, 10 iyul 2007ci il tarixli 1430 nömrəli, 17 iyul 2007-ci il tarixli 1331 nömrəli, 22 avqust 2007-ci il tarixli 1607 nömrəli, 21 may 2007-ci il tarixli 1704 nömrəli, 13 fevral 2007-ci il tarixli 1095 nömrəli, 02 mart 2007-ci il tarixli 1149 nömrəli, 10 iyul 2007-ci il tarixli 1256 nömrəli, 17 iyun 2008-ci il tarixli 1018 nömrəli, 23 avqust 2008-ci il tarixli 1649 nömrəli, 07 iyul 2008-ci il tarixli 1210 nömrəli, 04 fevral 2008-ci il tarixli 2888 nömrəli, 09 yanvar 2008-ci il tarixli 2689 nömrəli, 06 may 2008-ci il tarixli 606 nömrəli, 14 noyabr 2008-ci il tarixli 2473 nömrəli, 15 aprel 2008-ci il tarixli 406 nömrəli, 31 oktyabr 2008-ci il tarixli 2317 nömrəli, 28 oktyabr 2008-ci il tarixli 2221 nömrəli, 17 dekabr 2008-ci il tarixli 2799 nömrəli, 21 may 2008-ci il tarixli 790 nömrəli, 03 oktyabr 2008-ci il tarixli 2042 nömrəli, 27 noyabr 2008-ci il tarixli 2017 nömrəli, 14 noyabr 2008-ci il tarixli 2472 nömrəli, 22 iyul 2008-ci il tarixli 1345 nömrəli, 01 avqust 2008-ci il tarixli 1442 nömrəli, 19.03.2009-cu il tarixli 678 nömrəli, 05.11.2009-cu il tarixli 2862 nömrəli, 06.06.2009-cu il tarixli 1398 nömrəli, 18.09.2009-cu il tarixli 2403 manat, 06.01.2010-cu il tarixli 39 nömrəli, 11.03.2010-cu il tarixli 562 nömrəli, 20.05.2010-cu il tarixli 1186 nömrəli məxaric xəzinə orderlərində “Aldım imza” qrafalarındakı imzalar-İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 20 iyun 2006-cı il tarixli 1035 nömrəli, 17 avqust 2006-cı il tarixli 2479 nömrəli, 27.08.2010-cu il tarixli 002038 nömrəli, 12 dekabr 2008-ci il tarixli 2729 nömrəli, 23.11.2009-cu il tarixli 2987 nömrəli məxaric xəzinə orderlərində “Aldım imza” qrafalarındakı imzalar-İddiaçı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqim edilmiş, 12.11.2009-cu il tarixli 2913 nömrəli, 05.09.2009-cu il tarixli 2231 nömrəli məxaricxəzinə orderlərində “Aldım imza” qrafalarındakı imzaların-İddiaçı tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmamamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Məhkəmə iclasında İddiaçı vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilməli hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin apellyasiya icraatının predmeti olan hissədə ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya icraatının predmeti olan - mənzillərin dəyərinə görə ödənilmiş 1.517.665 manat pul tələbinin rədd edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd olunan hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Apellyasiya icraatının predmeti olan hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin bu hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar iddia tələbinin apellyasiya icraatının predmeti olan - mənzillərin dəyərinə görə ödənilmiş 1.517.665 manat pul tələbi hissəsində Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1-ci maddələrinin dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır. Çünki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilməlidir. Ancaq borclu zərər vurma nəticəsində əmələ gələn öhdəliyini tam və birdəfəlik icra etmək istəmir. Ona görə də birinci instansiya məhkəməsi tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməyərək düzgün olmayan qətnamə çıxarmaqla prosessual hüquq normalarının da tələblərini pozmuşdur. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də brb lzaz maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir. Belə ki, işə baxan kassasiya instansiyası məhkəməsi iki dəfə apellyasiya instansiyası məhkəməsinin hazırki apellyasiya icraatının predmeti olan - mənzillərin dəyərinə görə ödənilmiş 1.517.665 manat pul tələbinin rədd edilməsi ilə bağlı yekun qənaəti ilə razılaşmamış, hər dəfə qərarlarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin birdəfəlik həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin növbəti dəfə kassasiya instansiyası məhkəməsinin qərarlarında şərh edilən məcburi göstərişlərinə tam əməl edilməməsi ən azından prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilər. Birinci dəfə işə baxan kassasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, iş materiallarında olan mədaxil orderlərinə əsasən İddiaçı 15.09.2007-ci il tarixli, 1559 nömrəli qəbzlə 183.960 manat, 18.09.2007-ci il tarixli, 1557 nömrəli qəbzlə 172.395 manat, 18.09.2007-ci il tarixli, 1563 nömrəli qəbzlə 183.960 manat, ...8.09.2007-ci il tarixli, 1558 nömrəli qəbzlə 172.395 manat, ...09.2007-ci il tarixli, 1556 nömrəli qəbzlə 183.960 manat, 18.09.2007-ci il tarixli, 1561 nömrəli qəbzlə 161.820 manat, 18.09.2007-ci il tarixli, 1562 nömrəli qəbzlə 140.400 manat, 18.09.2007-ci il tarixli, 1560 nömrəli qəbzlə 140.400 manat, 18.09.2007-ci il tarixli, 1564 nömrəli qəbzlə 178.365 manat məbləğində pul vəsaitlərini “Qutqaşınlı” ünvanı ilə qeyd edilən müxtəlif nömrəli mənzillərin əsas pay ödənişi kimi "xxxx" MMC-yə ödəmişdir. Məhkəmə xətşünaslıq ekspertizasının 19.07.2018-ci il tarixli 14809 saylı rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı adına olan, 9 ədəd mənzillərə dair pulun ödənilməsi barədə "xxxx" MMC tərəfindən verilmiş qəbzdəki mətn və imzalar və Həmidli Müşviqin adına olan kassa-mədaxil orderlərin əlyazma mətnləri və imzalar "xxxx" MMC-nin vəzifəli şəxslərinə məxsusdur və eyni şəxslər tərəfindən icra olunmuşdur. Hazırki apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin və vəkilinin verilən suallara cavabında bu qəbzlərin iddiaçıya əlində sənədi olması üçün verilən pulların təminatı olaraq verildiyini, qəbzin əsillərinin iddiaçıya verildiyini təsdiq etdi. Demək ki, bu qəbzlərin cavabdehin vəzifəli şəxsləri tərəfindən tərtib edildiyi və möhürü ilə təsdiq edildiyi üçün onların məzmunundakı məlumatların həqiqiliyi işin mübahisəsiz halına çevrilir. Başqa sözlə həmin qəbzlərin əsilləri aşkar olunmasa da onların cavabdeh tərəfindən tərtib edilməsi, imzalanması və möhürlənməsini cavabdeh tərəf də hər hansı bir formada mübahisələndirmir. Cavabdehin mübahisələndirdiyi hal isə qeyd olunan qəbzlərdəki məbləğlərin iddiaçı tərəfindən cavabdehə ödənilmədiyini, qəbzdə göstərilən mənzillərə görə pay haqqının da ödənilmədiyini, bu qəbzlərin iddiaçıdan alınmış borcun təminatı olaraq verildiyini, alınmış borcun isə artıqlaması ilə qaytarıldığını bəyan etməsidir. Düzdü, işdə olan sənədlərdən və tərəflərin verdiyi məlumatlardan bəlli olur ki, onlar arasında müxtəlif vaxtlarda, müxtəlif xarakterili mülki hüquq münasibətləri, o cümlədən iş birliyi olub. Ancaq hazırki apellyasiya icraatının predmeti artıq konkretləşmiş, yəni iddiaçının tələb etdiyi mənzillərin verilməsi iddiası uğurlu olmasa da pul tələbi mövcuddur və iddiaçı bu tələbinin faktiki əsası kimi qeyd olunan qəbzləri məhkəməyə təqdim edib. Apellyasiya instansyası məhkəməsi hesab edir ki, konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Ancaq bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir. Cavabdeh qeyd olunan qəbzlərdə göstərilən məbləğlərin və mənzillərə görə pay haqqının ona ödənilmədiyini, bu qəbzlərin iddiaçıdan alınmış borcun təminatı olaraq verildiyini, alınmış borcun isə artıqlaması ilə qaytarıldığını bəyan edir. Qeyd olunduğu kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim edib. Cavabdeh isə iddia tələbinə etiraz edir, lakin etiraz edirsə, onun əsası kimi istinad etdiyi halları özü sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü artıq artıq onun üzərinə düşür. Yəni, cavabdeh qəbzlərdə qeyd olunan məbləğlərin ona ödənilmədiyini yaxud mənzillərə görə pay haqqı kimi deyil, aldığı borcun təminatı kimi verildiyini bəyan edirsə, qəbzi bəyan etdiyi məzmunda tərtib edə bilərdi. Bunun üçün hər hansı bir maneə yox idi yaxud belə bir maneənin olduğunu cavabdeh göstərmir yaxud göstərmək istəmir. Bu cür vəziyyətdə təbii sual ortaya çıxır ki, iddiaçı qəbzlərdə göstərilən mənzillərə görə pay haqqı kimi həmin məbləğləri ödəməmişdirsə, onda cavabdeh bu qəbzləri tərtib edib iddiaçıya nəyə görə verməli idi. Əlbətdə ki, bu ritorik sual olsa da cavabdeh tərəf buna cavab verməyə hazır olmalı idi yaxud cavab vermək üçün kifayət qədər tutarlı arqumentlərə istinad etməli idi. Cavabdehin bu mövqeyindən belə məna hasil olur ki, o, özünün tərtib və təsdiq etdiyi qəbzdəki məlumatları, yəni iddiaçıdan qəbzdə göstərilən məbləğləri almağını inkar edir, əslində bu hərəkəti ilə iddiaçıya qarşı mülki hüquq pozuntusu törətdiyini təsdiq etmiş olur. Başqa sözlə iddiaçının tələb etdiyi məbləğin cavabdehə ödənildiyi sübuta yetirilirsə, lakin cavabdeh bunu etiraf etmirsə yaxud etmək istəmirsə, demək iddiaçıya qarşı mülki hüquq pozuntusu törədilməsi təsdiq olunur. Çünki, bu faktla bağlı hallar ancaq zərər vurmadan əmələ gələn öhdəliklərlə bağlı mülki hüquq münasibəti kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, İddiaçı Maraqlı şəxs1 ASC-yə qarşı iddia girov qoyduğu 9 mənzilin dəyəri qismində 1 517 655 manat məbləğində pul vəsaitinin tutulması barədə tələbin Yasamal Rayon Məhkəməsinin 06.05.2013-cü il tarixli 2(004)1792/2031 saylı qətnaməsi ilə iddianın təmin olunmaması və həmin qətnamənin də sonradan apellyasiya və kassasiya qaydasında dəyişdirilmədən saxlanılması hazırki iddianın rədd edilməsi üçün və həmin məhkəmə aktlarının bu iş üzrə preyudisiallığı ola bilməz. Belə ki, həmin məhkəmə qərarlarında sözügedən orderlərin Maraqlı şəxs1 ASC-yə münasibətdə mötəbərliliyi nəzərə alınmaya bilərdi. Çünki, bu qəbzlər Maraqlı şəxs1 ASC tərəfindən tərtib edilərək verilməmiş və həmin qəbzdəki məbləğin iddiaçıdan alınmasını bank təsdiq etməmişdir. Lakin bu qəbzlərin hazırki iş üzrə cavabdeh tərəfindən tərtib və təsdiq edilərək verilməsi işin mübahisəsiz halıdır. Sadəcə cavabdeh bu qəbzlərin formal tərtib olunduğunu, əslində verilmiş borcun təminatı kimi iddiaçıya verildiyini göstərir. Ona görə də bu iş üzrə həmin qəbzlərin mötəbər sübut hesab edilməməsi üçün heç bir əsas yoxdur. Göründüyü kimi, sözügedən mədaxil orderlərindəki pul məbləğlərinin ödənilməsi müəyyən edildiyindən cavabdehin iddiaçı qarşısında zərərvurmadan əmələ gələn öhdəliyi yaranmış və bu öhdəlik də icra edilmədiyindən iddiaçının pul tələblərinin təmin edilməsi üçün qanuni əsaslar olduğundan iddia təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, apellyasiya baxışı zamanı məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın 4/1716 saylı, 01.03.2022-ci il tarixli rəyində ekspertizaya təqdim edilmiş bəzi məxaric xəzinə orderlərində “Aldım imza” qrafalarındakı imzaların İddiaçı tərəfindən icra olunması, bəzi imzaların İddiaçı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunması, bəzilərinin isə İddiaçı tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmamamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etməyin mümkün olmadığı göstərilsə də bu rəyin hazırki iddiaya heç bir təsiri yoxdur. Çünki, həm işin hallarından, həm də cavabdeh tərəfin məlumatları ilə təsdiq olunur ki, tərəflər arasında müxtəlif xarakterli mülki hüquq münasibətləri,o cümlədən borc münasibətləri olmuşdur. Qeyd olunan məxaric xəzinə orderləri də həmin münasibətlərə aid olmuşdur. Belə ki, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi və məhkəmə xətşünaslıq ekspertizasının tədqiqat predmeti olan 2006, 2007, 2008 və 2009-cu illərə aid çoxsaylı məxaric xəzinə orderlərində iddiaçının cavabdehdən 52.812 manat, 150.000 manat, 120.000 manat və s. məbləğlərdə "adler" adlı layihə üçün, "xxxx" ASC-yə kredit faizinin ödənilməsi üçün sistematik olaraq pul götürdüyü müəyyən edilsə də qeyd olunan məxaric xəzinə orderlərindəki məbləğlərin hazırki iddia üzrə tələb edilən məbləğlə heç bir bağlılığı və əlaqəsi yoxdur. Ən azından cavabdeh tərəf də bu orderlərdəki məbləğlərin iddiaçının təqdim etdiyi 9 ədəd qəbzdəki məbləğlərlə bağlı olmasını, başqa sözlə orderlərdəki məbləğlərin qəbzdəki məbləğlərin əvəzi olaraq iddiaçıya qaytarıldığını təsdiq etmir. Ona görə də bu rəyin hazırki iddianın əsaslılığı yaxud əsassızlığı baxımından heç bir əhəmiyyətli təsiri yoxdur. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilsə də iddia müddəti ötürülməmişdir. Çünki, iddiaçı zərərvurmadan əmələ gələn öhdəlik üzrə cavabdehdən pul tələb edir. Bu cür tələblər üzrə isə iddia müddəti isə Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən on il təşkil edir. İddiaçının cavabdehə qarşı başlatdığı ilk iddia məhkəməyə 24 noyabr 2017-ci il tarixdə, digər iddia isə 14 mart 2019-cu il tarixdə daxil olmuşdur. İddiaçı Maraqlı şəxs1 ASC-yə qarşı hazırki predmetlə eyni olan tələbi isə 2013-cü ildə irəli sürmüşdür. Demək, iddiaçı hüquqlarının pozulduğunu, yəni cavabdeh tərəfindən ona qarşı hüquq pozuntusu törədildiyini bildiyi vaxtdan 10 il keçməmiş hazırki iddianı irəli sürmüşdür. Ona görə də iddia müddəti ötürülmədiyindən iddia müddətinin tətbiqi barədə ərizə tətbiq edilməklə iddia rədd oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları, hüquqdan sui-istifadə etməyin qadağan olunması institutlarının da yaranmasına da zərurət və əsas olmazdı. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1, 385.1.2 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: İddiaçı apellyasiya şikayəti təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2790/2019 saylı, 21 may 2019-cu il tarxili qətnaməsi qismən, yəni iddia tələbinin hazırki apellyasiya icraatının predmeti olan - mənzillərin dəyərinə görə ödənilmiş 1.517.665 manat pul tələbinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməli; Cavabdeh "xxxx" ASC-dən 1.517.665 (bir milyon beş yüz on yeddi min altı yüz altımış beş) manat tutularaq İddiaçı ödənilməli; Ekspertiza tədqiqatının dəyəri - 138 (yüz otuz səkkiz) manat cavabdeh "xxxx" ASCdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2790/2019 saylı, 21 may 2019-cu il tarxili qətnaməsi qismən, yəni iddia tələbinin hazırki apellyasiya icraatının predmeti olan - mənzillərin dəyərinə görə ödənilmiş 1.517.665 manat pul tələbinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətindən 1.517.665 (bir milyon beş yüz on yeddi min altı yüz altmış beş) manat tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri - 138 (yüz otuz səkkiz) manat cavabdeh "xxxx" ASCdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-407/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-407/2022
16.05.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver