Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4071/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı "İddiaçı" X2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X4 qarşı borcun tutulması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3722/2018 saylı işi üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İş materiallarına cavabdehlərin qeydiyyat ünvanlarına dair SİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışı əlavə edilmiş (iş səh.7), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3722/2018 saylı işi üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsinin surəti xx.xx.2018-ci il tarixində cavabdehlərin qeyd olunan ünvanlarına rəsmi qaydada sifarişli məktub vasitəsilə göndərilmiş, lakin həmin məhtubların tərəflərə çatıb-çatmadığını sübut edən xəbərnamələr işə əlavə edilməmişdir (səh.40-41). Qətnamə icraya yönəlmiş və qanuni qüvvəsini almışdır (səh.42). Apellyasiya şikayəti xx.xx.2021-ci il tarixdə verilərək, qanuni qüvvəyə minmiş qətnamədən şikayət vermə müddətin ötüb-ötmədiyinə prosessual-hüquqi qiymət verilməmişdir (müddətlə əlaqədar qərar qəbul edilməmiş və ondan şikayət vermə hüququ təmin edilməmiş) (səh.67).Eyni zamanda apellyasiya şikayətinə qanunla müəyyən edilmiş təyinatda dövlət rüsumu ödənilməmişdir (səh.66). Belə ki, ödənilmiş dövlət rüsumunun təyinatı qeyd edilmədən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə ödənilmişdir Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, “Dövlət rüsumu haqqında” Qanunun 10.4, 10.4.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 361-366, 372, 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3722/2018 saylı işi üzrə, xx xxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4071/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4071/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver