Məhkəmə qərarları › İş №2(103)-4074/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4074/2022

10.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4074/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Tanrıverdiyev (sədrlik edən və məruzəçi), Həmid Üzeyir oğlu Həmidov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-712/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı İB – Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2174.4 manat məbləğində dəymiş zərər və ödənilmiş 41.75 manat dövlət rüsumu və pozulmuş hüquqlarının bərpası üçün hüquq şirkətinə ödədiyi 300 manat pulun, ümumilikdə isə 2516.15 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018ci il tarixli, AKX-00427xx/xx-2018 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə”müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********20000 nömrəli abonent kodu verilmişdir. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 828 manat, xx.xx.2020-cu il tarixli, ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-cu il tarixli, ******* saylı akt əsasında 590.4 manat İddiaçı İB-nə zərər dəymişdir. Azəriqaz İB-yə 2174.4 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. 08/2018-ci il tarixdə abonentin 828 manat borcu smart sayğaca keçirilmişdir. Bununla yanaşı, 01/2017-ci il tarixdən caavbdehin 157.2 manat qalıq borcu qalmışdır. Cavabdehin sərfiyyatına uyğun aylıq ödənişləri və borca görə tutmaları ilə birlikdə Smart sayğac üzrə 8983.2 manat borcu qalmqdadır Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-712/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1346.4 (bir min üç yüz qırx altı manat, qırx qəpik) manat məbləğində dəymiş zərər və ödənilmiş 25 (iyirmi beş) manat dövlət rüsumu, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 100 (bir yüz) manat xidmət haqqının İddiaçı İB-nin xeyrinə tutulması, tutulmuş məbləğin İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödəniməsi qət edilmiş, qalan hissədə isə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Nİlufər Cəfərli). Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilən zaman xx.xx.2017-ci il tarixli ******* №- li akt sübut edilməmiş, eyni zamanda debitor borcun olmamasına dair sübutların təqdim edilməməsi əsas gətirilərək yalnız xx.xx.2020-ci il tarixli , ******* saylı akt və xx.xx.2020-ci il tarixli, ******* saylı aktlar əsas götürülmüşdür. Halbuki məhkəmə hər nə qədər ki , xx.xx.2017-ci il tarixli ******* №-li aktın etibarsızlığını təsdiq edən halların olmamasını nəzərə almamış, eyni zamanda iş materiallarına əlavə edilmiş və abonentin saldosunu özündə əks etdirən AGİS və GASREPORT üzrə sistemdən çıxarışları diqqətə almamışdır. İlkin instansiya tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli ******* №- li aktın həqiqiliyi, həmin aktların qanunvericiliyin tələblərinə uyğun tərtib edilib-edilməməsi araşdırılmamış, aktların hazırki iş üzrə mötəbərliyi nəzərə alınmamışdır. Hazırki iş üzrə məhkəmə həmin aktların mötəbərliyini nəzərə almalı, tərtib edilmiş aktlarda müəyyən edilmiş məbləğlərin düzgün və ya yanlış tərtib edilməsinə münasibətdə bildirməli, cavadehin istifadə etdiyi qaz sərfiyyatına orta göstəricisinə uyğun olaraq müəyyən məbləğin təmin edilməsini həyata keçirilməli idi ki, bu halların heç biri həyata keçirilməmişdir. Bundan əlavə işin mübahisəsiz halı ondan ibarətdir ki, qaz sayğacına qanunsuz müdaxilə edilməsi ilə bağlı iş materiallarında həmin an çəkilmiş fotoşəkillər mövcuddur. Fotoşəkillərdə əks olunmuş təsvirlərdən də müəyyən olunur ki, qaz sayğacına kənar müdaxilə mövcuddur. Edilmiş kənar müdaxilə cavabdeh tərəfindən həyata keçirilmişdir ki, belə müdaxilənin olması ilə bağlı cavabdeh tərəfindən iddiaçıya müraciət edilməmiş, eyni zamanda həmin müdaxiləyə münasibətdə hərəkətsiz olmuşdur. Bu hal isə faktiki olaraq cavabdehin öz hərəkət və hərəkətsizliyində təqsirli olmasını təsdiq edir ki, bu hal da məhkəmə tərəfindən araşdırılmamışdır. Digər tərəfdən məhkəmə hazırki iş üzrə cavabdeh tərəfindən qaz sərfiyyatına görə əvvəlki illər üzrə ödənilmiş məbləğlərlə iş materiallarına əlavə edilmiş aktların tərtib edildiyi üzrə istifadə etdiyi qaz sərfiyyatı qarşılaşdırılmamış, həmin dövrlər arasında mövcud vəziyyətdə cavabdeh tərəfindən ödənilmiş ödənişlərin arasında fərqin hansı dərəcədə olub-olmaması, cavabdeh tərəfindən ödənişlər həyata keçirilən zaman əvvəlki dövrlər üzrə tərtib edilmiş aktlara münasibətdə ödənişlər həyata keçirilən zaman tutulmaların olub-olmaması halına aydınlıq gətirilməmiş və bu faktiki hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə iş materiallarına əlavə edilmiş və abonentin saldosunu özündə əks etdirən A G İ S və GASREPORT çıxarışlarında əks olunmuş debitor borc məbləğini, onun hesablanması və yaranma əsasını müəyyən etməmişdir. İlkin instansiya məhkəməsi tərəfindən iş materiallarında olan sübutlar qiymətləndirilən zaman cavabdehin borcunun təsdiq edən və onun tərəfindən qanunsuz istifadə edilmiş qaza görə tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* №- li aktın tərtib edilməsini, həmin aktın tərtib edilməsi zamanı çəkilmiş fotoşəkilləri, akt tərtib edildikdən sonrakı dövrdə cavabdehin hərəkətsizlik nümayiş etdirib-etdirməməsini və bunların mövcud vəzyyətdəki halla qarşılıqlı əlaqəsini sübut edə bilməmiş, buna uyğun olaraq həmin hərəkətlərin həyata keçirilməsi anında və ondan sonraki dövr ərzində nhansı səbəbdən caavbdehin iddiaçıya etiraz edib-etməməsi müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə debitor borca münasibətdə iddi tələbini rədd edən zaman sübutların təqdim edilməsini əsas götürsə də, iş materiallarına əlavə edilmiş və cavabdehin abonent saldosunu özündə əks etdirən AGİS və GASREPORT çıxarışlarında əks olunmuş məlumatların hansı səbəbdən sübut rolunun oyanamamasını əsaslandıra bilməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir İşə baxılmasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmalıdır Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, AKX- 00427xx/xx-2018 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan abonent saldosundan görünür ki, **********20000 abonent kodu olan Cavabdeh qazdan istifadə nəticəsində 1346.4 manat məbləğində borc hesablanmışdır. İş materiallarından görünür ki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı İB tərəfindən aktlar tərtib edilmiş xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 828 manat, xx.xx.2020-cu il tarixli, ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-cu il tarixli, ******* saylı akt əsasında 590.4 manat dəymiş zərər hesablanmışdir. Hüquqi dəyərləndirmə: Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin tam deyil, iddianın təmin olunmayan hissəsində ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız mübahisələndirilən hissədə yoxlayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; İşdə olan İddiaçı İB tərəfindən aktlar tərtib edilmiş xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 828 manat, xx.xx.2020-cu il tarixli, ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-cu il tarixli, ******* saylı akt əsasında 590.4 manat dəymiş ziyan hesablanmışdır. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı rədd edərkən göstərmişdir ki, məhkəmə iclasında iddiaçı tərəf cavabdeh tərəfindən qaz xəttinə və ya qaz sayğacına qanunsuz müdaxilə halının mövcudluğunun və müdaxilənin nədən ibarət olması, müdaxilənin həmin şəxs tərəfindən edilməsi, borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-712/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar