Məhkəmə qərarları › İş №2(103)-4074/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4074/2023

07.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4074/2023 07.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (alimentin artırılması) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2177/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2177/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(055)-99/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, ödənilməli olan 34,40 manat dövlət rüsumunun Cavabdeh dövlət gəlirlərinə alınması qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 17; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4. 76.2; “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının 3; “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3, 119.1, 119.2-ci maddələrinə istinadən müəyyən edilmişdir ki: - Doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır; - Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(055)- 99/2021 saylı qətnaməsindən məlum olur ki, həmin qətnamə ilə xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat və uşaq üç yaşına çatanadək əlavə olaraq 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir (iş.səh. 4, 5). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

3. Cavabdeh apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(001)-2177/2023 saylı qətnaməsinin tam ləğv edilməsini və İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.2, 112.1; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 14.2, 77.1, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, başqa nikahdan anadan olmuş övladının maddi təlabatını ödəyə bilmir. İşləmir. Alimenti 150 manat miqdarında ödəyə bilər. Bütün uşaqlarına eyni qayğı göstərməlidir. Məhkəmə bu halı nəzərə almamışdır. İddiaçı əlavə, başqa nikahdan olan övladının da tələbatını ödəyir. Məhkəmə ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halları da nəzərə alaraq İddiaçı ödədiyi alimentin miqdarını 150 manatdan artıq qaldırmamalı idi. Maddi vəziyyəti çox pisdir. Mütəmadi müalicə olunur. ƏƏSMN-in elektron sistemində işsiz statusu ilə rəsmi olaraq qeydiyyatdadır. Məhkəmə bərabərlik prinsipini pozub. Sübutları əsaslı olsa da, məhkəmə tərəfindən qiymətləndərilməyib. Mülki işə obyektiv, qərəzsiz və hərtərəfli məhkəmə baxışı təmin edilməyib. İş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. İddiaçı məhkəmədə heç bir sübut təqdim edə bilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

4. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.

5. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Uşaq hüquqları haqqında Qanunun 5, 6, 13; “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Ailə Məcəlləsinin 75-78, 112; Mülki Prosessual Məcəllənin 14, 76, 77, 80-82, 119.1, 216, 217.3, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin tam və ya qismən ləğv edilməsi onun dəyişdirilməsi üçün əsas deyildir. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və 2023-cü il yanvarın 1-dən qüvvəyə minən, 9 dekabr 2022 tarixli “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Övladın bu təminatı yalnız yaşayış minimumu müəyyən edir. Bundan əlavə uşaqların bir valideynin yanında qalması digər valideyn tərəfindən ödənilən aliment məbləğinin müəyyən edilməsinə təsir edəcək amil kimi çıxış etsə də, alimentdən əlavə xərclərdə iştirakçılıq, tərəflərin maddi vəziyyəti, uşağın əvvəlki (və minimum istehlak səbəti) səviyyəsindən aşağı olmayan dolanacaq xərclərinə ehtiyacı və diqqətəlayiq bir çox hallar aliment məbləğinin müəyyən edilməsi və ya dəyişdirilməsi zamanı nəzərə alınası ciddi meyarlardır. Ona görə 2023-cü il üçün yaşayış minimumu həddi və ayrı yaşayan uşaq üzərində cavabdehin vəzifələri alimentin bu minimum səviyyəsinə müvafiq müəyyən edilməsində qanuni əsaslar yaratmışdır. Diqqətə çatdırılmalıdır ki, dəyişən şəraitə və tələbatlara müvafiq hazırkı iddia üzrə sübuta yetirilməyən dəlillərə əsasən aliment məbləğinin dəyişdirilməsi və ya əlavə xərclərdə iştirakçılıq üzrə digər əsaslı tələblərin yenidən baxılması istisna edilmir.

8. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəflərə aid edilməlidir.

9. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 393 və 402-406cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2177/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar