Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4081/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X16 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X7, cavabdehlərin nümayəndəsi və vəkil X6 iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC x KB-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC x KB cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia irəli sürərək Qapalı Səhmdar Cəmiyyəti x Kommersiya Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/75445/14 saylı müqavilə və həmin müqaviləyə xx xxxx 2015-ci il tarixli 01 saylı əlavə üzrə 62092.27 ABŞ dolları məbləğində əsas borc, 14819,88 ABŞ dolları məbləğində faiz borcu, 22254,89 ABŞ dolları məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 7123,36 ABŞ dolları məbləğində faiz məbləği, ümumilikdə isə 106290,40 ABŞ dolları məbləğində pulun, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 141000 manat məbləğində müəyyən edilməklə, Cavabdeh2 tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 60, 18 saylı mənzilə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)- 352/2020 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı ləğv prosesində olan QSC x KB apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddanın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, maddi hüquq normaları pozularaq düzgün tətbiq olunmadığından həmin qətnamə ləğv edilərək, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir.İş materiallarından göründüyü kimi Bakı Apellasiya Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2- 1(003)-223/2018 saylı qərarı ilə bu iş üzrə Cavabdehin Bank qarşısında olan cəmi 75 518.37 ABŞ dolları kredit borcunun əmanət müqaviləsi üzrə 82 168.66 ABŞ dolları əvəzləşdirilməsini X3 həvalə etmişdir.Bank öz hüququndan istifadə edərək kreditor kimi Kredit müqaviləsi üzrə məhkəmə qaydasında öhdəliklərin icrasını tələb etmişdir. Əvəzləşdirmə işə ƏSF-ə həvalə edilmişdir.Digər tərəfdən, iş materiallarında göründüyü kimi, Bankın kredit müqaviləsi üzrə tələbi cəmi 106 290,40 (yüz altı min iki yüz doxsan,qırx) ABŞ dolları təşkil etmişdir. Halbuki məhkəmə qərarı ilə əvəzləşdirilən kredit məbləği məbləğ 75518.37 ABŞ dolları, əmanət müqaviləsi üzrə 82 168.66 ABŞ dolları müəyyən edilmişdir. Belə olan halda, məhkəmə bu fakta qiymət verməli idi ki, bunu etməmişdir. Məhkəmə araşdırma zamanı iş üzrə məhkəmə-muhasibatlıq ekspertizası təyin edilməsi istiqamətində müvafiq tədbirlər görülməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8pellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Qapalı Səhmdar Cəmiyyəti x Kommersiya Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 1xx/xx/75445/14 saylı kredit müqaviləsinə xx xxxx 2015-ci il tarixli 01 saylı əlavəyə əsasən bank tərəfindən cavabdehə illik 17 faiz ödənilməsi şərti ilə xx xxxx 2017-ci il tarixə kimi 85780 ABŞ dolları məbləğində kredit xətti verilmişdir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli 1xx/xx/75445/14 saylı ipoteka müqaviləsinə 01 saylı əlavə sazişindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, ev 60, 18 saylı mənzil xx xxxx 2014-cü il tarixdə 1xx/xx/75445/14 saylı ipoteka müqaviləsi (ipoteka müqaviləsinə xx.xx.2015-ci il tarixli 01 saylı əlavə) əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli, 191Q00805047 saylı maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 1xx/xx/75445/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə yaranmış borcu aşağıdakı kimidir: müqavilə üzrə əsas borc 62092,27 ABŞ dolları, müqavilə müddəti (xx.xx.2014 - xx.xx.2017) üçün hesablanmış faiz borcu 14819,88 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə 22254,89 ABŞ dolları, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 7123,36 ABŞ dolları faiz məbləği, ümumilikdə 106290,40 ABŞ dolları. Təqdim olunmuş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)-223/2018 saylı qətnaməsindən görünür ki, X9 iddia tələbi təmin edilərək, QSC x Kommersiya Bankı ilə X13 arasında bağlanmış 1xx/xx/75445/14 saylı, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi və həmin müqaviləyə xx xxxx 2015-ci il tarixli 01 saylı əlavə sazişə əsasən iddiaçı Cavabdeh2 ləğv prosesində olan QSC x KB-nin ləğvedicisi X3 müraciət tarixinə (xx xxxx 2017-ci il) mövcud olan 62.092,27 ABŞ dolları, 13.191,53 ABŞ dolları gecikdirilmiş faiz, 234,57 ABŞ dolları faiz borcu, cəmi 75.518,37 ABŞ dolları məbləğində kredit borcunun onun LD********** saylı əmanət müqaviləsi üzrə 82.168,66 ABŞ dolları məbləğində əmanəti ilə əvəzləşdirilməsi öhdəliyi QSC x Kommersiya Bankının ləğvedicisi X3 həvalə edilməsi, 1xx/xx/75445/14 saylı, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi və həmin müqaviləyə xx xxxx 2015-ci il tarixli 01 saylı əlavə saziş əsasda yaranmış kredit öhdəliyinin təminatı kimi bağlanmış 1xx/xx/75445/14 saylı, xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 60, 18 saylı mənzil ipoteka yüklülüyündən azad edilməsi qərara alınmışdır. Təqdim olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1332/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdeh ləğv prosesində olan QSC x KB-nin ləğvedicisi X2 kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin X4 2-1(103)-223/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, birinci instansiya məhkəməsində işin araşdırılması ilə müəyyən olunmuşdur ki, QSC x Kommersiya Bankı ilə iddiaçının anası X10 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli «Standard depozit» müqaviləsinə əsasən Bank əmanətçi X5 100.000 ABŞ dolları məbləğində pul vəsaitini ******************** saylı hesaba qəbul edərək, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüş, 100.000 ABŞ dolları depozit məbləğinin 32.862 AZN kompensasiya məbləği qaytarılmış, 82.168.76 ABŞ dolları borc olaraq qalmışdır. Bakı şəhəri 29 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş “Pul vəsaitinin bağışlanması haqqında” xx xxxx 2017-ci il tarixli müqaviləyə əsasən iddiaçının anası X10 ləğv prosesində olan QSC x KB-də olan şəxsi vəsaitindən 82.168.66 ABŞ dolları pul məbləğini oğlu Cavabdeh2 bağışlamışdır. X11 Palatasanın xx xxxxxxxx 2016-cı il tarixli qərarına əsasən Bankın lisenziyası dayandırılmış, depozit əmanəti üzrə faizləriin verilməsi dayandırılmışdır. Bu isə iddiaçının maliyyə vəziyyətinin kəskin pisləşməsinə səbəb olmuş, ipoteka ilə yüklü edilmiş mənzilin itirilməsi təhlükəsini yaratmışdır. Buna görə də, iddiaçı Cavabdeh2 kredit borcunun əmanət məbləği ilə əvəzləşdirilməsi ilə bağlı ləğv prosesində olan QSC x KB-nin ləğvedicisi X3 müraciət etmiş, lakin onun müraciətinə xx xxxx 2017-ci il tarixli məktubla əvəzləşdirmənin mümkün olmaması bildirilmişdir. Bundan sonra Cavabdeh2 ləğv prosesində olan QSC x KB-nin ləğvedicisi X1rşı kredit borcunun əvəzləşdirilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi tələbinə dair iddia ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-223/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, QSC «Bank Standard» Kommersiya Bankı ilə X13 arasında bağlanmış 1xx/xx/75445/14 saylı, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi və həmin müqaviləyə xx xxxx 2015-ci il tarixli 01 saylı əlavə sazişə əsasən iddiaçı Cavabdeh2 ləğv prosesində olan QSC x KB-nin ləğvedicisi X3 müraciət tarixinə (xx xxxx 2017-ci il) mövcud olan 62.092,27 ABŞ dolları, 13.191,53 ABŞ dolları gecikdirilmiş faiz, 234,57 ABŞ dolları faiz borcu, cəmi 75.518,37 ABŞ dolları məbləğində kredit borcunun onun LD********** saylı əmanət müqaviləsi üzrə 82.168,66 ABŞ dolları məbləğində əmanəti ilə əvəzləşdirilməsi öhdəliyinin QSC x Kommersiya Bankının ləğvedicisi X3 həvalə edilməsi, 1xx/xx/75445/14 saylı, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi və həmin müqaviləyə xx xxxx 2015-ci il tarixli 01 saylı əlavə saziş əsasında yaranmış kredit öhdəliyinin təminatı kimi bağlanmış 1xx/xx/75445/14 saylı, xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 60, 18 saylı mənzil ipoteka yüklülüyündən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1332/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 223/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin hüquqi əsası olmadığı üçün birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı Apellyasiya məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qeyd edilən qərarı ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh2 ləğv prosesində olan QSC x KB-nin ləğvedicisi X3 müraciət etdiyi tarixə (xx xxxx 2017-ci il) mövcud olan kredit borcu 62.092,27 ABŞ dolları əsas, 13.191,53 ABŞ dolları gecikdirilmiş faiz, 234,57 ABŞ dolları faiz borcu olmaqla, cəmi 75.518,37 ABŞ dolları təşkil etmiş, bu borc məbləği cavabdehə məxsus əmanət hesabındaki məbləğlə əvəzləşdirilmişdir. Başqa sözlə, Cavabdeh2 artıq xx xxxx 2017-ci il tarixdən etibarən, yəni 1xx/xx/75445/14 saylı, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi və həmin müqaviləyə xx xxxx 2015-ci il tarixli 01 saylı əlavə sazişin müddəti bitmədiyi vaxtda, bu müqavilə üzrə borcunun olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda sadalanan müddəalarına istinad edərək qeyd edir ki, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktların başqa bir mülki işdə təkrar sübut edilməsi yolverilməzdir. İddia tələbinin cavabdehdən gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 7123,36 ABŞ dolları məbləğində faiz məbləğinin tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən borc məbləğinin gecikdirilməsi halı müəyyən edilmədiyindən, bu tələbi rədd etməklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Başqa sözlə, yalnız borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə bu cür tutmanın aparılmasına yol verilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri əsassız olduğundan qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan QSC x KB-nin ləğvedicisi X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)- 352/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4081/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4081/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver