Məhkəmə qərarları › İş №2(103)-4083/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4083/2022

05.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4083/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin e-2(008)-874/2022 saylı, 07 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 5965,50 manat məbləğində zərərin, 123.8 manat təbii qazdan istifadə nəticəsində yaranmış borcun, 84.62 (səksən dörd manat, altmış iki qəpik) manat dövlət rüsumunun və 65 (altmış beş) manat vəkil xərci cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 790 saylı "Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə" müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə "Azəriqaz" İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 40013064 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2017 il tarixli, ******* saylı akt əsasında 583,20 manat, xx.xx.2017 il tarixli, ******* saylı akt əsasında 162 manat, xx.xx.2018- ci il tarixli ******* saylı akt əsasında 945,6 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 284,40 manat, xx.xx.2018 il tarixli 01473385 saylı akt əsasında 200,80 manat, xx.xx.2018 il tarixli, ******* saylı akt əsasında 149.20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2018 il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018 il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 97,20 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 97,20 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019 il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt 32.40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 137,80 manat "Azəriqaz" İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq cəmi 5965,50 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Belə ki, 2010-cu ildə 36,90 manat (cəmi 3 manat ödəniş edib), 2011-ci ildə 19 manat, 2020-ci ildə 70,90 manat cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu vardır. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nətəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 6089,30 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin e-2(008)-874/2022 saylı, 07 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 835.3 (səkkiz yüz otuz beş manat, otuz qəpik) manat məbləğində dəymiş zərər, ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu və 65 (altmış beş) manat vəkil xərcinin İddiaçı İB-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda birinci instansiya məhkəməsi tərəfindən sübutlara obyektiv, tam hərtərəfli baxılmamış, cavabdeh tərəfindən qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi və bununla da iddiaçıya ziyan vurulması faktı, eləcə də onun istifadə etdiyi təbii qaza görə yaranmış borcunu ödəməməsi həm tərtib edilmiş aktla, həm də iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmış, lakin məhkəmənin iddiaçı tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığı barədə nəticəyə gəlinərək iddia tələbini qismən təmin etmiş, lakin həmin hərəkətsizliyin və ya borcun artmasına şəraitin yaradılması kimi hərəkətlərin nədən ibarət olması və nədə ifadə olunması göstərilməmiş, ümumiyyətlə belə halların olubolmamasıməhkəmədə araşdırılmamışdır. Halbuki, iddiaçı tərəfin iddia tələbinin əsaslılığı ilə bağlı arqumentləri məhkəməyə təqdim edilmişdi və məhkəmə qətnamədə həmin arqumentləri əsaslı hesab etmişdir. Qətnamədə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək cavabdehin yaşadığı ünvanda sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edilsə də, qətnamədə gəlinən nəticə işin hallarına uyğun deyil. Həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz video-audioyazısı aparılmalı olduğu halda, qanunvericiliyin bu tələbinə əməl edilməmiş, nəticədə, hakim tərəfindən cavabdehin izahatı saxtalaşdırılaraq, cavabdeh tərəfindən deyilmədiyi halda,qətnamədə guya cavabdehin yalnız xx.xx.2017 il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı aktları qəbul etdiyi, digər aktlardan isə xəbəri və məlumatı olmadığını göstərmişdir. Halbuki, cavabdeh məhkəmə iclasın təbii qazdan sayğacdankənar istifadə etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən hərəkətsizlik edilərək, üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar üçün şərait yaratmaqla borc məbləğinin artmasına şərait yaradıldığı barədə nəticəyə gəlinsə də, həmin haların nədən ibarət olması aydınlaşdırılmamış, ümumiyyətlə belə halların mövcud-olub olmaması araşdırılmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən, tərtib olunmuş aktlarda cavabdehin imzasının olmamasının nəzərə alındığını qeyd etsə də, cavabdehin məhkəmə iclasında verdiyi izahatında qanunsuz olaraq təbii qazdan istifadə etdiyini bildirməsi ilə bağlı izahatını nəzərə almamış, əksinə cavabdehin izahartını saxtalaşdıraraq, guya onun yalnız qətnamədə təmin olunmuş aktları qəbul etməsi ilə bağlı izahat qeyd etmişdir. Halbuki, məhkəmə iclası audio-video yazı ilə keçirilsə idi, məhkəmənin cavabdehin izahatını saxtalaşdırmağa imkanı olmayacaqdı. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, rədd edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, həqiqətən də, fərdi yaşayış evində kənar qaz xəttindən istifadə etmişdir. İş materiallarına əlavə olunmuş aktları qəbul etmiş, lakin iddia tələblərinin rədd olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki məhkəmə baxışının hədləri qətnamənin əsaslığının aktlar üzrə hesablanmış maddi ziyanın ödənilməsi üzrə iddianın təmin edilməmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbi təmin edilməyən hissədə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, abonent saldosundan görünür ki, Cavabdeh 2020-ci ilin sonu üçün 6089.3 manat məbləğində borcu olmuşdur. İddiaçı tərəfindən cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə müxtəlif vaxtlarda - xx.xx.2017 il tarixli, ******* saylı akt əsasında 583,20 manat, xx.xx.2017 il tarixli, ******* saylı akt əsasında 162 manat, xx.xx.2018- ci il tarixli ******* saylı akt əsasında 945,6 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 284,40 manat, xx.xx.2018 il tarixli 01473385 saylı akt əsasında 200,80 manat, xx.xx.2018 il tarixli, ******* saylı akt əsasında 149.20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2018 il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018 il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 97,20 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 97,20 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019 il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt 32.40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 137,80 manat ziyan məbləği hesablanmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, abonent Cavabdeh təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində cavabdhein etirafı nəzərə alınmalı iddiaçıya yalnız xx.xx.2017 il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli ******* aktlar üzrə borc hesablanmalıdır. Qeyd olunan aktda itirilmiş qazın həcminın 7644 kubmetr olduğu müəyyyən olunmuşdur. 7644 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alğı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 1528.8 manat yox, 764.40 manat edir. Bunları nəzərə alaraq məhkəmə qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbini 764.40 manat həcmində təmin edir. Məhkəmə iddia tələbinin cavabdehin 2010-ci ildən 36.90 manat, 2011ci ildən 19 manat, 2020-ci ildən 70.90 manat məbləğində borcun tutulub iddiaçıya ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməli 2020-ci il üçün hesablanmış qaz sərfiyyatı üçün 70.90 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməmiş hissəsində bağlı mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh fərdi yaşayış evində kənar qaz xəttindən istifadə etməklə, paylayıcı İddiaçı İB-yə maddi ziyan vurmuş və tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 790 nömrəli Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilənin şərtlərini pozmuşdur. Bu barədə qaz paylayıcısı İddiaçı İB tərəfindən Cavabdeh barəsində yuxarıda qeyd edilən 29 adda tərtib edilmiş aktların həqiqiliyini cavabdeh qəbul etsə də, aktlar üzrə hesablanmış borc məbləğlərini qəbul etməmişdir. Hadisənin olmasını (yəni kənar xəttə qoşulmanı) etiraf etmiş və təsdiq etmişdir. İddiaçının nümayəndəsi cavabdeh tərəfindən vurulmuş ziyanın məbləğini müəssisədaxili qaydalara uyğun olaraq aktlar əsasında təbii qazın hər 1 kubmetrinə 0.2 manatdan hesablandığını qeyd etmişdir. Lakin, bəzi aktlar üzrə maddi ziyanın məbləği təbii qazın hər 1 kubmetrinə 0.1 manatdan hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında Cavabdeh tərəfindən itirilmiş qazın bərpasına görə zərərin yaranmasını yuxarıda qeyd edilən digər 27 adda aktlarla sübut olunur. Lakin, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərkən aktlar əsasında hesablanmış maddi ziyanın məbləğini itirilmiş təbii qazın hər 1 kubmetrinə 0.2 manatdan hesablasa da, kollegiya bu hissədə iddiaçının tələbini əsaslı hesab etmir. Belə ki, tərəflər arasında mövcud olan xx.xx.2013-cü il tarixli 790 nömrəli Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) kubmetri üçün 0.1 manat məbləğində müəyyən edildiyindən maddi ziyanın məbləği də bu qiymətə uyğun olaraq hesablanmalıdır. Belə olan halda maddi ziyanın məbləği xx.xx.2017 il tarixli, ******* saylı akt, xx.xx.2017 il tarixli, ******* saylı akt, xx.xx.2018- ci il tarixli ******* saylı akt, xx.xx.2018 il tarixli ******* saylı akt, xx.xx.2018 il tarixli 01473385 saylı akt, xx.xx.2018 il tarixli, ******* saylı akt, xx.xx.2018 il tarixli, ******* saylı akt, xx.xx.2018 il tarixli, ******* saylı akt, xx.xx.2018 il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018 il tarixli ******* saylı akt, xx.xx.2018 il tarixli ******* saylı akt, xx.xx.2019 il tarixli ******* saylı akt, xx.xx.2019 il tarixli ******* saylı akt, xx.xx.2019 il tarixli, ******* saylı akt, xx.xx.2019 il tarixli ******* saylı akt, xx.xx.2019-cu il tarixli ******* saylı akt, xx.xx.2019 il tarixli ******* saylı akt, xx.xx.2019 il tarixli ******* saylı akt, xx.xx.2019 il tarixli ******* saylı akt, xx.xx.2019 il tarixli ******* saylı akt, xx.xx.2019 il tarixli ******* saylı akt, xx.xx.2019 il tarixli ******* saylı akt, xx.xx.2019 il tarixli ******* saylı akt, xx.xx.2020 il tarixli ******* saylı akt, xx.xx.2020 il tarixli ******* saylı akt və xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə vurulmuş maddi ziyanın məbləği tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən hesablanmaqla, cəmi 3538.24 manat məbləğində pul cavabdehdən iddiaçının xeyinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə bağlı gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Həmin Məcəllənin 402.1-ci mаddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı İB-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin e-2(008)-874/2022 saylı, 07 fevral 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi təmin olunmamış hissədə qismən təmin edilsin. Cavabdeh 3538.24 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı İB-nin hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar