Məhkəmə qərarları › İş №2(103)-4091/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4091/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4091/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X21 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X2, Cavabdeh nümayəndəsi (vəkili) X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2(005)-442/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında xx xxxxxx 2016-cı il tarixdə bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 001 nömrəli alqı-satqı müqaviləsinə əlavəyə əsasən satılan avtomobilin dəyəri kimi müəyyənləşdirilmiş 13000 (on üç min) ABŞ dolları məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx xxxxxx 2016-cı il tarixdə bağlanmış 001 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi dəyəri 15000 manat olan buraxılış ili 2006, universal tipli, JTEEW21A170043372 BAN nömrəli, ağ rəngli «Toyota Highlander» minik avtomobilini satmışdır. Müqaviləyə əsasən cavabdeh xx xxxxxx 2015-ci il tarixdən etibarən xx xxxxxx 2015-ci il tarixədək 15000 manat vəsaiti hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2016-cı il tarixdə cavabdehlə onun arasında xx xxxxxx 2015-ci il tarixli, 001 nömrəli alqı-satqı müqaviləsinə əlavə imzalanmışdır. Əlavəyə əsasən cavabdehə satılan «Toyota Highlander» minik avtomobilinin ümumi dəyəri və alıcı tərəfindən avtomobilin ümumi dəyərinin ödənilmə vaxtı dəyişdirilmişdir. Belə ki, xx xxxxxx 2015-ci il tarixli, 001 nömrəli müqaviləyə əlavənin 1.1-ci bəndində avtomobilin ümumi dəyəri 13000 ABŞ dolları müəyyən edilmişdir. Müqaviləyə əlavəyə əsasən cavabdeh xx xxxxxx 2016-cı il tarixdən etibarən xx xxxxxx 2016-cı il tarixədək 13000 ABŞ dolları vəsaiti hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı avtomobili dərhal cavabdehə təqdim etsə də, cavabdehə dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq, öz öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2(005)- 442/2020 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia təmin olunmuş, Cavabdeh 13000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işin tam, hərtərəfli və obyektiv araşdırılmaması, aralarında xx xxxxxx 2016-cı il tarixli Əlavənin bağlanmaması, orada olan imzanın ona məxsus olmaması, bununla bağlı digər mülki iş üzrə ekspertiza rəyinin olması, bu səbəbdən də həmin Əlavədə göstərilən 13000 ABŞ dollarını ödəməli olmaması, həmçinin iddia müddətinin keçməsi və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək,orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki,tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 001 nömrəli müqavilədə «Toyota Highlander» markalı avtomobilin (buraxılış ili 2006-cı il, Tip: Universal, Ban: JTEEW21A170043372, ağ rəngli) iddiaçı tərəfindən cavabdehə 15000 manata satılması öz əksini tapsa da, həqiqətdə həmin avtomobil cavabdehin mülkiyyətində olmuş, daha əvvəl etibarnamə əsasında iddiaçıya satılmış, lakin sonradan müəyyən səbəblərdən alqı-satqı rəsmiləşdirilməmiş, bu səbəbdən də tərəflər iddiaçının ödədiyi pulun qaytarılması ilə bağlı xx xxxxxx 2015-ci il tarixli, 001 nömrəli müqaviləni bağlamışlar. Yəni, həmin müqavilənin məqsədi məhz pulun iddiaçıya qaytarılması olmuşdur. Çünki, avtomobil onsuz da iddiaçının mülkiyyətində deyildir. Müqaviləyə əsasən 15000 manat pulun ödənilməsi xx xxxxxx 2015-ci il tarixindən etibarən xx xxxxxx 2015-ci il tarixinədək hissə-hissə həyata keçirilməli idi. Sonradan isə tərəflər arasında xx xxxxxx 2016-cı il tarixli Saziş bağlanmışdır ki, onun da məzmunu aydındır. Cavabdeh Sazişdən irəli gələn öhdəliyini yerinə yetirmiş, yəni cavabdehin həyat yoldaşı avtomobilə dair digər şəxslərlə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması və onun doğurduğu hüquqi nəticələrin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmış, iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsnin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh ilə X11 arasında, həmçinin X11 ilə X12 arasında mübahisəli avtomobilə görə bağlanmış aoqı-satqı müqavilələri etibarsız sayılmış, müqavilələrin hüquqi nəticələri ləğv edilmiş, eyni zamanda avtomobil üzərində Cavabdeh ilə onun həyat yoldaşı X3 ½ hissədə payı müəyyən olunmuşdur. Sazişə əsasən avtomobil cavabdehin mülkiyyətinə qayıtdıqdan sonra razılıqla iddiaçının mülkiyyətinə verilməli idi. Lakin, cavabdehlərin verdikləri apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə qətnamə ləğv olunmuş, iddia rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2017-cı il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin, bu hal Sazişin cavabdeh tərəfindən icra edilməməsi anlamına gələ bilməz. İddiaçı xx xxxxxx 2015-ci il tarixli, 001 nömrəli müqaviləyə edilmiş xx xxxxxx 2016-cı il tarixli Əlavəyə istinad edərək cavabdehdən 13000 ABŞ dolları pul tələb etmişdir ki, həmin əlavə cavabdeh tərəfindən imzalanmamışdır. Yəni, iddiaçının xx xxxxxx 2016-cı il tarixli Əlavəyə istinad etməsi əsassız olmuşdur. Əlavədəki imzanın cavabdehə məxsus olmaması barədə tərəflər arasında analoji mübahisə üzrə aparılmış digər mülki işdə ekspertiza rəyi vardır. Lakin, həmin mülki iş baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Hesab edir ki, iddiaçının xx xxxxxx 2015-ci il tarixli, 001 nömrəli müqaviləyə əsasən pul tələb etməsi üzrə iddia müddəti keçmişdir. Bununla bağlı birinci instansiya məhkəməsinə ərizə təqdim etmişlər. Lakin, məhkəmə əsassız olaraq iddia müddətinin keçməməsi nəticəsinə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, mübahisəli avtomobil cavabdeh tərəfindən xx xxxx 2015-ci il tarixdə iddiaçıya satılmış, lakin aralarında alqı-satqı müqaviləsi rəsmiləşdirilməmiş, iddiaçıya etibarnamə verilmişdir. Sonradan aralarında mübahisə yaranmış, cavabdeh avtomobili geri istəmiş,bu səbəbdən də avtomobilə görə cavabdehə verilmiş 15000manat pulun qaytarılması üçün aralarında xx xxxxxx 2015-ci il tarixli, 001 nömrəli müqavilə bağlanmışdır.Yəni, həmin müqavilənin məqsədi məhz daha əvvəl avtomobilə görə ödənilmiş pulun cavabdeh tərəfindən iddiaçıya qaytarılması,bunun müqavilində isə avtomobilin cavabdehin istifadəsinə verilməsi olmuşdur. Çünki, avtomobil onsuz da iddiaçının mülkiyyətində olmamışdır. Hüquqi savadları olmadığından müqavilədə avtomobilin alqı-satqısı göstərilmidir.Sonradan aralarında xx xxxxxx 2015-ci il tarixli, 001 nömrəli müqaviləyə xx xxxxxx 2016-cı il tarixli Əlavə bağlanmış və ödənilməli olan pul vəsaitinin məbləği 13000ABŞ dolları kimi müəyyən olunmuşdur.Çünki,həmin vaxtı ölkədə manatın devalivasiyası baş vermiş,manat ABŞ dolları qarşısında ucuşlaşmışdır.Cavabdeh pulu ödəmədiyindən ilk dəfə Nərimanov Rayon Məhkəməsində pulun tutulması ilə bağlı iddia qaldırılmışdır.Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki,cavabdeh avtomobili digər şəxslərə satmışdır.Bu səbəbdən də aralarında 25avqust 2016-cı il tarixli Saziş imzalandı ki,cavabdehin həyat yoldaşı alqı-satqı müqavilələrinin etibarsızlığı ilə bağlı iddia qaldıracaq və iddia təmin olunaraq avtomobil cavabdehin mülkiyyətinə qayıdacağı təqdirdə,avtomobil iddiaçının adına rəsmiləşdiriləcək və beləliklə də iddiaçı cavabdehdən pul tələb etməyəcək.Bu səbəbdən də iddiaçının cavabdehdən pul tələbi barədə əvvəlki iddiası baxılmamış saxlanılmışdır.Sazişə əsasən müvafiq iddia tələbi qaldarılsa və birinci instansiya məhkəməsi tərəfindən təmin olunsa da,sonradan yuxarı instansiya məhkəməsi tərəfindən qətnamə ləğv olunmuş iddia rədd edilmişdir.Sonuncu məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2017-cı il tarixli qərarı olmuşdur.Göründüyü kimi,iddiaçı ödədiyi pula görə nə avtomobili əldə etmiş,nə də pulu cavabdeh tərəfindən ona qaytarılmışdır.Bu səbəbdən də iddiaçı təkrarən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Əlavə olaraq qeyd edir ki,əvvəlki məhkəmə icraatı zamanı cavabdeh müqavilələrdəki imzanın ona məxsus olmamasını bildirmiş,bu səbəbdən də xəttşünaslıq ekspertizası təyin olunmuşdur.Ekspertin rəyinə əsasən xx xxxxxx 2015-ci il tarixli, 001 nömrəli müqavilədəki imza cavabdehə məxsus omuş,lakin xx xxxxxx 2016-cı il tarixli Əlavədəki imza cavabdeh tərəfindən icra olunmamışdır.Göründüyü kimi,xx xxxxxx 2015-ci il tarixli, 001 nömrəli müqavilə etibarlı olmaqla tərəflərin sərəst iradəsi əsasında bağlanmışdır.Həmçinin,hesab edir ki,iddia müddəti keçməmişdir.Çünki,iddiaçı məhkəmədə iddia qaldırmış,məhkəmə araşdırması zamanı tərəflər arasında 25avqust 2016-cı il tarixli saziş bağlanmış və sazişin nəticəsi gözlənilmişdir.Məhkəmə proseslərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin 07sentyabr 2017-ci il tarixli qərarı ilə yekun vurulmuş,iddiaçı isə hazırki iddia tələdbi ilə 2019-cu ildə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işdə olan, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 001 nömrəli alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, satıcı alıcıya ümumi dəyəri 15000 (on beş min) manatolan buraxılış ili 2006-cı il, Tip:Universal, Ban: JTEEW21A170043372, ağ rəngli «Toyota Highlander» minik avtomobilini satır. Alıcı isə həmin avtomobili qəbul edir və xx xxxxxx 2015-ci il tarixindən etibarən xx xxxxxx 2015ci il tarixinədək 15000 (on beş min) manat məbləğində vəsaiti hissə-hissə ödəməyi öz öhdəsinə götürür. Satıcı müqavilə imzalandığı andan dərhal avtomobili alıcıya təhvil verməlidir. İşdə olan İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 001 nömrəli müqaviləyə xx xxxxxx 2016-cı il tarixli Əlavənin məzmunundan görünür ki, satıcı alıcıya ümumi dəyəri 13000 (on üç min) ABŞ dolları olan buraxılış ili 2006-cı il, Tip: Universal, Ban: JTEEW21A170043372, ağ rəngli, «Toyota Highlander» minik avtomobilini satır. Alıcı isə həmin avtomobili qəbul edir və xx xxxxxx 2016-cı il tarixindən etibarən xx xxxxxx 2016-cı il tarixinədək 13000 (on üç min) ABŞ dolları vəsaiti hissə-hissə ödəməyi öz öhdəsinə götürür. İşdə olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 001 nömrəli müqavilə üzrə xx xxxxxx 2016-cı il tarixli Sazişin məzmunundan görünür ki, Sazişi imzalamaqla Cavabdeh öhdəsinə götürür ki, İddiaçı ilə aralarında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 001 nömrəli alqı-satqı müqaviləsi və ya həmin müqavilənin icrasını məcburi edən hər hansı icra sənədi üzrə üzərinə düşən öhdəliklərin icrasını bu sazişlə razılaşdırılmış qaydada və müddətdə təmin edəcəkdir (1-ci maddə). Sazişi imzalamaqla Cavabdeh öhdəsinə götürür ki, saziş imzalandıqdan sonra 10 gün ərzində, arvadı - X3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində «Toyota Highlander» markalı (buraxılış ili- 2006; rəngi-ağ; Ban-JTEEW21A170043372) minik avtomobilinə (bundan sonra avtomobil) dair X11 ilə bağlanmış xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sözügedən müqavilənin doğurduğu hüquqi nəticələrin ləğv edilməsi barədə iddia qaldırmasını təmin edəcək və iddia təmin olunduğu halda məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunduğu andan etibarən 3 (üç) gün ərzində arvadı X3 da yazılı razılığını almaqla, avtomobili İddiaçı mülkiyyətinə verəcək və bununla bağlı zəruri sənədləşmə işlərini həyata keçirəcəkdir (2-ci maddə). İddiaçı öhdəsinə götürür ki, X3 X8 qarşı bu sazişin 2-ci bəndində qeyd olunan iddiası üzrə qəbul ediləcək yekun məhkəmə aktı (qərardad və ya qətnamə) qüvvəyə minənədək İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki işin icra sənədinin icra şöbəsinə göndərilməməsini təmin edəcək, buna dair qanunvericiliklə yol verilən bütün zəruri hərəkətləri edəcəkdir (3-cü maddə). Sazişi imzalamaqla İddiaçı öhdəsinə götürür ki, Cavabdeh sazişin tələblərindən irəli gələrək avtomobili ona verəcəyi halda, avtomobilin sazlığını, yararlı vəziyyətdə olub-olmadığını yoxlayacaq və heç bir qüsur aşkar etmədiyi təqdirdə avtomobili ondan qəbul edəcəkdir. Avtomobil yararsız və ya texniki cəhətdən nasaz vəziyətdə olarsa, həmin halların aradan qaldırılması üçün zəruri olan pul məbləği Cavabdeh tərəfindən tam həcmdə İddiaçı ödənilərsə və əgər İddiaçı da ödənilən məbləğlə razılaşarsa, avtomobil qəbul edilmiş sayılacaqdır (4-cü maddə). Sazişi imzalamaqla İddiaçı qəbul edir ki, avtomobilin onun mülkiyyətinə verilməsi ilə bu sazişin 1-ci bəndində göstərilən tələb ödənmiş hesab ediləcək və ondan sonra, Cavabdeh qarşı bu barədə hər hansı tələbi olmayacaqdır. Əks halda belə iddia əsassız və uydurma hesab ediləcəkdir (5ci maddə). X3 X8 qarşı iddiası təmin olunaraq icraya yönəldiyi təqdirdə, Cavabdeh bu sazişin 2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərinə əməl etməzsə, o, bu sazişin 1-ci bəndində göstərilən öhdəliyin əvəzi olaraq 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. X3 X8 qarşı iddiası təmin olunmazsa, bu bəndin şərtləri tətbiq edilə bilməz (6-cı maddə). Sazişə tərəflərin qarşılıqlı yazılı razılıqları ilə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavələr yalnız hər iki tərəfin imzası ilə təsdiqləndikdən sonra qüvvəyə minir və sazişin ayrılmaz tərkib hissəsinə çevrilir (7-ci maddə). Sazişin özü ilə onun ayrılmaz tərkib hissəsi olan hər hansı əlavəsi və ya eyni zamanda sazişin ayrılmaz tərkib hissəsi olan bir neçə əlavə arasında ziddiyyət yarandığı təqdirdə sonuncu tarixə imzalanmış sənəd üstün tutulacaqdır (8-ci maddə). Saziş imzalandığı andan qüvvəyə minir və tərəflər saziş üzrə öhdəliklərini icra edənədək qüvvədədir (9-cu maddə). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(005)-3151/2016 nömrəli qərardadının məzmunundan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X13 qarşı «borcun və ödənilmiş dövlət rüsumunun tutulması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X16 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 016-8142-1220 nömrəli məktubunun və ona əlavə edilmiş elektron çıxarışın məzmunundan görünür ki, «Toyota Highlander minik» markalı, «**-BV-***» dövlət nömrə nişanlı, buraxılış ili 2006-cı il olan, ağ rəngli, JTEEW21A170043372 ban nömrəli avtomobilə dair Cavabdeh və X11 arasında xx xxxx 2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında xx xxxx 2016-cı il tarixli, AC seriyalı 53404 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmiş, «Toyota Highlander minik» markalı «**-OM-***» dövlət nömrə nişanlı buraxılış ili 2006-cı il olan, ağ rənli, JTEEW21A170043372 ban nömrəli avtomobilə dair X11 və X12 arasında xx xxx 2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında xx xxx 2016-cı il tarixli, AC seriyalı 63610 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmiş və hazırda sonuncu şəxsin adına qeydiyyatdadır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(005)- 7656/2016 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdehlər Cavabdeh, X8 və X9 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, «Toyota Highlander minik» markalı, «**-BV-***» dövlət nömrə nişanlı, buraxılış ili 2006-cı il olan, ağ rəngli, JTEEW21A170043372 ban nömrəli avtomobilə dair Cavabdeh və X11 arasında xx xxxx 2016-cı il tarixdə bağlanılmış alqısatqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş xx xxxx 2016-cı il tarixli, AC seriyalı 53404 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, «Toyota Highlander minik» markalı **-OM-*** dövlət nömrə nişanlı buraxılış ili 2006-cı il olan, ağ rənli, JTEEW21A170043372 ban nömrəli avtomobilə dair X11 və X12 arasında xx xxx 2016-cı il tarixdə bağlanılmış alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş xx xxx 2016-cı il tarixli, AC seriyalı 63610 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, «Toyota Highlander minik» markalı **-OM-*** dövlət nömrə nişanlı buraxılış ili 2006-cı il olan, ağ rəngli, JTEEW21A170043372 ban nömrəli avtomobilin 1/2 hissəsinə Cavabdeh, ½ hissəsinə isə X3 mülkiyyət hüququnun tanınması, 11000 (on bir min) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü Azərbaycan manatına məzənnəsi ilə X6 alınaraq X8 ödənilməsi, 11000 (on bir min) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü Azərbaycan manatına məzənnəsi ilə X4 alınaraq X9 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh, X4 və X5 iddiaçının xeyrinə tutulması müəyyən edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, cavbadehlərin apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(005)-7656/2016 nömrəli qətnaməsi ləğv olunmuş, iddiaçı X3 iddia tələbəri təmin olumamışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2017-cı il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçının kassasiya şikayəti təmin olunmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən göstərmişdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 001 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya ümumi dəyəri 15.000 (on beş min) manat olan buraxılış ili 2006-cı il, Tip: Universal, Ban: JTEEW21A170043372, ağ rəngli «Toyota Highlander» minik avtomobilini satmış, alıcı isə həmin avtomobili qəbul edir və xx xxxxxx 2015-ci il tarixindən etibarən xx xxxxxx 2015-ci il tarixinədək 15.000 (on beş min) manat məbləğində vəsaiti hissə-hissə ödəməyi öz öhdəsinə götürür. Alıcı borc məbləğinin ilkin 50% hissəsini noyabr 2015-ci il tarixində ödəməyi, növbəti 50% hissəsini isə dekabr 2015-ci il ilin sonunadək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 001 nömrəli alqı-satqı müqaviləsinə əlavəyə əsasən, satıcı alıcıya ümumi dəyəri 13.000 (on üç min) ABŞ dolları olan buraxılış ili 2006-cı il, Tip: Universal, Ban: JTEEW21A170043372, ağ rəngli, «Toyota Highlander» minik avtomobilini satır. Alıcı isə həmin avtomobili qəbul edir və xx xxxxxx 2016-cı il tarixindən etibarən xx xxxxxx 2016-cı il tarixinədək 13000 (on üç min) ABŞ dolları vəsaiti hissə-hissə ödəməyi öz öhdəsinə götürür. Alıcı borc məbləğinin 100% hissəsini xx xxxxxx 2016-cı il tarixinədək bütün vəsaitin ABŞ dolları ilə ödənilməsini öhdəsinə götürür. Ödəniş olmadığı təqdirdə avtomobili geri qaytarır. Satıcı müqavilə imzalandığı andan dərhal avtomobili alıcıya təhvil verməlidir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli sazişlə tərəflər aralarında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 001 nömrəli alqı-satqı müqaviləsi razılaşdırılmış qaydada və müddətdə təmin ediləcəkdir. Belə ki, Cavabdeh öhdəsinə götürür ki, saziş imzalandıqdan sonra 10 (on) gün ərzində, arvadı - X3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində «Toyota Highlander» markalı (buraxılış ili-2006; rəngi-ağ; Ban-JTEEW21A170043372) minik avtomobilinə dair X11 ilə bağlanmış xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sözügedən müqavilənin doğurduğu hüquqi nəticələrin ləğv edilməsi barədə iddia qaldırmasını təmin edəcək və iddia təmin olunduğu halda məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunduğu andan etibarən 3 (üç) gün ərzində arvadı X3 da yazılı razılığını almaqla, avtomobili İddiaçı mülkiyyətinə verəcək və bununla bağlı zəruri sənədləşmə işlərini həyata keçirəcəkdir. İddiaçı öhdəsinə götürür ki, X3 X8 qarşı bu sazişin 2-ci bəndində qeyd olunan iddiası üzrə qəbul ediləcək yekun məhkəmə aktı (qərardad və ya qətnamə) qüvvəyə minənədək İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki işin icra sənədinin icra şöbəsinə göndərilməməsini təmin edəcəkdir. Eyni zamanda, İddiaçı öhdəsinə götürmüşdür ki, Cavabdeh sazişin tələblərindən irəli gələrək avtomobili ona verəcəyi halda, onun sazlığını yoxlayacaq və heç bir qüsur aşkar edilmədiyi təqdirdə avtomobili ondan qəbul edəcəkdir. Avtomobil yararsız və ya texniki cəhətdən nasaz vəziyətdə olarsa, həmin halların aradan qaldırılması üçün zəruri olan pul məbləği Cavabdeh tərəfindən tam həcmdə İddiaçı ödənilərsə və əgər İddiaçı da ödənilən məbləğlə razılaşarsa, avtomobil qəbul edilmiş sayılacaqdır. Eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(005)-7656/2016 nömrəli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər Cavabdeh, X8 və X9 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, «Toyota Highlander minik» markalı, **-BV-*** dövlət nömrə nişanlı, buraxılış ili 2006-cı il olan, ağ rənli, JTEEW21A170043372 ban nömrəli avtomobilə dair Cavabdeh və X11 arasında xx xxxx 2016-cı il tarixdə bağlanılmış alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş xx xxxx 2016-cı il tarixli, AC seriyalı 53404 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, «Toyota Highlander minik» markalı **-OM-*** dövlət nömrə nişanlı buraxılış ili 2006-cı il olan, ağ rənli, JTEEW21A170043372 ban nömrəli avtomobilə dair X11 və X12 arasında xx xxx 2016-cı il tarixdə bağlanılmış alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş xx xxx 2016-cı il tarixli, AC seriyalı 63610 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, «Toyota Highlander minik» markalı **-OM-*** dövlət nömrə nişanlı buraxılış ili 2006-cı il olan, ağ rəngli, JTEEW21A170043372 ban nömrəli avtomobilin 1/2 hissəsinə Cavabdeh, ½ hissəsinə isə X3 mülkiyyət hüququnun tanınması, 11.000 (on bir min) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü Azərbaycan manatına məzənnəsi ilə X6 alınaraq X8 ödənilməsi, 11.000 (on bir min) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü Azərbaycan manatına məzənnəsi ilə X4 alınaraq X9 ödənilməsi müəyyən edilmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı məxsus 13.000 ABŞ dolları məbləğində pul hər hansı hüquqi əsas olmadan Cavabdeh saxlanılmış, ona özünün mülkiyyətində olmayan əmlak satmaqla əssassız varlanmış və cavabdeh tərəfindən hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmə kimi qiymətləndirilməlidir. Bununla belə iddiaçının tələbi nəzərə alınmaqla Cavabdeh əldə etdiyi 13.000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı qaytarmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə işin həqiqi hallarını dəqiq müəyyən etməmiş, sübutların mötəbərliyini tam nəzərə almamış, onları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə olan halda isə qətnamə qanuni və əsaslı sayılı bilməz. Apellyasiya şikayətinə əsasən ləğv edilməli, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Beləki, iddiaçının tələbinə əsasən onunla cavabdeh arasında 07noyabr 2015-ci il tarixdə bağlanmış 001 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi dəyəri 15000 manat olan buraxılış ili 2006, universal tipli, JTEEW21A170043372 BAN nömrəli, ağ rəngli «Toyota Highlander» minik avtomobilini satmışdır. Müqaviləyə əsasən cavabdeh xx xxxxxx 2015-ci il tarixdən etibarən xx xxxxxx 2015-ci il tarixədək 15000 manat vəsaiti hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Apellyasiya icraatı zamanı tərəflərin izahatları və işdə olan sübutlarla müəyyən olunmuşdur ki, qeyd edilən müqavilədə göstərilən avtomobil iddiaçının mülkiyyətində olmamış və müqavilə ilə cavabdehə satılmamışdır. Yəni, işin həqiqi halları ondan ibarətdir ki, qeyd edilən avtomobil cavabdehə məxsus olmuş, tərəflər arasında avtomobilin iddiaçıya satılması barədə daha əvvəl şifahi razılıq əldə olunmuş və bu məqsədlə iddiaçı tərəfindən cavabdehə 15000 manat manat pul vəsaiti ödənilmiş, bunun müqavilində cavabdeh tərəfindən iddiaçıya müvafiq etibarnamə verilmişdir. Lakin, bir müddət sonra tərəflər arasında razılıq pozulmuş, bu məqsədlə xx xxxxxx 2015-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilə avtomobilin alqı-satqısı barədə adlandırılsa da, reallıqda iddiaçı tərəfindən avtomobilə görə ödənilmiş pul vəsaitinin cavabdeh tərəfindən qaytarılması məqsədini daşımışdır. Bu hal, həmçinin məhkəmə kollegiyası tərəfindən tələb olunaraq baxış keçirilmiş, tərəflər arasında olan analoji mübahisə üzrə Nərimanov Rayon Məhkəməsində olan 2(005)-3151/2016 saylı mülki işin materiallarından (iddia ərizəsi və s.) da görünür. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Beləliklə, işin faktiki halları, işdə olan sübutlar və qanunvericiliyin qeyd edilən norması nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqavilə özlüyündə cavabdehin daha əvvəl avtomobilin satılmasına görə iddiaçıdan aldığı 15000 manat pul vəsaitinin qaytarılması (ödənilməsi) ilə bağlı münasibətləri tənzimləyir. Qeyd edilən müqaviləyə əsasən cavabdeh 15000 manat pul vəsaitini xx xxxxxx 2015-ci il tarixindən etibarən xx xxxxxx 2015-ci il tarixinədək hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür (1.2-ci bənd). İddiaçı iddia etmişdir ki, bir müddət sonra xx xxxxxx 2015-ci il tarixli müqaviləyə xx xxxxxx 2016-cı il tarixdə 001 nömrəli əlavə müqavilə bağlanmış, həmin əlavəyə əsasən pul vəsaitinin məbləği 13000 ABŞ dolları müəyyən edilmiş, pul vəsaitinin cavabdeh tərəfindən xx xxxxxx 2016-cı il tarixindən etibarən xx xxxxxx 2016-cı il tarixinədək hissəhissə qaytarılmalı olması razılaşdırılmışdır. Lakin, cavabdeh tərəf xx xxxxxx 2016-cı il tarixli, 001 nömrəli əlavəni mübahisələndirmiş, belə bir razılaşmanın olmamasını bildirmişdir. Yuxarıda qeyd edildiyi kimi məhkəmə kollegiyası tərəfindən tələb olunaraq baxış keçirilmiş, tərəflər arasında analoji mübahisə üzrə Nərimanov Rayon Məhkəməsində olan 2(005)-3151/2016 saylı mülki işdən görünür ki, iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin olunmuş, məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2016-cı il tarixli, 13384 nömrəli ekspertiza rəyinə əsasən - İddiaçı ilə Cavabdeh arasında bağlanmış 001 nömrəli xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsində «Alıcı» qrafasında imza Cavabdeh tərəifndən icra olunmuş, lakin İddiaçı ilə Cavabdeh arasında bağlanmış 001 nömrəli xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinə xx xxxxxx 2016-cı il tarixli əlavədə «Alıcı» qrafasında imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəifndən icra olunmuşdur. Tərəflər bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 001 nömrəli müqaviləyə xx xxxxxx 2016-cı il tarixli əlavənin Cavabdeh tərəfindən imzalanması, yəni həmin müqavilənin tərəflərin sərbəst irədəsi əsasında, qanunvericiliyin tələblərinə uyğun formada bağlanması müəyyən olunmur. Lakin, tərəflər sonradan aralarında xx xxxxxx 2015-ci il tarixli müqavilə üzrə xx xxxxxx 2016-cı il tarixli Sazişin bağlanmasını təsdiq etmişlər. Həmin sazişə əsasən - tərəflər aralasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 001 nömrəli alqı-satqı müqaviləsi və ya həmin müqavilənin icrasını məcburi edən hər hansı icra sənədi üzrə üzərinə düşən öhdəliklərin icrasını bu sazişlə razılaşdırılmış qaydada və müddətdə təmin edəcəkdir (1-ci maddə). Sazişi imzalamaqla Cavabdeh öhdəsinə götürür ki, saziş imzalandıqdan sonra 10 (on) gün ərzində, arvadı - X3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində «Toyota Highlander» markalı (buraxılış ili-2006; rəngi-ağ; Ban- JTEEW21A170043372) minik avtomobilinə (bundan sonra avtomobil) dair X11 ilə bağlanmış xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sözügedən müqavilənin doğurduğu hüquqi nəticələrin ləğv edilməsi barədə iddia qaldırmasını təmin edəcək və iddia təmin olunduğu halda məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunduğu andan etibarən 3 (üç) gün ərzində arvadı X3 da yazılı razılığını almaqla, avtomobili İddiaçı mülkiyyətinə verəcək və bununla bağlı zəruri sənədləşmə işlərini həyata keçirəcəkdir (2-ci maddə). İddiaçı öhdəsinə götürür ki, X3 X8 qarşı bu sazişin 2-ci bəndində qeyd olunan iddiası üzrə qəbul ediləcək yekun məhkəmə aktı (qərardad və ya qətnamə) qüvvəyə minənədək İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki işin icra sənədinin icra şöbəsinə göndərilməməsini təmin edəcək, buna dair qanunvericiliklə yol verilən bütün zəruri hərəkətləri edəcəkdir (3-cü maddə). Sazişi imzalamaqla İddiaçı öhdəsinə götürür ki, Cavabdeh sazişin tələblərindən irəli gələrək avtomobili ona verəcəyi halda, avtomobilin sazlığını, yararlı vəziyyətdə olub-olmadığını yoxlayacaq və heç bir qüsur aşkar etmədiyi təqdirdə avtomobili ondan qəbul edəcəkdir. Avtomobil yararsız və ya texniki cəhətdən nasaz vəziyətdə olarsa, həmin halların aradan qaldırılması üçün zəruri olan pul məbləği Cavabdeh tərəfindən tam həcmdə İddiaçı ödənilərsə və əgər İddiaçı da ödənilən məbləğlə razılaşarsa, avtomobil qəbul edilmiş sayılacaqdır (4-cü maddə). Sazişi imzalamaqla İddiaçı qəbul edir ki, avtomobilin onun mülkiyyətinə verilməsi ilə bu sazişin 1-ci bəndində göstərilən tələb ödənmiş hesab ediləcək və ondan sonra, Cavabdeh qarşı bu barədə hər hansı tələbi olmayacaqdır. Əks halda belə iddia əsassız və uydurma hesab ediləcəkdir (5ci maddə). X3 X8 qarşı iddiası təmin olunaraq icraya yönəldiyi təqdirdə, Cavabdeh bu sazişin 2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərinə əməl etməzsə, o, bu sazişin 1-ci bəndində göstərilən öhdəliyin əvəzi olaraq 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. X3 X8 qarşı iddiası təmin olunmazsa, bu bəndin şərtləri tətbiq edilə bilməz (6-cı maddə). Sazişə tərəflərin qarşılıqlı yazılı razılıqları ilə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavələr yalnız hər iki tərəfin imzası ilə təsdiqləndikdən sonra qüvvəyə minir və sazişin ayrılmaz tərkib hissəsinə çevrilir (7-ci maddə). Sazişin özü ilə onun ayrılmaz tərkib hissəsi olan hər hansı əlavəsi və ya eyni zamanda sazişin ayrılmaz tərkib hissəsi olan bir neçə əlavə arasında ziddiyyət yarandığı təqdirdə sonuncu tarixə imzalanmış sənəd üstün tutulacaqdır (8-ci maddə). Saziş imzalandığı andan qüvvəyə minir və tərəflər saziş üzrə öhdəliklərini icra edənədək qüvvədədir (9-cu maddə). Beləliklə, müəyyən olunur ki, tərəflər arasında əsas müqavilə xx xxxxxx 2015-ci il tarixli olmuş, sonradan həmin müqavilə üzrə xx xxxxxx 2016-cı il tarixli Saziş bağlanmışdır. İşin hallarından həmçinin görünür ki, cavabdeh xx xxxxxx 2015-ci il tarixli müqavilə ilə razılaşdırılmış 15000 manat pulu iddiaçıya ödəməmiş, etirazının əsası kimi iddia müddətinin keçməsinə əsaslanmışdır. Lakin, məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə iddia müddəti keçməmişdir. Qeyd edildiyi kimi, iddiaçı daha əvvəl, yəni iddia müddətləri daxilində (xx xxxxx 2016-cı il tarixdə) cavabdehə qarşı xx xxxxxx 2015-ci il tarixli müqavilədən irəli gələn pul tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə baxışı zamanı tərəflər xx xxxxxx 2015-ci il tarixli müqavilə üzrə xx xxxxxx 2016-cı il tarixli saziş bağlamış, həmin saziş üzrə tərəflər mübahisənin həllini gələcəkdə müvafiq nəticələrin baş verməsindən asılı etmişlər. Həmin nəticələr baş verəcəyi təqdirdə mübahisəli avtomobil iddiaçının mülkiyyətinə keçməklə, iddiaçının cavabdehə hər hansı pul tələbələri olmayacaqdır. İşdə olan məhkəmə qərarlarından görünür ki, Sazişə əsasən cavabdehin həyat yoldaşı tərəfindən müvafiq iddia qaldırılmış, iddia birinci instansiya məhkəməsi tərəfindən təmin olunsa da, yuxarı instansiya məhkəməsi tərəfindən iddia rədd olunmuş, sonuncu məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2017-cı il tarixli qərarı olmuşdur. Bundan sonra, iddiaçı xx xxxxxx 2016-cı il tarixli saziş üzrə avtomobili mülkiyyətinə ala bilməyəcəyini bilmiş və cavabdeh qarşı pul tələbi ilə yenidən (əvvəlki iddia tələbi baxılmamış saxlanılmışdır) məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Qeyd edilən hüquq normalarından da göründüyü kimi, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə iddia müddəti keçməmişdir. Bu səbəbdən də, cavabdeh tərəfin iddia müddətinin keçməsi ilə bağlı mövqeyi əsassızdır. Cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqaviləsinə əsasən cavabdehin iddiaçıya 15000 manat pul vəsaiti qaytarmalı olması müəyyən olunur (yuxarıda qeyd edildiyi kimi, xx xxxxxx 2016-cı il tarixli əlavə cavabdeh tərəfindən imzalanmadığından həmin müqavilə üzrə iddiaçının 13000ABŞ dolları tələb hüququ yaranmır). Belə olan halda isə, məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 15000 manat pul tutulmalıdır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı,iddia qismən təmin olunmalı,cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin miqdarı 15000manat müəyyən olunmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası iddianın qismən təmin olunması nəticəsinə gəldiyindən hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli, həmin məbləğ sonuncudan iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2(005)-442/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e- 2(005)-442/2020 saylı qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə15000 (on beş min) manat pul, həmçinin ödənilmiş dövlət rüsumu ilə əlaqədar 30 (otuz) manat tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar