Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4096/2024 25.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (“alimentin artırılması”) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı və cavabdehin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı olan “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-586/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması” tələbinə dair iddia ərizəsi və və iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 20 iyul 2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlunun və 26 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün ayda 235 manat, cəmi 470 manat olmaqla aliment məbləğinin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Nizami rayon məhkəməsinin 2(007)-1277/2021 saylı xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə hər uşağa 170 manat olmaqla hər ay cəmi 340 manat pul tutulması qət edilmişdir (AR Ali Məhkəməsinin 18.01 2022-ci il tarixli 2(102)-6474/2021 saylı qərarı ilə tam qüvvəyə minmişdir). Cavabdeh hazırda icraatda olan 2(007)-4674/2021 saylı mülki iş üzrə aralarında nikahın pozulması barədə iddia qaldırmışdır. 2(007)-4674/2021 saylı mülki iş üzrə verilmiş iddia ilə bağlı olduğu üçün qarşılıqlı iddia olaraq cavabdehə qarşı aliment məbləğinin artırılması iddiası verməyə haqlıdır. Belə ki, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanuna əsasən bir uşağa minimum aliment məbləği 193 manat olmaqla, iki uşağa cavabdehdən 386 manat pul tutulmalıdır.
2. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-586/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 20 iyul 2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlunun və 26 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1277/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan 20 iyul 2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlunun və 26 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konsitusiyasının 17, 34; Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 107, 119.1, 119.2, 217.3, 218.3; Ailə Məcəlləsi 75.1, 75.4, 76.2, 78.1, 78.2, 112.1; “Uşaq hüquqları haqqında” qanunun 4, 5, 13, 19; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarına; “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa istinadən qeyd edilmişdir ki, "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin "Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Hazırda İddiaçı Cavabdeh qarşı "alimentin artırılması” tələbini irəli sürmüş və tələbini uşaqların tələbatlarının artması və uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir. Ailə Məcəlləsinin 112.1ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1277/2021 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edilməsindən 3 il müddət keçməsi ilə əlaqədar ödəmələrin miqdarının müəyyənləşdirilməsi üçün əsas olmuş hallar dəyişmiş, uşaqların təhsili ilə əlaqədar maddi tələbatları daha da artmış, uşaqlar üçün müyyən edilmiş yaşayış minimumu artmışdır. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında məhkəmənin də mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, "Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə onu da bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.Qeyd etmək zəruridir ki, yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvercilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, "Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün yetərli olmayacaqdır və bu miqdar dəyişməlidir.Cavabdehin İİ qrup əlil olması, 412 manat məbləğində pensiya alması ilə əlaqədar izahatına münasibətdə məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinə əsasən hər iki valideyn yaşından, maddi vəziyyətindən asılı olmayaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Həmçinin icra haqqında qanunvericiliyə əsasən müəyyən edilir ki, qanunverici alimentlərin tutulması ilə bağlı icra sənədinin icrasını təmin etmək üçün borclunun əmək haqqı və ona bərabər sayılan digər gəlirlərdən (o cümlədən pensiyadan) 70 faizdən çox olmayan miqdarda tutqu aparılmasının mümkünlüyünü müəyyən edilmişdir (İcra haqqında Qanun 65.3; 65.4. m). Bu isə onu göstərir ki qanunverici aliment ödəyən pensiyaçıları uşaqları saxlamaq öhdəliyindən azad etməmişdir. Həmçinin məhkəmə cavabdehin alimentin onun pensiyasından tutulması ilə əlaqədar minimum yaşayışını təmin etmək üçün qohum-əqrabasına külli miqdarda borcunun yaranması və bundan əlavə birinci nikahdan olan 1982-ci il təvəllüdlü övladı X7 Maştağa 1 saylı Respublika Psixatriya xəstəxanasında saxlanılması və onun minimum ehtiyacını ödəməkdə çətinlik çəkməsi ilə bağlı izahatına münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarında qeyd edilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmçinin məlum olan haldır ki, o cümlədən cavabdeh öz izahatında da qeyd etmişdir ki, həmin uşağın ehtiyacları dövlət tərəfindən qarşılanır. Məhkəmə həmçinin cavabdehin alimentin onun pensiyasından tutulması ilə əlaqədar minimum yaşayışını təmin etmək üçün imkanı olmaması, qohum-əqrabaya borcunun yaranmasına dair izahatına münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, borclunun mülkiyyətində kənd təsərrüfat təyinatlı torpaq sahəsi, bağ sahəsi vardır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh həmin torpaq sahələrindən təyinatı üzrə istifadə etməklə və ya icarəyə verməklə gəlir əldə edə bilər. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh hər ay 412.67 manat pensiya alaraq müntəzəm gəlir əldə etdiyindən övladlarına aliment ödəmək iqtidarındadır. Məhkəmə qeyd edir ki, uşaqların yaşı, təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatları, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olması, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu nəzərə alınaraq 20 iyul 2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlunun və 26 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 235 manat məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır. Alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən alimentin sabit məbləğində tutulması məhkəmənin öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında deyil, yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkün olduğundan və İddiaçı alimentin miqdarının hər ay tutulmalı olan sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı müraciət etdiyindən alimenti alimentin miqdarı hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart2016-cı il tarixli, 8- 2/2016 saylı qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən hallarından görünür ki, 20 iyul 2006cı il təvəllüdlü Cavabdeh Mustafa oğlu 20 iyul 2024-cü il tarixində 18 yaşı olaraq yetkinlik yaşına çatacaqdır. Bununla Cavabdeh sadəcə 26 iyun 2009-cu il təvəllüdlü X8 ilə bağlı aliment öhdəliyi olacaqdır və bu isə cavabdehin maddi vəziyyətinin çətinləşməsi ilə nəticələnməyəcəkdir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1277/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək Cavabdeh 20 iyul 2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlunun və 26 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün ayda 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin İddiaçı Qabil qızının xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-423/2022 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması ilk iddia tələbi və İddiaçıCavabdeh qarşı alimentin artırılması və əmlakın bölünməsinə dair qarşılıqlı iddia tələbi ayrılaraq ayrıca icraatda baxılması, iddiaçı X5 cavabdeh İddiaçı qarşı nikahın pozulmasına dair mülki işə baxılması hazırki 2(007)-423/2022 nömrə ilə davam etdirilməsi, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əmlakın bölünməsi tələbi üzrə mülki işə yeni nömrə verilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-423/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək Cavabdeh ilə X6 arasında xx.xx.2007-ci il tarixdə Nizami Rayon VVADQ şöbəsində bağlanmış və 575 saylı rəsmiləşdirilmiş nikah qeydinin pozulması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-66/2023 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması” tələbinə dair iddiasının ayrıca icraata ayrılması və ayrılmış icraat məhkəmənin dəftərxanasında yeni nömrə altında qeydiyyata alınaraq, ayrıca icraatda baxılması və İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü” tələbinə dair iddiası üzrə mülki işdə 2(007)-66/2023 nömrəsi saxlanılması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin "BHM və Partnyorları” vəkil bürosuna ünvanlandırdığı xx.xx.2022-ci il tarixli məktunda Cavabdeh adına xx.xx.2007-ci il tarixdən qeydiyyata alınmış əmlaklar barədə məlumat qeyd edilmişdir. Belə ki, Cavabdeh adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2860/2638A saylı bağ sahəsində 0.1175 ha yaşayış təyinatlı torpaq sahəsi Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən verilmiş Ləhiş ərazisindəki 2860/2863 nömrəli bağı istifadəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli, 24926 nömrəli müqaviləyə Sabunçu rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(008)-2337/2011 nömrəli qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixində; Ağdaş rayonu, Bulaqotağı kəndində 0.3063 ha yaşayış məntəqələri sayılan torpaq sahəsi Ağdaş rayon dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2008ci il tarixli, 4Ə-02-245 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2009-cu il tarixində; Ağdaş rayonu, Yuxarı Qəsil kəndində 0.6407 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Ağdaş rayon notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2017-ci il tarixli, 4Ə-657 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixində; Ağdaş rayonu, Yuxarı Qəsil kəndində təsərrüfat təyinatlı torpaq sahəsi Ağdaş rayon notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2017-ci il tarixli, 4Ə-658 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixində; Qusar rayonu, Avaran kəndində 0.1800 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Qusar rayon dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2006-cı il tarixli, 4Ə-1-120 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 2(007) 586/2024 saylı mülki iş üzrə 29 mart 2024-cü il tarixli qətnaməsini ləğv edərək, İddiaçı ilə birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlunun və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanədək saxlanılması üçün Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1277/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinadən onunla əsaslandırılmışdır ki, o, hal-hazırda yaşla və xəstəyi ilə əlaqədar qanunvericiliyə uyğun olaraq əmək qabiliyyətli hesab oluna bilməz, 2-ci qrup əlildir, 71 yaşı var, qazancı ( gəliri) yalnız sabit məbləğdə olan 300 manat məbləğində əlillik pensiyasından ibarətdir. Əlavə hər hansı qazancı (gəliri) yoxdur. İddiaçının nümayəndəsi və vəkili bunu onunla izah etmişdir ki, onun mülkiyyətində Ağdaş rayonunda torpaq sahələri vardır və o həmin torpaq sahələrindən gəlir əldə edir. Övladı Cavabdeh Mustafa oğlu 12 fevral 2024-cü il tarixli Bakı şəhəri, Nizami rayon məhkəməsində növbəti məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, torpaqlardan onlar istifadə edir və qazancı da onlar götürür, bundan əlavə atasının onlara saxladığı 3 baş iri buynuzlu mal və 12 baş xırda buynuzlu qoyunları anası satıb. X19 kollecdə oxuyur və tək yaşayır. Anası qardaşını Gəncəyə nənəsinin yanına göndərib, qardaşı orada məktəbə gedir, anası isə 5-6 aydır gedib Bakı şəhərində işləyir. Təqaüd alır, minimum xərcini qarşılamaqda çətinlik çəkir. Anası kəsici alətlə ona xəsarət yetirdikdən sonra münasibətləri pozulub. Nizami rayon Məhkəməsinin (sədrlik edən Starə Əliyeva) 2(007) 586/2024 saylı mülki iş üzrə 29 aprel 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ona qarşı iddiası onun etirazına baxmayaraq, tam təmin edilmiş və aliment miqdarı 170 manatdan artırılacaq birgə nikahlarından olan yuxarıda qeyd olunan iki uşağa hər uşaq üçün ayda 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində aliment ondan tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. O, qeyd olunan qətnamənin aşağıdakı hallara əsasən aliment məbləğinin artırılması və ondan tutularaq iddiaçıya ödənilməli alimentin sabit pul məbləğində təyin olunmasını qərəzli, qanunsuz və əsassız hesab edir. Birinci instansiya məhkəməsində bildirdiyi kimi onun aldığı 412 manat məbləğdə əlliklik pensiyasından ibarətdir. Aliment məbləğinin 470 manata qaldırılması ağır maddi vəziyyətini daha da ağırlaşdıracaq. Bakı şəhəri, Nizami rayon məhkəməsində məhkəmə iclasların protokolları ilə tanış olmuş, əlavə və düzəlişlər etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Nizami rayon Məhkəməsi iş üzrə qərar qəbul edərkən cavabdehin maddi imkanı nəzərə almadan əsassız olaraq aliment məbləğini onun ziyanına dəyişdirmişdir. Apellyasiya instansiya icraatı zamanı müəyyən edilən hallar:
5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə Tərəflərin münasibətlərinin səciyyəsini, yaşayış və həyat şəraitlərini müayinə edərək, müəllim – psixoloqun iştirakı ilə tərəflərin (uşaqların) mövqelərinin öyrənilməsi və uşaqların kimin yanında uşaqların faktiki olaraq kimin yanında olmasının, habelə onların saxlanılmasında (tərbiyəsində) kimin hansı səviyyədə iştirakının və tərəflərin buna dair maddi imkanlarının müəyyən edilməsi məsələsi barədə rəy (tərəflərin həyat şəraiti barədə müayinə aktının) verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-4096/2024 saylı mülki işin materialları Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən təqdim edilmiş rəydə qeyd edilmişdir: məsələyə tərəfimizdən baxılarkən yetkinlik yaşına çatmayanın qanuni mənafeyinin müdafiəsi naminə hər iki valideyn - İddiaçı və Cavabdeh ilə söhbət aparılması üçün komissiyanın iclasına dəvət olunmuşlar. Təqdim olunan sənədlərə əsasən və tərəflərlə aparılan söhbət zamanı məlum olmuşdur ki, İddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, bu nikahdan onların xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlu və xx.xx.2009-cu il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən aralarındakı nikah pozulmuş və uşaqlar ananın himayəsinə verilmişdir. Məlum olmuşdur ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatda olsa da, faktiki Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində övladı - Muhamməd ilə birlikdə kirayə yaşayır. İddiaçı izahatında 2022-ci ildə boşandıqlarını, uşaqların hər ikisinin də onun himayəsinə verildiyini, Cavabdeh övladları ilə maraqlanmadığını, azyaşlı uşaqlarını çoban kimi işlətdiyini bildirmiş, 2021-ci ildən ödənilməyən alimentlərin ödənilməsinə köməklik göstərilməsini komissiyadan xahiş etmişdir (surəti əlavə olunur). Həmçinin məlum olmuşdur ki, cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olsa da, faktiki ünvan 4 ünvanında övladı - Mustafa ilə birlikdə yaşayır. O, boşandıqdan sonra uşaqların hər ikisinin anasının himayəsinə verildiyini bildirmişdir. Cavabdeh İddiaçı övladlarını kənddə tək qoyaraq, Bakıya işləməyə gəldiyini, X17 Kollecində təhsil alan övladı Mustafanın yaşayış xərclərini özünün, qohumlarının çəkdiyini, Mustafanın anası ilə yola getmədiyini və bir müddətdi özünün yanında qaldığını, hazırda Bakı Biznes və Kooperasiya Kollecində təhsil aldığını qeyd etmişdir (surəti əlavə olunur). Məsələ ilə bağlı xx.xx.2006-ci il təvəllüdlü Cavabdeh Mustafa oğlu və yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X10 ilə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın Uşaqlarla iş üzrə məsləhətçi - psixoloqu K.V.İsmayılova tərəfindən söhbət aparılmış, izahatları alınmışdır. X10 izahatında özünün anası, qardaşını isə hazırda atası ilə yaşadığını, atasının onlara əziyyət verdiyini qeyd edərək, anası ilə qalmağa davam etmək istədiyini bildirmişdir (surəti əlavə olunur). Cavabdeh Mustafa oğlu isə izahatında hazırda atasının yanında yaşadığını, atası ilə ona rahat olduğunu, anası ilə telefon vasitəsilə mütamadi əlaqə saxladığını qeyd edərək, atasının himayəsində qalmaq arzusunda olduğunu bildirmişdir (surəti əlavə olunur). Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiya yuxarıda şərh olunanları və uşaqların fikrini də nəzərə alaraq, xx.xx.2006-ci il təvəllüdlü Cavabdeh Mustafa oğlunun atası Cavabdeh, xx.xx.2009- cu il təvəllüdlü X2 isə anası İddiaçı himayəsində saxlanılması məqsədəmüvafiq hesab edilir, hər iki valideynin digər övladları ilə davamlı ünsiyyət hüquqlarının təmin olunması onlar arasında yaranmış mübahisənin ədalətli həlli hesab edilir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, böyük övladı Cavabdeh Mustafa oğlunun onunla bir yerdə yaşadığını və hal-hazırda Kollecdə təhsil aldığını qeyd etməklə, 72 yaşı olduğunu, 407 manat pensiya aldığını, aliment məbləğinin artırılmasına etiraz etdiyini bildirmiş, şikayətinin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasıının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz etdiyini, hər iki uşağını özünün böyütdüyünü, böyük övladının təhsili ilə əlaqədar cavabdehlə qaldığını, bundan əlavə cavabdehin əlavə gəlir mənbələrinin olduğunu qeyd etmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Azərbaycan Respublikası Ailə Məcəlləsin tələblərinə əsasən: 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə — qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
10. “Uşaq hüquqları haqqında” Qanunun tələblərinə əsasən: 5 . Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd e tibarsızdır. 6. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə mə ruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məs uliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Uşaqların vurduğu maddi ziyana görə onun valideynləri, övladlığa götürənlər, qəyyumlar və ya himayəçilər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məs uliyyət daşıyırlar.
11. Azərbаycаn Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən: 1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. 2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə görə: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Uşaq hüquqları haqqında” Qanunun 5, 6, 13; Mülki Prosesual Məcəllənin 14, 76, 77, 80-82, 106.2, 119.1, 216, 217, 385- 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Diqqətə çatdırılmalıdır ki, Bakı şəhəri Nəsimi rayon Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsasən xx.xx.2006-ci il təvəllüdlü Cavabdeh Mustafa oğlunun atası Cavabdeh oğlunun yanında olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə görə atanın yanında olan uşaq üçün ana tərəfindən aliment üzrə tələb irəli sürməsi hüquqlardan sui-istifadə kimi qiymətləndirilməli iddia həmin hissədə rədd edilməli, xx.xx.2009-cu il təvəllüdlü X4 aid hissədə isə apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki,“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir və cavabdehin maddi vəziyyətinin ağır olması isə valideynin övladı qarşısında olan vəzifələrinin həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Aliment məbləğinə dair diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır. Nəzərə alınmalıdır ki, atanın yanında qalan uşaq hazırki məhkəmə baxışı zamanı artıq yetkinlik yaşına çatmış, özünün və digər ailə üzvlərinin saxlanılmasında müstəqil iştirak etmək hüququna malikdir. Bu məsələ ananın yanında qalan uşağın saxlanılması üçün digər valideyn tərəfindən ödənilən aliment məbləğinin müəyyən edilməsinə təsir edəcək amil kimi çıxış edir. Nə qədər ki alimentdən əlavə xərclərdə iştirakçılıq, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq bir çox hallar aliment məbləğinin müəyyən edilməsi və ya dəyişdirilməsi zamanı nəzərə alınası ciddi meyarlardır. Ona görə uşağın minimum təminat səviyyəsinə uyğun kollegiya hesab edir ki, minimum yaşayış həddi, uşağın saxlanılması üçün minimum dolanacaq xərcini əhatə edir və uşağın digər təminatları, yəni ona layiqli şəkildə baxılması, digər zəruri tələbatlarının təmin edilməsi ilə bağlı valideyn öhdəlikləri üzrə vəzifə bərabərliyi baxımından sübutetmə yükü tərəflərin üzərinə düşür.
14. Qeyd edilənlərə görə kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-586/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi qismən – Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan 20 iyul 2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlunun saxlanılması üçün hər ay 235 manat olmaqla sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi hissəsində hissədə ləğv edilməklə həmin hissədə iddia təmin edilməməli, İddiaçı Cavabdeh qarşı olan “alimentin artırılması” tələbinə dair iddiası 26 iyun 2009-cu il təvəllüdlü X4 aid hissədə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-586/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Kollegiya hesab edir ki, uşaqların xoşbəxt gələcəyinin təmin edilməsi üçün razılığa gəlmək imkanları müzakirə edilməli, razılıq olmadıqda isə dəyişən şəraitə və tələbatlara müvafiq hazırkı münasibətlər üzrə tərəflərin aliment məbləğinin dəyişdirilməsi və ya əlavə xərclərdə iştirakçılıq üzrə digər əsaslı tələblərinin yenidən baxılması istisna edilmir.
16. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir. Kollegiya eyni zamanda diqqətə çatdırır ki, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qətetdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-586/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi qismən - 2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlunun saxlanılması üçün hər ay 235 manat olmaqla sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi rədd edilsin. 26 iyun 2009-cu il təvəllüdlü X4 aid hissədə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 586/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.