Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4100/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Nümayəndə Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 may 2025-ci il tarixli qətnamədən iddiaçı Nümayəndə verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Nisyə alğı-satqı müqaviləsi” üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyin icra edilməməsi səbəbindən yaranmış borcun ödənilməsi məqsədi ilə 1.520 manat, öhdəliyi icra edilməməsinə görə müqavilənin şərtinə uyğun olaraq hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 160 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 36,80 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, mobil telefonların satışı ilə məşğul olur. Cavabdeh iddiaçı ilə sadə yazılı formada bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən dəyərini 12 ay müddətində hissə-hissə ödəmək şərti ilə qiyməti 2.020 manat olan “X3 8” markalı smartfon almışdır. Müqaviləyə əsasın cavabdeh, ilkin ödəniş də daxil olmaqla 500 manat ödəniş edilmiş, lakin qalan 1.520 manatı ödəməmişdir, baxmayaraq ki, iddiaçı cavabdehə dəfələrlə müraciət edərək, qalıq borcun ödənilməsini tələb etmişdir. Bu səbəbdə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 36,80 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış həmin müqavilənin 3.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, alıcı, satıcıya ödəməli olan məbləği vaxtında ödəməzsə, ödənişin gecikdirilmiş hər günü üçün ödənilməsi gecikdirilən məbləğin 2 faizi məbləğində dəbbə ödəməlidir. Müqavilənin şərtinə əsasən hesablanmalı olan dəbbə pulunun məbləğin daha çox olsa da, iddiaçı, cavabdehdən onun xeyrinə 160 manat məbləğində dəbbə pulunun tutulmasını xahiş edir. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat
3. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazla Rayon Məhkəməsinə müraciət edərək, bildirmişdir ki, iddiaçıdan aldığı smartfon “qaçaq mal” olduğu üçün o, iddiaçıya yalnız 200 manat ödəməmişdir. Lakin qalan borcunu ödəmişdir. Özü məcburi köçkündür. Ərinin səhhətində ciddi problemlər var. Böyük övladı ödənişli təhsil alır. Kiçik övladı isə məktəbilidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddia tələbinin təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, ilk növbədə sübut etməlidir ki, onunla cavabdeh arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış və müqavilənin predmeti olan smartfon onun tərəfindən cavabdehə təhvil verilmişdir. Lakin o, bu halı sübuta yetirə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2025-ci il tarixli, 4/140 saylı rəydə isə qeyd edilmişdir ki, iddiaçı ilə cavabdehin adından tərtib edilmiş xx.xx.2021-ci il tarixli “Təhvil-təslim aktında” qeyd edilən “Təhvil aldım” qrafasındakı imza cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. d) apellyasiya şikayəti və apellyasiya şikayətinə etiraz barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və iş üzrə verdikləri izahatlar barədə məlumat
8. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. İddiaçı ərizə ilə Məhkəmə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etsə də, cavabdeh, iclasa gəlməməsinin səbəbi barədə Məhkəməyə məlumat vermimişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
10. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2025-ci il tarixli, 4/140 saylı rəydə, iddiaçı ilə cavabdehin adından tərtib edilmiş xx.xx.2021-ci il tarixli “Təhvil-təslim aktında” qeyd edilən “Təhvil aldım” qrafasındakı imzanın cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilməsi qeyd edilsə də, yuxarıda artıq qeyd edildiyi kimi cavabdeh iddia tələbinə qarşı verdiyi yazılı etiraza etiraf etmişdir ki, o, 2021-ci ildə iddiaçı ilə müqavilə bağlayaraq dəyərini hiss-hissə ödəmək şərti ilə iddiaçıdan smartfon almış və smartfonun dəyərinin tam olaraq iddiaçıya ödəməmişdir.
11. Cavabdeh iddiaya qarşı verdiyi etirazda smartfonun qiymətini də mübahisələndirmir.
12. Belə olan halda işin mübahisəsiz halı kimi qəbul edilməlidir ki, iş üzrə tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Nisyə alğı-satqı müqaviləsi” əsasında cavabdeh iddiaçıdan dəyərini 12 ay müddətində hissə-hissə ödəmək şərti ilə qiyməti 2.020 manat olan smartfon almış, smartfonun dəyərini isə iddiaçıya tam ödəməmişdir və iddiaçı bu halları sübut etmək yükündün azaddır. Çünki MPM-in 106.3-ci maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
13. Belə olan halda işin mübahisəli halı ondan ibarət olur ki, qeyd edilən müqavilə üzrə cavabdehin iddiaçıya olan borcu hansı məbləğdədir.
14. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-in tələblərinə görə, mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.).
15. İddiaçı bildirir ki, onunla cavabdeh arasında bağlanmış müqavilə üzrə cavabdehin ona olan əsas borcunun məbləği 1.520 manat təşkil edir. Cavabdeh isə iddiaya qarşı verdiyi yazılı etirazda bildirir ki, onun iddiaçıya ödəmədiyi məbləğ 1.520 manat deyil, 200 manat təşkil edir.
16. İş üzrə tərəflərin verdikləri məlumatlara yuxarıda qeyd edilən prosessual normaların tələblərindən yanaşdıqda müəyyən edilir ki, iddiaçıya olan borcun 1.520 manat deyil, 200 manat təşkil etməsini sübut etmək yükü, cavabdehin üzərinə düşür. Çünki əgər cavabdeh (1.520-200=) 1.320 manat məbləğində pulun onun tərəfindən iddiaçıya ödənilməsini bildirirsə, onda o, bu ödənişləri təsdiq edə biləcək qəbzləri məhkəmələrə təqdim etməli idi. Lakin o bunu etməmişdir.
17. Bu baxımdan qəbul edilməlidir ki, iddiaçı, 1.320 manatın cavabdeh tərəfindən ona ödənilməməsini sübut etmək yükündən azaddır.
18. Qalan 200 manata münasibətdə isə Məhkəmə qeyd edir ki, iddiaya qarşı verilmiş yazılı etirazda cavabdeh bildirir ki, iddiaçının ona satdığı smartfon “qaçaq mal” olduğu üçün o, 200 manatı iddiaçıya ödəməmişdir.
19. Etirazın məzmunundan həmçinin başa düşülür ki, cavabdehin 200 manatı iddiaçıya ödəmək niyyəti yoxdur.
20. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir (maddə 390.5.).
21. İş üzrə tərəflərin istəyi ilə şərtləri müəyyənləşdirilmiş və xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, cavabdehin bildirdiyi əsasa görə smartfonun dəyərinin hansısa hissəsinin alıcı olan cavabdeh tərəfindən satıcı olan iddiaçıya ödənilməməsi şərti müqavilədə nəzərdə tutulmamışdır.
22. Belə olan halda müəyyən edilir ki, cavabdeh, həmin 200 manatı da cavabdehə ödəməlidir.
23. Qeyd edilənləri nəzərə alan, Mülki Məcəllənin “Alğı-satqı” adlı 29-cü Fəslinin “Alğı-satqı haqqında ümumi müddəalar” adlı İ paraqrafının və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü Fəslinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsində ifadə edilmiş “tərəflər arasında bağlanmış “Nisyə alğı-satqı müqaviləsi” üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyin icra edilməməsi səbəbindən yaranmış borcun ödənilməsi haqqında” tələb tam həcmdə əsaslıdır.
24. İddia ərizəsində ifadə edilmiş digər tələbin – “öhdəliyi icra edilməməsinə görə müqavilənin şərtinə uyğun olaraq hesablanmış cərimənin (dəbbənin) ödənilməsi haqqında” tələblə bağlı Məhkəmə qeyd edir ki, cavabdehin xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməməsi aşkardır.
25. Həmin müqavilənin 3.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, alıcı, satıcıya ödəməli olan məbləği vaxtında ödəməzsə, ödənişin gecikdirilmiş hər günü üçün ödənilməsi gecikdirilən məbləğin 2 faizi məbləğində dəbbə ödəməlidir.
26. İddiaçı bildirir ki, müqavilənin şərtinə əsasən hesablanmalı olan dəbbə pulunun məbləğin daha çox olsa da, o, cavabdehdən onun xeyrinə 160 manat məbləğində dəbbə pulunun tutulmasını xahiş edir.
27. Bu tələbin əsaslılığı ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır (maddə 463.1.). Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər (maddə 465.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır (maddə 467.).
28. Qeyd edilən maddi hüquq normalarının tələblərini və işin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə hesab edir ki, əsaslılığı müzakirə edilən bu tələb də əsaslıdır. g) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə 29 Beləliklə, apelyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbi tam həcmdə əsaslıdır. Lakin işə baxmış Rayon Məhkəməsi iş üzrə ona təqdim edilmiş sübutlara səhv yanaşmış, işin hallarını səhv müəyyən etmiş, əsaslı olan iddia tələbini təmin etməməklə işin həqiqi hallarına uyğun olmayan nəticəyə gəlmişdir ki, bu hal, MPM-in 385-ci maddəsinə əsasən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 30 Buna görə də, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməklə Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
31. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
33. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı Nümayəndə apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 may 2025-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Nümayəndə Cavabdeh qarşı “pul tələbi barədə” iddiası təmin edilsin. İddiaçı Nümayəndə ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Nisyə alğı-satqı müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 1.520 (bir min beş yüz iyirmi) manat, öhdəliyi icra edilməməsi səbəbindən hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 160 (bir yüz altmış) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Nümayəndə ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.