Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4103/2025 06.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC BOKT-un Cavabdeh Abbasqulu qızına qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ( pul) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı "xxxx" BOKT-un nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" BOKT QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1689/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı "xxxx" BOKT QSC-nin Cavabdeh qarşı tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli 025-EMB-0762-23 saylı müqaviləyə əsasən 1250.67 manat borc və 32.91 manat dövlət rüsumunun ödənilməsi barədə iddiası Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1689/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 359,54 manat əsas borc və 50 manat cərimə borcu olmaqla, cəmi 409.54 manat vəsait və ödənilmiş dövlət rüsumunun 10.77 manatı "xxxx" bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci, 439.4-cü, 462.1-ci, 739.1-ci, 739.2-ci, 741-ci, 462.1-ci, 1091.1-ci, 1091.2-ci və 1092-ci maddələri. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən 1087.54 manat əsas borc, 0 manat faiz və 163,13 manat cərimə borcu olmaqla, cəmi 1250,67 manat borc qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, 359.54 manat əsas borc, 0 manat faiz və 87.60 manat cərimə borcu olmaqla, cəmi 447.14 manat borc qeyd edilmişdir. İddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Plenum qərarına əsasən iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini ona bildirməsi ilə müqaviləyə xitam vermiş sayılır. Cavabdehin mənafeyini nəzərə alınaraq iddia qismən təmin edilməli, cavabdehdən 359.54 manat əsas borc və 50 manat cərimə borcu olmaqla, cəmi 409.54 manat borc tutulmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alınaraq, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya şikayəti və ona qarşı etirazın dəlilləri 2.İddiaçı qətnamədən şikayət verərək, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2(007)-1689/2025 saylı qətnaməsinin əsas borca münasibətdə təmin olunmayan hissədə ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 425.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 218.3, 384.0.2, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə əsassız olaraq qətnaməsində qeyd edir ki, “Plenum qərarına əsasən iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini ona bildirməsi ilə müqaviləyə xitam vermiş sayılır. Cavabdehin mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 359.54 manat əsasborcvə50 manat cərimə borcu olmaqla, cəmi 409.54 manat borctutulmalıdır”. Hesab edirlər ki, Bakı şəhəri Nizami rayon məhkəməsi iş materiallarına əlavə edilən sübutları tam və hərtərəfli araşdırmamış və nəticədə düzgün nəticəyə gəlməmişdir. Belə ki , BOKT "xxxx" QSC tərəfindən xx.xx.2024-cü il tarixdə göndərilən Xəbərdarlıqda Qətnamədə qeyd edildiyinin əksinə, cavabdehdən bütün borc məbləği deyil yalnız xx.xx.2024-cü il tarixə olan borc məbləğinin (əsas və cərimə borc məbləği) ödənilməsi tələb edilmişdir. İddiaçı tərəf xəbərdarlıqda bütün borc məbləğinin deyil, yalnız həmin aya münasibətdə olan borcun tələb edilməsini onunla əsaslandırır ki, tərəflər arasında bağlanmış Kredit Müqaviləsində borcun ödənilməsinin müvafiq cədvələ uyğun olaraq aylara bölünməklə hissə-hissə icra edilməsi qaydası nəzərdə tutulmuşdur. Bu səbəbdən cavabdehdən ona ünvanlanmış Xəbərdarlıqda konkret aylara münasibətdə olan əsas borcu və gecikdirilmiş günlərə münasibətdə cərimə borcu üzrə öhdəliyin icrası tələb edilmişdir. Həmin Xəbərdarlıqda tələb olunan gecikmədə olan borc məbləğləri cavabdeh tərəfindən qeyd olunan müddət ərzində icra olunacağı təqdirdə, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə ödənişlər kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə uyğun tənzimlənməyə davam edəcəkdi. Belə ki, BOKT "xxxx" QSC sözügedən xəbərdarlıqda xx.xx.2024-cü il tarixə olan mövcud borc məbləğinin ödənilməsini tələb etmiş və bu borc ödənilmədiyi təqdirdə müqavilənin ləğv edilməsi ilə bağlı tədbirlər görüləcəyinə dair niyyətini ifadə etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsi xx.xx.2024-cü il tarixdə göndərilən Xəbərdarlığı müqavilənin ləğvinə dair yazılı iradə ifadəsi kimi qiymətləndirməklə düzgün nəticəyə gəlməmişdir. Odur ki, BOKT "xxxx" QSC xx.xx.2024-ci il tarixdə cavabdehə ünvanlanmış olan xəbərdarlıqda həmin tarixə münasibətdə hesablanmış borcun ödənilməsini, ödənilmədiyi təqdirdə isə müqavilənin ləğv edilməsinə dair tədbirlər görüləcəyini bildirmişdir. Bunlardan əlavə qeyd edilməsini zəruri hesab edir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsi tərəfindən gəlinən nəticəyə uyğun olaraq xx.xx.2024-cü il tarixdə göndərilən xəbərdarlıq BOKT "xxxx" QSC-nin müqavilənin ləğv edilməsinə dair iradə ifadəsi hesab edilsə belə məhkəmə tərəfindən müqavilənin ləğv edilməsi anlayışı düzgün tövsif edilməyərək əsas borcun məbləği əsassız olaraq azaldılmışır. Belə ki, iş materiallarına əlavə edilən Kredit Müqaviləsindən də göründüyü kimi, tərəflər arasında müqavilə bağlandığı andan “Borcalana” (Cavabdeh) verilən kredit məbləği və həmin məbləğə münasibətdə aylıq ödənişlər üzrə ödəniləcək əsas və faiz məbləğləri razılaşdırılmaqla müqavilədə ayrıca cədvəl formasında əks etdirilmişdir. Yəni Kredit müqavilə bağlandığı andan (Borcalana kredit məbləği verildiyi andan) cavabdehin verilən kredit məbləğini (əsas borcu) və ona münasibətdə hesablanmışfaizləri ödəmək öhdəliyi yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edildiyi kimi “müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir.” Yəni, tərəflər arasında bağlanmış Kredit müqaviləsi ləğv edilsə belə cavabdehin əsas borcu və ona hesablanmış faizləri ödəmək öhdəliyi müqavilə bağlandığı tarixdən yarandığından sonuncunun əsas borcu və faiz borclarını ödəmək öhdəliyi aradan qalxmır. Belə olan halda iddiaçı sözügedən müqavilənin 2.1.1-ci bəndində istinad edilən hallar yarandığı təqdirdə cavabdehdən borc məbləğinin vaxtından əvvəl ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd edilənlərdən göründüyü kimi, BOKT "xxxx" QSC cavabdehə göndərilən Xəbərdarlıqda müqavilənin ləğvedilməsinə dair iradə ifadəsi bildirmədən həmin tarixə olan əsas və cərimə borcunun ödənilməsi tələbini bildirmişdir. Xəbərdarlıqda qeyd edilən müddət ərzində cavabdeh tərəfindən borcun ödənilməsinə dair hər hansı təşəbbüs olmadığından BOKT "xxxx" QSC tərəfindən tərtib edilən maliyyə arayışına əsaslanmaqla müqavilə üzrə ödənilməmiş bütün əsas borc məbləğinin və gecikdirilmiş günlərə münasibətdə cərimə borcunun vaxtından əvvəl cavabdehdən tutularaq ödənilməsi tələbi ilə məhkəməyə müraciətedilmişdir. Göründüyü kimi məhkəmə iş materiallarına əlavə edilən və müqavilə üzrə ödənilməmiş əsas borc məbləğini təsdiq edən maliyyə arayışını nəzərə almadan qanunsuz və əsassız olaraq kredit müqaviləsi üzrə cavabdehin əsas borcu olan 1087.54 manat məbləğin cavabdehdən tutulub iddiaçıya ödənilməsini təmin etməyərək iddiaçının qanunla qorunan mənafelərinə zidd olaraq əsas borc məbləği olaraq 359.54 manat məbləğin cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmişdir. Hesab edir ki, qətnamə iddiaçının qanunlaqorunan mənafelərinin kobud şəkildə pozulması ilə çıxarılmışdır. Hər bir halda məhkəmə iş materiallarında olan sübutları qanunvericiliyə uyğun olaraq ətraflı tədqiq etməli, iş materiallarına əlavə olunan sənədlər üzrə düzgün araşdırma aparmalı idi. Qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Nizami rayon məhkəməsi iddaçı tərəfindən təqdim edilən sübutları araşdırmamış, işdə olan materiallara düzgün baxış keçirməmiş və işin hərtərəfli, tam və obyektiv tədqiq etməyərək Azərbaycan Respublikası mülki qanunvericiliyinin müddəalarını pozaraq ədalətsiz nəticə çıxartmışdır. Bu səbəblərdən Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-1689/2025 saylı qətnaməsi təmin olunmayan hissədə ləğv edilməli və iddia tələbinin tam təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 3.Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş izahlı arayışda qeyd edilmişdir ki, iş materiallarına cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu, həmçinin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 025-EMB-0762-23 saylı Kredit müqaviləsi üzrə ödənilmiş məbləğləri təsdiq edən hesabdan çıxarış və cavabdehin həmin Kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu təsdiq edən maliyyə arayışı əlavə olunmuşdur. Hesabdan çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 025-EMB- 0762- 23 saylı Kredit müqaviləsi üzrə müqavilə bağlandığı tarixdən etibarən ümumilikdə həmin müqavilə üzrə cəmi 1090,00 AZN ödəniş həyata keçirilmişdir. Cavabdeh tərəfindən sonuncu dəfə ödəniş isə xx.xx.2024-cü il tarixdə həyata keçirilmişdir. Belə ki, hesabdan çıxarışda da qeyd edildiyi kimi cavabdeh tərəfindən müqavilə üzrə ödənilmiş cəmi 1090,00 AZN ödənişin 1080,46 AZN hissəsi ödənilmiş kapital (yəni əsas borc) hesabına, 9,54 AZN hissəsi isə Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsinə görə hesablanmış cərimə hesabına tutulmuşdur.Xəbərdarlıq məktubunda isə xx.xx.2023-cü il tarixli, 025-EMB- 0762-23 saylı Kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2024-cü il tarixə olan borcu tələb edildiyindən həmin məktubda 359,54 AZN gecikdirilmiş əsas borcun və öhdəliklərin icrasının gecikdirilməsinə görə hesablanmış 87,60 AZN cərimə borcunun ödənilməsi tələb edilmişdir.Son olaraq iş materiallarına əlavə edilən maliyyə arayışında Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 025-EMB-0762-23 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş ümumi əsas borc olaraq 1087,54 AZN, öhdəliklərin icrasının gecikdirilməsinə görə hesablanmış cərimə borcu olaraq 163,13 AZN qeyd edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, 025-EMB- 0762-23 saylı Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən 2168,00 məbləğində kredit götürülmüş və əsas borc üzrə indiki vaxta qədər sonuncu tərəfindən cəmi 1080,46 AZN məbləğində ödəniş həyata keçirilmişdir. 4.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdiyini, elektron məhkəmə informasiya sistemi vasitəsilə təqdim etdikləri izahlı arayışın nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məlumatlanıdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin məhkəmə iclasında iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 6.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən əsaslı olduğundan qismən təmin edilməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1689/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi əsas borc məbləğinə münasibətdə ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilmədiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tərəfindən göndərilmiş xəbərdarlıq məktubunda Cavabdeh xx.xx.2024-cü il tarixə olan borcu tələb edilmiş olduğundan bu məktubun göndərilməsini müqavilənin birtərəfli qaydada ləğvi kimi qiymətləndirmək düzgün deyil. Digər tərəfdən iş materiallarına əlavə edilmiş maliyyə arayışından da görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 025-EMB-0762-23 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş ümumi əsas borcun məbləği 1087,54 azn, öhdəliklərin icrasının gecikdirilməsinə görə hesablanmış cərimə borcu olaraq 163,13 azn müəyyən edilmişdir. Cavabdeh əsas borca dair etiraz etməmiş və çəkişmə şəraitinə müvafiq iddianı təkzib edən və ya istisna edən dəlillər irəli sürməmişdir. Belə olan halda məhkəmənin özü tərəfindən bəlli qiymətləndirmənin aparılması prosessual cəhətdən yolverilməzdir. Bununla belə, iddiaçının mütənasibliyin pozulmasına dair əsaslı dəlillərin irəli sürmədiyi prosessual vəziyyətdə cərimə borca münasibətdə birinci instansiya məhkəməsinin əsaslarını kollegiya məqbul hesab edir. 8.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər.741.2. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. 9.Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsə aid olmalıdır. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 10.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı "xxxx" BOKT tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1689/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi qismən (əsas borc hissəsində) ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" BOKT QSC-nin Cavabdeh qarşı tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 025-EMB-0762-23 saylı müqaviləyə əsasən 1250.67 manat borc və 32.91 manat dövlət rüsumunun ödənilməsi barədə iddiası qismən -əsas borc hissədə təmin edilsin və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1087,54 ( min səksən yeddi manat, əlli dörd qəpik) manat əsas borc Cavabdeh Abbasqulu qızından tutularaq iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulsun. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın.