Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4104/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı Rəsul oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2252/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsindən İddiaçı Rəsul oğlunun tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Rəsul oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ** VH *** dövlət nömrə nişanlı BMW markalı X6 modelli avtomaşının alınması üçün ödədiyi 15 000 manat pulun cavabdehdən alınaraq ona verilməsi, tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək Cavabdeh ondan aldığı 15000 manatdan qaytardığı 2200 manat çıxmaqla 12800 manat pulun tutulmasını, 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrimə tutulmasını, avtomaşının ehtiyat açarının hazırlanması üçün tərəfimdən ödənilmiş 300 manat pulun tutulmasını, ümumilikdə isə 13130 manat pulun cavadebhdən alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə alqı-satqı işləri ilə əlaqədar tanış olmuşdur. Alqı-satqının məğzi mülkiyyətində olan ** VH *** dövlət nömrə nişanlı BMW markalı X6 modelli avtomaşının satılması ilə əlaqədar olmuşdur. Razılaşmaya əsasən avtomaşın bankda girovda olduğundan avtomaşına 15 000 manat nəğd, qalan 13 680 manat pulun isə aylıq olaraq 1000 manat banka ödəməklə razılaşmışlar. Şifahi razılığa əsasən tərəfindən şahidlərin yanında 15 000 manat nəğd surətdə cavabdehə vermişdir. Bununla bağlı cavabdeh mülkiyyətçisi olduğu avtomaşınla bağlı ona notariat orqanında 2021-ci il tarixədək etibarnamə vermişdir. Lakin, cavabdeh 3 fevralda onun yanına gələrək bildirmişdir ki, avtomaşının banka olan borcunu tam bağlamaq lazımdır. O, buna etiraz edəndə cavabdeh avtomaşını başqa şəxsə satacağını bildirmişdir. Bununla da ona maddi ziyan vurmuşdur. Cavabdeh avtomaşın üzrə ondan aldığı 15 000 manat puldan ona 2200 manat pulu 2019-cu ilin fevral ayında qaytarmış, qalan pulu isə tez bir zamanda qaytarması vədini versə də, buna əməl etməmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyət düşmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2252/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. (sədrlik edən: Tahirə Əsədova). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2252/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamənin ləğv olunmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı ünvanlanan birinci instansiya məhkəməsinin qətnaməsinin almasına dair hər hansı rəsmi sənəd iş materiallarında mövcud deyildir. Bu səbəbdən də, iddiaçının qətnaməni hansı tarixdə alması müəyyən edilə bilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddətin ötürülüb-ötürülmədiyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan zərfdən (i.v. 71) görünür ki, İddiaçı apellyasiya şikayətini xx.xx.2021-ci il tarixdə poçt şöbəsinə vermişdir. Lakin birinci intansiya məhkəməsinin qətnaməsini hansı tarixdən almasını sübut edən rəsmi sənəd olmadığından, qətnamədən 1 ay müddətində şikayət verilməsinin hansı tarixdən hesablanmasını müəyyən etmək mümkün olmamışdır. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, iş materiallarında olan reyestrin surətindən (i.v. 64) görünür ki, iddiaçı və cavabdehə qətnamə məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixində göndərilmiş və cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində poçt xəbərnaməsinə (i.v.65) imza edilməklə qəbul edilmişdir. Lakin buna baxmayaraq, apellyasiya şikayəti vermiş iddiaçının hansı tarixdə qətnaməni almasını təqsdiq edən sənəd mövcud deyildir. Eyni zamanda, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş tələblərə müvafiq olmadığı müəyyən edilmişdir. Belə ki, şikayəti verən şəxsin ünvanı apellyasiya şikayətində qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə, apelyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; 361.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361 və 363-cü maddələrinin tələbləri lazımınca yerinə yetirilməyərək qəbul olunmuş məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Kollegiya şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 402-406-cı maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2252/2020 saylı, 20.11.220-cı il tarixli qətnaməsindən İddiaçı Rəsul oğlu tərəfindən verilmiş apellyasiya şikayəti şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayəti ilə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4104/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4104/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver