Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4104/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(005)-1518/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona borclu olduğu 27000 manat, hüquqi yardım üçün ödədiyi 150 manat, dövlət rüsumu olaraq ödədiyi 177,1 manat, borc məbləğinin ödənilməsini gecikdirdiyinə görə (27000 manat x 5% :100% : 1,5 il) = 2025 manat, cəmi 29352,1 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-1518/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi-vəkili xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət qanunla nəzərdə tutulmuş müddət keçdikdən sonra verildiyindən və müddətin bərpasına dair ərizə təqdim edilmədiyindən geri qaytarılmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi-vəkili təkrar apellyasiya şikayəti vermiş və həmçinin apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(005)- 1518/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, qətnamədən iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayət geri qaytarılmışdır. Hazırda həmin qərardaddad iddiaçının nümayəndəsi-vəkili tərəfindən şikayət verilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. İddiaçının nümayəndəsi-vəkili şikayəti qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl etmədən vermişdir. Digər tərəfdən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayəti iddiaçının nümayəndəsi-vəkili tərəfindən elektron imza ilə təsdiq edilsə də, əl imzası ilə imzalanmış şikayətin scan edilmiş PDF variantı əlavə edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Halbuki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(005)- 1518/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4104/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4104/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver