Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4106/2023 21.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə ilə bağlı zərərin əvəzinin və qalıq borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, ünvan 1 ünvanında (abonent kodu: **********00560) təbii qazdan istifadəyə görə 1.776,04 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddia ərizəsində məhkəmə xərclərinin əvəzinin də ödənilməsi tələb olunub. Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi qət olunub ki, iddia qismən təmin olunsun, təbii qazdan istifadəyə görə 242,44 manat borc cavabehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. 1.776,04 manat pul tələbinin tərkibinə 2 tələb daxildir: 1.533,60 manat zərərin əvəzi və 242,44 manat qalıq borc. Bu məbləğlərin cəmi 1.776,04 manat təşkil edir (1.533,60 manat + 242,44 manat = 1.776,04 manat). 1.533,60 manat zərər əvəzi iddiaçının tərtib etdiyi 2 akta - xx.xx.2018-ci il tarixli ******* nömrəli akta və xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsaslanır. Hər iki aktda qeyd olunub ki, cavabdehə aid ünvandakı qaz sayğacının çıxış plastmas borusu deşilib. Daha sonra hesabat aparılıb, dəymiş zərərin əvəzi, yəni itirilmiş qazın dəyəri kimi 1-ci akta əsasən 1.317,60 manat borc, 2-ci akta əsasən 216 manat borc hesablanıb. Bu məbləğlərin cəmi 1.533,60 manat təşkil edir (1.317,60 manat + 216 manat = 1.533,60 manat). 242,44 manat qalıq borcdur. İddiaçı iddia edir ki, qazdan istifadə ilə bağlı cavabdehin həmin məbləğdə borcu var. Birinci instansiya məhkəməsi yalnız qalıq borcun - 242,44 manatın tutulmasını qət edib, iddianın qalan hissəsini – itirilmiş qazın dəyəri kimi 1.533,60 manat tutulması barədə tələbi rədd edib. Apellyasiya şikayətində qətnamənin iddianın rədd edilməsinə aid hissəsi (1.533,60 manata aid hissəsi) mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin sayğaca müdaxilə etdiyini təsdiq edən sübut yoxdur, o, sayğacın mühafizəsinə görə məsuliyyət daşımır. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi itirilmiş qazın dəyəri kimi 1.533,60 manat pul tutulması barədə tələbi rədd etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4106/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4106/2023
21.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver