Məhkəmə qərarları › İş №2(103)-4109/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4109/2024

03.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4109/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X34 və X32 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) pul tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X30 və X8 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili X21 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(005)-282/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı X13 xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında almış, İddiaçı bu əmlaka tam payda xüsusi mülkiyyət hüququ xx.xx.2016-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı qeyd edilən əmlakı onun etibarnamə üzrə nümayəndəsi X33 tərəfindən xx.xx.2017-cı il tarixdə X1. Lakin sonradan bu müqavilə İddiaçı adından nümayəndəsi X33 və X14 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış sazişlə ləğv edilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdə ona məxsus bütün əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu Cavabdeh etibar etmişdir. Cavabdeh etibarnamə əsasında İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsi ilə X3. Müqavilənin qiyməti olan ******* ABŞ dolları pul X34 tərəfindən müqavilə üzrə razılaşdırılmış qaydada hissə-hissə, xx.xx.2018-ci il tarixdə 200000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 500000 ABŞ dolları və xx.xx.2018-ci il tarixdə 800000 ABŞ dolları pul notariusun depozit hesabına köçürülmüşdür. 2.Hazırda İddiaçı köçürülmüş bu məbləği Cavabdeh tələb edir və iddiasını etibar edilənin etibar edənin adından və onun mənafelərinə uyğun hərəkət etməli olması ilə əsaslandırır. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı (bundan sonra-iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (X34 və X32 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə)Cavabdeh (bundan sonra-cavabdeh) ******* manat məbləğində pulun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 1119,8kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətində olmuşdur. Həmin qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və İddiaçı adına RX seriyalı ******* №-li xx.xx.2016-cı il tarixli reyestrdən çıxarış verilmişdir. İddiaçı Xaçmaz rayonunda müxtəlif sahələrdə biznes layihələri üzrə fəaliyyət göstərmişdir. Bu məqsədlə bəzən İddiaçı pul lazım olurdu. Cavabdeh çoxdan tanıyırdı və bir dəfə onun da iştirak etdiyi işgüzar görüşlərin birində gələcək iş planları üçün nağd pul vəsaitinə ehtiyacının olacağını bildirmişdi. Cavabdeh sonrakı görüşlərin birində onun banklarda yaxşı tanışlarının olduğunu, onların vasitəsilə böyük məbləğdə kredit götürə biləcəyini, amma təminat üçün daşınmaz əmlakı olmadığını bildirdi. İddiaçı təminat üçün daşınmaz əmlakı olduğunu bildirmişdir. O, əmlakın harada olduğunu soruşdu və İddiaçı mülkiyyətində yuxarıda qeyd etdiyi qeyri-yaşayış sahəsinin olduğunu ona bildirdi. Cavabdeh İddiaçı bildirdi ki, həmin sahəni ya satmaq, ya da banka girov qoyub pul götürmək üçün ona etibarnamə verilsə, o, həmin əmlak hesabına nağd pul tapa bilər. Cavabdehlə bu söhbətlərdən təxminən 2-3 ay sonra, 2017-ci ilin may ayında İddiaçı Bakı şəhəri 51 saylı notariat kontorunda cavabdehə həmin əmlaka dair etibarnamə verdi. Cavabdeh etibarnaməni alıb ona bildirdi ki, həmin əmlakı girov qoyub bankdan pul götürə biləcək. Bunun üçün ona vaxt lazım olduğunu, münasib şərtlərlə kredit verən bank tapmaq üçün əlaqələrini işə salacağını bildirdi. İddiaçı də ona tam etibar edib öz işləri ilə məşğul oldu. İddiaçı işləri ilə əlaqədar olaraq daha çox Xaçmaz rayonunda olurdu və Bakıya gec-gec gəlirdi. Odur ki, Bakı şəhərindəki həmin qeyri-yaşayış sahəsini tam olaraq cavabdehə etibar edib ondan cavab gözləyirdi. Cavabdeh də İddiaçı qəti əmin etmişdi ki, müsbət xəbərlər olduqda ona məlumat verəcək. Bununla belə, İddiaçı Bakıya gəldiyi vaxtlar özü də cavabdehə xəbər vermədən həmin qeyri-yaşayış sahəsinə baş çəkir, vəziyyətlə yerində tanış olurdu. Hər dəfə də görürdü ki, qeyri-yaşayış sahəsi əvvəlki vəziyyətindədir və heç bir dəyişiklik edilməyib, giriş qapılarının qıfılları dəyişilməyib, təmir, yenidənqurma işləri aparılmayıb, üçüncü şəxslərin hər hansı təsirinə məruz qalmayıb. Bununla da müəyyən edirdi ki, ona məxsus sahə satılmayıb. Düşünürdü ki, əgər cavabdeh sahəni başqa şəxslərə satıbsa, o halda yeni mülkiyyətçi sahədə təmir, yenidənqurma işləri aparmış olar, ən azı giriş qapısının qıfıl və açarlarını dəyişmiş olar. Odur ki, cavabdehin sözlərinə və vədlərinə inanırdı. Lakin bu ilin yazında, təxminən may ayında İddiaçı bir nəfər tanışı bildirdi ki, Cavabdeh verdiyi etibarnamə əsasında həmin qeyriyaşayış sahəsini başqa şəxsə satıb. İddiaçı bu deyilənlərə əvvəlcə inanmadı. Amma hər ehtimala qarşı təcili olaraq Bakı şəhərinə gəldi və qeyri-yaşayış sahəsinə baş çəkdi. Orada bir dəyişiklik olmadığını, hər şeyin əvvəlki vəziyyətdə olduğunu gördü. Bununla belə, cavabdehə demədən özü şəxsi əlaqələri hesabına həmin sahənin satılıb-satılmadığını öyrənməyə çalışdı. Məlum oldu ki, həqiqətən Cavabdeh İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 1119,8 kv.m qeyri-yaşayış sahəsini 24 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 ******* manata satmışdır. Alğı-satqı müqaviləsi Bakı şəhəri, 41 saylı notariat kontorunda rəsmiləşdirilmişdir. İddiaçı bütün baş verənləri bildikdən sonra notariat kontoruna müraciət edərək alğı-satqıya dair sənədlərin surətlərini götürdü. Sənədlərdən görünür ki, həm Cavabdeh, həm də üçüncü şəxs X34 23 yanvar 2018-ci il tarixli ərizə ilə Bakı şəhəri 41 saylı notariat kontoruna müraciət edərək alğı-satqı məbləğinin 200000 manat hissəsinin dərhal ödəniləcəyini, qalan ******* manat hissəsinin isə 30 yanvar 2018-ci ilədək ödəniləcəyini bildirmişlər. Notariat işində olan xx.xx.2018-ci il tarixli ödəniş sənədinə əsasən müəyyən olunur ki, həmin tarixdə 200000 manat pul, xx.xx.2018-ci il tarixli ödəniş sənədinə əsasən 500000 manat pul, xx.xx.2018-ci il tarixli ödəniş sənədinə əsasən 800000 manat pul üçüncü şəxs X34 tərəfindən ödənilmişdir. Qeyd olunan ******* manat pulun Cavabdeh verilməsi üçün notarius tərəfindən "xxxx" ASC-nin Dəmiryol şöbəsinə X/O-26 saylı 23 yanvar 2018-ci il tarixli məktub da verilmişdir. Göründüyü kimi, cavabdeh İddiaçı məxsus qeyri-yaşayış sahəsini üçüncü şəxsə satmış və satışdan əldə olunan ******* manat vəsaiti qəbul etmişdir. Lakin bu müddət ərzində cavabdeh bu barədə İddiaçı nə yazılı, nə də şifahi formada heç bir məlumat verməmiş, satışdan əldə olunan vəsaiti İddiaçı qaytarmamışdır. İddiaçı bu barədə yalnız 2023-cü ilin may-iyun aylarında xəbər tutmuş və bundan sonra notariat kontorundan müvafiq sənədləri əldə etmişdir. Odur ki, hesab edir ki, Cavabdeh həmin qeyri-yaşayış sahəsinin satılmasından əldə olunan vəsaiti İddiaçı verməlidir.

5. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının ziddiyyətli mövqeyi aşkar ortadadır və diqqət olunası hallar mövcuddur. İddiaçının riayət etməli olduğu mülki hüquq münasibətlərinin əsas prinsipləri gözlənilməmiş və təhrif olunmuş dəlliləri irəli sürməklə məhkəməyə yanlış sübutlar təqdim edilməsinə cəhd olunmuşdur. Cavabdeh iddiaçını uzun illərdir tanıyır və aralarında pul-borc münasibətləri olmuş, Azər Cavabdeh külli miqdarda borca pul götürmüşdür. Aralarında olan yaxın əlaqələrə və inam etibara dayanıqlı olaraq əmlaklarının bəzilərini də onun adında saxlamışdır. ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 160.3 kv.m, yaşayış sahəsi 73.6 kv.m-dan ibarət 3 otaqlı mənzil Cavabdeh tərəfindən hər kvadratı 1100 ABŞ dollarına 2017-ci ilin fevral ayında "xxxx" MTK- dan müqavilə ilə alınmış eyni zamanda həmin tikinti şirkətindən ümumi sahəsi 116 kv.m olan iki otaqlı və ümumi sahəsi 230 kv.m olan 5 otaqlı mənzilləri müqavilə ilə almışdır. Beş otaqlı mənzili oğlu X22 adına, iki otaqlı mənzili yaxın dostu Hikmətin qızı X10 adına və üç otaqlı mənzili isə yaxın dostu, iş üzrə İddiaçı adına rəsmiləşdirməklə almışdır. Mənzillər eyni mərtəbədə yerləşməklə Cavabdeh sərəncamındadır və proyekti tərəfindən dəyişdirilərək təmir olunurdu. Mənzillər 2017-ci ilin may ayından rəsmən dövlət qeydiyyatından keçirilməklə qeyd olunan şəxslərin adına çıxarış verilmişdir. Bundan əlavə "xxxx" MTK tərəfindən Bakı şəhəri A.M.Şərifzadə küç.571-ci məhəllə,qapı-1 ünvanında yerləşən ümumi sahəsi 1119,8 kv.m qeyri-yaşayış sahəsini də hər kvadratına 1000 manat ödəməklə Azərin adına sənədləşdirmişdir. Mübahisəli obyektlə bağlı illər öncə Azər hansısa digər şəxslərə olan borcları müqabilində ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 160.3 kv.m, yaşayış sahəsi 73.6 kv.m-dan ibarət 3 otaqlı mənzil və ünvan 7 ünvanında inşa edilən, ümumi sahəsi 1119,8 kv.m-dan ibarət qeyri yaşayış sahəsini ünvan 8 ünvanında qeydiyyatda olan Şahid1 adına verilmiş xx.xx.2017-ci il tarixli 7E-26704 reyestr qeydli Etibarnamə əsasında “girov qoymuşdur”. xx.xx.2017-ci il tarixdə Bakı şəhər 41 saylı Notariat Kontorunda 4Ə-394 və 4Ə-395 reyestr qeydli alğı-satqı müqavilələri ilə özgəninkiləşdirmişdir. Həmin sənədləşmə ilə əmlaklar Yaşarın yoldaşı X14 adlı şəxsin adına keçirmişdilər. Cavabdeh Nərimanov rayon Məhkəməsinə müraciət edərək “ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 160.3 kv.m, yaşayış sahəsi 73.6 kv.m-dan ibarət 3 otaqlı mənzilin özgəninkiləşdirilməsinə dair Bakı şəhər 41 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli , 4Ə-395 reyestr qeydli AN-İ 065363 saylı və ünvan 9 ünvanında inşa edilən, ümumi sahəsi 1119,8 kv.m-dan ibarət qeyri yaşayış sahəsini özgəninkiləşdirilməsinə dair 74Ə-394 reyestr qeydli AN-İ ******* saylı alğı-satqı müqavilələrinin etibarsız hesab olinması, tərəflərin əvvəlki vəziyyətinə qaytarılması” barədə iddia qaldırmışdır. Sonradan Nərimanov rayon Məhkəməsinə edilən iddia nəticəsində qarşı tərəf məcbur qalıb əmlakları geri qaytarmış və razılaşma əldə olunmuşdur. Qeyri-yaşayış sahəsi isə İddiaçı adında qalmaqla Cavabdeh etibarnamə verilmişdir. Razılaşmaya əsasən iş üzrə adı keçən X15 borc götürülərək Azərin Yaşara olan borcu bağlanmışdır. Bu pul vəsaitinin qarşılığı olaraq Faiqin təkidinə əsasən A.M.Şərifzadə küç.571-ci məhəllə,qapı-1 ünvanında yerləşən ümumi sahəsi 1119,8 kv.m qeyri-yaşayış sahəsi müvəqqəti olaraq onun adına sənədləşdirilmişdir. Rəsmiləşmədən Azərin xəbəri olmuş və hətta həyat yoldaşının razılıq ərizəsini də alıb gətirmişdir. Müqaviləyə də Cavabdeh imza etmişdir. Həmin alğı-satqı formal olmuş və görünüş məqsədilə notariatda banka pul qoyulub götürülmüşdür. Birinci müqavilənin sənədləri və vergi ödənişləri əsasında ikinci rəsmiləşmə aparılmışdır. Qeyd olunanlar iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə aşkar görünür. İddiaçı bilmədən özü bütün sənədləri aşkar təqdim etmişdir. Hazırda İddiaçı illər sonra haqq etmədiyi pul vəsaitini istəməklə Cavabdeh ziyan vurmaq, ona olan borclarını qaytarmamaq üçün yalançı iddia vermişdir. Belə ki AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə edilən şikayətdən sonra münasibətlərində soyuqluq yaranmışdır. Orada aparılan araşdırma zamanı Azər özü Cavabdeh borclu olduğunu izahatında etiraf etmişdir. Hazırda qüvvədə olan AR Mülki Məcəlləsinin 372,373, 375-ci maddələrinin məzmununa əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mövcud mübahisəli işdə iddiaçı şəxs qeyd olunan əsaslar üzrə iddia müddətini də əldən vermişdir. Müqavilə 2018-ci ildə bağlanmışdır. Lakin iddiaçı 2023-cü ildə iddia qaldırıb pul tələb edir. Ona görə də, hazırkı iş üzrə iddia müddətinin tətbiq olunması və iddiadan imtina olunması məhkəmənin vəzifəsi olaraq ortadadır. Hazırda iddiaçı məhkəməyə müraciət edə bilmək hüququndan sui istifadə edərək əsassız tələb irəli sürmüşdür. İddia bu məzmunda tamamilə əsassızdır və təmin oluna bilməz. Ona görə də, hazırkı iddia sübut edilən əsaslara malik deyildir və rədd olunmalıdır. 6.Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı ona olan borcunun müqabilində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsini vermişdir. Lakin əmlakın ******* manata alğı-satqısından sonra İddiaçı ona 395000 ABŞ dolları və 200000 Avro borcu qalmışdır. İddiaçı onunla yanaşı X27 da 300000 ABŞ dolları borcu olmuşdur. Sonradan ona yaxınlaşaraq əmlaklara dair sənədlərin verilməsini xahiş etmiş, əvəzində əmlakları banka qoyaraq onlara olan borcunu qaytaracağını bildirmişdir. Lakin sonradan məlum olmuşdur ki, İddiaçı bu əmlakları, yəni həm yoldaşının (Cavabdeh) adına olan əmlakı, həm də İddiaçı özünə məxsus qeyri-yaşayış sahəsini X16 adına keçirdiyi, onun ailə üzvlərindən birinin adına rəsmiləşdirildiyini müəyyən etmişlər. X33 da əmlakın qaytarılması üçün əvvəl 500000 ABŞ dolları, daha sonra məbləği azaldaraq 300000 ABŞ dolları pul istəmişdir. Cavabdeh da X17 300000 ABŞ dolları alaraq X23 vermişdir. Bundan sonra İddiaçı Cavabdeh olan ******* ABŞ dolları, və digər şəxslərə olan borclarını da hesablayaraq qeyri-yaşayış sahəsini ******* ABŞ dollarına X24 adına özgəninkiləşdirmişdir. Sonradan İddiaçı dəfələrlə Cavabdeh yanına gələrək bu sahənin satılmasını təklif etmiş, hətta almaqda maraqlı olan şəxslər də tapmışdır. Cavabdeh və X34 həmin şəxslərlə danışmış, lakin razılıq əldə olunmamışdır. Qeyri-yaşayış sahəsi X24 adına İddiaçı böyük qardaşının yanında özgəninkiləşirilmiş və bu zaman heç bir ödəniş olmamışdır. Hazırda İddiaçı X23 ödənilməmiş 300000 ABŞ dolları, Cavabdeh 395000 ABŞ dolları borcu qalır.

7. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində çağırılmış X33 ifadəsində bildirdi ki, İddiaçı ilə əvvəldən münasibəti olmuşdur, eyni rayondandırlar. Cavabdeh isə tanısa da onunla münasibəti olmamışdır. Özü İddiaçı pul borc vermiş, əvəzində isə İddiaçı onun adına etibarnamə vermişdir. Lakin İddiaçı hansı əsasla Cavabdeh adına etibarnamə verdiyini bilmir. Cavabdeh İddiaçı borcu olmuşdur. Həmin dövrdə İddiaçı şok vəziyyətində olmuş, hətta intihara cəhdlər etmişdir. İddiaçı etdiyi hərəkətləri tam qavramaya bilərdi. Buna görə də özü İddiaçı yaxınlaşaraq onun mülkiyyətində olan 1100 kv.m sahədən ibarət əmlaka dair ona etibarnamə verilməsini təklif etmiş, əmlakı satdıqdan və İddiaçı ona olan borcunu satış məbləğdən çıxdıqdan sonra qalan pulu ona qaytaracağını bildirmişdir. Həmin vaxt İddiaçı başqa şəxslərə də borcu olmuşdur.

8. Məhkəmə iclasına şahid X33 Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 suallarına cavab olaraq bildirdi ki, Cavabdeh İddiaçı aylıq 10%-lə borc pul vermiş, bununla da İddiaçı maddi cəhətdən pis vəziyyətə salmışdır.

9. Məhkəmə iclasına cavabdeh tərəfindən şahid qismində çağırılmış Şahid2 ifadəsində bildirmişdir ki, tərəflərlə qohumluq münasibətləri yoxdur. Cavabdeh yaşadığı evdə 12 ildir ki xadimə işləyir, İddiaçı da həmin evə gəlib-getdiyi vaxtdan tanıyır. İddiaçı Cavabdeh evinə borc almaq məqsədi ilə bir neçə dəfə gəlmişdir. Cavabdeh bir neçə dəfə Şahid2 ilə əlaqə saxlayaraq evində olan pul məbləğindən İddiaçı pul borc verilməsini istəmiş, Şahid2 da bu pul məbləğini yoxlayaraq İddiaçı vermişdir. Cavabdeh hissə-hissə ona cəmi ******* ABŞ dolları borc vermişdir. Sonradan İddiaçı Cavabdeh qeyri-yaşayış sahəsinin satılmasını və əldə olunan pulla işlərin görülməsini təklif etmiş, Cavabdeh isə əmlakın onun deyil, X24 mülkiyyəti olduğunu bildirmişdir.

10. Məhkəmə iclasında şahid X35 ifadəsində bildirmişdir ki, İddiaçı bağ sahəsi olmuş, Cavabdeh da ona şərik olmuşdur. İddiaçı X23 borcu olmuş, borc müqabilində Yasamalda olan qeyri-yaşayış sahəsini X23 vermişdir. Cavabdeh və İddiaçı onun yanına gələrək borc pul istəmişlər. X7 Vaqif Qulu oğluna 300000 ABŞ dolları borc vermiş, o da bu pulu X23 vermişdir. Cavabdeh X27 borcu olmuşdur, əvəzində əmlakı X27 vermişdir.

11. Məhkəmə iclasında şahid X28 ifadəsində bildirmişdir ki, X29 və Cavabdeh tanıyır, dostları olmuşdur. İddiaçı Cavabdeh olan münasibətlərindən tanıyır. 5 il əvvəl Çinar kafesində olan zaman İddiaçı Vaqifin ona pul verəcəyini, əvəzində isə Yasamalda olan əmlakı Cavabdeh verəcəyini demişdir. Əmlak borc əvəzində X27 verilib. 12.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 08 aprel 2024-cü il tarixli, 2(005)-282/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Aytən Novruzova) iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan: 13.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestriindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 10 ünvanında yerləşən, ümumi sahəsi 160,3 kv.m olan mənzilin İddiaçı tam payda xüsusi mülkiyyətində olmasına dair xx.xx.2017-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. 14.xx.xx.2017-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı ona məxsus olan ünvan 10 ünvanında yerləşən, ümumi sahəsi 160,3 kv.m, yaşayış sahəsi 73,6 kv.m olan 3 otaqlı mənzili 200000 manata alıcı X2. Müqaviləni İddiaçı əvəzinə onun nümayəndəsi X33 imzalamışdır. 15.xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı X32 ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyriyaşayış sahəsini 500000 manata alıcı İddiaçı satmışdır.

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı tam payda xüsusi mülkiyyətində olmasına dair xx.xx.2016-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.

17. xx.xx.2017-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsini ******* manata alıcı X2. Müqaviləni İddiaçı əvəzinə onun nümayəndəsi X33 imzalamışdır.

18. xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin ləğvi barədə sazişdən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsinin alğı-satqısına dair xx.xx.2017-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi tərəflərin razılı ilə ləğv olunmuşdur. Müqavilənin qiymətindən vergi məbləği çıxıldıqda sonra qalan məbləğ İddiaçı tərəfindən X12 qaytarılmış, X14 da bu məbləği qəbul etmişdir. Sazişi İddiaçı əvəzinə onun nümayəndəsi X33 imzalamışdır.

19. xx.xx.2015-ci il tarixli qəbzdən görünür ki, Abdullayev X11 Ramazandan 60000 ABŞ dolları pulu borc götürdüyünü və xx.xx.2015-ci il tarixədək qaytaracağını bildirmişdir. Qəbz İddiaçı, Mütəllimov Ramazan və Cavabdeh tərəfindən imzalanmışdır.

20. xx.xx.2015-ci il tarixli qəbzdən görünür ki, Abdullayev X11 Ramazandan 50000 ABŞ dolları pulu borc götürdüyünü və xx.xx.2015-ci il tarixədək qaytaracağını bildirmişdir. Qəbz İddiaçı, Mütəllimov Ramazan və Cavabdeh tərəfindən imzalanmışdır.

21. xx.xx.2015-ci il tarixli iltizamdan müəyyən olunur ki, Abdullayev X11 Ramazandan xammal alışı üçün 300000 ABŞ dolları borc pul götürdüyünü və bu məbləği xx.xx.2015-ci il tarixə kimi qaytaracağını bildirmişdir. İltizama İddiaçı, Mütəllimov Ramazan və şahid qismində Cavabdeh imza atmışdır. 22.İddiaçı və Cavabdeh tərəfindən imzalanmış iltizamdan müəyyən olunur ki, İddiaçı Cavabdeh 1.695.000 ABŞ dolları və 200.000 ABŞ dolları borc aldığını, bu məbləğə görə Cavabdeh faizlə birlikdə 1372,250 ABŞ dolları və evin sənədləşdirilməsinə görə 10000 ABŞ dolları pul qaytardığını və qalıq borcunun 395.000 ABŞ dolları + 200.000 ABŞ dolları təşkil etdiyini qeyd etmişdir.

23. Bakı şəhəri 51 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq olunmuş xx.xx.2017-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı və s. Cavabdeh etibar etmişdir. Etibarnamə 50 il müddətinə verilmişdir və xx.xx.2087-ci il tarixədək qüvvədədir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər.

24. xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsini ******* manata alıcı X3. Müqavilənin 5-ci bəndinə əsasən əmlakın dəyəri ola ******* manat puldan 200000 manat alıcı tərəfindən notariusun bank hesabında açılan depozit hesabı vasitəsi ilə satıcıya ödənmiş, satıcı həmin məbləği qəbul etmiş və qalan ******* manat pul isə müqavilə rəsmiləşdirildikdən sonra alıcı hissə-hissə ödəmək şərti ilə 30 yanvar 2018ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləni İddiaçı əvəzinə onun nümayəndəsi Cavabdeh imzalamışdır.

25. xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli qəbzlərdən müəyyən olunur ki, X34 müvafiq olaraq 200000 manat, 500000 manat, 800000 manat məbləğində pul notariusun depozit hesabına köçürülmüşdür.

26. Bakı şəhəri 41 saylı notariat kontorunun notariusu Qazı-zadə N.T. tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda X24 xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə ******* manat məbləğində pulu bütünlüklə ödədiyi qeyd olunmuş və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi xahiş olunmuşdur.

27. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəsisinə ünvanlanmış izahatında İddiaçı qeyd edir ki, bizneslə məşğul olur və Qusarda meyvə bağları salmaq üçün Mütəllimov Ramazan vasitəsi ilə tanıdığı Cavabdeh 70000 ABŞ dolları, 200000 avro, 150000 ABŞ dolları, sonra yenidən 150000 ABŞ dolları, 300000 ABŞ dolları və xatırlamadığı başqa məbləğdə pulu borc almışdır. Bu borcdan 300000 ABŞ dolları ödəmiş, eyni zamanda borc məbləğinə hesablanmış faizlər də ödəmişdir. Borc məbləğinin əvəzinə Yasamal rayonu, Şərifzadə küçəsində qeyri-yaşayış sahəsini vermişdir.

28. İddiaçı yazılı tərtib etdiyi və imzaladığı iltizamda Cavabdeh 2015-ci ildə 6%-lə 110000 ABŞ dolları, 5%-lə 100000 ABŞ dolları, 6%-lə 300000 ABŞ dolları, 2016-cı ildə 1 illik 3%-lə 200000 ev, 2017-ci ildə 2%-lə 100000 ABŞ dolları, 10%-lə 150000 ABŞ dolları, yenə 10%-lə 150000 ABŞ dolları, 10%-lə 300000 ABŞ dolları, 30%-lə 70000 ABŞ dolları, 10%-lə 70000 ABŞ dolları, əmlakı Yaşara girov qoymaqla 300000 ABŞ dolları, ümumilikdə Cavabdeh ******* ABŞ dolları və 200000 evro pulu borc aldığını, 300000 ABŞ dolları borc məbləğini qaytardığını bildirmişdir. Məhkəmə iddia tələbinin əsassızlığı üzrə mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: 29.İş materiallarından aydın olur ki, iddiaçı qanunvericiliyə uyğun qaydada ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsini alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Bu əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Əmlakın iddiaçının tam payda xüsusi mülkiyyətində olması cavabdeh tərəfindən mübahisələndirilmir. Mübahisəli məsələ iddiaçının cavabdehə verdiyi etibarnamə üzrə cavabdehin ona verilmiş səlahiyyətlərdən sui-istifadə etməsi ilə əlaqədardır. Belə ki, iddiaçı xx.xx.2017-ci il tarixdə ona məxsus bütün əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu cavabdehə etibar etmişdir. Cavabdeh də etibarnamə əsasında iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi ilə X3. 30.İddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamədən aydın olur ki, iddiaçı özünə məxsus bütün əmlaklar barəsində öz mülahizəsinə görə sərəncam verilməsi, qanunvericiliklə qadağan olunmayan bütün əqdlərin bağlanılması cavabdehə həvalə edilmişdir. Buna görə də cavabdehin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsini alğısatqı müqaviləsi əsasında özgəninkiləşdirməsi etibarnamə üzrə ona verilmiş səlahiyyətləri aşmamışdır. İddiaçı da öz növbəsində iddia tələblərini cavabdehin özgəninkiləşdirmə zamanı etibarnamə ilə verilmiş səlahiyyətlərdən kənara çıxılması ilə deyil, əmlakın əvəzli müqavilə ilə özgəninkiləşdirilməsi və müqavilənin qiymətinin cavabdeh tərəfindən iddiaçıya ödənilməməsi ilə əsaslandırır. 31.Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Bu qaydanın məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir, digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü ilə təmsil edilən qarşı-qarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən (umulan) fayda təhlükə altına düşür. Çünki maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər. Yəni cavabdeh iddiaçının əmlakı barədə öz mülahizəsinə görə şərtləri müəyyən etməklə alğı-satqı müqaviləsi bağlasa da, təsadüfi deyil ki, müqavilədə satıcı olaraq əmlakın mülkiyyətçisi olan iddiaçı qeyd edilmişdir. Yəni cavabdeh müqaviləni iddiaçının adından bağlamışdır. Hazırda baxılan iş üzrə iddiaçı iddia tələbini alğı-satqı müqaviləsi üzrə alıcının ödədiyi məbləğin cavabdeh tərəfindən ona verilməməsi ilə əsaslandırır. 32.Ödəniş qəbzlərindən X24 müqavilənin predmeti olan qeyri-yaşayış sahəsinin dəyərini hissəhissə - xx.xx.2018-ci il tarixdə 200000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 500000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə isə 800000 ABŞ dolları ödədiyi müəyyən olunur. Notarius tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda X24 xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə ******* manat məbləğində pulu bütünlüklə ödədiyi qeyd olunmuş və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi xahiş olunmuşdur. İddiaçı bu sübutlara əsaslanaraq cavabdehin əmlakın dəyərini ona vermədiyini, bununla da etibarnamə üzrə ona verilmiş səlahiyyətlərdən suiistifadə etdiyini bildirir. 33.Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsi onun etibarnamə üzrə nümayəndəsi cavabdeh tərəfindən alğı-satqı müqaviləsi ilə X4 sübuta yetirilir. İddianın əsaslandırılması bu hissədə öz təsdiqini tapsa da, əmlakın dəyərinin cavabdehə ödənilməsi iş materialları ilə təsdiqini tapmır. 34.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin mənasından aydın olduğu kimi qanunverici əmlakın dəyərinin alğı-satqı müqaviləsini imzalamış şəxsə ödənilməsi kimi imperativ norma müəyyən etməmişdir. X9 müqavilənin qiymətini iddiaçının nümayəndəsi olan cavabdehə şəxsən ödəmək vəzifəsi olmamışdır. Bu məbləğ alıcı tərəfindən notariusun depozit hesabına yerləşdirilmişdir. Notariusun Reyestr Xidmətinə ünvanlandığı məktubda ödənişin cavabdehə edildiyini təsdiq etmir. Məktubda çıxarışın verilməsinə əsas olaraq məbləğin məhz notariusun depozit hesabına tam köçürüldüyü qeyd olunmuşdur. Lakin məhkəməyə təqdim olunmuş notariat işinin materiallarından bu məbləğin cavabdeh tərəfindən götürüldüyü və ya onun bank hesabına köçürüldüyü müəyyən olunmur. Belə olan halda iddianın əsaslandırılmasının ən önəmli elementi – iddiaçı tərəfindən tələb olunan pul məbləğinin cavabdeh tərəfindən əldə edilməsi və saxlanılması sübuta yetirilmir. 35.Məhkəmə qeyd etmişdir ki,iddiaçı əmlakın dəyərinin cavabdeh tərəfindən əldə olunması və saxlanılmasını sübut etməli olduğu halda buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. 36.Bununla yanaşı məhkəmə onu da qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında biznes fəaliyyəti ilə əlaqədar pulun borc verilməsindən irəli gələn münasibətlər mövcud olmuşdur. İşin hərtərəfli araşdırılması baxımından tərəflər arasında borc münasibətinin olmasını təsdiq edən sübutlar araşdırılsa da, hazırkı mülki iş üzrə tərəflərin hansının biri-birinə borclu olması, borc məbləğinin həcminin müəyyən edilməsi zərurəti yoxdur, belə ki, bu hallar məhkəmə araşdırmasının predmeti deyil. Tərəflər arasında çoxsaylı borc münasibətinin olması halının müəyyən edilməsi iş üzrə qanuni və ədalətli qətnamə qəbul edilməsi üçün zəruri olduğundan məhkəmə tərəflərin polis orqanlarına verdikləri izahatlarına, həmçinin məhkəmə iclaslarında verdikləri izahatlarına və şahid ifadələrinə əsasən tərəflər arasında olan münasibətlərin həqiqi xarakterini aşkara çıxarmışdır. 37.İddiaçı polis orqanına ünvanlandığı izahatında cavabdehdən müxtəlif tarixlərdə borc pul məbləğləri aldığını, əvəzində isə dəyəri ******* manat olan Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən qeyri-yaşayış sahəsini cavabbehə verdiyini bildirmişdir. Məhkəmə iclaslarında iddiaçının da vəkili tərəflər arasında borc münasibətlərinin olmasını inkar etməmişdir. Hətta əmlakın satış dəyərindən iddiaçının cavabdehə olan borcu çıxıldıqdan sonra qalan məbləğin iddiaçıya qaytarılmalı olduğunu qeyd etmişdir. 38.İş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ona məxsus əmlaklar üzərində sərəncam vermək səlahiyyəti vermiş X33 ilə də aralarında borc münasibətləri olmuşdur. X33 iddiaçıya borc olaraq pul məbləği vermiş, qarşılığında isə iddiaçı X16 adına müvafiq etibarnamə vermişdir. X33 da öz növbəsində aralarında olan borc münasibətləri üzrə borcun ödənilməməsinə əsaslanaraq əmlakı özgəninkiləşdirmişdir. Bu zaman qeyd edilən qeyri-yaşayış sahəsi ilə yanaşı mənzil də əvəzli müqavilə ilə qeyri-yaşayış sahəsinin alıcısının adına keçirilmişdir. Daha sonra hazırki iş üzrə cavabdeh məhkəmədə iddia qaldıraraq mənzilin ona məxsus olduğunu bildirmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, onun ərizəsi əsasında iddia baxılmamış saxlanılmışdır. Bundan qısa müddət sonra X33 hər iki əmlakın alıcısı olan X14 ilə saziş bağlayaraq alğı-satqı müqavilələrini qarşılıqlı razılıq əsasında ləğv etmişlər. Bu zaman diqqət edilməli məqam odur ki, X33 iddiaçının adından müqavilə bağlayaraq əmlak özgəninkiləşdirildikdən sonra iddiaçı buna etirazını bildirən hər hansı hərəkət etməmiş, məhkəmədə iddia qaldıran şəxs cavabdeh olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş xronoloji ardıcıllıqla edilmiş bu hərəkətlər, yəni iddiaçının borc münasibətlərindən irəli gələrək X23 etibarnamə verməsi və əmlakın X33 tərəfindən özgəninkiləşdirilməsi, sonradan isə öz razılığı ilə müqavilənin ləğv edilməsi və əmlakın cavabdeh tərəfindən iddiaçının adından özgəninkiləşdiirlməsi, onlar arasında olan borc münasibətlərindən irəli gələrək qeyri-yaşayış sahəsinin iddiaçının kreditorları qarşısında təminat olaraq qoyulduğunu təsdiq edir. 39.Yuxarıda müəyyən olunan halların əhəmiyyəti ondan ibarətdir ki, hazırki mülki üzrə iddiaçı cavabdehdən ******* manat pul tələb edir və bunu cavabdehin iddiaçıya məxsus əmlakı X6 və əldə edilən pulu iddiaçıya verməməsi ilə əsaslandırır. Məhkəmə tərəfindən isə iddiaçının cavabdehlə yanaşı X34 ilə borc münasibətlərində olduğu və ondan da pul məbləği borc alması müəyyən olunmuşdur. 40.Belə ki, iddiaçı 28 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində qeyd etmişdir ki, 2018-ci il tarixdə biznes məsələləri ilə əlaqədar pul lazım olduğundan cavabdehdən pul borc verməsini istəmiş, cavabdeh isə ona pulunun olmadığını, lakin ona məxsus mənzili girov qoyaraq ona borc pul tapa biləcəyini demişdir. Tapılan şəxs X34 olmuş, o da mənzilin əvəzinə 6 ay müddətinə faizlə pul borc verə biləcəyini bildirmişdir. 41.Yuxarıda qeyd olunanlardan aydın olur ki, cavabdeh və X33 ilə yanaşı iddiaçı X15 da borc pul məbləği almış, aralarında borc münasibətləri olmuşdur. Tərəflərin izahatlarından və şahid ifadələrindən cavabdehin özünün iddiaçıya borc pul verdiyi, buna imkanı olmadıqda isə iddiaçıya borc verə biləcək şəxslər tapdığı aydın olur. Buna görə də borclu olduğu şəxslərin cavabdehi tanıması və narazılıq olduğu halda pulun cavabdehdən tələb edilməsi barədə cavabdehin izahatları ağlabatandır. Bu hal iddiaçının cavabdehə yuxarıda qeyd edilən etibarnamə verilməsinin səbəbini də izah edir. Aydındır ki, bütün əmlak üzərində sərəncam verilməsi hüququnun digər şəxsə, hazırki halda heç bir qohumluq münasibətlərinin olmadığı cavabdehə etibar edilməsi və etibarnamənin 50 il müddətinə verilməsi etibarnamə verən şəxsin lazimi ehtiyat və diqqət göstərməklə edəcəyi hərəkətdir. İddiaçı özü də iddia ərizəsində cavabdehlə biznes fəaliyyəti ilə bağlı əlaqələrinin olduğunu və ondan borc pul istədiyini bildirmişdir. 42.Beləliklə, məhkəmə tərəfindən işin düzgün və ədalətli həlli üçün aşağıdakı hallar araşdırılmış və mövcudluğu təsdiq edilmişdir : iddiaçı, cavabdeh və X15 borc pul almış, onlar arasında borc münasibətləri olmuşdur; iddiaçı X23 olan borcu müqabilində ona etibarnamə vermiş, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsi X33 tərəfindən özgəninkiləşdirilmişdir, iddiaçıya sonradan buna hər hansı etirazını bildirməmişdir; iddiaçı X27 olan borcu müqabilində ünvan 6 ünvanında yerləşən mənzili X27 vermişdir; xx.xx.2018-ci il tarixli müqavilə üzrə X34 tərəfindən edilmiş ödənişlərin cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən heç bir sübut mövcud deyil. 43.Yuxarıda sadalanan bu hallar xx.xx.2018-ci il tarixli müqavilənin iddiaçının cavabbeh və X27 olan borc münasibətlərindən irəli gələrək bağlanıldığına dəlalət edir. İş materiallarında X24 əmlakın dəyərinin hissə-hissə ödənildiyini göstərən qəbzlər olsa da, yeganə bu sübuta əsaslanaraq digər sübutlarla yuxarıda müəyyən edilmiş halların təkzib edilməsi əsaslı deyil. X5 bu pulu görünüş üçün notariusun depozit hesabına köçürməsi və sonradan geri götürməsi istisna edilmir. Bunun əksini təsdiq edən heç bir sübut mövcud deyil. Beləliklə, məhkəmə araşdırması zamanı xx.xx.2018-ci il tarixli əqdin yalan əqd olması iddiaçı, cavabdeh və X34 arasında olan borc münasibətlərini pərdələmək məqsədi ilə bağlanmadığı müəyyən edilir. 44.Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). 45.Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. 46.Məhkəmə hesab etmişdir ki, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi borc münasibətlərinin pərdələnməsi məqsədi ilə bağlanmış müqavilədir. X34 əmlakın dəyərini iddiaçının mülkiyyətinə və ya ona verilməsi üçün nümayəndəsi cavabdehə verməmişdir və bundan iddiaçı və cavabdeh xəbərdar olmuşlar. Belə ki onlar aralarında müvafiq razılığa əsasən yalan əqd bağlamışlar. Bu səbəbdən də hazırki iddia tələblərinin qanuni əsasları mövcud deyil. 47.Məhkəmə cavabdehin vəkilinin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 48.Hazırki halda isə müqavilənin bağlanma tarixindən iddia ərizəsinin məhkəməyə təqdim olunduğu tarixədək keçən müddət 6 ildən az vaxt dövrünü əhatə edir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən olunan iddia müddətini ötürməmişdir. 49.Bununla yanaşı mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı iddia tələbinin qanuni əsasları öz təsdiqini tapmadığından İddiaçı Cavabdeh qarşı, X34 və X32 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə, pul tələbinə dair iddiası təmin edilməməlidir. 50.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 146.2, 152.1, 152.2, 154.1, 359.1, 362.1, 362.2, 359.3, 567, 372, 373.2, 377.1-ci: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220 maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 51.Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 52.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Bununla bağlı olaraq bildirir ki, cavabdeh tərəf iddiaçının ona verdiyi etibarnamə əsasında alğı-satqı müqaviləsi bağlasa da, ******* (bir milyon beş yüz min) manat vəsait əldə etsə də, bu barədə ona heç bir hesabat verməmiş, məlumat verməmiş, əmlakının satışından əldə etdiyi vəsaiti ona verməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 782-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Göründüyü kimi isə, cavabdeh (vəkalət alan) əmlakın satışından əldə etdiyi vəsaiti iddiaçlıya verməmişdir. Odur ki, cavabdehin həmin vəsaiti ona vermək öhdəliyi yaranmışdır. İşə baxan məhkəmə yuxarıda qeyd olunan bu maddi hüquq normalarının tələblərini pozmuş, əsassız olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının cavabdehə külli miqdarda borcu olmuşdur. Bu zaman məhkəmə əsassız olaraq Mütəllimov Ramazan adlı şəxslə iddiaçı arasında tərtib edilən xx.xx.2015-ci il, xx.xx.2015-ci il tarixli qəbzlərə, eləcə də Mütəllimov Ramazandan xammal alışı üçün götürdüyü 300000 ABŞ dollarına dair iltizam sənədinə istinad etmiş və bununla da maddi hüquq normalarının tələblərini pozmuşdur. Çünki həmin qəbz və iltizam sənədinin iddiaçı ilə cavabdeh arasında olan münasibətlərə heç bir aidiyyatı yoxdur. Bundan əlavə, işə baxan məhkəmə iddianın rədd edilməsi üçün əsas kimi iddiaçının DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı izahatına istinad edərək göstərmişdir ki, iddiaçı cavabdehdən 70000 ABŞ dolları, 200000 avro, 150000 ABŞ dolları, sonra yenə 150000 ABŞ dolları, 300000 ABŞ dolları almış, bu borcdan 300000 ABŞ dolları ödəmiş, bu borca hesablanan faizlər də ödəmişdir, borcun əvəzinə Yasamal rayonu, Şərifzadə küçəsində qeyri-yaşayış sahəsi vermişdir. Məhkəmə bunu əsas götürərək iddianı rədd etmiş, lakin bu zaman həmin izahatdakı rəqəmləri qeyri-yaşayış sahəsinin satışından əldə olunan məbləğlə qarşılaşdırıb ədalətli nəticə çıxarmamışdır. Əvvəla, o izahat mötəbər sübut deyil. Çünki iddiaçı ilə cavabdehin müqavilə münasibəti kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, həmin izahat məhkəmə hökmü ilə təsdiqini tapmamış, işin müəyyən edilən halı kimi təsbit edilməmişdir. İzahat həmin iş üzrə hər hansı məhkəmə istintaqında araşdırılmamışdır. Bundan əlavə, əgər məhkəmə həmin izahatı əsas götürürsə, o halda ona obyektiv qiymət verməli, iddiaçının yazdığı rəqəmləri toplayıb obyektin satışından cavabdehin aldığı məbləğlə qarşılaşdırmalı idi. İzahatdan görünür ki, iddiaçı cavabdehdən cəmi 670000 ABŞ dolları və 200000 avro almış, bu borcdan 300000 ABŞ dolları qaytarmışdır. Deməli, bu halda belə iddiaçının cavabdehə 370000 ABŞ dolları və 200000 avro borcu qalmışdır. Bu isə manat ifadəsində təxminən ******* (bir milyon iyirmi doqquz min) vəsait deməkdir. Əgər hətta bu izahatı əsas götürməli olsaq, o halda cavabdeh obyektin satışından əldə etdiyi (aldığı) ******* (bir milyon beş yüz min) manat vəsaitdən 471000 manatını iddiaçıya qaytarmalı idi (1500***-*******=471000). Lakin işə baxan məhkəmə izahatların sübut kimi qiymətləndirilməsindən ordakı rəqəmlərin qarşılaşdırılmasına qədər hər şeyi yanlış hesablamış və sonda düzgün olmayan nəticəyə gəlmişdir. Bundan əlavə, işə baxan məhkəmə iddiaçının digər bir izahatına istinad edərək onun cavabdehdən ******* ABŞ dolları və 200000 avro aldığını, 300000 ABŞ dolları isə qaytardığını qeyd etmiş, bu yazıya istinad edərək iddianın rədd edilməli olması nəticəsinə gəlmişdir. Hesab edir ki, ki, bu yanaşma da kökündən yanlışdır. Çünki həmi əlyazısının sonunda iddiaçı açıq mətnlə qeyd etmişdir ki, cavabdehə 395000 ABŞ dolları və 200000 avro borcu qalıb. Bunu nəzərə alsaq, yenə də iddiaçının cavabdehə olan borcu ******* manatdan artıq olmur. Belə olduqda da, cavabdeh obyektin satışından əldə olunan vəsaitdən iddiaçının borcunu çıxıb qalan vəsaiti iddiaçıya qaytarmalı idi. Bununla bağlı bir məqam da ondan ibarətdir ki, həmin ərizədə iddiaçı onu da qeyd etmişdir ki, “ümumilikdə Vaqifə ******* ödəmişəm” Məhkəmə bu qeydi digər sübutlarla birlikdə qiymətləndirməmişdir. Bundan əlavə, işə baxan məhkəmə cavabdehin izahatına da düzgün hüquqi qiymət verməmişdir. Cavabdehin qətnamədə əksini tapan izahatında göstərilir ki, guya iddiaçı cavabdehə olan ******* ABŞ dolları borcun, digər şəxslərə (?) olan borcun hesablayaraq qeyri-yaşayış sahəsini ******* ABŞ dollarına (?) X3. Məhkəmə bu ziddiyyətli izahata heç bir aydınlıq gətirməmişdir: digər şəxslər kimdir? İddiaçının başqa kimə borcu olmuşdur? Bu suallar cavabsız saxlanılmışdır.Cavabdehin izahatında daha sonra göstərilir ki, “alğı-satqıdan” sonra İddiaçı dəfələrlə Cavabdeh yanına gələrək bu sahənin satılmasını təklif etmiş, almaqda maraqlı şəxslər də tapmış, Cavabdeh və Nağıyev Faiq həmin şəxslərlə danışmış, lakinrazılıq əldə olunmamışdır.” Məhkəmə qətnamə ilə belə nəticəyə gəlib ki, həmin obyekt iddiaçının borcunun bağlanmaı üçün elə iddiaçının özünün razılığı ilə verilib. Əgər belədirsə, sual yaranır: həmin obyekt Cavabdeh tərəfindən Nağıyev Faiqə iddiaçının borcunun əvəzində verilmişdisə və iddiaçı da buna razı olmuşdusa, o halda iddiaçı nə üçün sonradan Faiqi və Vaqifi obyekti satmağa təhrik edib, hətta bunun üçün alıcı da cəlb edirdi? Məhkəmə cavabdehin ziddiyyətli izahatını bu məntiqi sualla da aydanlaşdırmaq istəməmişdir. Bundan əlavə, işə baxan məhkəmə qətnamədə belə nəticəyə gəlmişdir ki, “iş materiallarında X24 əmlakın dəyərinin hissə-hissə ödənildiyini göstərən qəbzlər olsa da, yeganə bu sübuta əsaslanaraq (?) digər sübutlarla yuxarıda müəyyən edilmiş halların təkzib edilməsi əsaslı deyil. HəmçininX24 bu pulu görünüş üçün notariusun depozit hesabına köçürməsi və sonradan geri götürməsi istisna edilmir” (?) Beləliklə,məhkəmə hesab etmişdir ki, xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi borc münasibətlərinin pərdələnməsi məqsədi ilə bağlanmış müqavilədir. Belə olduğu halda sual yaranır: iddiaçının cavabdehə və ya üçüncü şəxsə hansı borcu vardır və bu məbləğ nə qədər təşkil edir? Bu məsələ məhkəmə tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər birtərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı obyektin satışından əldə olunan ******* manatın cavabdeh tərəfindən ona ödənilməli olduğunu sübut etsə də, cavabdeh iddiaçı qarşısında bu öhdəliyini istisna edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Nəticədə işə baxan məhkəmə həmin müqavilənin özünün yalan əqd olması nəticəsinə gəlməklə cavabdehə kömək etmiş, onun başqa sübutu olmadığı üçün iddiaçının tələbinin əsası olan müqaviləni və ödəniş sənədlərini şübhə altına almışdır. Bundan əlavə, işə baxan məhkəmə iş üzrə iddiaçı və cavabdehin qarşılıqlı münasibətlərinə aidiyyatı olmayan başqa sübut və halları aydınlaşdırmağa üstünlük verməklə sübutetmə qayda və şərtlərini də pozmuşdur. İşə baxan məhkəmə cavabdehlə iddiaçı arasında mövcud olmuş və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən münasibətlərin bütün detallarını aydınlaşdırmamış, işin bu hallarına diqqət yetirməmiş, işin faktiki hallarını müəyyən etməmişdir. Nəticədə iddiaçının mülki hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Məhkəmə iddiaçı ilə cavabdeh arasında borc münasibətlərinin olmasına dair heç bir sübut toplamamış, bu nəticəyə gələrkən heç bir dəlil və sübuta istinad etməmiş, borcun olması halında onun nə qədər təşkil etdiyinə dair də heç bir sübut növünə istinad etməmişdir. İşə baxan məhkəmənin xx.xx.2018-ci il tarixli müqavilənin yalan əqd olması barədə qətnamədə gəldiyi nəticə ilə iş materiallarında olan sənədlər (bank ödəniş sənədləri) və üçüncü şəxs X24 alğı-satqı zamanı ödəniş etməsinədair izahatı bir-birini tam inkar edir. Bu mənada qətnamədə göstərilən bu nəticə işin hallarına uyğun gəlmir və həmin əmlakın alğısatqısı zamanı cavabdehə ******* manat pul ödənildiyi sübutlarla, izahatlarla öz təsdiqini tapır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

53.Cavabdeh və onun nümayəndəsi və vəkili X36 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, hazırkı işdə qarşı tərəf vicdansız davranmaqla olmayanları uydurmuş və əsassız motivlərlə çıxış edərək bu barədə iddia verməkdədir. Birinci instansiya məhkəməsində iş ətraflı araşdırılmış və bütün sübutlar təqdim olunmuşdur. İş materiallalrında Cavabdeh qeyd edilən pulu alması barədə bir dənə də olsun sübut yoxdur və pulun əvvəlcədən Azərə verildiyini və borc müqabilində əmlakın mülkiyyətçinin xəbəri olmaqla özgəninkiləşdirildiyi təsdiqlənmişdir. Mövcud mübahisəli işdə də iddiaçının ziddiyyətli mövqeyi aşkar ortadadır və diqqət olunası hallar mövcuddur. İddiaçının riayət etməli olduğu mülki hüquq münasibətlərinin əsas prinsipləri gözlənilməmiş və təhrif olunmuş dəlliləri irəli sürməklə məhkəməyə yanlış sübutlar təqdim edilməsinə cəhd olunmuşdur. Mülki işin halları ondan ibarətdir ki, Cavabdeh iddiaçını uzun illərdir tanıyır və aralarında pul-borc münasibətləri olmuş, Azər Cavabdeh külli miqdarda borca pul götürmüşdür. Aralarında olan yaxın əlaqələrə və inam etibara dayanıqlı olaraq əmlaklarının bəzilərini də onun adında saxlamışdır. ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 160.3 kv.m,yaşayış sahəsi 73.6 kv.m-dan ibarət 3 otaqlı mənzil Cavabdeh tərəfindən hər kvadratı 1100 (bir min yüz) ABŞ dollarına 2017-ci ilin fevral ayında "xxxx" MTKdan müqavilə ilə alınmış eyni zamanda həmin tikinti şirkətindən ümumi sahəsi 116 kv.m olan iki otaqlı və ümumi sahəsi 230 kv.m olan 5 otaqlı mənzilləri müqavilə ilə almışdır. Həmin üç otaqlı mənzili isə yaxın dostu, iş üzrə İddiaçı adına rəsmiləşdirməklə almışdır. Bundan əlavə "xxxx" MTK tərəfindən Bakı şəhəri A.M.Şərifzadə küç.571-ci məhəllə,qapı-1 ünvanında yerləşən ümumi sahəsi 1119,8 kv.m qeyri-yaşayış sahəsini də Azər hər kvadratına 1000 manat ödəməklə öz adına sənədləşdirmişdir. Mübahisəli obyektlə bağlı illər öncə Azər hansısa digər şəxslərə olan borcları müqabilində ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 160.3 kv.m,yaşayış sahəsi 73.6 kv.m-dan ibarət 3 otaqlı mənzil və ünvan 12 ünvanında inşa edilən, ümumi sahəsi 1119,8 kv.m-dan ibarət qeyri yaşayış sahəsini ünvan 13 ünvanında qeydiyyatda olan Şahid1 adına verilmiş xx.xx.2017-ci il tarixli 7E-26704 reyestr qeydli etibarnamə əsasında “girov qoymuşdur”. xx.xx.2017-ci il tarixdə Bakı şəhər 41 saylı Notariat Kontorunda 4Ə-394 və 4Ə-395 reyestr qeydli alğı-satqı müqavilələri ilə özgəninkiləşdirmişdir. Həmin sənədləşmə ilə əmlaklar Yaşarın yoldaşı X14 adlı şəxsin adına keçirmişdilər. Cavabdeh Nərimanov rayon Məhkəməsinə müraciət edərək “ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 160.3 kv.m, yaşayış sahəsi 73.6 kv.m-dan ibarət 3 otaqlı mənzilin özgəninkiləşdirilməsinə dair Bakı şəhər 41 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə-395 reyestr qeydli AN-İ 065363 saylı və ünvan 12 ünvanında inşa edilən, ümumi sahəsi 1119,8 kv.m-dan ibarət qeyri-yaşayış sahəsini özgəninkiləşdirilməsinə dair 74Ə-394 reyestr qeydli AN-İ ******* saylı alğı-satqı müqavilələrinin etibarsız hesab olinması, tərəflərin əvvəlki vəziyyətinə qaytarılması” barədə iddia qaldırmışdır. Sonradan Nərimanov rayon Məhkəməsinə edilən iddia nəticəsində qarşı tərəf məcbur qalıb əmlakları geri qaytarmış və razılaşma əldə olunmuşdur. Şahid1 məhkəmədə həqiqətən Azərə verdiyi pula görə əmlakı yoldaşının adına keçiridiyini və sonradan danışıqlar nəticəsində əmlakları Vaqiflə Faiqə geri qaytardığını və bunun müqabilində onlardan pul aldığını təsdiq etmişdir. Qeyriyaşayış sahəsi isə İddiaçı adında qalmaqla Cavabdeh etibarnamə verilmişdir. Razılaşmaya əsasən iş üzrə adı keçən X15 borc götürülərək Azərin Yaşara olan borcu bağlanmışdır. Bu pul vəsaitinin qarşılığı olaraq Faiqin təkidinə əsasən A.M.Şərifzadə küç.571-ci məhəllə,qapı-1 ünvanında yerləşən ümumi sahəsi 1119,8 kv.m qeyri-yaşayış sahəsi müvəqqəti olaraq onun adına sənədləşdirilmişdir.Rəsmiləşmədən Azərin xəbəri olmuş və hətta həyat yoldaşının razılıq ərizəsini də alıb gətirmişdir.Müqaviləyə də Cavabdeh imza etmişdir.Həmin alğı-satqı formal olmuş və görünüş məqsədilə notariatda banka pul qoyulub götürülmüşdür. Birinci müqavilənin sənədləri və vergi ödənişləri əsasında ikinci rəsmiləşmə aparılmışdır. Qeyd olunanlar iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə aşkar görünür.İddiaçı bilmədən özü bütün sənədləri aşkar təqdim etmişdir. Hazırda İddiaçı illər sonra hak etmədiyi pul vəsaitini istəməklə Cavabdeh ziyan vurmaq,ona olan borclarını qaytarmamaq üçün yalançı iddia vermişdir. Mövcud işdə iddiaçı tərəf qəti dürüst mövqedə deyildir və qeyd olunan hallarla bağlı həqiqətləri təhrif edərəközünə bəlli olan məqsədlərlə hazırkı iddianı ortaya atmışlar. Qeyd olunanlara əsasən İddiaçı Cavabdeh qarşı “pul tələbi” nə dair iddia ərizəsi üzrə qəbul edilmiş Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-282/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

54.Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, bəli, tərəflər arasında borc münasibəti olub, iddiaçı bunu danmır. İddiaçı razıdır ki, cavabdeh mənzilin satışından əldə olunmuş məbləğdən borcunu çıxsın, qalan məbləği iddiaçıya qaytarsın. İddiaçı bununla razılaşır. İzahatdan görünür ki, iddiaçı cavabdehdən cəmi 670000 ABŞ dolları və 200000 avro almış, bu borcdan 300000 ABŞ dolları qaytarmışdır. Deməli, bu halda belə iddiaçının cavabdehə 370000 ABŞ dolları və 200000 avro borcu qalmışdır. Bu isə manat ifadəsində təxminən ******* (bir milyon iyirmi doqquz min) vəsait deməkdir. Əgər hətta bu izahatı əsas götürməli olsaq, o halda cavabdeh obyektin satışından əldə etdiyi ******* manat vəsaitdən 471000 manatını iddiaçıya qaytarmalı idi (1500***-*******=471000). Lakin işə baxan məhkəmə izahatların sübut kimi qiymətləndirilməsindən ordakı rəqəmlərin qarşılaşdırılmasına qədər hər şeyi yanlış hesablamış və sonda düzgün olmayan nəticəyə gəlmişdir. Bundan əlavə, işə baxan məhkəmə iddiaçının digər bir izahatına istinad edərək onun cavabdehdən ******* ABŞ dolları və 200000 avro aldığını, 300000 ABŞ dolları isə qaytardığını qeyd etmiş, bu yazıya istinad edərək iddianın rədd edilməli olması nəticəsinə gəlmişdir. İddiaçı hesab edir ki, bu yanaşma da kökündən yanlışdır. Çünki həmin əlyazısının sonunda iddiaçı açıq mətnlə qeyd etmişdir ki, cavabdehə 395000 ABŞ dolları və 200000 avro borcu qalıb. Bunu nəzərə alsaq, yenə də iddiaçının cavabdehə olan borcu ******* manatdan artıq olmur. 55.Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili X36 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdərək, etirazda göstərilənlərlə yanaşı izahatlarında qeyd etdilər ki, borcla bağlı iddiaçı tərəfindən yazılmış birinci instansiya məhkəməsinə qəbz təqdim olunmuşdur. Həmin qəbzdə iddiaçı öz xətti ilə qeyd edib ki, cavabdehdən ******* ABŞ dolları və 200000 Avro məbləğində borc pul almışdır. Həmin puldan ******* ABŞ dolları faiz ödəyib. 10000 ABŞ dolları evin sənədləşməsinə ödəyib. Ana borcdan 300000 ABŞ dolları qaytarıb. ******* ABŞ dolları borca görə isə hazırki qeyri-yaşayış sahəsini verib. Sonra qeyd edib ki, cavabdehə 395000 ABŞ dolları və 200000 Avro borcu qalmışdır. Həqiqətən ******* ABŞ dollarından 300000 ABŞ dolları və obyektə görə ******* ABŞ dollarını çıxanda, yerdə qalan məbləğ 395000 ABŞ dolları təşkil edir və 200000 Avro nəzərə alınmaqla. Borca görə qeyri-yaşayış sahəsini verməsini iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində öz izahatında da etiraf etmişdir. İşin halları ilə birmənalı olaraq təsdiq olunur ki, iddiaçı qeyri-yaşayış sahəsini ******* ABŞ dolları borcunun əvəzinə vermişdir. 56.Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı tərəf və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X34, X32 məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 57.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 58.Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 59.Maddə 146.1.Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 60.Maddə 146.2.Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 61.Maddə 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 62.Maddə 359.1.Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 63.Maddə 362.1.Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 64.Maddə 362.2.Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 65.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 66.Maddə 435.Kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. 67.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 68.Maddə 739.2 maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 69.Maddə 882.1.Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 70.Maddə 882.2.Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 71.Maddə 882.5.Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 72.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 73.Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 74.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 75.Maddələr 385.1.1, 385.1.2.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasıməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

76.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 77.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnaməninqanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

78.Məhkəmə kollegiyasıcavabdeh tərəfin izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. 79.Kollegiya ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı xx.xx.2018-ci il tarixli əqdin yalan əqd olması iddiaçı, cavabdeh və X34 arasında olan borc münasibətlərini pərdələmək məqsədi ilə bağlanmadığı müəyyən edilir. Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Məhkəmə hesab etmişdir ki, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi borc münasibətlərinin pərdələnməsi məqsədi ilə bağlanmış müqavilədir. X34 əmlakın dəyərini iddiaçının mülkiyyətinə və ya ona verilməsi üçün nümayəndəsi cavabdehə verməmişdir və bundan iddiaçı və cavabdeh xəbərdar olmuşlar. Belə ki onlar aralarında müvafiq razılığa əsasən yalan əqd bağlamışlar. Bu səbəbdən də hazırki iddia tələblərinin qanuni əsasları mövcud deyil. 80.Kollegiya hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı məsələyə qiymət verməklə, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. 81.Belə ki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında qeyd olunur ki, o da vurğulanmalıdır ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər (bənd 54). -Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı (bənd 55). -Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir (bənd 54). 82.Göründüyü kimi, iddiaçı tərəfindən alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələb irəli sürülmədiyi halda, məhkəmə həmin alğı-satqı müqaviləsini etibarsız hesab etmişdir. 83.Kollegiya işdə olan sübutlar əsasında qeyd edir ki, işin faktiki halları ondan ibarətdir ki, iddiaçı qanunvericiliyə uyğun qaydada ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyriyaşayış sahəsini alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Bu əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Əmlakın iddiaçının tam payda xüsusi mülkiyyətində olması cavabdeh tərəfindən mübahisələndirilmir. Mübahisəli məsələ iddiaçının cavabdehə verdiyi etibarnamə üzrə cavabdehin ona verilmiş səlahiyyətlərdən sui-istifadə etməsi ilə əlaqədardır. Belə ki, iddiaçı xx.xx.2017-ci il tarixdə ona məxsus bütün əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu cavabdehə etibar etmişdir. Cavabdeh də etibarnamə əsasında iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi ilə X3. 84.İddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamədən aydın olur ki, iddiaçı özünə məxsus bütün əmlaklar barəsində öz mülahizəsinə görə sərəncam verilməsi, qanunvericiliklə qadağan olunmayan bütün əqdlərin bağlanılması cavabdehə həvalə edilmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsini alğısatqı müqaviləsi əsasında özgəninkiləşdirməsi etibarnamə üzrə ona verilmiş səlahiyyətləri aşmamışdır. İddiaçı da öz növbəsində iddia tələblərini cavabdehin özgəninkiləşdirmə zamanı etibarnamə ilə verilmiş səlahiyyətlərdən kənara çıxılması ilə deyil, əmlakın əvəzli müqavilə ilə özgəninkiləşdirilməsi və müqavilənin qiymətinin cavabdeh tərəfindən iddiaçıya ödənilməməsi ilə əsaslandırır.Yəni cavabdeh müqaviləni iddiaçının adından bağlamışdır. Hazırda baxılan iş üzrə iddiaçı iddia tələbini alğı-satqı müqaviləsi üzrə alıcının ödədiyi məbləğin cavabdeh tərəfindən ona verilməməsi ilə əsaslandırır. 85.Ödəniş qəbzlərindən X24 müqavilənin predmeti olan qeyri-yaşayış sahəsinin dəyərini hissəhissə - xx.xx.2018-ci il tarixdə 200000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 500000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə isə 800000 ABŞ dolları ödədiyi müəyyən olunur. Notarius tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda X24 xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə ******* manat məbləğində pulu bütünlüklə ödədiyi qeyd olunmuş və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi xahiş olunmuşdur. İddiaçı bu sübutlara əsaslanaraq cavabdehin əmlakın dəyərini ona vermədiyini, bununla da etibarnamə üzrə ona verilmiş səlahiyyətlərdən suiistifadə etdiyini bildirir. 86.Apellyasiya mərhələsində "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 2024/111/24404 saylı məktubu əsasında məhkəməyə göndərilmiş məxaric çeklərinin surətlərindən görünür ki, xx.xx.2018-ci il tarixdə 200000 manat, xx.xx.2018-ci il tarixdə 500000 manat, xx.xx.2018-ci il tarixdə 800000 manat məbləğində pullar Cavabdeh tərəfindən məxaric edilmşdir. 87.Araşdırılmış sübutlar əsasında müəyyən olunur ki, iddiaçının biznes fəaliyyətinin inkişafı üçün cavabdeh tərəfindən borc pulun verilməsi ilə əlaqədar tərəflər arasında borc münasibəti mövcud olmuşdur. İşin hərtərəfli araşdırılması baxımından tərəflər arasında borc münasibətinin olmasını təsdiq edən sübutlar araşdırılmalı, hazırkı mülki iş üzrə tərəflərin hansının biri-birinə borclu olması, borc məbləğinin həcminin müəyyən edilməsi mübahisənin obyektiv həllində mühüm əhəmiyyət kəsb edir. Belə ki, tərəflər arasında çoxsaylı borc münasibətinin olması halının müəyyən edilməsi iş üzrə qanuni və ədalətli qətnamə qəbul edilməsi üçün zəruri olduğundan kollegiya tərəflərin polis orqanlarına, həmçinin məhkəmə iclaslarında verdikləri izahatlarına, şahid ifadələrinə və işdə olan hər iki tərəfin etiraf etdiyi borcla bağlı yazılı sübutlara əsasən tərəflər arasında olan münasibətlərin həqiqi xarakterini aşkara çıxarmışdır. 88.Kollegiya qeyd edir ki, məhkəmə iclaslarında iddiaçının da vəkili tərəflər arasında borc münasibətlərinin olmasını inkar etməmiş, apellyasiya şikayətinin dəlillərində də əmlakın satış dəyərindən iddiaçının cavabdehə olan borcu çıxıldıqdan sonra qalan məbləğin iddiaçıya qaytarılmalı olduğunu qeyd etmişdir. 89.İş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ona məxsus əmlaklar üzərində sərəncam vermək səlahiyyəti vermiş X33 ilə də aralarında borc münasibətləri olmuşdur. X33 iddiaçıya borc olaraq pul məbləği vermiş, qarşılığında isə iddiaçı X16 adına müvafiq etibarnamə vermişdir. X33 da öz növbəsində aralarında olan borc münasibətləri üzrə borcun ödənilməməsinə əsaslanaraq əmlakı özgəninkiləşdirmişdir. Bu zaman qeyd edilən qeyri-yaşayış sahəsi ilə yanaşı mənzil də əvəzli müqavilə ilə qeyri-yaşayış sahəsinin alıcısının adına keçirilmişdir. Daha sonra hazırki iş üzrə cavabdeh məhkəmədə iddia qaldıraraq mənzilin ona məxsus olduğunu bildirmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, onun ərizəsi əsasında iddia baxılmamış saxlanılmışdır. Bundan qısa müddət sonra X33 hər iki əmlakın alıcısı olan X14 ilə saziş bağlayaraq alğı-satqı müqavilələrini qarşılıqlı razılıq əsasında ləğv etmişlər. Bu zaman diqqət edilməli məqam odur ki, X33 iddiaçının adından müqavilə bağlayaraq əmlak özgəninkiləşdirildikdən sonra iddiaçı buna etirazını bildirən hər hansı hərəkət etməmiş, məhkəmədə iddia qaldıran şəxs cavabdeh olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş xronoloji ardıcıllıqla edilmiş bu hərəkətlər, yəni iddiaçının borc münasibətlərindən irəli gələrək X23 etibarnamə verməsi və əmlakın X33 tərəfindən özgəninkiləşdirilməsi, sonradan isə öz razılığı ilə müqavilənin ləğv edilməsi və əmlakın cavabdeh tərəfindən iddiaçının adından özgəninkiləşdiirlməsi, onlar arasında olan borc münasibətlərindən irəli gələrək qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən cavabdehə borc əvəzi verilməsini təsdiq edir. 90.Belə ki, iddiaçı 28 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində qeyd etmişdir ki, 2018-ci il tarixdə biznes məsələləri ilə əlaqədar pul lazım olduğundan cavabdehdən pul borc verməsini istəmiş, cavabdeh isə ona pulunun olmadığını, lakin ona məxsus mənzili girov qoyaraq ona borc pul tapa biləcəyini demişdir. Tapılan şəxs X34 olmuş, o da mənzilin əvəzinə 6 ay müddətinə faizlə pul borc verə biləcəyini bildirmişdir. Göründüyü kimi, cavabdeh və X33 ilə yanaşı iddiaçı X15 da borc pul məbləği almış, aralarında borc münasibətləri olmuşdur. Tərəflərin izahatlarından və şahid ifadələrindən cavabdehin özünün iddiaçıya borc pul verdiyi, buna imkanı olmadıqda isə iddiaçıya borc verə biləcək şəxslər tapdığı aydın olur. 91.İş materillarında olan tərəflərin qəbul ediyi borcun etirafı ilə bağlı sadə yazılı əqddən görünür ki, iddiaçı öz xətti ilə qeyd edib ki, cavabdehdən ******* ABŞ dolları və 200000 Avro məbləğində borc pul almışdır. Həmin puldan ******* ABŞ dolları faiz ödəyib. 10000 ABŞ dolları evin sənədləşməsinə ödəyib. Əsas borcdan 300000 ABŞ dolları qaytarıb. ******* ABŞ dolları borca görə isə hazırki qeyriyaşayış sahəsini verib. Sonra qeyd edib ki, cavabdehə 395000 ABŞ dolları və 200000 Avro borcu qalmışdır. 92.İddiaçı bildirir ki, ******* ABŞ dollarını nağd olaraq ödəmiş, obyekt kimi qeyd olunmuş qeyriyaşayış sahəsi isə ******* ABŞ dolları əvəzinə borc əvəzi kimi verilməmişdir. 93.Kollegiya iddiaçının qeyd etdiklərini işin hallarına uyğun hesab etmir. Belə ki, qəbzin məzmunundan da göründüyü kimi, ******* ABŞ dolları borcdan 300000 ABŞ dolları və 10000000 ABŞ dolları (əvəzində obyekt kimi qeyd olunmuş q/y sahəsi) çıxıldıqda, yerdə qalan borc məbləği həqiqətən 395000 ABŞ dolları təşkil edir. 94.Diəgər tərəfdən iddiaçı polis orqanına ünvanlandığı izahatında cavabdehdən müxtəlif tarixlərdə borc pul məbləğləri aldığını, həmin pullardan 300000 ABŞ dolları qaytardığını, qalanlarını faizə verdiyini, bundan əlavə olaraq borcların əvəzinə ******* manat dəyərində Yasamal rayonu, Şərifzadə küçəsində qeyri-yaşayış sahəsini verdiyini bildirmişdir. 95.MM-nin 435-ci maddəsinin dispozisiya şərtlərinə əsasən kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. 96.Göründüyü kimi, iddiaçı borclarının əvəzi olaraq Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən qeyri-yaşayış sahəsini dəyərinin daha çox olduğu halda belə, borc əvəzi cavabdehə vermiş, cavabdeh də həmin əmlakı borc əvəzi qəbul etmişdir. Həmin qeyri-yaşayış sahəsinin ******* ABŞ dolları borcun əvəzinə verilməsi halında belə, iddiaçının cavabdehə olan borcu ödənilmir. 97.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. 98.Eyni zamanda kollegiya cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, iddia əsasız olduğuna görə iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verililməsinə lüzum yoxdur. 99.Çünki Mülki Məcəllənin 372 və 377-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verilməsi üçün ilk olaraq hüququn pozulması, sonra isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün müəyyən edilməlidir. 100.Hazırki işdə də cavabdeh tərəfindən iddiaçının hər hansı hüquqlarının pozması halı müəyyən edilməmişdir. 101.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(005)-282/2024 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar