Məhkəmə qərarları › İş №2(103)-4110/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4110/2022

13.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4110/2022 13.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər-Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayevdən və X1 ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, Cavabdeh X2 İdarəsinin nümayəndələri X10 və X9, 3-cü şəxs qismində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X6 iştirakı ilə, Maraqlı şəxslər X3, Maraqlı şəxs və X4 nümayəndəsi X5 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(009)-63/2022 saylı qətnaməsindən maraqlarına toxunan şəxslər Maraqlı şəxs və qeyrilərinin vəkili Vəkil apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(009)-63/2022 saylı qətnaməsi ilə İddiaçı2 və İddiaçı1 Samur-Abşeron kanalının PK442+58 ərazisindən suvarma suyunun nasos stansiyası vasitəsilə götürülməsinə "xxxx" ASC və X2 İdarəsinə maneələr yaradılması qadağan edilsin və sahibkarlıq fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılaraq, verilmiş icazəyə əsasən quraşdırılmış su nasos stansiyasının işinə və həmin nasos stansiyası vasitəsilə suvarma mövsümündə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin suvarılmasına maneələr aradan qaldırılması, həmçinin İddiaçı2 və İddiaçı1 istifadələrində olan Qara çayın “Maday” adlanan bəndindən bağlarının bir hissəsinə qədər təxminən 8 km uzunluğunda olan 500.00 mm boru vasitəsilə suvarılmasına cavabdehlər "xxxx" ASC və onun tabeliyində olan X13 İdarəsinə maneələr yaradılması (Pirvahid və İİ Nügədi kəndinin bir hissəsinin torpaq sahələrinin boruya qoşulmasının) qadağan edilməsi və həmin boru vasitəsilə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin bir hissəsinin suvarılmasına maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Maraqlı şəxs və qeyrilərinin vəkili Vəkil apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(009)- 63/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxslər X7, Maraqlı şəxs və X4 nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X2 İdarəsinin nümayəndələri X10 və X14 apellyasiya şikayətinə münasibət bildirərkən, onlara qarşı tələb əsassız olduğunu və aidiyyət məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs qismində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X12 apellyasiya şikayətinə münasibət bildirərkən, məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyası tərəfələrin izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(009)-63/2022 saylı qətnaməsi hazırkı iş üzrə mübahisəyə müstəsna aidiyyat qaydasında Quba rayon Məhkəməsində baxılmalı olduğundan ləğv edilməli və mülki iş aidiyyatı üzrə Quba Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddia tələbi Samur-Abşeron kanalının PK442+58 ərazisindən suvarma suyunun nasos stansiyası vasitəsilə götürülməsinə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC və X2 İdarəsinə maneələr yaradılmasının qadağan edilməsi, sahibkarlıq fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılaraq, verilmiş icazəyə əsasən quraşdırılmış su nasos stansiyasının işinə maneələrin aradan qaldırılması, həmin nasos stansiyası vasitəsilə suvarma mövsümündə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin suvarılmasına maneələrin aradan qaldırılması və iddiaçılara Qara çayın “Maday” adlanan bəndindən bağlarının bir hissəsinə qədər təxminən 8 km uzunluğunda olan 500.00 mm boru vasitəsilə suvarılmasına cavabdehlər Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC və onun tabeliyində olan X13 İdarəsinə maneələr yaradılmasının (Pirvahid və İİ Nügədi kəndinin bir hissəsinin torpaq sahələrinin boruya qoşulmasının) qadağan edilməsi, sahibkarlıq fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılaraq, həmin boru vasitəsilə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin bir hissəsinin suvarılmasına maneələrin aradan qaldırılmasından ibarətdir. Beləliklə, iddia tələbi, həmçinin mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaqla əlaqədar olduğundan MPM-in 39.1-ci maddəsinin tələblərinə əsasən həmin tələbə məhz tikilinin yerləşdiyi yer üzrə müstəsna aidiyyət qaydaları tətbiq edilməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi hazırkı işə məhkəmə aidiyyəti qaydalarını pozmaqla baxmışdır. Ona görə də qətnamə ləğv edilməli, mülki iş müstəsna aidiyyat qaydasında Quba rayon Məhkəməsində baxılmalı olduğundan iş aidiyyatı üzrə Quba Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 384.0.4-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 39.1, 384 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlarına toxunan şəxslərin birgə apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(009)-63/2022 saylı qətnaməsi hazırkı mübahisəyə müstəsna aidiyyat qaydasında Quba rayon Məhkəməsində baxılmalı olduğundan ləğv edilsin və iş aidiyyatı üzrə Quba Rayon məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar