Məhkəmə qərarları › İş №2(103)-4121/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4121/2023

20.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4121/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı İB-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2023-cü il 2(006)-2477/2022 nömrəli qərardadından cavabdehin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə tərtib olunmuş akt üzrə 2469.4 manat, 49.1 manat dövlət rüsumunun əvəzi və 400 manat vəkil xərci olmaqla, cəmi 2918.5 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(006)- 2477/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən tərtib olunmuş aktlar üzrə 1713,40 manat, 49.10 manat dövlət rüsumunun əvəzi və 100 manat vəkil xərci olmaqla, cəmi 1862,50 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2023-cü il 2(006)-2477/2022 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin 16 may 2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır, məhkəmənin qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılması barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırda Cavabdeh tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməmiş, şikayətin tərtibi zamanı gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, “Elektron məhkəmə informasiya” Sistemindən müəyyən edilir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti 31 yanvar 2023-cü il tarixdə elektron qaydada imzalanmaqla elektron kabinet vasitəsi ilə verilmişdir. Ona görə də Kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir. Göstərilənlər onu deməyə əsas verir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2023-cü il 2(006)-2477/2022 nömrəli qərardadı ləğv edilməli, sözügedən qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməli və apellyasiya şikayəti qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.3-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Cavabdehin şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2023-cü il 2(006)-2477/2022 nömrəli qərardadı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(006)- 2477/2022 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün hesab edilsin və apellyasiya şikayəti qəbul edilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar