Məhkəmə qərarları › İş №2(103)-4141/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4141/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4141/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, iddiaçı “xxxxxxx” KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-460/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxxxxx” KB ASC Cavabdeh qarşı cavabdehdən iddiaçı "xxxxxxx” KB ASC-nin xeyrinə 3515,92 manat məbləğində əsas borc, 301,58 manat faiz, 8,60 manat məbləğində cərimə borcunun, cəmi 3826,10 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı "xxxxxxx” KB ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 2683nkADJ/18 nömrəli "Kredit və X8”(iş.səh.9), "xxxxxxx” KB ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış (səh.8), xx.xx.2019-cu il tarixli bildiriş(səh.11) sübut kimi təqdim edilmişdir . Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-460/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 2683nkADJ/18 nömrəli "Kredit və X8” üzrə əsas borca görə 3515,92 manat, faiz borcuna görə 301,58 manat, cərimə borcuna görə 8,60 manat, ümumilikdə 3826,10 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxxxxx” KB ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)- 460/2020 nömrəli qətnaməsi ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsinə dair apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində Mülki Prosesual Məcəlləsinin 372.1, 372.6-cı maddələrinə istinadən qeyd edilmişdir ki,qətnamədən məlum oldu ki, guya o, məhkəmə iclasında verdiyi izahatda banka olan borcunu etiraf edib, lakin müəyyən maddi çətinliklərə görə həmin borcu vaxtı-vaxtında ödəyə bilmədiyini və bank ona vaxt versə hissə-hissə ödəməyə hazır olduğunu bildirmişdir. Əslində isə, izahatında “xxxxxxx” KB-dan hələ 2014-cü ildə kredit müqaviləsinə əsasən borc götürdüyünü, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edildikdən sonra isə qalıq borcunu tam olaraq ödədiyini və həmin borc müqaviləsinə xitam verildiyini bildirmişdir. İşin faktiki hallarındanda göründüyü kimi, iddiaçının iddiasının əsasını təşkil edən xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə bankdan hər hansı pul məbləği almamış, bu hal iddiaçının nə məhkəməyə, nə də dəfələrlə şifahi sorğularına baxmayaraq ona bankdan pulun götürülməsinə dair kassa məxaric orderinin təqdim edə bilməməsi ilə sübuta yetirilir. Əvvəla, tərəflər arasında kredit müqaviləsi bağlansa da, iddiaçı tərəfindən kredit məbləğinin məhz iş üzrə cavabdehə verilməsini və sonuncunun həmin məbləği qəbul etməsini təsdiq edən sənədi(kassa məxaric orderi və.s) iddia ərizəsinə əlavə etməmiş, həmçinin kredit müqaviləsi üzrə verilməli olan borc məbləğini hər hansı bank hesabına ödənilməsi barədə məhkəməyə hər hansı bir sübut edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafə edərək, 2014-cü ildə dollar krediti götürdüyü, həmin kreditin ödənilməsindən 400 matnat borcunun qaldığını, ancaq hal-hazırda tələb olunan kreditinin onun tərəfindən götürülmədiyini, lakin hər ay həmin kreditə görə əmək haqqından 180 manat çıxıldığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X1 apellyasiya şilkayətini qəbul etməyərək, cavabdehin əvvəllər dollar kreditinin olduğunu, buna görə də bank tərəfindən ona güzəşt olunduğunu, restrutukzasiya halının şamil olunması üçün kreditin bir hissəsi ona ödənildiyini və hazırda həmin kredit borcunu tələb etdiklərini bildirmişdir . Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına Azərbaycan Respublikası MM-in 385.1, 424, 425.1, 427.3, 439, 442, 443-449, 470-477, 739- 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qiymət verərək qeyd edilməlidir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddianın əsasını təşkil edən və qətnamənin qəbul edilməsinə əsas olan (öhdəlik, borc, hesablanma və sair barədə) təkzibedici mötəbər sübutlar təqdim edilmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-460/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar