Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4144/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil X5 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1388/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı - cavabdehdən xx.xx.2016-cı il təvəllüdlü Allahverdiyev Ömər Abbas oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən 500 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi və indiyə qədər tərəfindən ödənilmiş 6000 manat aliment pulunun 3000 manatının cavabdehdən alınaraq, ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi zamanı Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsinin surəti (iş.səh.4), Nikahın pozulması haqqında şəhadətnamənin surəti (səh.5), "Rusel” şirkətinin nəzdində "Happy-Babies” uşaq bağçası tərəfindən verilmiş №RS-17 saylı arayışı (səh.23) sübut kimi təqdim edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1388/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1098/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırıllması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay xx xxxxxxx 2016-cı il təvəllüdlü Allahverdiyev Ömər Abbas oğlununyetkinlik yaşına çatana kimi saxlanılması üçün 250 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1, 75.1, 75.4, 78.1, 78.2, 100.2; Azərbaycan Respublikası Konstitusiyasının 17;"Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Qanunu;"Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarın 8.14-ci bəndi;Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx xxxx 2019-cu il Qərarı;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 112.1.3, 119.2, 217.4, 218.3-cü maddələrinə istinadən qeyd edilir ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı, valideynlərin uşaqlarını saxlamaqda bərabərhüquqlara və öhdəliklərə malik olmalarını və diqqətəlayiq olan digər hallar nəzərə alınmalıdır. İddianın "6000 manat iddiaçı tərəfindən ödənilmiş bağça pulunun 3000 manatının cavabdehdən tutulması”na dair hissədə sübuta yetirilmədiyindən, təmin edilməməlidir. İddiaçı apellyasiya şikayəti verərək,Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 1388/2020 saylı . xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən dəyişdirilməsi və Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü Allahverdiyev Ömər Abbas oğlunun yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay cavabdehdən 500 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi və indiyə qədər tərəfindən ödənilmiş 6000 manat aliment pulunun 3000 manatının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 76, 78; “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 19; "Yaşayış minimumu haqqında" Qanunun Ailə Məcəlləsinin 76. 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu; Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsinə istinadən qeyd edilmişdir ki, hal-hazırda cavabdeh işləyir, aylıq müntəzəm qazanca malikdir, tərəfindən uşağa hər ay 500 manat Uşaq Bağçaları (Midlands və Happy Babies) üçün pul ödənilir. İndiyə kimi cəmi 6000 manat ancaq uşağın bağçasına pul ödəmişdir. Lakin cavabdeh bir dəfə də olsun nə bağça pulunu ödəmir, nə də ki əlavə xərclərdə iştirak eləmir. Hal-hazırda da oğlu Allahverdiyev Ömər Abbas oğlu bağçaya gedir və bağçanın aylıq xərcləri 500 manat təşkil edir. Belə ki, o bir valideyn kimi övladının tələbatını ödəməkdə çətinlik çəkir. Birinci instansiya məhkəməsi tərəfindən xx xxxxxxx 2016-cı il təvəllüdlü Allahverdiyev Ömər Abbas oğlunun saxlanması üçün təyin edilmiş məbləğ yetərli deyildir və hazırda uşağın tələbatını ödəmir. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, iddianın "6000 manat iddiaçı tərəfindən ödənilmiş bağça pulunun 3000 manatının cavabdehdən tııtulmasf'na dair hissəsini araşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə sübuta yetirilmədiyindən, təmin edilməməlidir. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etsə də. lakin tələbini təsdiq edən hər hansı sübutu, yəni birgə nikahdan anadan olan Allahverdiyev Ömər Abbas oğlunun bağça xərclərinə hazırkı vaxtadək 6000 manat pul ödəməsini təsdiq edən hər hansı mötəbər subııtu məhkəməyə təqdim etməmiş və yalnız iddia ərizəsində göstərdikləri ilə kifayətlənmişdir. Bu hal ilə əlaqədar olaraq bildirir ki, məhkəmədə verdikləri ifadə və təqdim etdikləri Arayış və elektron portaldan çıxarış əsasında müəyyən olunur ki. həqiqətən uşaq Allahverdiyev Ömər Abbas oğlu xx xxxxx 2019-eıı il tarixdən «Rusel» şirkətinin nəzdindəki «Happy Babies» uşaq bağçasında, təlim tərbiyyə alır, elektron internet vasitələrindən əldə etdikləri və məhkəməyə təqdim olunmuş çıxarış əsasında da müəyy ən olunur ki. həmin uşaq bağçasının aylıq ödənişi 500 AZN təşkil edir. Bir daha bildirir ki, həmin uşaq bağçası onlara qəbz vermədiyinə görə məhkəməyə bu qəbzi təqdim edə bilməmişlər. Əlavə olaraq bildirir ki, iddia tələbinin qismən 250 manat hissəsində təmin edilməyən hissədə də mübahisləndirirlər. Hər bir valideynin borcudur ki, uşağının saxlanmasında iştirak etsin. Cavadehdə aylıq 500 manat pul verməyə kifayət qədər imkanı vardır. Cavabdeh apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)- 1388/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsi və xx xxxxxxx 2016-cı il təvəllüdlü Allahverdiyev Ömər Abbas oğlunun saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinin “ 8;Azərbaycan Respublikasının Konstitusiyasının 26; Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2; Azərbaycan Respublikası Mülki Prossesııal Məcəlləsinin 357, 372.1, 372.7, 385.1, 386-cı maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə prosesini keçirilməsindən xəbərsiz olmuş, “Xəzər Travel” şirkətinin xx xxxxxx 2020-ci il tarixli arayışından da göründüyü kimi, həmin şirkətdə transfer menecer vəzifəsində çalışır və aylıq məvacibim 280.00 AZN təşkil edir. Cavabdeh tərəfindən uşaqla görüşməyimə və onun təlim-tərvbiyəsi ilə məşğul olmağa imkan verilmir. Bu səbəbdən də, uşağın tərbiyəsi və təlimi ilə bağlı məsələlərin müqəddəratının həll edilməsindən tamamilə kənarda qalmış və baş verənlərdən xəbərsizdir. Odur ki, iddiaçı uşaqların təlim-tərbiyəsi üçün aylıq ödənişi 500 manat təşkil edən “Rusel” şirkətinin nəznində olan “Happy-Babies” uşaq bağçası ilə razılaşarkən bu barədə fikrini ümumiyyətlə soruşmamışdır və bundan tamamilə xəbərsiz olmuşdur. Hesab edir ki, bir valideyn kimi uşağının təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına borclu olsa da, faktiki olaraq onun mənafelərini təminatını öz maddi resursları çərçivəsində həyata keçirə bilər. Aylıq ödənişi 500 manat təşkil edən özəl bağçada təhsil olmaq onun təlim-tərbiyəsi üçün ən yaxşı seçim ola bilər, lakin bu aylıq 50 manat təşkil edən dövlət bağçalarında təhsilin daha pis olması mənasına gəlmir. Bir valideyn kimi, aylıq məvacibi cəmi 280 manat təşkil etdiyi təqdirdə, 500 manatlıq bağçanın ödənişini həyata keçirə bilməz. Məhkəmə alimentin məbləğini “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu ilə 2020-ci il üçün ölkə üzrə müəyyən edilmiş uşaqlar üçün yaşayış minimumundan, yəni 170 manatdan artıq məbləğdə müəyyən edə bilməzdi. Belə ki, alimentin artırılması üçün əsas kimi göstərilən “Rıısel” şirkətinin nəznində olan “Happy-Babies” uşaq bağçasına çəkilən xərclər uşağın zərruri minimal ehtiyaclarını qarşılamaq üçün gərəkli olan xərc deyildir. Həmin xərclər əlavə xərclərdir ki, onların da qarşılanması o halda vəzifəsi olardı ki, uşağı ilə ünsiyyət hüququnu həyata keçirə biləydi və uşağının müqəddəratı ilə bağlı məsələlərə qarışa bilədi. Başqa sözlə desək, əgər uşağının həmin bağçaya getməsi barədə qərara gəlmək məsələsində söz haqqı olsaydı, sözsüz ki, maddi imkanı səbəbilə bununla razılaşmayacaqdı. Odur ki, iradə ifadəsi olmadan yaranan öhdəliklərə görə hər hansı məsuliyyət daşımır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, uşaqlar üçün müyyənləşdirilmiş məbləği ödəməyə maddi imkanının olmadığını bildirmiş və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X5 qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etdiklərini, uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün 500 manatı tələb etdiklərini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Uşaq hüquqları haqqında Qanunun 5, 6, 13; Uşaq hüquqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipi; “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; AM-nin 75-78, 81, 99; MPM 14.2, 76, 77.1, 80- 82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmiş, habelə apellyasiya şikayətinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması və eyni zaman əlavə xərclərdən iddiaçının azad olması sübuta yetirilmir, maddi imkanın aşağı olması və başqa vəzifələr isə valideynin övladı qarşısında olan vəzifələrinin həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, uşağ üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalıdırlar. Apellyasiya şikayəti üzrə digər məsələlər uşaqların himayəsini qanunla müəyyən edimiş dərəcədə həyata keçirən qurumlara müraciət edilməsini, habelə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılması zamanı (təqdim edilmiş sübutların) müzakirəsini istisna etmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1388/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4144/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4144/2020
18.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver