Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4144/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbi üzrə qarşılıqlı iddia ərizələrinə dair Açar sözlər: (pul tələbi, əsassız varlanmadan irəli gələn öhdəlik hüquq münasibətləri, əqdlərin forması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra-cavabdeh) Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2(005)-1052/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh İddiaçı qızı ilə nikaha daxil olarkən özünə mənzil almaq üçün iddiaçıdan 10000 manat borc pul almışdır. Bundan sonra cavabdeh müxtəlif dövrlərdə həmin borcdan 4200 manat hissəni iddiaçıya geri qaytarmış, lakin qalan 5800 manat borcu isə indiyə kimi iddiaçıya geri qaytarmamışdır. Buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. 2.Eyni zamanda cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə müxtəlif vaxtlarda 10500 manat pul verdiyini bildirərək həmin məbləğin qaytarılmasını xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc verdiyi 10000 (on min) manat məbləğdən qalıq 8000 (səkkiz min) manat məbləğ tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, onun qızı X9 Cavabdeh ilə 2023-ci il tarixdən ailə qurmuş və 2023-cü ilin iyul ayınadək faktiki ər-arvad münasibətlərində olmuşlar. Həmin münasibət nəticəsində qızı hazırda hamilədir. Qızı cavabdehlə birgə olaraq Səbail rayonu, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsi, ev 55, 19 saylı mənzildə birgə yaşayırdılar. Adət-ənənəyə uyğun olaraq o qızına bahalı cehiz əşyaları hədiyyə etmişdi. Qızı ilə cavabdehin münasibətləri müddətində Cavabdeh məişət şəraitin yaxşılaşdırılması üçün evin nağd pula alınması barədə onlar məlumat vermiş, lakin müəyyən ödəniş üçün vəsaitin çatışmaması barədə bildirmişdir. Onda isə bu qədər böyük məbləğ olmadığından o Express Bankdan 15000 (on beş min) manat məbləğində kredit götürmüşdü. Götürdüyü məbləğdən 10000 (on min) manat pul vəsaitini Cavabdeh borc olaraq vermiş və Naib ona həmin məbləğin qısa müddət ərzində qaytarılmasını vəd vermişdir. Sonradan müəyyən olundu ki, Naib onları aldadıb, evi nağd yox ipoteka ilə almışdır. Dəfələrlə borcun tezliklə qaytarılmasını bildirmişdi və hər dəfə onları aldadaraq ödəniş etmirdi, sadəcə vaxtı uzadırdı. Son dəfə isə borcun 01 sentyabr 2023-cü il tarixədək qaytarılmasını bildirmişdir. Qızı ilə onların münasibəti pozulduqdan sonra bu günə kimi 10000 (on min) manat borcdan cəmi 2000 (iki min) manat qaytarmışdır, yəni ki bu günə olan borcu 8000 (səkkiz min) manat məbləğindədir. Dəfələrlə borcun qaytarılmasını cavabdehə bildirsə də o, hər dəfə borcu etiraf etsə də, qeyd etdiyi vaxtda borcu ödəməyib, hər dəfə etibardan sui-istifadə edərək növbəti gün/həftə/ay ödəyəcəyini bildirərək onları aldadırdı. Bununla yanaşı, məlumat üçün bildirmək istəyir ki, cavabdeh qızı Pərvanə Məmmədova ilə yaşadığı müddətdə ona hədiyyə edilən cehizləri qaytarmır və bu barədə də iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Ümumiyyətlə bu məsələnin həlli istiqamətində ilk olaraq onlar polis orqanına müraciət etmişdir, polis bölməsində də borcunu etiraf etdiyi üçün polis məhkəməyə müraciət etməyi onlara tövsiyə etmişdir. Bundan əlavə qeyd etmək istəyir ki, cavabdeh hətta dəfələrlə ona və qızına hədə-qorxular gəlir, təhqir edir. Qeyd olunanlardan bəlli olur ki, cavabdehin ümumi niyyəti əvvəldən elə evlilik yox, etibardan sui-istifadə edərək, aldatma yolu ilə maddi nemətlərə sahiblənməkdən ibarət olub. Qeyd etmək istəyir ki, hazırda qızı Pərvanə hamilədir, tezliklə analıq məzuniyyətinə çıxacaq, və həmin pulların bu vəziyyətdə cavabdehdən tez bir zamanda alınıb ona ödənilməsi çox məqsədəuyğun olardı. 5.Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə verdiyi 10500 manat pulun cavabdeh İddiaçı alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsirova X7 Rayon Məhkəməsinə borc tələbi ilə bağlı müraciət edərək, onun ona 8000 (səkkiz min) manat borcu olmasını iddia etmişdir. Belə ki, İddiaçı ilkin olaraq onun ona 10000 (on min) manat borcu olmasını iddia edirdi. Lakin İddiaçı Nərimanov Rayon Məhkəməsinə müraciət edən zaman 8000 (səkkiz min) manat borc məbləği qeyd etmişdir. Bildirir ki, cavabdeh İddiaçı ümumiyyətlə borcu yoxdur. Haqqında danışılan 10000 manat ona yox öz qızı Nəsirova Pərvanəyə vermişdir. Beləki cavabdehin qızıyla 2023-cü il yanvar ayından iyun ayınadək ailə münasibətində olmuşdurlar. Toy hadisələrindən sonra cavabdeh əsassız borc iddialarıyla onu narahat etməyə başlamışdır. Toy ərəfəsində cavabdehin qızı ona bildirmişdir ki, anasına 10000 manat borcu var və hal-hazırda borcu ödəyə bilmir və ondan maddi yardım xahiş etdi. Ard-arda təkidlər nəticəsində məcbur qalaraq 2023-cü ilin dekabr ayında ona bu məqsədlə 1000 manat pul verdi. Toydan sonrada bu hadisələrin davamı gəlməyə başladı. Qızı dəfələrlə ona bildirdi ki anasına olan borcunu hələdə qaytara bilmir və anası ilə olan münasibətlərindən dolayı hazırda çox pis vəziyyətdədi və qorxmaqdadı (əvvəllər cavabdeh İddiaçı tərəfindən qızı dəfələrlə döyülüb dodağı partlamış, digər bədən nahiyələri zədə görmüş halda ondan yardım istəmişdir) . Həmçinin qeyd etmək istəyir ki, bu müddət ərzində o cavabdehin qızının cehiz adı ilə gətirdiyi əşyaları üçün ayda ona azı 560 manat kreditini də ödəyirdi. Bundan da əlavə razılaşmaya əsasən toyla əlaqədar bütün xərclərin ortaq qarşılanması planlansa da toydan sonra qarşı tərəf bunu rədd edərək 4000 manat öz öhdəliyindən də boyun qaçırmışdır. Ən sonda o xaricdə olduğu müddətdə qızı ona zəng edib ağlayaraq yardım istədiyi üçün evdə qoymuş olduğu külli miqdarda puldan, 3000 manat bu borcun ödənilməsi məqsədi ilə vermişdir. Daha sonradan öyrənmişdir ki, Pərvanənin ona dediyinə görə bu məbləğin 2000 manatı borca, 1000 manatı isə onun sürücülük vəsiqəsi almağı üçün xərclənib. Bütün bu hadisələrin ardınca ondan daha sonra da qızı eyni məqsədlərlə pul istəməyə davam etmişdir. Lakin o onda yaranan şübhələrdən dolayı ona rədd cavabı vermək məcburiyyətində qalmışdır. Bunlar daha sonra cavabdehin yerdə qalan məbləği məndən tələb etməsinə gətirib çıxartmışdı. Cavabdehin qızı ilə ailə münasibətlərində olduğu və münasibətlərin get-gedə pisləşdiyini nəzərə alaraq, bu bərədə köməklik göstərəcəyini bildirmişdir. Lakin az müddətdən sonra cavabdehin qızı ilə münasibətləri yekunlaşdırmağı ilə ilk öncə qızı ondan ev tələb etmiş, daha sonra isə özü ondan ona belə bir borc öhdəliyin olduğunu bildirərək pul tələb etmişdir.Tələbləri qarşılanmadığı təqdirdə əvvəl abort etdirmək istədikləri uşağı abort etdirməyəcəklərini bildirərək ona məsələyə polisi və digər şəxsləri qatacaqlarını deyərək hədə-qorxu gəlmişdirlər. Cavabdeh borc barəsində, polisə etdiyi şikayətdə də polis məmurlarının yanında baş tutmuş telefon danışıqları nəticəsində, polis iddianın əsasssız olmasinı anlamışdır. Əks halda Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən polis məmurları mütləq bir şəkildə anındaca onu məsuliyyətə cəlb edərdi. Hadisələr zamanı evə cehiz adı ilə alnımış bütün əşyalar qızının təkidi ilə anasına olan borcu səbəbilə anasının adına almaq məcburiyyətində olduğunu bildirərək bütün əşyaları da anasının adına almışdır. Hətta xaricdən gəldikdən sonra yenə onun vəsaiti hesabına alınmış 1300 manata dəyərindəki qabyuyanmaşın da bu siyahıya daxildir və eyni zamanda münasibətlərin yekunlaşmasıyla cavabdehin qızı evdən çıxarkən 1200 manat dəyərində qızıl-zinət əşyalarını da oğurlamışdır. Cavabdeh daha sonra həmin dəyərdə məbləği ona özü geri qaytaracağına dair vəd versə də, bu vədini hələ də yerinə yetirməyib. Cavabdehin qızıyla 17 yanvar 2024 tarixində baş tutan digər məhkəmədə bütün bu hadisələri öz qızı da (qabyuyanmaşına aid məsələ istisna olmaqla) boynuna almışdır. Beləliklə bugünədək cavabdehə 1000 manat toydan əvvəl, 4000 manat - toy prosesləri zamanı, 3000 manat xaricdə olduğu müddətdə, 1300 manat - Qabyuyan maşının alınması üçün ödəmiş olduğu məbləğ 1200 manat - evdən qızının oğurlamış olduğu qızıl-zinət əşyaları üçün götürdüyü öhdəlik əsasında ümumilikdə, qızı Məmmədova Pərvanəyə verdiyi pulu çıxmaqla, cavabdeh Nəsirova Şüküfənin ona 10500 manat borclu olduğu açıq-aşkar görünür. Bütün hadisələr göstərir ki, hər şey ən başından cavabdeh və qızı arasında planlanmışdır. 7.Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, cavabdeh onun qızı ailə aid qurmaq adı ilə aldadıb rəsmi nikaha daxil olmasalar da, toy məclisləri baş tutub. Cavabdeh onlara deyib ki, işi ilə əlaqədar xaricə tez-tez gedib-gələcək, buna görə də rəsmi nikaha daxil ola bilmir. Məqsədli şəkildə ailəsinə yaxınlaşdığını düşünür. Ev alınmasa evlənməyəciyini bildirdi. 90 min manat dəyərində ev tapıb razılaşdıq. 60 mini olduğunu, 20 mini borc tapacağını, 10 min manatı isə iddiaçının adına kredit götürməyi təklif etdi. Buna görə iddiaçı məcbur olub "xxxx" ASC-dən kredit götürdü. Cavadehə qaytarılmaq şərtilə, borc qismində 10000 manat pul verib. Cavabdeh xaricdə olan müddətdə iddiaçının pula ehtiyac olduğu üçün borcdan 2000 manatını qaytardı. Cehiz əşyaları tələbi ilə bağlı digər məhkəmə mübahisəsi iddiaçının xeyrinə nəticələnmiş və cavabdeh tərəfindən icra edillmiçdir. Cavabdeh əvvəllər razı olmasa da, sonradan azyaşlı nəvəsinə soyadının verilməsinə razı olmuşdur. Qarşılıqlı iddia tələbini qəbul etmirlər. Qarşılıqlı iddia üzrə iddiaçının heç bir sübutu yoxdur. 8.Əvvəlki məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçının qızı Pərvanə ilə iş yerində tanış olmuşlar. Özü uzun müddət xarici ölkələrdə yaşayıb və işləmişdir. Lakin milliyətcə azərbaycanlı bir xanımla ailə qurmaq niyyəti olub. Sonradan iddiaçı ilə qızının daimə aralarında münqaişə olması, bir birini polisə şikayət etmələrindən ehtiyyat edərək rəsmi nikaha daxil olmayıb. İddiaçının hazırda tələb etdiyi məbləğ absurddur. İddiaçı özü əvvəlcə 1000 manat tələb edir, sonra 8000, sonra 5800. Bu özü iddianın əsassız olduğunu göstərir. Tələb edilən borc cavabdehə deyil, iddiaçının öz qızına verilmiş borcdur. Birgə yaşayış müddətində o Pərvanənin borcunun ödənilməsinə razı olduğu üçün borcun 2000 manatlıq hissəsini ödəmiş və iddiaçının məhkəməyə təqdim etdiyi səsli smsləri göndərmişdir. Səsli smslər həqiqidir, cavabdeh tərəfindən iddiaçıya göndərilmişdir, lakin iddiaçının vəkili onların yalnız bir qismini məhkəməyə təqdim edib. Hal-hazırda münasibətlər pozulduğu üçün, Pərvanənin anasına olan borcunu ödəmək məcburiyyətində deyil. Cavadehin özündə həmin smslər yoxdur. Özünə məxsus Hökməli qəsəbəsində evi 28000 manata satıb, pulu saxlamaq üçün 20 mini cavabdehə verib və sonra geri alıb. İlkin 35 min manat ödənilib 25 il ərzində isə ayda 500 manat ödənilməlidir. Məhkəməyə təqdim etdi sənədlərdən görünür ki 6 ay ərzində 50 min manatdan çox gəliri var. Ancaq məhkəməyə təqdim etdiyi səs yazısından da görünür ki, iddiaının ona borcu var. Özü xarici firmalarla çalışır, kifayət qədər yüksək əmək haqqı alır. İddiaçıdan borc almağa heç bir ehtiyacı olmamışdır. Qarşılıqlı iddia isə əsaslıdır. 4000 manat pulu toy prosesində verib, 1000 manat toydan qabaq. Qarşılıqlı iddia üzrə cavabdeh həmin məbləğləri qaytarmağa söz versə də, sonradan sözünə əməl etməyib.Təssüf ki əlində səs yazısından başqa sübut yoxdur. Razılaşma sənədinə vəkil tərəfindən ona gömdərilib, o oxuyub əlavələrini etdikdən sonra iddiaçı və onun qızı imzalamaqdan imtina ediblər, buna görə razılıq baş tutmayıb. 9.Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o iddiaçının qızı, cavabdehin isə keçmiş həyat yoldaşıdır. İddiaçı onlar mənzil almaq istədiyi zaman onlara maddi baxımdan yardım etmişdir. Təqdim edilən səs yazılarından görünür ki, cavabdeh 5800 manat pul aldığını etiraf edir. O, 1200 manat üzüyə verdiyi pulu və toy üçün geyimə verdiyi pulu həmin məbləğdən silir. 10.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 09 aprel 2024-cü il tarixli, 2(005)-1052/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Mehriban Əfəndizadə) ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh 5800 (beş min səkkiz yüz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, ilkin iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 72,50 manatı ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi, qalan hissədə ilkin iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 11."xxxx" ASC ilə İddiaçı arasında bağlanmış müqaviləyə 1 saylı əlavədən görünür ki, İddiaçı 59 ay müddətinə 20 faiz dərəcəsi ilə 14956,69 manat məbləğində kredit götürmüşdür. 12.Perla mebelin təhvil-təslim aktından görünür ki, ornella 3 yerli divan və xalça alınmış və 1035 manat ödəniş edilmişdir.
13. 17 may 2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə X3 arasında Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsi, döngə 8, 17 saylı mənzilə dair alğı-satqı müqaviləsi bağlanmışdır. Mənzilin dəyəri 21000 manat müəyyən edilmişdir.
14. xx.xx.2022-ci il tarixli Zəmanət talonundan görünür ki, İddiaçı tərəfindən 1469,99 manat dəyərində Machine-DRY Samsung alınmışdır.
15. 24 oktyabr 2022-ci il tarixli xidmət müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır.
16. xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh tərəfindən 9500 manat borc "xxxx" MMC-yə qaytarılmışdır.
17. xx.xx.2023-cü il tarixli Zəmanət talonundan görünür ki, İddiaçı tərəfindən 1129,99 manat dəyərində X15 tərəfindən alınmışdır.
18. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-851/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamədən görünür ki, iddia qismən təmin edilmiş, dəyəri 1435 manat olan 1 ədəd şifoner, 1 ədəd yataq, 1 ədəd tumba; dəyəri 1035 manat olan 1 ədəd divan, 2 ədəd xalça; dəyəri 700 manat olan 1 ədəd masa, 4 ədəd stul; dəyəri 266 manat olan 1 ədəd televizor altlığı; dəyəri 20 manat olan 2 ədəd pərdə; dəyəri 120 manat olan 2 ədəd çilçıraq; dəyəri 350 manat olan qazan dəsti; dəyəri 50 manat olan ütü masası; dəyəri 50 manat olan paltar asılan; dəyəri 45 manat olan svitilnik; dəyəri 299 manat olan matras; dəyəri 150 manat olan ütü; dəyəri 1470 manat olan paltaryuyan; dəyəri 1129 manat olan qabyuyan və dəyəri 1250 manat olan soyuducu, qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərlərinə uyğun pul məbləğləri Cavabdeh alınaraq iddiaçı X6 verilməsi qət edilmişdir.
19. xx.xx.2023-cü il tarixli tərəflər tərəfindən imzalanmayan İddiaçı nümayəndəsi və vəkili tərəfindən tərtib edilən qarşılıqlı razılaşmadan görünür ki, tərəflər etiraf edirlər ki, 2022-ci il tarixdən etibarən 2023-cü ilin iyul ayınadək faktiki ər-arvad münasibətlərində olublar və hazırda X1 Naib Rizvan oğlundan hamilədir. X9 hazırda bəyan edir ki, gələcəkdə doğulan uşaq üçün Cavabdeh heç bir halda, heç bir aliment məbləği və ya digər maddi yardım bağlı tələbi olmayacaqdır. X9 hazırda bəyan edir ki, Cavabdeh qarşı heç bir pul və ya əmlak tələbi olmayacaq. Cavabdeh hazırda bəyan edir ki, X9 ilə birgə yaşadığı müddət ərzində Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov 55 ünvanında birgə yaşadıqları evdə olan X6 məxsus cehiz əşyalarını (Razılaşmaya əlavə edilmiş Siyahı) xx.xx.2023-cü il tarixdə tam şəkildə qaytarılmasını öhdəsinə götürür. Cavabdeh hazırda bəyan edir ki, X4 anası X5 xx.xx.2022-ci il tarixdə götürdüyü 10000 (on min) manat borc məbləğindən 4200 (dörd min iki yüz) manat qaytarmış, və qalıq 5800 (beş min səkkiz yüz) manat borc məbləğini xx.xx.2023-cü il tarixində tam şəkildə qaytarılmasını öhdəsinə götürür. Cavabdeh hazırda bəyan edir ki, X6 qarşı heç bir pul və ya əmlak tələbi olmayacaq.
20. xx.xx.2023-cü il tarixli tərəflər tərəfindən imzalanmayan Cavabdeh tərəfindən tərtib edilən qarşılıqlı razılaşmadan görünür ki, tərəflər etiraf edirlər ki, 2023-ci il yanvar ayı tarixdən etibarən 2023-cü ilin iyul ayınadək birlikdə münasibətdə olmuşdurlar. X9 hazırda bəyan edir ki, gələcəkdə doğulan uşaq üçün Cavabdeh heç bir halda, heç bir aliment məbləği və ya digər maddi yardım, həmçinin uşağa görə də heç bir hüquqi və mənəvi tələbləri olmayacaq. Uşaq dünyaya gəldiyi təqdirdə bütün maddi, mənəvi və hüquqi öhdəliyi Məmmədova Pərvanə öz boynuna götürür. X9 hazırda bəyan edir ki, Cavabdeh qarşı heç bir pul və ya əmlak tələbi olmayacaq. Cavabdeh hazırda bəyan edir ki, X9 ilə birgə yaşadığı müddət ərzində Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov 55 ünvanında birgə yaşadıqları evdə olan X6 məxsus cehiz əşyalarını (Razılaşmaya əlavə edilmiş Siyahı) xx.xx.2023-cü il tarixdə tam şəkildə qaytarılmasını öhdəsinə götürür. Cavabdeh hazırda bəyan edir ki, X4 anası X5 xx.xx.2022-ci il tarixdə götürdüyü 10000 (on min) manat borc məbləğindən 4200 (dörd min iki yüz) manat qaytarmış və qalıq 5800 (beş min səkkiz yüz) manat borc məbləğini xx.xx.2023-cü il tarixində tam şəkildə qaytarılmasını öhdəsinə götürür. Cavabdeh hazırda bəyan edir ki, X6 qarşı heç bir pul və ya əmlak tələbi olmayacaq. Tərəflər tərəfindən yazılmış izahatlar bu razılaşmanın bir parçasıdır və tərəflər buna hec bir halda etiraz etmirlər. Tərəfər aşağıdakı yazdıqları izahatları könüllü yazdiqlarını və hər bir tərəf bütün yazılı izahatlarnan tanış olduqlarını və yazılmış izahatların oxduqlarını və həqiqiliyni təsdiqləyirlər. Tərəflər heç bir halda Müqaviləni dəyişdirmək və ya qanunla müəyyən edilmiş qaydada ona xitam vermək hüququndan istifadə etməyəcəklərini boyunlarına götürürlər və bunu sondakı imzalarıyla təsdiq edirlər. Bu müqavilə müddətsizdir və müddəaları dəyişdirilə bilməz. 21.İddiaçı tərəfindən məhkəməyə tədqiq edilmiş üzərində “Kingston” yazılı flaşkartdakı “WhatsApp Audio 2023-12-18 at 18.47.24” yazılı fayldan görünür ki, Cavabdeh tərəfindən iddiaçıya aşağıdakı məzmunda səsli mesaj göndərilmişdir: ”...Mən inşallah ayın 20-də ya da 21-də o haqq hesabı sizə verəcəm”. Həmin flaş-kartda “WhatsApp Audio 2023-12-18 at 18.48.39” adlı faylda isə cavabdeh tərəfindən iddiaçıya aşağıdakı ifadələrin işləndiyi səsli sms göndərildiyi görünür: “Mən sizə demişdim, onsuz da verəcəkdik sizin borcunuzu.. amma orda 8000 deyirsiz, 8000 deyil axı, özünüz də yaxşı bilirsiz bunu, 1200 manata üzük almışıq dediyimiz kimi, 1000 manat toydan qabaq əlbəəl sizə vermişik, bunları çıxandan sonra 5800 qalır. Gedək notariusa, təsdiq edək sizin məndə olan əşyalarınız, mənə olan borcunuz, mənim sizə olan borcum, yazırıq təsdiq edirik, sizinki sizdə, mənimki məndə..düzgün deyil axı, qızın ordan məni polisə verir...” 22.Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş flaş kartda “Voice 002_W_20230827_2308361” adlı və “Voice 002_W_20230827_2308362” adlı audio fayllarda iddiaçı və cavabdeh, o cümlədən iddiaçının qızının səsləri əks edilmişdir. 23.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı qızı X9 Cavabdeh ilə dövlət tərəfindən tanınan rəsmi nikah münasibətlərinə daxil olmasalar da, birlikdə yaşamış və bu münasibətlərdən bir övladları dünyaya gəlmişdir. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehə 10000 manat məbləğində borc pul verdiyini, hazırda cavabdehin ona 8000 manat borcunun qaldığını iddia edir. Cavabdeh iddia tələbini qəbul etmir və öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ona 10500 manat məbləğində borcunun olduğunu bildirir. 24.Məhkəmə ilkin iddia tələbi üzrə tələb olunan borcun məbləğinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı tərəfindən 8000 manat məbləğində borcun olduğu qeyd edilsə də, özünün təqdim etdiyi səs yazısında və razılıq sənədlərində (hansı ki tərəflər tərtib etmiş lakin imzalamamışdırlar) cavabdeh yalnız 5800 manat məbləğində borcunun olduğunu qeyd edir. Belə olan təqdirdə, iddiaçı borcun məbləğinin məhz 8000 olması ilə bağlı mötəbər sübut təqdim edə bilmədiyinə görə, qismən təmin edilməli və cavabdehdən 5800 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, faktiki olaraq cavabdeh iddiaçı cavabdehdən ondan alınmış pulunu dəfələrlə qaytarmasını tələb etməsinə baxmayaraq, cavabdeh pul vəsaitini qaytarmamış və bununla da iddiaçıya maddi ziyan vurmuşdur. 25.Məhkəmə qarşılıqlı iddia tələbini heç bir mötəbər sübutla öz təsdiqini tapmadığından əsassız hesab etmişdir. 26.Məhkəmə xərcləri ilə bağlı qeyd edilmişdir ki, ilkin iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 72,50 manatı ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməli, qalan hissədə ilkin iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. 27.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 324.1, 324.2324.4, 324.5, 337.1, 385, 386.1, 390.1, 390.2, 425, 739.1, 739.2, 740.1, 740.2-ci; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3, 88, 106.1, 80, 14.2, 77.1, 119.1, 107 və 216-220 maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
28.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 29.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində yalnız iddiaçı tərərfin izahatını əsas götürmüş, həqiqətə nail olunması və iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün hərtərəfli və obyektiv araşdırma aparmadan yalnış nəticəyə gəlmişdir. Belə olan halda məhkəmənin ilkin iddia üzrə iddianın qismən təmin olunması, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarması qanunvericilikdə nəzərdə tutulmuş maddi hüquq normasının pozulması kimi qimyətləndirilməlidir. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə araşdırması zamanı açıq aşkar müəyyən olnur ki, ilkin iddia tələbi üzrə iddiaçı ilə cavabdeh arasında heç bir müqavilə öhdəliyi, o cümlədən borc öhdəliyi mövcud olmamışdır. Məhkəmənin də qətnamədə istinad etdiyi xx.xx.2023-cü il tarixli tərəflər tərəfindən imzalanmayan İddiaçı nümayəndəsi və vəkili tərəfindən tərtib edilən qarşılıqlı razılaşmadan görünür ki, iddiaçının cavabdehdən tələb etdiyi pul məbləği cavabdehin deyil, məhz qızının ona olan borcundan yaranmış öhdəlikdir. Bu hal tərəflərin izahatları ilə də öz təsdiqini tapır. Göründüyü kimi iddiaçının iddia tələbinin əsasını onun kredit götürərək cavabdehə 10.000 manat məbləğində borc verməsi təşkil etsə də, bu hal işin faktiki halları ilə uzlaşmır. İş materiallarından görünür ki, ilkin iddia tələbi üzrə iddianın predmeti borc tələbi olsa da, tərəflər arasında hər hansı borc müqaviləsi (şifahi və ya yazılı) mövcud olmamışdır. Tərəflər arasında baş verən məhkəmə mübahisəsi iddiaçının qızı ilə arasında olan mübahisədən qaynaqlanmışdır. Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuş tələb (Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanılmalıdır) əqdin etibarlılıq şərtinə yox, sübutetmə yükünə aid olan məsələdir, yəni 3000 manatdan artıq məbləğə aid müqavilə şifahi bağlandıqda, həmin əqd əhəmiyətsiz olmur, sadəcə belə bir əqdin bağlanmasını iddiaçı sübut etməlidir. Lakin ilkin iddia tələbi üzrə iddiaçı məhkəməyə belə bir sübut təqdim etmədiyi halda məhkəmə borc müqaviləsinin mövcudluğunu tanımışdır. Qeyd olunan hüquq normaları baxımından həmin normalara zidd olaraq birinci instansiya məhkəməsi işin bu faktiki hallarını düzgün qiymətləndirməmişdir. Qeyd edilənlərdən də görünüdüyü kimi, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən gəldiyi nəticədə şübhə doğuran halları aydınlaşdırmalı olduğu və dəlillərə müfəssəl qiymət verilməli olduğu halda, göstərilən xüsusatlar nəzərə alınmamışdır ki, nəticədə gəldiyi nəticə üzrə sübutlar düzgün qiymətləndirilməyərək, işin faktiki halları düzgün müəyyənləşdirilməmişdir. Bu səbəbdən də hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları səhv tətbiq və təfsir edilmişdir. İş materiallarından da göründüyü kimi ilkin iddia tələbi üzrə iddiaçı tərəf irəli sürdüyü tələbi heç bir əsaslı dəlil və sübutlarla sübut etmədiyi halda birinci instansiya məhkəməsi həmin prosessual hüquq normasının tələblərini pozmaqla iddia tələbini qismən əsaslı hesab etmişdir. Halbuki, ilkin iddia üzrə iddiaçı verdiyi izahatında belə yalnış məlumatlar verərək iddia tələbini əsaslandıra bilməmiş, borc məbləğlərini müxtəlif rəqəmlərlə səsləndirmiş, guya polis orqanında cavabdehin borcu etiraf etməsinə dair yalan məlumat vermişdir. Məhkəmə isə onun açıq aşkar zidiyyətli və həqiqəti əks etdirməyən izahatına tənqidi yanaşmamış, qarşılıqlı iddiaya dair dəlillərə isə əksinə tənqidi yanaşaraq tərəflərin irəli sürdüyü sübutlara qeyriobyektiv qiymət vermişdir. Halbuki, ilkin iddia üzrə cavabdeh tərəfindən təqdim edilmiş səs yazılarında işin obyektiv həlli üçün daha müfəssəl sübutlar mövcuddur. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilən hallara uyğun olmayan tərzdə araşdırma aparmaqla qeyriobyektiv olaraq işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun deyil birtərəfli mövqe nümayiş etdirməklə ilkin iddiaya münasibətdə iddianı qismən əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən hallara hərtərəfli və obyektiv baxmadan hüquqi qiymət vermişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı iddianın əsasını təsdiq edən sübutları məhkəməyə təqdim etsə də, birnci instansiya məhkəməsi nədənsə bu sübutların mötəbərliyinə şübhə ilə yanaşmış, qarşı tərərfin isə mötəbər olmayan səs yazısına dair sübutunu mötəbər sübut kimi qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Borcun mövcudluğu və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Lakin məhkəmə ilkin iddia üzrə iddiaçı tərəfindən səsli smslərin tam olaraq deyil, yalnız bir qismini məhkəməyə təqdim etməsini, həmin səs yazılarının məzmununda borcun etirafına dair hər hansı mətnin olmadığını, həmin məzmunda borcun konkret olaraq kimə (iddiaçının qızına və yaxud cavabdehə) aid olmasının qeyri-müəyyənliyini nəzərə almamışdır. Ümumiyyətlə birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün və obyektiv qiymət verilməmişdir. Yekun məhkəmə aktının əsaslandırıcı hssəsindən göründüyü kimi məhkəmə ilkin iddiaçı tərərfindən üzərində “Kingston” yazılı flaşkartdakı “WhatsApp Audio 2023-12-18 at 18.47.24” yazılı faylı və cavadeh tərəfindən təqdim edilmiş flaş kartda “Voice 002_W_20230827_2308361” adlı və “Voice 002_W_20230827_2308362” adlı audio faylları Azərbaycan Respublikası MülkiProsessual Məcəllənin 76.3-cü maddəsinin tələbləri baxımından tədqiq edərkən qarşı tərəfin təqdim etdiyi sübutları qanuni, cavabdehin təqdim etdiyi sübutları isə qanunsuz hesab etmişdir. Halbuki, cavabdehin təqdim etdiyi sübutlar qarşı tərəfə də bəlli olan mənzildə çoxdan quraşdırılmış video kameradan götürülmüş səs yazılarıdır. Həmin səs yazıları qarşı tərəfə və onun qızına sirli deyil, onlara məlum olan şəraitdə qeydə alınmışdır. Belə olan halda sübutlara məhkəmə tərəfindən qeyri-bərabər yanaşılması hüquq normasının pozulması kimi qiymətləndirilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 30.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 31.Məhkəmə kollegiyasının iclasında Cavabdeh,onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdilər, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. 32.Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 33.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 34.Maddə 14.1.Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 35.Maddə 329.1.Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 36.Maddə 739.1.Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 37.Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 38.Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 39.Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 40.Maddə1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 41.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 42.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 43.Maddələr 385.1.1, 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 45.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın qismən təmin edilən və qarşılıqlı iddianın təmin edilməyən hissələrində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni həmin hissələrdə mübahisələndirmiş, iddiaçı isə ilkin iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın qismən təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia həmin hissədə qismən təmin edilməlidir. 47.Belə ki, işin faktiki halları ondan ibarətdir ki, cavabdeh iddiaçının qızı ilə faktiki nikaha daxil olarkən özünə mənzil almaq üçün iddiaçıdan 10000 manat borc pul almışdır. Bundan sonra cavabdeh müxtəlif dövrlərdə həmin borcdan 4200 manat hissəni iddiaçıya geri qaytarmış, lakin qalan 5800 manat borcu isə indiyə kimi iddiaçıya geri qaytarmamışdır. 48.Cavabdehin iddiaçıya qaytarmalı olduğu 5800 manatı qaytarmaması iş materiallarında olan iddiaçının özünün təqdim etdiyi fləşkartdakı səs yazılarından və razılıq sənədlərindən (hansı ki, tərəflər tərtib etmiş lakin imzalamamışdırlar) tam olaraq təsdiq olunur. 49.Beləliklə Cavabdeh tərəfindən İddiaçı ödənilməmiş 5800 manat pulun olması tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. 50.Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 739.2-ci madəəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 51.Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 52.Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 53.Qanunvericiliyin tələbindən göründüyü kimi, borc müqaviləsində yazılı əqdin konkret hansı formada bağlanması nəzərdə tutulmadığından, yazılı əqd sadə və ya notariat qaydasında da ola bilər. 54.Göründüyü kimi, iddiaçı 2023-cü ildən yaranmış borcları tələb etməsi üçün yazılı (sadə və ya notariat) müqavilə təqdim etməlidir. 55.Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. 56.Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. 57.Müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. 58.Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 59.Kollegiya hesab edir ki, iddiaçı 2023-cü ildən yaranmış borcu tələb etməsi üçün yazılı müqavilə təqdim etmədiyindən, bununla da, əqdin formasına əməl olunmadığından, borcla bağlı bağlanmış əqd əhəmiyyətsizdir. 60.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrininəlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. 61.Hazırki halda iddiaçının tələb etdiyi 5800 manat əhəmiyyətsiz əqd (borc müqaviləsi) üzrə verilmiş olsa belə, həmin pul məbləği əvəzedilən əşya olmaqla, cavabdeh Nəib Əhmədzadənin əmlakına qarışdığından və onun həmin əşya olan pul üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olmuşdur. 62.Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 63.Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 64.Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 65.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyindən iddiaçı cavabdehdən verdiyi puldan 5800 manatının geri qaytarılmasını tələb etməkdə haqlıdır. 66.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, məhkəmə tərəflər arasında yaranmış mübahisənin qanuni əsası kimi borc müqaviləsinə istinad edərkən maddi hüquq normalarının düzgün tətbiq etməmişdir. Buna görə də qətnamə ilkin iddianın qismən təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin hissədə ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5800 (beş min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. 67.Həmçinin ilkin iddia tələbi təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 72,50 manatı ilkin iddia üzrə Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Buna görə də, qətnamə qeyd olunan hissədə əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. 68.Məhkəmə kollegiyası qarşılılqı iddianın təmin edilməməsi üzrə məhkəmənin gəldyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, qarşlılıqlı iddia tələbininın əsası kimi istinad olunan hallar heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. 69.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 70.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşür. 71.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 44.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 72.Məhkəmə qarşılıqlı iddianı rədd edərkən qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilən flaş kartda “Voice 002_W_20230827_2308361” adlı və “Voice 002_W_20230827_2308362” adlı audio səs yazıları digər tərəflərə məlumat verilmədən qanuna zidd olaraq yazılmışdır. Bu səbəbdən də qanunvericiliyə zidd olaraq əldə edilmiş səs yazıları sübut qismində qiymətləndirilə bilməz. Eyni zamanda həmin səs yazıları qanunvericiliyin tələblərinə uyğun əldə edilsəydi belə, səs yazılarında qarşı tərəfin iddiaçıya borcu olması ilə bağlı hər hansı ifadə yoxdur. 73.Məhkəmə kollegiyasının iclasında tərəflərin iştirakı ilə səs yazıları dinlənilmiş, tərəflərin danışıqlarından yalnız Cavabdeh İddiaçı ödənilməmiş 5800 manat borcunun olduğu müəyyən edilməklə, İddiaçı tərəfindən Cavabdeh münasibətdə hər hansı pul öhdəliyinin olmasını təsdiq edən ifadə səsləndirilməmişdir. Əksinə İddiaçı cavabdeh tərəfindən təqdim olunmuş həmin səs yazısında 12000 manatın qaytarılmasını, 1200 manat üzüyün pulunu verə biləcəyini qeyd etmişdir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi səs yazıda cavabdeh “1200 manata üzük almışıq dediyimiz kimi, 1000 manat toydan qabaq əlbəəl sizə vermişik, bunları çıxandan sonra 5800 qalır” borcu etiraf etməsi ilə eynilik təşkil edir. Bununla da, təsdiq olunur ki, cavabdehin iddiaçıya qaytarmalı olduğu pul məbləği 5800 manat təşkil edir.
74.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2(005)-1052/2024 saylı qətnaməsi mübahisələndirilən-ilkin iddianın qismən təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh 5800 (beş min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə-İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 72,50 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi və qarşılıqlı iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. 75.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2(005)-1052/2024 saylı qətnaməsi mübahisələndirilən-ilkin iddianın qismən təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh 5800 (beş min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə-İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 72,50 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi və qarşılıqlı iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov