Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4146/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdehnə qarşı “inzibati xəta haqqında protokolun ləğv edilməsi və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(009)-804/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdehnə qarşı “inzibati xəta haqqında protokolun ləğv edilməsi və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən yükdaşıma qaydalarının pozulamsı maddəsi ilə tərtib edilmiş protokolun əsassız olduğu üçün ləğv edilməsi, dayanacağa ödədiyi (5 manat) məbləğin ona geri qaytarılması, 2-3 saat nəqilyyat vasitəsini və onu məşğul etdikləri üçün 200 manat pulun ödənilməsi, “Mənəvi zərərin ödənilməsi barədə” qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında AR X2 xx.xx.1999-cu il 9No-li qərarını, xx.xx.2008-ci il tarixli 7 saylı Qərarını əsas tutaraq onun xeyrinə 1000 manat məbləğində mənəvi ziyanın əvəzi kimi pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(009)-804/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdehnə qarşı inzibati xəta haqqında protokolun ləğv edilməsi və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunmuş və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. İddiaçıya izah edilmişdir ki, o səlahiyyətli orqanın inzibati xəta haqqında qərarından AR İXM-nın 128 və 129-cu maddələrinə əsasən müvafiq məhkəməyə və ya yuxarı səlahiyyətli orqana şikayətlə, dövlət orqanının hərəkətləri ilə bağlı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə AR MPM-nin 35.1-ci maddəsinə əsasən müvafiq məhkəməyə müraciət edə bilər. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı məhkəmənin həmin qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hakim xx.xx.2021-ci il tarixli qərardadında DİNliyi BDYPİ-sinə qarşı qaldırdığı iddianı araşdıraraq bildirir ki, iddia ərizəsi ümumi məhkəmə də baxılmalı olmadığından, habelə iddiaçı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirdiyinə görə iddianın yolverilməzliyinə görə geri qaytarmalıdır. Belə ki, iddiaçının bir tələbi inzibati protokolun ləğv edilməsi ilə bağlıdır, digər tələbləri isə cavabdehin ona vurmuş olduğu maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. O, hakimin fikirlərinə hörmət edir, hakimin gəldiyi qənaətdir. O isə bu qənaətə gəlir ki, bu iddialar bir-biri ilə əlaqədardır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 2(009)-804/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını, iddiaçının izahatını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin məcəllənin Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya birinci instansiya məhkəməainin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası İXM-nın 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Qeyd edilən Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göründüyü kimi fiziki şəxs səlahiyyətli orqanın inzibati xəta haqqında qərarından məhkəməyə və ya yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) şikayət verə bilər. İnzibati protokoldan isə məhkəməyə şikayət verilməsi qanunvericiliklə nəzərdə tutulammışdır. Bundan başqa inzibati xəta haqqında qərardan məhkəməyə verilən şikayətə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılır və həmin qərardan şikayətə mülki mühakimə icraatı qaydasında baxılması qanunla yol verilmir. İddiaçı tərəfindən səlahiyyətli orqanın protokolundan (qərarından) verilmiş şikayətə mülki mühakimə icraatı qaydasında baxılması yol verilmədiyindən, iddia ərizəsinin qəbulundan iddianın yol verilməzliyinə görə imtina edilməlidir. Maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı isə, tələb mülki mühakimə icraatı qaydasında baxılmalı olan tələb olsa da, həmin tələb səlahiyyətli orqanın inzibati xəta haqqında qərarından verilmiş şikayətlə birlikdə baxıla bilməz. Həmin tələb cavabdeh orqanın rəsmi qeydə alındığı yerin məhkəməsində ayrıca şəkildə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(009)-804/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmasın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4146/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4146/2021
13.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver