Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4148/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair ilk, Cavabdeh İddiaçı ASC-yə qarşı sığorta hadisəsi nəticəsində dəymiş zərərin lizinq ödənişləri ilə əvəz edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: iri buynuzlu mal-qaranın lizinqə verilməsi ilə bağlı mübahisələrə baxılması zamanı ortaya çıxan problemlər) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi, vəkil X8, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X6 və X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndələri X4 və X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair ilk, Cavabdeh İddiaçı ASC-yə qarşı sığorta hadisəsi nəticəsində dəymiş zərərin lizinq ödənişləri ilə əvəz edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı 2(008)-211/2020 saylı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 iyun 2016-cı il tarixli 222-LD/16 nömrəli “Dövlət vəsaiti hesabına idxal olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqaviləyə əsasən, lizinq verən 64 baş damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödənişi qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə vermişdir. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 49401,30 manat məbləği əvvəlcədən lizinq verənə ödəmiş, qalan 49401,29 manat məbləği isə ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə görə, damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. Tam ödəniş aparılana qədər damazlıq heyvanlara mülkiyyət hüququ lizinq verənə məxsusdur. Müqavilənin 2.1-ci maddəsinə əsasən, lizinq verən damazlıq heyvanların sığortalanmış vəziyyətdə lizinq alana verilməsini təmin edir; lizinq alan tərəfindən damazlıq heyvanların təyinatı üzrə istifadə olunmasına, onlara qulluğun aparılmasına müvafiq ərazi üzrə baytarlıq orqanında qeydiyyata alınmasına, baytarlıq orqanları ilə müqavilə bağlanmasına, saxlanılması üçün istifadə etdiyi yerin (tövlə) zoobaytar tələblərə cavab verməsinə, yem bazası ilə təmin edilməsinə, qorunub saxlanılmasına, qrafik üzrə ödənişə nəzarət edir; lizinq alandan damazlıq heyvanların yerləşdiyi tövlənin (tikilinin) ən azı lizinq müddətində bütün zərərdən sığortalanmasını tələb edir; lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə ona lizinqə verilmiş damazlıq heyvanları balaları ilə birlikdə geri almaq, ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və damazlıq heyvanlara dəyən zərərin əvəzinin ödənilməsini tələb edir və s. Müqavilənin 2.2-ci maddəsinə əsasən, lizinq alan lizinq ödənişlərini qrafik üzrə vaxtında və tam həcmdə ödəyir; damazlıq heyvanların yerləşdiyi tövləni (tikilini) və ərazini yanğından mühafizə avadanlıqları ilə təchiz edir; damazlıq heyvanların yerləşdiyi tövləni (tikilini) ən azı lizinq müddətinə zərərdən sığortalayır; səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində lizinq dövründə damazlıq heyvan tələf olarsa, ödənilmiş qalıq dəyərini lizinq verənə ödəyir; damazlıq heyvanlara zərər dəydiyi, o cümlədən sağlamlığında nasazlıq yarandığı ən geci 12 saat ərzində lizinq verənə məlumat verir və s. Həmin müqavilə üzrə lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 49401,30 manat məbləği əvvəlcədən lizinq verənə ödəmiş, qalan 49401,29 manat məbləği isə ödəniş qrafiki üzrə 3 il ərzində (2016-cı ildə 4491 manat, 2017 və 2018-ci illərdə hər rübdə 4491 manat olmaqla cəmi 17964 manat, 2019-cu ildə isə 8982,29 manat) ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı ASC-yə məxsus cins damazlıq heyvanların sığortalanmasının satın alınmasına dair İddiaçı ASC ilə “Beynəlxalq Sığorta Şirkəti” ASC arasında 22 oktyabr 2014-cü il tarixli 31/14 saylı müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən sığortalanacaq 7100 baş iri buynuzlu cins damazlıq heyvanların sığorta olunan ümumi məbləği 20392200 manat, 5200 baş xırda buynuzlu cins heyvanların sığorta olunan ümumi məbləği ******* manat həcmində müəyyən edilir.
3. İddiaçı ASC ilə “Beynəlxalq Sığorta Şirkəti” ASC arasında bağlanmış 25 fevral 2015-ci il tarixli 06/15 nömrəli sığorta müqaviləsinə əsasən bütün növ yoluxan və yoluxmayan xəstəliklər, damazlıq əhəmiyyətini itirmə, çətin doğuş, cərrahiyyə əməliyyatı aparılması və sığortalıdan asılı olmayan səbəbdən baş verən qan parazitar xəstəliklər sığorta təminatına daxildir. Bu müqaviləyə əsasən sığortalanacaq 4006 baş cins damazlıq heyvanların sığorta olunan ümumi məbləği 10852000 avro (10333274,40 manat) həcmində müəyyən edilir.
4. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış “Sığorta haqqının ödənilməsi barədə” 21 iyun 2016-cı il tarixli müqaviləyə əsasən 64 baş heyvan Cavabdeh sığortalanmış şəkildə lizinqə verilmiş, 64 baş heyvanın sığorta haqqı 11856,35 manat təşkil etmiş, lizinq alan 5928,19 manat məbləğində sığorta haqqını lizinq verənə tam həcmdə ödəmişdir.
5. "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 30 mart 2017-ci il tarixli portfelin ötürülməsi barədə əsas müqaviləyə uyğun olaraq "xxxx" ASC-nin sığorta müqavilələri "xxxx" ASC-yə ötürülmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli 1137 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) adlandırılmışdır. Fərmanın 2.2-ci bəndinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.
6. "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda bildirilir ki, müxtəlif xəstəliklər səbəbindən çıxdaş vəziyyətinə düşmüş AT- 775030722, AT 925159719, AT 645988828, AT 742731622, AT 672532622, AT531422, AT 684188119, AT ********* inventar nömrəli heyvanların sığorta müddəti müvafıq olaraq, HKSAQL 11474, HKSAQL-11490. HKSAQL-11463, HKSAQL-11472, HKSAQL-11469, HKSAQL-114487, HKSAQL-11470, HKSAQL-11485 saylı sığorta şəhadətnamələrinə əsasən 18 aprel 2019-cu il tarixində, DE **********, DE **********, DE ********** inventar nömrəli heyvanların sığorta müddəti isə müvaliq olaraq HKSAQL-13052, HKSAQL-13057 və HKSAQL- Q55 saylı sığorta şəhadətnamələrinə əsasən 03 may 2019-cu il tarixində bitmişdir. Sığorta müddəti, məlumat verilən xx.xx.2019-cu il tarixdən xeyli əvvəl başa çatdığından, məktubda toxunulan məsələ sığorta təminatı xaricindədir.
7. "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktuba əsasən, sahibkar tərəfindən xx.xx.2014-cü il tarixli 31/14 və xx.xx.2015-ci il tarixli 06/15 saylı "xxxx" ASC-yə məxsus cins damazlıq heyvanların sığortalanmasının satın alınması barədə müqavilə"nin 12.2,3, 12.2.4, 12.2.7, 17.1,17.2 bəndlərini və AR Mülki Məcəlləsinin 935.1.4 və 935.1.8 maddələri rəhbər tutularaq bildirilir ki, sığorta müqaviləsi üzrə sığortalının üzərinə düşən öhdəliklər əsaslı surətdə pozulduğundan "AT-798613222, DE **********, DE **********, AT 606236528, DE **********, DE ********** və AT ********* inventar nömrəli Holştin-friz və Simmental cinsli heyvanların tələf olması ilə bağlı "xxxx" ASC-nin öhdəliyi yaranmır.
8. "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktuba əsasən, sığorta müqaviləsi üzrə sığortalının üzərinə düşən öhdəliklər əsaslı surətdə pozulduğundan "xxxx" ASC məsuliyyət daşımır və damazlıq heyvanların tələf olması ilə bağlı sığorta ödənişindən imtina edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı ASC Cavabdeh qarşı əvvəlcə ilk iddia ərizəsi, sonra isə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən 46507,78 manat əsas borc, 40182,73 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun, cəmi 86720,51 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 iyun 2016-cı il tarixli 222-LD/16 nömrəli müqaviləyə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 98802,59 manat olmaqla 64 baş damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh damazlıq heyvanların dəyərindən 49401,28 manat məbləğində ilkin ödəniş etmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, o, 21 iyun 2019-cu il tarixinədək 49401,29 manat ödəməli olduğu halda, 2893,51 manat ödəniş etmişdir. Müqavilə üzrə 21 iyun 2019-cu il tarixədək 46507,78 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 40182,73 manat borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüş, lakin qeyd olunan bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.
10. Cavabdeh İddiaçı ASC-yə qarşı əvvəlcə qarşılıqlı iddia ərizəsi, sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşlıqlı iddianın təmin edilərək, İddiaçı ASC-nin iddia etdiyi 36667,97 manat pul vəsaitinin sığorta hadisəsi nəticəsində ona ödənilməli olan 116374,24 manat məbləğdən çıxarılaraq əvəzləşdirilməsi, qalan 79706,27 manat məbləğin isə aylıq lizinq ödənişləri ilə əvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, təsərrüfatda baş verən müxtəlif səbəblər nəticəsində 25 baş cins damazlıq heyvan tələf olmuşdur. Bunun da nəticəsi olaraq lizinq ödənişlərini davam etdirə bilməmişdir. Təsərrüfatda baş verən tələfatlarla bağlı İddiaçı ASC tərəfindən “Günay” sığorta şirkətinə müraciət olunmuş, sığorta şirkəti müxtəlif sayda əsassız səbəblər göstərərək sığorta ödənişindən imtina etmişdir. Onunla lizinqə götürülmüş heyvanlarla bağlı hər hansı bir sığorta şirkəti ilə sığorta müqaviləsi bağlanmamışdır. O, sığorta haqqını İddiaçı ASC-yə ödəmişdir. Ona görə də sığorta şirkətinin müraciətə baxıbbaxmamasının ona heç bir aidiyyəti yoxdur. O, müqaviləni İddiaçı ASC ilə bağladığı üçün sığorta hadisəsi nəticəsində dəymiş ziyan İddiaçı ASC tərəfindən ona ödənilməlidir. Ona dəymiş ziyanın ödənilməməsinə baxmayaraq şirkət ona qarşı məhkəmədə iddia da irəli sürülmüşdür. Burada əsas məqam sığorta hadisəsinin, yəni heyvanların tələfatının baş verməsidir ki, bu fakt baş vermiş, İddiaçı ASC bu halı mübahisələndirməmiş və bu barədə onun tərəfindən həm İddiaçı ASC-yə, həm də sığorta şirkətinə məlumatlar verilmişdir. Tələf olunan mallara baytar həkim tərəfindən baxış keçirilmiş və heyvanların xəstəliklərdən tələf olunması rəsmiləşdirilmişdir. İddiaçı ASC ilə “Beynəlxalq Sığorta Şirkəti” ASC arasında bağlanmış 25 fevral 2015-ci il tarixli 06/15 nömrəli sığorta müqaviləsinin 4.1.1-ci bəndinə əsasən bütün növ yoluxan və yoluxmayan xəstəliklər, damazlıq əhəmiyyətini itirmə, çətin doğuş, cərrahiyyə əməliyyatı aparılması və sığortalıdan asılı olmayan səbəbdən baş verən qan parazitar xəstəliklər sığorta təminatına daxildir. Bu isə o deməkdir ki, heyvanların xəstəliklərdən tələf olması nəticəsində dəymiş ziyan Sığortaçı tərəfindən ödənilməlidir. Nəzərə alınsa ki, qeyd olunan sığorta müqaviləsi İddiaçı ASC ilə “Beynəlxalq Sığorta Şirkəti” ASC arasında bağlanmış və sığorta ödənişləri onun tərəfindən İddiaçı ASC-yə ödənilmişdir, onda ona dəymiş zərər lizinq ödənişi ilə əvəzləşdirilməlidir. Heyvanların tələfatı nəticəsində dəymiş zərərin müəyyən edilməsi üçün onunla “X10” MMC arasında müqavilə bağlanmış və audit rəyinə əsasən dəymiş zərərin məbləği 116374,24 manat müəyyən edilmişdir.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(008)-211/2020 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. (hakim X13)
13. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1, 386.1, 442, 445.2 və MPM-in 14.2, 77.1, 88, 217.4, 220.5-ci maddələri ilə əsaslandırmışdır.
14. İddiaçı ASC və Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişlər.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Azad İmanov və Vahid Sadıqov) 31 avqust 2021-ci il tarixli 2(103)- 6500/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, "xxxx" (əvvəlki İddiaçı) Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(008)-211/2020 nömrəli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiasə qismən təmin edilərək Cavabdeh 46507,78 manat əsas borc, 1000 manat cərimə borcu və 30 manat dövlət rüsumu, cəmi 47537,78 manat pul vəsaitinin tutularaq "xxxx" (əvvəlki İddiaçı) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, sığorta şirkəti tərəfindən lizinq verənə sığorta ödənişinin verilməsindən imtina olunduğundan, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Sığorta haqqının ödənilməsi barədə” 21 iyun 2016-cı il tarixli Müqavilənin tələblərinə uyğun olaraq, iddiaçının cavabdeh qarşısında hər hansı öhdəliyi yaranmamışdır.
17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi və hazırki öhdəlik hüquq münasibətlərinin məhz onun təqsiri üzündən pozulması, müqavilə üzrə əsas borcun və ona hesablanmış cərimə pulunun ödənilməməsi işin mübahisəsiz halları olmaqla, həmin hallar iş materialları ilə də öz təsdiqini tapdığından, cavabdeh 46507,78 manat əsas borcu qanunsuz saxlamış, buna görə də, həmin məbləğdə əsas borc cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
18. Kollegiya həmçinin qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyi və icranı gecikdirdiyi üçün müqavilə şərtlərinə görə dəbbə pulu ödəməyə borcludur. Lakin kollegiya hesab etmişdir ki, iddiaçı tərəfindən tələb edilən dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, cavabdehin borclu olduğu əsas borcun məbləğinə və əmlak mənafeyinə mütənasib deyildir. Ona görə tutulacaq dəbbə pulunun məbləği 1000 manat müəyyən edilmişdir.
19. Apellyasiya məhkəməsi cavabdehin verdiyi qarşılıqlı iddia tələbinə qiymət verərək qeyd etmişdir ki, həmin tələbin təmin edilməsi üçün əsas görmür. Belə ki, qarşılıqlı iddiaçının tələbinin əsası lizinqə götürdüyü damazlıq malların tələf olması nəticəsində ziyana düşməsi və bu səbəbdən müqavilə öhdəliklərini yerinə yetirməməsi, həmçinin ona dəymiş ziyanın lizinq ödənişləri ilə əvəz edilməsindən ibarətdir. Kollegiya bununla bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh yuxarıda qeyd edildiyi kimi qarşılıqlı iddiaçının qarşısında hər hansı bir öhdəlik daşımadığından, bu iddianın da təmin edilməsi üçün əsas yoxdur.
20. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir.
Kassasiya instansiya məhkəməsindəki icraat
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1627/2022 nömrəli iş üzrə 05 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər İsmayıl Xəlilov sədrlik edən və məruzəçi, Mehparə Əhmədova və Ələsgər Əliyev) Cavabdeh kassasiya şikayəti təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
22. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki işdə cavabdehə verilmiş heyvanların sığortalanmasına dair heç bir sənəd yoxdur. İşdə olan sığorta müqavilələrinin konkret olaraq cavabdehə lizinqə verilmiş heyvanlara aid olması aydın deyil. Belə ki, məhkəmələr sığorta ilə bağlanmış iki müqaviləni tədqiq etmişlər. Müqavilənin biri 22 oktyabr 2014-cü il tarixli, digəri isə 15 fevral 2015-ci il tarixli müqavilələrdir. Həmin müqavilələr İddiaçı ASC-yə məxsus cins damazlıq heyvanların sığortalanmasının satın alınması barədə müqavilələrdir. Həmin sığorta müqavilələrinin cavabdehə satılan heyvanlara nə dərəcədə şamil edilməsi ilə bağlı apellyasiya məhkəməsi araşdırma aparmamışdır. Belə ki, cavabdehə cins damazlıq heyvanlar 21 iyun 2016-cı il tarixdə lizinqə verilmişdi. Deməli, heyvanlar hələ həmin vaxt Respublikaya gətirilməmişdi. Respublikaya gətirilməmiş heyvanların hansı qaydada sığortalanması, həmin canlı heyvanları yoxlamadan onların sığorta risklərinin necə müəyyən edilməsi aydın deyil. Hansı ki, qanunvericiliyin tələblərinə görə əmlak sığortası müqaviləsi bağlayarkən sığortaçı sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək hüququna malikdir. Cavabdehə lizinqə verilən heyvanlarla bağlı sonradan hər hansı başqa sığorta müqaviləsi bağlanmasına dair iddiaçı tərəf başqa sübutlar təqdim etməmişdir. Təqdim olunan sübutlar isə yuxarıda qeyd olunan İddiaçı ASC-yə məxsus cins damazlıq heyvanların sığortalanmasının satın alınması barədə müqavilələrdir. Həmin müqavilələrin mətnindən göründüyü kimi İddiaçı ASC ölkəyə gətiriləcək damazlıq heyvanların sığortalanması üçün bir müqavilə üzrə 7100 baş heyvanın sığortalanmasına görə ******* manat, digər müqavilə üzrə 4006 baş heyvanın sığortalanmasına görə 619996,46 manat sığorta məbləği almışdır. Məhkəmələr sığorta təşkilatının sığorta məbləğinin verilməsindən imtina barədə təqdim etdikləri sənədləri araşdırmadan məsələyə qiymət vermişlər. Həmin sənədlərin hansı tərəfin təqdim etdiyi, hansı halları təsdiq etməsi aydın deyil. Sığorta şirkətinin tələf olan heyvanlara görə sığorta verməkdən imtina edilməsi barədə yazışmaların hamısının cavabdehin sahibliyində olan heyvanlara aidiyyəti yoxdur. Çünki həmin sənədlərdə qeyd olunan kodlarla (heyvanların kodu) cavabdehin sahibliyində olan heyvanların kodları üst-üstə düşmür. Bəzi sənədlərdə cavabdehə aid olan heyvanların koduna uyğun gələn məlumatlar mövcuddur. Lakin həmin faktların sayı 25 ədəd deyil. Cavabdeh ona məxsus olan 25 ədəd heyvanın tələf olduğunu israr edir, qarşı tərəf isə bunu mübahisələndirmir. İşə baxan məhkəmələr həmin məsələ ilə bağlı sübutetmə vəzifəsini bölüşdürməmiş, əhəmiyyət kəsb edən halla bağlı aydın mövqe sərgiləməmişdir. Ali Məhkəmə qeyd etmişdir ki, işə yenidən baxılarkən sığorta şirkətinin nümayəndəsi cəlb edilməklə cavabdehə lizinqə verilən heyvanların konkret olaraq hansı sığorta müqavilələri ilə sığortalanması aydınlaşdırılmalı, cavabdehin sahibliyində olan neçə heyvanın tələf olması, onlarla bağlı sığorta şirkətinə məlumat verilib-verilməməsi, yoxlama aparılıb-aparılmaması, konkret olaraq hər bir tələf olan heyvanın hansı səbəbdən tələf olması, hansı səbəblərdən sığorta verilməsindən imtina edilməsi aydınlaşdırılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin obyektiv həlli baxımından yeni apellyasiya icraatı zamanı istər lizinq təşkilatı ilə cavabdeh arasında bağlanmış və istərsə də lizinq təşkilatı ilə sığorta təşkilatı arasında bağlanmış müqavilələr üzrə tərəflərin üzərlərinə götürdükləri vəzifələri lazımınca yerinə yetirib-yetirməmələri ilə əlaqədar araşdırma aparılmalıdır. Çünki lizinqə verilən əşya dövlət vəsaiti hesabına xaricdən gətirilən, 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması nəzərdə tutulan heyvanlardır. Damazlıq heyvanların sığortalanması zamanı, lizinqə verilməsi zamanı həmin müqavilələrin şərtlərinə hər bir tərəfin riayət edib etməməsi aydınlaşdırılmalı, vurulan zərərdə hər bir tərəfin təqsirinin dərəcəsi müəyyən edilməlidir. Nəticə etibarı ilə belə dəyərləndirmə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı nəzərə alına bilər. Onların hər birinin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması aydınlaşdırılmalıdır. Belə araşdırma müqavilə şərtlərini kimin pozması və yaxud kimin hansı səviyyədə pozması, öz hərəkətləri ilə ziyanın yaranmasında hansı rol oynamasını aydınlaşdırmış olar. Belə ki, işdə olan müqavilələrdən görünür ki, damazlıq heyvanları sığortalayanın həmin heyvanların sağlamlığı üçün mütəmadi olaraq hansı tədbirlər görməli olması, əks təqdirdə hansı təsir tədbirlərinin görüləcəyi, o cümlədən lizinq verənin hansı tədbirlər görməsi, hansı şəraitə malik olan şəxslərə heyvanların lizinqə verilməsi, mütəmadi olaraq heyvanların saxlanması şəraitinə baxış keçirilməsi, heyvanların müalicəsi, saxlama şəraiti ilə bağlı və.s məsələlərlə bağlı tədbirlər görülməsi müqavilə şərtləri kimi nəzərdə tutulmuşdur. İşdən görünür ki, heyvanlar eyni vaxtda tələf olmamış, müəyyən vaxt intervalında xəstələnərək tələf olmuşlar. Belə olan təqdirdə sığorta və lizinq təşkilatlarının heyvanların bundan sonra tələf olmalarının qarşısının alınması üçün müqavilə üzrə daşıdıqları hansı tədbirləri görmələri barədə heç bir sübut yoxdur. Belə qənaət hasil olur ki, dövlət vəsaiti hesabına xaricdən gətirilən damazlıq heyvanlar saxlama şəraitinə malik olmayan şəxslərə saxlamaq üçün verilmiş, heç bir həkim müayinələri olmadan istənilən an xəstəliyə tutularaq tələf olmuşlar.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
23. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti ilk iddia ərizəsində göstərilənlərlə əsaslandırılmış və əlavə olaraq qeyd edimişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə maddi və prosessual normaların pozulması ilə yanaşı, işin faktiki hallarına da uyğun olmadığından ləğv edilməli, ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
24. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsində göstərilənlərlə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməməsi son nəticədə onun hüquqlarının və qanuni mənafelərinin pozulması ilə nəticələnmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilməli, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
Apellyasiya şikayətlərinə qarşı etiraz
25. Təkrar apellyasiya icraatı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz vermiş və etirazını belə əsaslandırmışdır ki, Cavabdeh məxsus olan heyvanların tələf olması sığorta hadisəsi hesab edilmədiyindən, ona əsaslı olaraq sığorta ödənişi verilməsindən imtina olunmuşdur. Belə ki, heyvanlar təsərrüfatsızlıq nəticəsində tələf olmuş, heyvanların tələf olması barədə vaxtında sığorta təşkilatına məlumat verilməmiş, bəzi heyvanlar tələf olarkən isə sığorta müqaviləsinin vaxtı bitmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi, vəkil X14 təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
27. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X11 və X3 iştirak etdikləri məhkəmə iclaslarında Cavabdeh apellyasiya şikayətinin əsassız, təmsil etdikləri Cəmiyyətin apellyasiya şikayətinin isə əsaslı olduğunu bildirərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdilər.
28. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndələri X9 və X5 apellyasiya şikayətinə yazılı etirazın dəlillərinə uyğun izahat verərək "xxxx" ASC-nin apellyasiya şikayətinin təmin olunmasını, Cavabdeh şikayətinin isə təmin olunmamasını xahiş etdilər.
29. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası həmin üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 933.1.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin tələbi olduğu halda ödənilir. Maddə 935. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları sadalanmışdır. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı apellyasiya şikayətlərində qətnamənin ləğv olunub ilkin iddia üzrə iddiaçı ilkin iddianın və qarşılıqlı iddia üzrə iddiaçı isə qarşılıqlı iddianın təmin olunmasını xahiş etdiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin və qarşılıqlı iddiaları rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin və qarşılıqlı iddialar qismən təmin edilməlidir.
32. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 21 iyun 2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh dövlət vəsaiti hesabına ölkəyə idxal olunmuş İddiaçı ASC-yə məxsus 64 baş heyvanı 3 il müddətinə lizinqə götürmüşdür. Müqavilədə 64 baş heyvanın 50 %-li güzəştdən sonrakı qiyməti 98802,59 manat müəyyən edilmiş, həmin məbləğin 49401,30 manat hissəsi lizinq alan Cavabdeh tərəfindən lizinq şirkətinə ödənilmiş, qalan 49401,29 manat pulun 3 il ərzində hissə-hissə ödənilməsinə öhdəlik götürülmüşdür. Müqavilənin 2.1.2ci bəndində damazlıq heyvanların sığortalanmış vəziyyətdə lizinq alana təhvil verilməsi nəzərdə tutulmuşdur. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış “Sığorta haqqının ödənilməsi barədə” 21 iyun 2016-cı il tarixli müqaviləyə əsasən 64 baş heyvan Cavabdeh sığortalanmış şəkildə lizinqə verilmiş, 64 baş heyvanın sığorta haqqı 11856,35 manat təşkil etmiş, lizinq alan 5928,19 manat məbləğində sığorta haqqını lizinq verənə tam həcmdə ödəmişdir. Heyvanların sığortalanması barədə Cavabdehla sığorta təşkilatı arasında bilavasitə sığorta müqaviləsi bağlanmasa da, tərəflərin izahatlarından və iş materiallarından görünür ki, lizinqə götürülmüş 64 baş heyvan İddiaçı ASC-yə məxsus cins damazlıq heyvanların sığortalanmasının satın alınmasına dair İddiaçı ASC ilə “Beynəlxalq Sığorta Şirkəti” ASC arasında 22 oktyabr 2014-cü il tarixli 31/14 saylı müqaviləyə və İddiaçı ASC ilə “Beynəlxalq Sığorta Şirkəti” ASC arasında bağlanmış 25 fevral 2015-ci il tarixli 06/15 nömrəli sığorta müqaviləsinə əsasən qabaqcadan sığortalanmış heyvanlardan olmuşdur. İş materiallarından görünür ki, lizinqə götürülmüş heyvanlardan 25-i 2016-2019-cu illərdə müxtəlif vaxtlarda müxtəlif səbəblərdən tələf olmuşdur. Tələf olan heyvanların sayının 25 baş olmasını İddiaçı ASC ("xxxx" ASC) mübahisələndirməmişdir. Həmin heyvanlara görə sığorta ödənişi verilməsi üçün İddiaçı ASC tərəfindən müxtəlif vaxtlarda “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin sığorta portfeli keçmiş "xxxx" ASC-yə məlumat verilmiş, sığorta şirkəti tərəfindən müxtəlif səbəblərdən (hadisənin sığorta hadisəsi olmaması, sığorta hadisəsi barədə vaxtında məlumat verilməməsi və s.) sığorta ödənişi verilməsindən imtina olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış məktublarla tərəflər arasında bağlanmış 21 iyun 2016-cı il tarixli müqavilə tutuşdurularkən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən lizinqə götürülmüş aşağıda qeyd olunan heyvanlar tələf olmuş və bu heyvanlara görə sığorta ödənişi verilməsi üçün sığorta təşkilatına müraciət olunmuşdur : Holştin-friz cinsli heyvanlar İnventar nömrəsi DE 14 04849431, 50%-li güzəştdən sonrakı qiyməti 1494,49 manat İnventar nömrəsi DE 14 04849468, 50%-li güzəştdən sonrakı qiyməti 1454,10 manat İnventar nömrəsi DE 14 04849478, 50%-li güzəştdən sonrakı qiyməti 1454,10 manat İnventar nömrəsi DE 14 04849481, 50%-li güzəştdən sonrakı qiyməti 1427,17 manat İnventar nömrəsi DE 14 04740381, 50%-li güzəştdən sonrakı qiyməti 1427,17 manat İnventar nömrəsi DE 14 04890389, 50%-li güzəştdən sonrakı qiyməti 1440,64 manat İnventar nömrəsi DE 14 04890391, 50%-li güzəştdən sonrakı qiyməti 1481,03 manat İnventar nömrəsi DE 14 04890402, 50%-li güzəştdən sonrakı qiyməti 1454,10 manat İnventar nömrəsi DE 14 04890408, 50%-li güzəştdən sonrakı qiyməti 1427,17 manat İnventar nömrəsi DE 14 04890448, 50%-li güzəştdən sonrakı qiyməti 1454,10 manat İnventar nömrəsi DE 14 04969906, 50%-li güzəştdən sonrakı qiyməti 1454,10 manat Simmental cinsli heyvanlar İnventar nömrəsi AT 606236528, 50%-li güzəştdən sonrakı qiyməti 1710,62 manat İnventar nömrəsi AT 645988828, 50%-li güzəştdən sonrakı qiyməti 1611,49 manat İnventar nömrəsi AT 672532622, 50%-li güzəştdən sonrakı qiyməti 1574,67 manat İnventar nömrəsi AT 684188119, 50%-li güzəştdən sonrakı qiyməti 1611,49 manat İnventar nömrəsi AT 742731622, 50%-li güzəştdən sonrakı qiyməti 1699,29 manat İnventar nömrəsi AT 743453222, 50%-li güzəştdən sonrakı qiyməti 1580,34 manat İnventar nömrəsi AT 775030722, 50%-li güzəştdən sonrakı qiyməti 1665,3 manat İnventar nömrəsi AT 798613222, 50%-li güzəştdən sonrakı qiyməti 1679,46 manat İnventar nömrəsi AT 812567622, 50%-li güzəştdən sonrakı qiyməti 1634,15 manat İnventar nömrəsi AT 655375122, 50%-li güzəştdən sonrakı qiyməti 1611,49 manat İnventar nömrəsi AT 724089122, 50%-li güzəştdən sonrakı qiyməti 1696,45 manat İnventar nömrəsi AT 789531422, 50%-li güzəştdən sonrakı qiyməti 1636,98 manat İnventar nömrəsi AT 815510422, 50%-li güzəştdən sonrakı qiyməti 1628,48 manat İnventar nömrəsi AT 925159719, 50%-li güzəştdən sonrakı qiyməti 1668,13 manat Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini sığortaladığından və sığorta müqaviləsinin faydalanan subyekti iddiaçı təşkilat olduğundan, sığorta predmetlərinin tələf olması nəticəsində lizinq alan lizinq öhdəliyindən sığorta məbləği həddində azad olunmuşdur. Bu o deməkdir ki, tələf olan heyvanlara görə sığorta məbləğinin ödənilməsi barədə tədbirlər görməməsinin (iddia qaldırmaması) məsuliyyətini iddiaçı təşkilat özü daşıyır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 iyun 2016-cı il tarixli 222-LD/16 nömrəli “Dövlət vəsaiti hesabına idxal olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqaviləyə əsasən, Cavabdeh tərəfindən lizinq şirkətinə müqavilə müddətinin sonuna 46507,78 manat əsas borcun ödənilməməsi işin mübahisələndirilməyən halıdır. Yəni hər iki tərəf lizinq müqaviləsi üzrə borcun məbləğinin 46507,78 manat olmasını mübahisələndirmirlər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, 21 iyun 2016-cı il tarixli 222-LD/16 nömrəli müqavilə üzrə yaranmış borcun əvəzi kimi 46507,78 manat pul Cavabdeh tutulub Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, 46507,78 manat əsas borca nisbətdə tələb olunan 40182,73 manat cərimə borcu tənasübsüz dərəcədə yüksəkdir. Buna görə də məhkəmə işin hallarını nəzərə alaraq cərimənin məbləğinin 1000 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, tələf olmuş 25 baş heyvanın 50%-li güzəştdən sonrakı qiyməti olan 38976,51 manat pul Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən alınıb Cavabdeh ödənilməli, Cavabdeh ilk iddiaçının xeyrinə tutulmalı olan 47507,78 manat pul, Agentlikdən alınıb Cavabdeh ödənilməli olan 38976,51 manat pulla əvəzləşdirilərək 8531,27 manat pul Cavabdeh alınaraq Agentliyə ödənilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ASC və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-211/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İlk iddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 iyun 2016-cı il tarixli 222-LD/16 nömrəli lizinq müqaviləsinə əsasən əsas borca görə 46507,78 manat və 1000 manat cərimə olmaqla cəmi 47507,78 manat pul Cavabdeh tutulub Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən 38976,51 manat pul tutulub Cavabdeh ödənilsin. Tələblər əvəzləşdirilərək 8531,27 manat pul Cavabdeh tutulub Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia ərizələri və apellyasiya şikayətləri verilərkən ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.