Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-415/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Şahverənov Həsən Savalan oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (“borcun və vurulmuş ziyanın ödənilməsi; pul və əmlak”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, ilkin iddia üzrə iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (bundan sonra iddiaçı) İddiaçı Cavabdeh qarşı “borcun və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh İddiaçı qarşı “pul və əmlak” tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2010/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı borcun və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi (iddia tələbinin həcminin azaldılması barədə ərizə) təqdim edərək, Cavabdeh 204403 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunaraq İddiaçı 48275 (qırx səkkiz min iki yüz yetmiş beş) manat pulun alınıb ona ödənilməsi və siyahıda göstərilmiş: 1) kompressor (naxışda) 1 ədəd; 2) Sap sarıma makinəsi (naxışda) 1 ədəd; 3) Cərəyan nizamlayıcı (naxışda) 1 ədəd; 4) Basqı stolu və qəlib ayaqları-komplekt 12; 5) Basqı qəlibləri ədəd 163; 6) Tərəzi (150 kq) 1 ədəd; 7) 15 başlı naxış maşınları “Damei” ədəd; 8) Transfer basqı aparatı ədəd 9) Knopka vuran aparat ədəd; 10) Düymə tikən maşın “Broden” 1 ədəd; 11) Petlə açan maşın “Yamata” 1 ədəd; 12) Overlok “Mauzer” spesial 1 ədəd; 13) Overlok “Yamato M3” 1 ədəd; 14) Overlok “Yamato M4” 1 ədəd; 15) Overlok “İvar” ədəd 3; 16) Overlok “Reqosus” 1 ədəd; 17) Overlok “Yamato” ədəd 4; 18) Overlok Cemsi” 1 ədəd; 19) Overlok “Cuki” 2 ədəd; 20) Düz tikiş maşını “Brother” 1 ədəd; 21) Bəzək maşını “Renovn” 1 ədəd; 22) Rezin vuran maşını “Rimoli” 1 ədəd; 23) Kroşata 1 ədəd; 24) Q.tikiş maşını “Brother” 1 ədəd; 25) Q.tikiş maşını “Şurubu” 1 ədəd; 26) Q.tikiş maşını “Yamata” 1 ədəd; 27) Qoşa tikiş maşını “FY33016” 1 ədəd; 28) Qoşa tikiş maşını “Yamata” 1 ədəd; 29) Soyuducu 1 ədəd; 30) Su aparatı 1 ədəd; 31) Ehtiyyat hissələri üçün siyirma qablar 40 ədəd; 32) Sap yığmaq üçün vitrinlər (naxışda) 3 ədəd; 33) Ofis mebel dəsti+kreslo 1 dəst; 34) Kompyuter+stol+kreslo 1 dəst avadanlıqların alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinin xx.xx.2021-ci il tarixli məhkəmə iclasında icraata götürülməsi qərara alınmışdır. İlk iddia üzrə Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə qarşılıqlı iddia ərizəsinə düzəliş edilməsi barədə müraciət edərək, bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 381042 manat borcun və vurulmuş ziyanın Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddiaya qarşı xx.xx.2021-ci il tarixdə qarşılıqlı iddia vermişdir. Həmin iddia ərizəsinin 3-cü səhifəsinin 2-ci abzasında 6-cı cümlə aşağıdakı kimi verilmişdir. “Beləliklə cavabdehdən alınıb mənə veriləcək məbləğ 16000+500+22207+16068 = 59275 manat təşkil edir”. Bu cümlədə 16000 + sözündən sonra 500 rəqəmi 5000 kimi oxunmalıdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh 29 iyun 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus avadanlıqlardan istifadə etməklə 2 ay ərzində 32 000 manat gəlir əldə etməklə və bu gəlirin yarısı 16 000 manatın alınıb verilməsi ilə əlaqədar tələbindən imtina etmişdir. (Məhkəmə iclasında bu ərizənin iddia tələbinin həcminin azaldılması kimi qiymət verilməsini xahiş etmişdir). İlk iddia üzrə Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək, bildirmişdir ki, qarşılıqlı iddia ərizəsində 381042 (üç yüz səksən bir qırx iki min) manat pulun Cavabdeh alınıb İddiaçı verilməsi barədə ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunaraq İddiaçı 48275 (qırx səkkiz min iki yüz yetmiş beş) manat pulun alınıb Cavabdeh ödənilməsi və aşağıdakı siyahıda göstərilmiş 34 (otuz dörd) adda avdanlığın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddia həcmini azaltmış, lakin hazırda iddia həcmini artırmaq məcburiyyətindədir. Belə ki, qarşılıqlı iddia verərkən şəkillərini iddia ərizəsinə əlavə etdiyi avadanlıqlar unudulub. İddianı təmin etmə tədbiri barədə qərardad icra edilərkən avadanlıqlar yerində idi. Feya adlanan 4 başlı naxış avadanlığını Bursa şəhərindən 2020-ci ildə 4500 ABŞ dollarına, yəni 9400 manata almışdır. Bu avadanlığa cavabdehin 1800 manatı sərf olunub. Qalan 7600 manat onun şəxsi vəsaitidir. Digər avadanlıq “özbilim adlanır”. Sadə dildə biyə kəsən aparat adlanır. Qiyməti 5100 manatdır. 2017-ci ildə birgə fəaliyyətə başlayarkən aparıb sexdə quraşdırmışdır. Hazırda cavabdehin obyektindədir. İki avadanlığa görə 7600+5100=12700 manat Həsən Şahverdiyevdən alınıb ona ödənilməlidir. Birgə vəsaiti hesabına alınmış 32213 manatlıq avadanlığın yarısı 16107 manat və iki avadanlıq üzrə 12700 manat, cəmi 28807 manat pulun cavabdeh İddiaçı alıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(005)-2010/2021 nömrəli qətnaməsinə əsasən, ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh 187746 manat məbləğində pulun alınaraq ilkin iddia üzrə İddiaçı xeyrinə ödənilməsi,ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı 16000 manatın alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, Bakı şəhəri, Babək prospekti 63 C ünvanında olan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 1) kompressor (naxışda) 1 ədəd; 2) Sap sarıma makinəsi (naxışda) 1 ədəd; 3) Cərəyan nizamlayıcı (naxışda) 1 ədəd; 4) Basqı stolu və qəlib ayaqları-komplekt 12; 5) Basqı qəlibləri ədəd 163; 6) Tərəzi (150 kq) ədəd 1; 7) 15 başlı naxış maşınları “Damei” ədəd; 8) Transfer basqı aparatı ədəd 9) Knopka vuran aparat ədəd; 10) Düymə tikən maşın “Broden” 1 ədəd; 11) Petlə açan maşın “Yamata” 1 ədəd; 12) Overlok “Mauzer” spesial 1 ədəd; 13) Overlok “Yamato M3” 1 ədəd; 14) Overlok “Yamato M4” 1 ədəd; 15) Overlok “İvar” ədəd 3; 16) Overlok “Reqosus” 1 ədəd; 17) Overlok “Yamato” ədəd 4; 18) Overlok “Cemsi” 1 ədəd; 19) Overlok “Cuki” 2 ədəd; 20) Düz tikiş maşını “Brother” 1 ədəd; 21) Bəzək maşını “Renovn” 1 ədəd; 22) Rezin vuran maşın “Rimoli” 1 ədəd; 23) Kroşata 1 ədəd; 24) Q.tikiş maşını “Brother” 1 ədəd; 25) Q.tikiş maşını “Şurubu” 1 ədəd; 26) Q.tikiş maşını “Yamata” 1 ədəd; 27) Qoşa tikiş maşını “FY33016” 1 ədəd; 28) Qoşa tikiş maşını “Yamata” 1 ədəd; 29) Soyuducu 1 ədəd; 30) Su aparatı 1 ədəd; 31) Ehtiyyat hissələri üçün siyirmə qablar 40 ədəd; 32) Sap yığmaq üçün vitrinlər (naxışda) 3 ədəd; 33) Ofis mebel dəsti+kreslo 1 dəst; 34) Kompyuter+stol+kreslo 1 dəst olan əşyaların cavabdeh İddiaçı qanunsuz sahibliyindən alınaraq Cavabdeh qaytarılması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5, 6.2, 14.2.1, 152.1, 152.5, 157.2, 385, 386.1, 442, 425; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 88, 217.4, 220.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. 204403 manat pulun tutulması tələbi qismən əsaslıdır, öhdəçilik protokoluna əsasən istehsalçı sərmayəçinin xx.xx.2020-ci il tarixə olan sərmayəsinin bir hissəsini yəni 352182 manat vəsaiti 12-15 ay ərzində hər ay 25000-30000 manat şərti ilə qaytarmaq və xx.xx.2020-ci il tarixə qalan 100535 manat vəsaiti və 12-15 ayda yaranan yeni mənfəətlə birlikdə sonradan razılaşma protokolu tərtib etməklə qaytarmaq öhdəliyi götürmüşdür. Həmin məbləğin qaytarılması sübuta yetirilməmişdir. Sərmayəçi qəbul edir ki, 204403 manat məbləğində pul ödənilməmiş qalır. Bu hissədə sübuta yetməyən hissə öhdəçilik protokolu tərtib edildikdən sonrakı dövrdə, yəni 2020-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayına qədər olan dövrdə yaranan mənfəətə görə 22207 manat məbləğində pulun yarısı 11100 manat tələbidir. Məhkəmədə tərəflərin izahatlarından müəyyən edilmişdir ki, tərəflərin arasındakı razılaşma pozulduğu üçün nəzərdə tutulan (2020-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayına qədər olan dövr) mənfəət yaranmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, 22207 manat məbləği 204403 manat tələbindən çıxılmalı (204403- 22207 =182196), yerdə qalan məbləğ 182196 manat pulun üzərinə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etiraf etdiyi 11100 manat mənfəət üçün əvvəlcədən hissə-hissə götürülmüş pulun yarısı, yəni 5550 manat məbləğində pul vəsaiti ilk İddiaçı ödənilməlidir. Beləliklə, Cavabdeh 187746 manat (182196 + 5550 ) məbləğində pul alınaraq ilk İddiaçı ödənilməlidir. Öhdəçilik protokoluna Əlavə N1-də göstərilən 2018-2019-cu illərdə sex üçün alınmış avadanlıqların məbləği olan 32213 manat məbləğində pul mübahisələndirilmir. Cavabdeh isə həmin pul məbləğinin yarısı 16107 manat pulun İddiaçı alınaraq ona verilməsini tələb edir, ancaq 32213 manat məbləğin yarısı (32213:2=16106,5) 16106,5 manat olduğundan qeyd olunan məbləğ İddiaçı alınaraq Cavabdeh ödənilməlidir. Məhkəmə mübahisələndirilən əşyaların qaytarılması hissəsində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbini qismən əsaslı hesab edir və xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktda adları çəkilən əşyaların - qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 1) kompressor (naxışda) 1 ədəd; 2) Sap sarıma makinəsi (naxışda) 1 ədəd; 3) Cərəyan nizamlayıcı (naxışda) 1 ədəd; 4) Basqı stolu və qəlib ayaqları-komplekt 12; 5) Basqı qəlibləri ədəd 163; 6) Tərəzi (150 kq) ədəd 1; 7) 15 başlı naxış maşınları “Damei” ədəd; 8) Transfer basqı aparatı ədəd 9) Knopka vuran aparat ədəd; 10) Düymə tikən maşın “Broden” 1 ədəd; 11) Petlə açan maşın “Yamata” 1 ədəd; 12) Overlok “Mauzer” spesial 1 ədəd; 13) Overlok “Yamato M3” 1 ədəd; 14) Overlok “Yamato M4” 1 ədəd; 15) Overlok “İvar” ədəd 3; 16) Overlok “Reqosus” 1 ədəd; 17) Overlok “Yamato” ədəd 4; 18) Overlok Cemsi” 1 ədəd; 19) Overlok “Cuki” 2 ədəd; 20) Düz tikiş maşını “Brother” 1 ədəd; 21) Bəzək maşını “Renovn” 1 ədəd; 22) Rezin vuran maşın “Rimoli” 1 ədəd; 23) Kroşata 1 ədəd; 24) Q.tikiş maşını “Brother” 1 ədəd; 25) Q.tikiş maşını “Şurubu” 1 ədəd; 26) Q.tikiş maşını “Yamata” 1 ədəd; 27) Qoşa tikiş maşını “FY33016” 1 ədəd; 28) Qoşa tikiş maşını “Yamata” 1 ədəd; 29) Soyuducu 1 ədəd; 30) Su aparatı 1 ədəd; 31) Ehtiyyat hissələri üçün siyirmə qablar 40 ədəd; 32) Sap yığmaq üçün vitrinlər (naxışda) 3 ədəd; 33) Ofis mebel dəsti+kreslo 1 dəst; 34) Kompyuter+stol+kreslo 1 dəst əşyalar cavabdeh İddiaçı qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılmalı olduğu qənaətinə gəlir. Məhkəmə qarşılıqlı iddia tələbinin Feya və Özbilim avadanlığına görə 7600+5100=12700 manat Həsən Şahverdiyevdən alınıb ona ödənilməsi hissəsində əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Belə ki, Cavabdeh həmin əmlakın ona məxsus olduğunu və qarşı tərəfin istifadə etməsini sübut etmək vəzifəsi qarşılıqlı iddia üzrə iddiaçı, yəni Cavabdeh üzərinə düşür. Hazırda isə o, belə sübutları təqdim edə bilməmişdir.
4. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - 15 sentyabr 2020-ci il tarixli Cavabdeh, Əhməd Məmişov, Zaur Rəhimov, Anar Heydərov və Məqsəd Abdullayev tərəfindən imzalanmış nəticə protokolundan görünür ki, 11-xx.xx.2020-ci il tarixə uşaq geyimləri sexində, anbarında və 6 sentyabr 2020-ci il tarixdə Sədərək bazarındakı mağazada aparılmış yoxlamaların materialları əsasında tərtib edilir. xx.xx.2020-ci il tarixə qoyulmuş sərmayənin miqdarı: 392 182 manat. Qalıq sərmayə: 352 182 manat. Oktyabr 2017-ci ildən-01 sentyabr 2020-ci ilədək (35 ayda əldə olunan mənfəətdən sərmayəçiyə çatan pay: (201.070:2)..100535 manat. xx.xx.2020-ci il tarixə sərmayəçinin sərmayəsi və mənfəətdən çatan payla birlikdə cəmi vəsaiti (352 182 +100 535) 452717 manat. Yoxlamalar nəticəsində aşkarlanan mal-materialın dəyəri: 440 395.4 manat, 2018-2019-cu illərdə alınan avadanlıqların dəyəri: 32 213 manat. Beləliklə müəyyən edildi ki, sərmayəçiyə məxsus olan vəsaitdən 12321.6 manat (452 717-440 395.4) kəsir gəlmişdir. Bu vəsait çatışmazlığına xx.xx.2019-cu ildə aparılan audit yoxlaması zamanı Sədərək bazarındakı mağazada aşkarlanan 48762 manat satış dəyəri (36084 manat mayə dəyəri ilə) kəsirgəlmə və xx.xx.2020-ci il tarixdə həmin mağazada aparılan yoxlama zamanı aşkalanan 5738 manat satış dəyəri (4246.1 manat maya dəyəri ilə) əlavə kəsirgəlmə səbəb olmuşdur; - İddiaçı, Əhməd Məmişov, Cavabdeh və Əbülfəz Seyidov tərəfindən imzalanmış 16 sentyabr 2020-ci il tarixli öhdəçilik (sözvermə) protokoluna əsasən, 2017-ci ilin oktyabr ayında başlanan uşaq geyimlərinin tikilişi və satışı işinə qoyulmuş sərmayə aşağıda göstərilən vaxtlarda bu miqdarda olmuşdur. Oktyabr 2017-ci ildən iyul 2018-ci ilədək 266000 manat (276000 manat qoyulmuş sərmayədən 10000 manatı lazer aparatı alınmasına xərclənmiş 266000 manat sərmayə kimi qalmışdır); Sentyabr 2018-ci ildə 39300 manat; Noyabr 2018-ci ildə 77521 manatlıq xammal Türkiyədən alınaraq gətirilmiş, 2 ay ərzində 66939 manat ödənilmiş, 10582 manatı sərmayə kimi qalmışdır; Fevral 2019-cu ildə 117600 manatlıq xammal Türkiyədən alınaraq gətirilmiş, həmin ilin iyun,iyul,avqust aylarında 61300 manat qaytarılıb, 56300 manatı sərmayə kimi qalıb; 2018ci və 2019-cu ilin müxtəlif aylarında kommunal xərclər, vergi xərcləri, əldə vəsaitin olmadığı səbəbindən sərmayəçi tərəfindən ödənilmiş 60919 manat, sonradan 11700 manatı qaytarılmış, 49219 manat borc qalmışdır. Sərmayəçi həmin 49219 manat vəsaitdən 29219 manatını öz zərəri hesabına silir və yerdə qalan 20 000 manat sərmayənin miqdarına daxil edir. Beləliklə, cəmi 266000 + 39300 + 10582 + 56300 + 20000 = 392182 manat sırf sərmayə kimi qoyulmuşdur. Aylar üzrə hesablanmış mənfəət hesabatlarına əsasən 35 ay ərzində, yəni, 2017-ci ilin oktyabr ayından 2020-ci ilin avqust ayınadək (avqust ayı da daxildir) ümumi qazanc 201070 manat olmuşdur ki, bunun da yarısı sərmayəçiyə, yarısı isə istehsalçıya, yəni, Abdullaya çatmalıdır. Bu qazancdan sərmayəçiyə pul verilməyib. Abdulla isə 101118,6 manat götürüb. Yəni qazancdan əlavə 583 manat da sərmayəçidən borc kimi götürüb. Beləliklə 100535 manat mənfəət hesabı ilə birlikdə sərmayəçinin ümumi vəsaiti 492717 manat olmuşdur. 2020-ci ilin iyun ayında sərmayəçiyə 20.000 manat, iyul ayında 20000 manat sərmayə kimi verilib. Bütün bunları nəzərə alanda, sərmayəçinin ümumi sərmayəsinin miqdarı xx.xx.2020-ci il tarixinə 392.182-40.000+100.535= 452717 manat təşkil edir. Sərmayəçinin nümayəndəsi ilə Abdullanın son görüşündə belə qərar alındı ki, birgə işə son qoyulsun, ona görə ki, bu qədər qoyulan sərmayənin bir ayda gətirdiyi gəlir demək olar ki, yoxdur. Belə ki, 100535 manatı 35 aya böləndə aya 2870 manat düşür, bu da istehsalat üçün ayrılmış işçi sahənin işə lazım olan anbarların və istehsalata verilmiş avadanlıqların aylıq icarə haqqı ən azı 3000 manat hesablanmalıdır. Onda belə alınır ki, qoyulan sərmayə sadəcə gəlirsiz bir vəziyyətdə qalaraq aydan-aya qiymətdən düşmüş, sezonu keçmiş uşaq geyimi qalığına çevrilir. Bütün bunları nəzərə alaraq son qərar belə olur: Sərmayəçinin xx.xx.2020-ci il tarixə olan 452717 manat sərmayəsindən 352182 manat qısa vaxt ərzində, yəni 12-15 ay ərzində hər ay 25000-30000 manat qaytarılır, qalan 100535 manat vəsait və 12-15 ay ərzində yeni yaranan mənfəətlə birlikdə, sonrakı işinin təşkili üçün istehsalçı Abdullaya öz yeni işinə başlaması üçün verilir. Sərmayənin qaytarılacağı 12-15 ay ərzində satışın həcmindən asılı olaraq kassada əlavə pul vəsaiti yaranarsa qarşılıqlı razılaşma əsasında həmin vəsait də sərmayənin qaytarılmasına yönəldilsin. Abdulla sərbəst işə başlayanda sərmayəçinin qalan 100535 manat əvvəlki vəsaiti və 12-15 ayda yaranmış yeni mənfəətlə birlikdə qaytarılması həmin vaxt yenidən razılaşdırılmaqla həyata keçiriləcəkdir. Sərmayənin qaytarılacağı 12-15 ay ərzində alıcılardan alınmış pul vəsaiti kassaya təhvil verilməlidir. İstehsalata, əmək haqqına lazım olan pul bir gün əvvəlcədən kassaya yazılı şəkildə bildirilir (tələbnamə formasında), razılaşdırıldıqdan sonra kassadan götürülərək lazimi işlərə xərclənə bilər. Abdullanın özü isə öz xərci üçün hər ay 3000 manat götürə bilər. Bu müddət ərzində Türkiyədən alınacaq xammal sərmayəçi ilə əvvəlcədən razılaşdırılır və onun bilavasitə iştirakı ilə Bakıya gətirilməsi təşkil olunur. Bu dövrdə vergilər, kommunal xərclər, əmək haqqları vaxtlı vaxtında ödənilməlidir. Bu dövrdə əsaslı səbəb olmadan heç bir tikiş maşını və avadanlıq alınmır. 2018-2020-ci illərdə alınmış adları, miqdarı və qiyməti bu protokolun 1 saylı əlavəsində olduğu kimi 32213 manat dəyərindəki avadanlıqlar sərmayəçi və istehsalçının müştərək vəsaitidir. Birgə işə başlama zaman istehsalçıya və sərmayəçiyə aid olan avadanlıqların adlı siyahısı protokolun 2 saylı əlavəsində göstərilmişdir. Yuxarıda göstərilənləri nəzərə olaraq istehsalçı sərmayəçi qarşısında aşağıdakı öhdəçiliyi (söz verməni) öz üzərinə götürür: istehsalçı sərmayəçinin xx.xx.2020-ci il tarixə olan sərmayəsinin bir hissəsini, yəni 352182 manat vəsaiti 12-15 ay ərzində hər ay 25000-30000 manat şərti ilə qaytarsın; xx.xx.2020-ci il tarixə qalan 100535 manat vəsaiti və 12-15 ayda yaranan yeni mənfəətlə birlikdə sonradan razılaşma protokolu tərtib etməklə qaytarsın; Sərmayənin qaytarılacağı 12-15 ay ərzində istehsal olunan bütün mallar, hazır mal anbara təhvil verildikdən sonra satışı həyata keçirsin; Sərmayənin qaytarılacağı 12-15 ay ərzində alıcılardan alınmış pul vəsaiti kassaya təhvil verildikdən sonra təyinatı üzrə xərclənməsi həyata keçirsin; Qeyri-iş günlərində heç bir mal satışı və kassa əməliyyatı aparıla bilməz. Sərmayəçi öhdəsinə götürür ki, sərmayənin qaytarılacağı müddətdə istehsalın səmərəli davam edtirilməsinə optimal şərait yaradacaq, öhdəçilik protokolunda göstərilən hallar istisina olmaqla istehsalçının işinə müdaxilə etməyəcək. Həmçinin, sərmayənin bir hissəsini yəni 352182 manatı vaxtında qaytarılarsa, birgə işə son verilən zaman istehsalçıya məxsus adları və sayı öhdəçilik protokolunun 2 saylı əlavəsində göstərilən avadanlıqları, birgə iş dövrü alınmış avadanlıqlardan istehsalçıya çatan payı və sərmayənin qaytarıldığı dövrdə yaranan mənfəətdən istehsalçıya çatan payı mal-material şəkillində onun özünə qaytaracaq. Əsaslı səbəblər olmadan 352182 manat məbləğində sərmayənin qaytarılması aylar üzrə nəzərdə tutulan miqdara uyğun olaraq qaytarılmadan birgə işə xitam verilərsə, onda istehsalçıya ancaq 2 saylı əlavədə göstərilən öz maşın və avadanlıqları qaytarılacaqdır. Qeyd: Sərmayəçi öhdəsinə götürür ki, qoyulmuş sərmayənin hesabına alınmuş 10000 manat dəyərindəki lazer aparatını birgə işin sonunda həmin dövrə uyğun qiymətləndirərək lazım gələrsə istehalçıya verə bilər. Öhdəçilik (sözvermə) protokolu iki nüsxədən ibarət tərtib edilir. Nüsxənin biri sərmayəçinin nümayəndəsində, digəri isə istehsalçıda saxlanılır. Tərəflər yuxanda yazılan bütün şərtləri qəbul edərək, bu öhdəçiliyin yerinə yetirilməsinə söz verir və bunun üçün də bu öhdəçiliyi öz imzaları ilə təsdiq edirlər; - 16 sentyabr 2020-ci il tarixli öhdəçilik protokoluna Əlavə N1-ə əsasən, 2018- 2019-cu illərdə sex üçün alınmış avadanlıqlar: hər biri 1 ədəd olmaqla, ütü press (naxışda), cəryan nizamlayıcısı (naxşıda), sap sarışma makinası (naxışda), lentalı kəsim makinası, knopka vuran aparat, bəzək vuran tikiş maşını, avtobus, printer "Canon”, kompyuter, stol, mebel dəsti, elektron sap kəsən qoşa tikiş, 302 ədəd basqı qəlibləri, 14 komplekt basqı stolu və qəlib ayaqları olmaqla cəmi 32 213 manat; - 16 sentyabr 2020-ci il tarixli öhdəçilik protokoluna Əlavə N2-yə əsasən, sərmayəçiyə aid olan maşın və mexanizmlər: qoşa tikiş maşın "Yamoto” 1 ədəd, "Brother” balta 2 ədəd, düz tikiş maşın "Cuki” 1 ədəd, Düz tikiş maşın (adsız) 1 ədəd, Overlok kıstırma "Cemsi” 4 ədəd, Qoşa tikiş maşını "Yamoto” 2 ədəd, Overlok rezin tikən "Şurubu” 1 ədəd, Rezin tikən maşın "Cemsi” 1 ədəd, lazer aparatı (naxışda) 1 ədəd. İstehsalçıya aid konveyerdə olan maşın və avadanlıqlar: kompressor (naxışda) 1 ədəd; 2) Sap sarıma makinəsi (naxışda) 1 ədəd; 3) Cərəyan nizamlayıcı (naxışda) 1 ədəd; 4) Basqı stolu və qəlib ayaqları-komplekt 12; 5) Basqı qəlibləri ədəd 163; 6) Tərəzi (150 kq) 1 ədəd; 7) 15 başlı naxış maşınları "Damei” 2 ədəd; 8) Transfer basqı aparatı 1 ədəd 9) Knopka vuran aparat 2 ədəd; 10) Düymə tikən maşın "Broden” 1 ədəd; 11) Petlə açan maşın "Yamata” 1 ədəd; 12) Overlok "Mauzer” spesial 5 ədəd; 13) Overlok "Yamato M3” 1 ədəd; 14) Overlok "Yamato M4” 1 ədəd; 15) Overlok "İvar” ədəd 3; 16) Overlok "Reqosus” 1 ədəd; 17) Overlok "Yamato” 4 ədəd ; 18) Overlok Cemsi” 1 ədəd; 19) Overlok "Cuki” 2 ədəd; 20) Düz tikiş maşm "Brother” 1 ədəd; 21) Bəzək maşını "Renovn” 1 ədəd; 22) Rezin vuran maşm "Rimoli” 1 ədəd; 23) Kroşata 1 ədəd; 24) Q.tikiş maşm "Brother” 1 ədəd; 25) Q.tikiş maşm "Şurubu” 1 ədəd; 26) Q.tikiş maşm "Yamata” 1 ədəd; 27) Qoşa tikiş maşını "FY33016” 1 ədəd; 28) Qoşa tikiş maşını "Yamata” 1 ədəd; 29) Soyuducu 1 ədəd; 30) Su aparatı 1 ədəd; 31) Ehtiyyat hissələri üçün siyirma qablar 40 ədəd; 32) Sap yığmaq üçün vitrinlər (naxışda) 3 ədəd; 33) Ofis mebel dəsti+kreslo 1 dəst; 34) Kompyuter+stol+kreslo 1 dəst; - İddiaçı, Əhməd Məmişov, Cavabdeh və Əbülfəz Seyidov tərəfindən imzalanmış və təsdiq edilmiş 17 sentyabr 2020-ci il tarixli akta əsasən Sərmayəçi və İstehsalçı arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli Öhdəçilik (sözvermə) protokolunda göstərilən sərmayənin qaytarılması qrafikinə uyğun olaraq İstehsalçı 2020-ci ilin avqust ayı üçün 17 sentyabr 2020-ci il tarixdə 10.220 manat yerinə yetirilmiş işin dəyəri şəklində vəsaiti sərmayə hesabından qaytararaq Sərmayəçinin nümayəndəsinə təhvil verdi. Qeyd: Qısa müddətdə (12-15 aya) qaytarılması nəzərədə tutulan sərmayənin dəyəri: 352 182 manat. 2020-ci ilin avqust ayı üçün ödənildi: 10 120 manat, o cümlədən nağd şəkildə o, görülmüş işin dəyəri şəklində 10 120 manat; qalıq: 342 062 manat; - İddiaçı, Əhməd Məmişov, Cavabdeh və Əbülfəz Seyidov tərəfindən imzalanmış və təsdiq edilmiş 01 oktyabr 2020-ci il tarixli akta əsasən, Sərmayəçi və İstehsalçı arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli Öhdəçilik (sözvermə) protokolunda göstərilən sərmayənin qaytarılması qrafikinə uyğun olaraq İstehsalçı 2020-ci ilin sentyabr ayı üçün 3833 manat yerinə yetirilmiş işin dəyəri şəklində və 25 000 manat nağd şəkildə olmaqla, cəmi 28 833 manat vəsaiti sərmayə hesabından qaytararaq Sərmayəçinin nümayəndəsinə təhvil verdi. Qeyd: Qısa müddətdə (12-15 aya) qaytarılması nəzərədə tutulan sərmayənin dəyəri: 342 062 manat. 2020-ci ilin avqust və sentyabr ayı üçün ödənildi: 28 833 manat, o cümlədən nağd şəkildə 25 000 manat, görülmüş işin dəyəri şəklində 3833 manat; qalıq: 313 229 manat; - İddiaçı, Əhməd Məmişov, Cavabdeh və Əbülfəz Seyidov tərəfindən imzalanmış və təsdiq edilmiş 03 noyabr 2020-ci il tarixli akta əsasən Sərmayəçi və İstehsalçı arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli Öhdəçilik (sözvermə) protokolunda göstərilən sərmayənin qaytarılması qrafikinə uyğun olaraq İstehsalçı 2020ci ilin oktyabr ayı üçün 1683 manat yerinə yetirilmiş işin dəyəri şəklində və 28 000 manat nağd şəkildə olmaqla, cəmi 29683 manat vəsaiti sərmayə hesabından qaytararaq Sərmayəçinin nümayəndəsinə təhvil verdi. Qeyd: Qısa müddətdə (12-15 aya) qaytarılması nəzərədə tutulan sərmayənin dəyəri: 01 oktyabr 2020-ci ilə qalıq dəyəri 313 229 manat. 2020-ci ilin oktyabr ayı üçün ödənildi: 29 683 manat, o cümlədən nağd şəkildə 28 000 manat, görülmüş işin dəyəri şəklində 1683 manat; 03 noyabr 2020-ci il tarixinə qalıq: 283 546 manat; - İddiaçı, Əhməd Məmişov, Cavabdeh və Əbülfəz Seyidov tərəfindən imzalanmış və təsdiq edilmiş 03 dekabr 2020-ci il tarixli akta əsasən, Sərmayəçi və İstehsalçı arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli Öhdəçilik (sözvermə) protokolunda göstərilən sərmayənin qaytarılması qrafikinə uyğun olaraq İstehsalçı 2020-ci ilin noyabr ayı üçün 2246 manat yerinə yetirilmiş işin dəyəri şəklində və 23 000 manat nağd şəkildə olmaqla, cəmi 25 246 manat vəsaiti sərmayə hesabından qaytararaq Sərmayəçinin nümayəndəsinə təhvil verdi. Qeyd: Qısa müddətdə (12-15 aya) qaytarılması nəzərədə tutulan sərmayənin dəyəri: 01 noyabr 2020-ci ilə qalıq dəyəri 283 546 manat. 2020-ci ilin noyabr ayı üçün ödənildi: 25 246 manat, o cümlədən nağd şəkildə 23 000 manat, görülmüş işin dəyəri şəklində 2246 manat; 03 dekabr 2020-ci il tarixinə qalıq: 258 300 manat. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçı “Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2-(005)-2010/2021-nömrəli, 26 oktyabr 2021ci il tarixl qətnaməsini ilkin iddia üzrə İddiaçı iddiasının qismən təmin olunması hissəsində dəyişdirilməsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasının təmin olunması hissəsində ləğv edilməsini, Cavabdeh 198853 manat pulun alınaraq İddiaçı ödənilməsi və qarşılıqlı iddianın təmin olunmaması” barədə verdiyi apellyasiya şikayətində qeyd edilmişdir ki, o Cavabdeh 2017-ci ildə qohumu vasitəsi ilə tanımış, tanış olandan sonra Cavabdeh İddiaçı bildirmişdir ki, uşaq geyimlərinin tikilişi və satışı işində işləmiş, bu sahədə onun böyük təcrübəsi var, bu işi yaxşı bacarır. Lakin bu işləri həyata keçirmək üçün Cavabdeh maddi vəsaiti yoxdur. Əgər bu işə maddi vəsait qoyularsa, Cavabdeh bu sahəni inkişaf etdirər, uşaq geyimlərinin tikilişi və satışı işini yüksək səviyyədə təşkil edib aparar, bunun nəticəsində yaxşı mənfəət əldə olunar. Cavabdeh İddiaçı təklif etmiş ki, İddiaçı Cavabdeh bu işi aparmasına pul versin, o da bu işə başlasın. Cavabdeh az bir müddətdə həm İddiaçı Cavabdeh verdiyi pulu hissə-hissə qaytaracaq, həm də əldə edilmiş mənfəətin 50%-ni İddiaçı verəcəkdir. İddiaçı onları tanış edən qohumuna görə Cavabdeh inanmış və öz aralarında bu barədə şifahi razılaşmışlar. Ondan sonra İddiaçı 2017-ci ilin oktyabr ayından başlayaraq, 2018 və 2019-cu illərdə müxtəlif vaxtlarda hissə-hissə olmaqla cəmi 392182 manat pulu Cavabdeh vermişdir. Bu müddətdə Cavabdeh İddiaçı aid konveyerdə olan maşın və mexanizmlər, birgə vəsaitləri hesabına alınmış avadanlıqlar va cavabdehin özünə məxsus maşın və avadanlıqlardan istifadə edərək, xarici ölkələrdən materiallar almaqla normal işləmiş, mənfəət əldə etmişdir. Cavabdeh əldə olunmuş mənfəətlər barədə İddiaçı bildirmiş, həmişə də xahiş etmişdir ki, o işlərini daha da genişləndirmək üçün hazırda əldə edilmiş mənfəət bölüşdürülməsin, yəni İddiaçı çatmalı olan mənfəət götürməsin, kapital qoyuluşu olaraq qalsın. Sonrakı vaxtlarda hesablanaraq verilsin. İddiaçı da onunla razılaşmış, ona çatası mənfəət sərmayə olaraq qalmışdır. Lakin cavabdeh özünə çatası mənfəəti hər ay götürmüşdür. 2020-ci ilin yay aylarında İddiaçı hiss etmiş ki, cavabdeh razılaşdıqları şərtləri pozur, istehsal barədə İddiaçı yalan məlumatlar verir, işləri genişləndirmək əvəzinə əvvəldən başqa şəxslərə olan borclarını qaytarır. Ona görə İddiaçı Cavabdeh gördüyü işlər barədə hesabat tələb etmişdir. Ondan sonra Cavabdeh 2020-ci ilin iyun ayında 20000 manat, iyul ayında 20000 manat olmaqla, cəmi 40000 manat İddiaçı sərmayədən qaytarmışdır. 2020-ci ilin sentyabr ayında İddiaçı və onu təmsil edən Əhməd Məmişov, Cavabdeh və onu təmsil edən Əbülfəz Seyidov tərəfindən 2017-ci ilin oktyabr ayından 2020-ci ilin sentyabr ayının 1-nə kimi olan vəziyyət araşdırılaraq, 15 sentyabr 2020-ci il tarixli Nəticə protokolu və 16 sentyabr 2020-ci il tarixli Öhdəçilik protokolu tərtib olunmuş və həmin şəxslər tərəfindən imzalanmışdır. Həmin protokollardan görünür ki, 2017-ci ildən 12 iyul 2020-ci ilə kimi cəmi 392182 manat sərmayə qoyulmuşdur. Bu müddətdə 201070 manat xalis mənfəət qazanılmışdır. Həmin mənfəətdən cavabdeh 101118 manat 60 qəpik götürmüşdür. İddiaçı çatacaq 100535-manat mənfəət cavabdehin xahişinə görə götürməmiş, sərmayə olaraq yuxarıda göstərilən məbləğin üzərinə gəlmiş və beləliklə İddiaçı tərəfindən qoyulmuş sərmayənin məbləği 492717 manat təşkil etmişdir. Lakin öhdəçilik protokolunda 100535 manat mənfəət olaraq göstərilmişdir. Bu məbləğ 16 sentyabr 2020-ci il tarixli Öhdəçilik protokolunda da öz əksini tapmış, sərmayəçi və istehsalçı tərəfindən təsdiq edilmişdir. Bundan sonra Cavabdeh 17 sentyabr 2020-ci ildə avqust ayı üçün 10120-manat, 01 oktyabr 2020-ci ildə sentyabr ayı üçün 28833-manat, 03 noyabr 2020-ci il tarixdə oktyabr ayı üçün 29683-manat, 03 dekabr 2020-ci il tarixdə noyabr ayı üçün 25246-manat, cəmi 93882 manat pul qaytarmış və bu barədə aktlar tərtib olunmuş və imzalanmışdır. Sonuncu protokolda 258300-mant sərmayədən borc qaldığı təsdiq olunmuşdur. Həmin məbləğə daxil olunmayan, İddiaçı çatmalı olan 100535-manat mənfəət sərmayə kimi sərmayəyə əlavə olunduğundan cəmi borc qalan sərmayə məbləği 358835-manat təşkil etmişdir. Bununla da cavabdehin İddiaçı 2020-ci ilin dekabr ayına 358835-manat sərmayə borcu qalmışdır. Cavabdeh öhdəçilik protokolunda nəzərdə tutulmuş öhdəçiliklərdən hər ay sərmayədən 25000-30000-manat olmaqla qaytarılması, sərmayənin qaytarılacağı ay ərzində istehsal olunan bütün malların, hazır malların anbara təhvil verildikdən sonra həyata keçirilməsi və ay ərzində alıcılardan alınmış pul vəsaitinin kassaya təhvil verildikdən sonra xərclənməsi öhdəçiliklərini pozduğuna görə mübahisə yaranmış və nəticədə cavabdeh istehsalatı dayandıraraq getmişdir. Bundan sonra cavabdeh dəfələrlə yekun hesabat üçün dəvət olunsa da, o gəlməkdən imtina etmişdir. 10 mart 2021-ci ildə cavabdeh **********-nömrəli mobil telefon vasitəsi ilə ismarıc göndərmişdir. Həmin ismarıcda cavabdeh onun sərəncamında olan 157733-21471=136262 manatlıq malların, pul və nisyələrin İddiaçı qaytarılması və sexdə saxlanılan maşın və avadanlıqların ona qaytarılmasını təklif etmişdir. Lakin cavabdeh sonradan öz təklifindən özü imtina etmişdir. Həmin malları Cavabdeh İddiaçı olan etibarından istifadə edərək, onu aldadaraq ələ keçirmişdir. İddiaçı iddia ərizəsində öhdəçilik (razılaşma protokolu) tərtib edildikdən sonrakı dövrdə, yəni 2020-ci ilin sentyabrından 2021-ci ilin yanvar ayınadək olan dövrdə yeni yaranan mənfəətdən ona əlavə 22207 AZN pay düşməsini qeyd etmişdir. Qarşılıqlı iddia ərizəsində isə cavabdeh həmin qazancın ümumi olduğunu bildirmiş və ondan 11100 manatını götürdüyünü bildirmişdir və həmin məbləğdən 11100 manat da mənfəət olaraq ona verilməli idi. Lakin həmin məbləğ ona verilməmişdir. Bundan başqa, birgə əldə etdikləri 32213 manat dəyərində avadanlıq qalmışdır. Həmin pulun 16106.5 manatı İddiaçı payına düşən hissədir. Cavabdeh istehsalatı dayandırıb gedəndən sonra dəfələrlə müraciət etməklərinə baxmayaraq, cavabdeh sexdə qalan malların siyahıya alınmasında iştirak etməkdən imtina etmişdir. Bu səbəbdən 08 fevral 2021-ci il tarixdə sexdə qalmış mallar növlərinə uyğun olaraq siyahıya alınmış, cavabdehin əvvəlki aylarda müəyyən etdiyi qiymətlər əsasında qiymətləndirilmişdir. Nəticədə 165532-manat məblğində malların sexdə qalması müəyyən edilmiş və sonra həmin mallar anbara yığılmışdır. Cavabdehə aid olan və sexdə saxlanılan avadanlıqların üzərinə məhkəmənin 19 aprel 2021-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri olaraq siyahıya alınaraq həbs qoyulmuşdur. Qərardad icra məmuru tərəfindən icra edilmiş, həmin əmlaklar saxlanması üçün İddiaçı təhvil verilmişdir. Beləliklə, hesablamalarə görə İddiaçı sərmayədən 358835-manat, əlavə qazancdan 11100-manat, cəmi 369935-manat pul cavabdeh tərəfindən İddiaçı ödənilməlidir. Həmin məbləğdən 165532-manatlıq mal hazırda anbarda olduğuna görə iddia tələbi azaldılmış, cavabdehdən 204403manat alınaraq iddiaçıya verilməlidir. Bütün bunlar məhkəmə iclası zamanı dindirilimiş şahid ifadələri, məhkəməyə təqdim olunmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddia ərizəsinə bir neçə dəfə əlavələr etmiş, iddia tələbinin həcmini gah azaltmış, gah da artırmışdır. Məhkəmə qətnaməsi ilə müəyyən etmişdir ki, sərmayəçi qəbul edir ki, 204403-manat məbləğində pul ödənilməmiş qalır. Bu hissədə sübuta yetməyən hissə öhdəçilik protokolu tərtib edildikdən sonrakı dövrdə, yəni 2020-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayına qədər olan dövrdə yaranan mənfəətə görə 22207-manat məbləğində pulun yarısı 11100 manat tələbidir. Məhkəmədə tərəflərin izahatlarından müəyyən edilmişdir ki, tərəflərin arasındakı razılaşma pozulduğu üçün nəzərdə tutulan (2020-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayına qədər olan dövr) mənfəət yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, 22207 manat məbləği 204403 manat tələbindən çıxılmalı, yerdə qalan məbləğ 182196-manat pulun üzərinə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etiraf etdiyi 11100 manat mənfəət üçün əvvəlcədən hissə-hissə götürülmüş pulun yarısı, yəni 5550-manat məbləğində pul vəsaiti ilk İddiaçı ödənilməlidir. Beləliklə, Cavabdeh 187746-manat məbləğində pul alınaraq ilk İddiaçı ödənilməlidir. İddia tələbinin 204.403-manat pul olması qənaətinə gəlinən zaman bu məbləğin əmələ gəlməsi üçün mənfəət 22207 manat deyil, 11100 manat götürülərək hesablanmışdır. Belə olan halda iddia tələbi olan 204403-manatdan 22207-manat deyil, 11100-manat çıxılmalı və onun üzərinə 5550-manat gəlməli idi. Bu halda Cavabdeh cəmi 187746-manat deyil, 198.853-manat pul alınaraq ona ödənilməli idi. Bundan başqa məhkəmə qarşılıqlı iddia üzrə iddia tələbinin təmin olunması hissəsində də düzgün qənaətə gəlməmişdir. Belə ki, qətnamədə göstərilir: “2017-2019-cu illərdə sex üçün alınmış avadanlıqların məbləği olan 32213-manat məbləğində pul mübahisələndirilmir. Cavabdeh isə həmin pul məbləğinin yarısı 16107 manat pulun İddiaçı alınaraq ona verilməsini tələb edir,16106.5-manat məbləğ İddiaçı alınaraq Cavabdeh ödənilməlidir”. Bununla bağlı qeyd edir ki, həmin avadanlıqlar 2017-2019-cu illərdə alınmış və həmin vaxtdan da istehsalatda istifadə olunmuşdur. Lakin məhkəmə qətnamə qəbul edərkən həmin avadanlıqların köhnəlməsi bugünkü qiymətləri nəzərə alınmamışdır, avdanlıqların köhnəlməsi və qiymətinin aşağı düşməsi məhkəmə tərəfindən nəzərə alınmalı idi. Bundan başqa məhkəmə qətnamədə 34 adda olan əmlakların Cavabdeh qaytarılması nəzərdə tutulmuşdur. Həmin əmlakların Cavabdeh məxsus olması mübahisələndirilməmiş, məhkəmənin 19 aprel 2021-ci il tarixli qərardadına əsasən iddianı təmin etmək tədbiri qismində, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, Babək prospekti 63 C ünvanında olan həmin əmlaklar siyahıya alınaraq üzərinə həbs qoyulmuş və saxlanması üçün İddiaçı təhvil verilmişdir. Belə olan halda, həmin əmlaklar İddiaçı qanunsuz sahibliyində deyil, məhkəmənin qərardadı əsasında siyahıya alınaraq saxlanması üçün iddiaçıya verilmişdir. Buna baxmayaraq, məhkəmə iddianın təmini tədbiri olaraq üzərinə həbs qoyulmuş əmlakların cavabdehə qaytarılması qərarına gəlmişdir. Bununla da, məhkəmə həm qismən də olsa İddiaçı iddiasını təmin etmiş, həm də iddianın təmini tədbiri olaraq üzərinə həbs qoyulmuş əmlakların cavabdehə qaytarılmasını qərara almışdır. Bu həm qanunun pozulması, həm də özü-özünü inkar deməkdir. Həmin əmlakların iddiaçıdan alınaraq cavabehə verilməsi qənaətinə gəlmək, o deməkdir ki, məhkəmə özünün qəbul etdiyi qətnamənin icrasını çətinləşdirmişdir.
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021 tarixli, 2(005)-2010/2021 saylı qətnaməsini ilkin iddianın qismən təmin olunması hissəsində ləğv edib iddianın rədd olunması, qarşılıqlı iddianın 16106,50 manat hissədə təmin olunması hissəsini dəyişdirərək 28807 manat hissədə təmin olunması barədə qətnamə çıxarilmasını xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli protokolun 3-cü bəndindən görünür ki, yoxlama nəticəsində aşkarlanan mal-materialın dəyəri 440395.4 manatdır. Aşkarlanan malın dəyəri 440395.4 manat müəyyən edildiyi halda iddia qaldırılması anlaşılan deyil. Yəni iddiaçı özü verdiyi iddianı təkzib etmişdir. İddiaçının təşəbbüsü ilə dindirilən (iddiaçının mühasibi) Əhməd Məmişov ifadəsində nəticə protokolunu məhkəmədə təsdiq edərək malların anbarlarda və mağazalarda mövcudluğunu göstərmişdir. Nəzərə almaq lazımdır ki,mal-material və anbarlar iddiaçıcavabdeh İddiaçıdır. Üstəlik sonradan anbarlarda 165532 manat dəyərində mal aşkarlanıb. Göründüyü kimi, verilən iddia qeyri-müəyyən olmuşdur və məhkəmə də qeyri-müəyyən iddianı təmin etmişdir. Məhkəmə təqdim etdikləri sübutları tədqiq etməmiş və onlara hüquqi qiymət verməmişdir. İddiaçı xx.xx.2021-ci idə istehsalçını yəni, Cavabdeh və onun işçilərini işdən qovmuş və onları iş yerinə buraxmamışdır. Cavabdeh məxsus avadanlıqlar da İddiaçı sexində qalmışdır və onların götürülməsinə imkan vermir. Bunlar işin mübahisəsiz halıdır. İddiaçı məhkəməyə təqdim etdiyi audio yazıda sexdə kəsimin dayandırılmasına göstəriş verdiyini etiraf edir. Sexdə kəsimin dayandırılması işin dayandırılması deməkdir. Çünki Cavabdeh uşaq geyimlərinin istehsalı ilə məşğul idi. Sexdə kəsim dayandırılırsa, deməli bütün iş dayandırılır. Lakin iddiaçı xx.xx.2020-ci il tarixli razılaşmanın 3cü səhifəsinin 1-ci abzasında göstərilən şərtini pozaraq 12-15 ay ərzində iddiaçının yaranmış narazılıqları aradan qaldırılmasına imkan verməmişdir.İş üçün mühüm əhəmiyyət kəsb etsə də,məhkəmə bu hala qiymət verməmişdir. xx.xx.2021-ci ildə məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dindirilən şahid Əhməd Məmişov ziddiyyətli ifadə verərək Cavabdeh 11000 manat məbləğində pulu Türkiyə Respublikasına mal almaq üçün göndərdiyini və həmin pula 270-280 manat dəyərində rəng alındığını göstərmişdir. Əhməd Məmişovun ifadəsi realığı əks etdirmir. 11000 manata alınmış mallar BTC TRANS nəqliyyat şirkəti vasitəsi ilə 001922 saylı xx.xx.2021ci il tarixli,001912 saylı, xx.xx.2021-ci il tarixli və 001902 saylı, xx.xx.2021-ci il tarixli qaimələrlə İddiaçı nümayəndəsi Cavanşir Məmmədova təhvil verilmişdir. Mal göndərən şirkətdə iddiaçının 500 ABŞ dollar pulu qalmışdır. İddiaçının nümayəndələri mal göndərənlə telefon əlaqasi saxlayaraq 500 dolların onda qalmasını dəqiqləşdirmişlər. Mal göndərən istənilən vaxt pulu və ya pulun dəyərində mal göndərəcəyini bildirmişdir. Eyni zamanda 500 ABŞ dolları həcmində maşın mexanizm üçün ehtiyyat hissələrini və istehsalatda işlənilən aksesuarları özümlə gətirərək anbarda çalışan Zaur Rəhimova təhvil vermişdir. İddiaçı iddia həcmini azaldarkən 11000 manatlıq malın anbarlarına mədaxil edilməsini nəzərə almamışdır.Məhkəməyə təqdim olunan bu subut iddiaçı-cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə bu sübutları tədqiq etməmiş və 11000 manatı təmin olunan məbləğdən çıxmamışdır. Məhkəmənin tədqiq edib hüquqi qiymət vermədiyi sübutlardan biri də İddiaçı məxsus 47178 manat dəyərində malın Sədərək Ticarət Mərkəzində aşkar edilib üzərinə həbs qoyulmasıdır. Hansı ki, məhkəmə 47178 manat dəyərində malı iddianın təmin olunan hissəsindən çıxmalı idi. Qətnamədə gəlinən nəticə işin hallarına uyğun deyil. Məhkəmə təqdim etdikləri sübutları tədqiq etməmiş və onlara hüquqi qiymət verməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarından mütəxəssis cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 31 yanvar 2023-cü il tarixli məktuba əsasən auditorun tədqiqata cəlb olunması təmin edilmədiyindən məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından imtina edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 10 fevral 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası barədə ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş cavabdehin tələbində qeyd edilən əşyaların (avadanlıqların) alınan dövrə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 59145,0 manat, həmin əşyaların (avadanlıqların) istifadədə olması nəzərə alınmaqla hazırki dövrə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 53070,0 manat, Sədərək Ticarət Mərkəzində olan uşaq geyimləri mağazasındakı malların alınan dövrə və hazırki dövrə orta qiyməti ilə ümumi dəyəri təxminən 46524,50 manat, alıcıya verilən mayka aksessuarlarının dəyəri 3150,90 manat müəyyən olunduğunu qeyd edilmişdir. Aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə tədqiqatın dəyəri 100(yüz) manat məbləğində müəyyən edilmişdir.
8. Məhkəmə Ekspertiza Mərkəzinin 10 fevral 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası barədə ekspert rəyində 16 sentyabr 2020-ci il tarixli öhdəçilik protokoluna Əlavə N2-yə əsasən, istehsalçıya aid konveyerdə 34 adda olan maşın və əşya(avadanıqların) orta bazar qiymətləri aşağıdakı kimi : kompressor (naxışda) 1 ədəd-80 manat; 2) Sap sarıma makinəsi (naxışda) 1 ədəd- 80 manat ; 3) Cərəyan nizamlayıcı (naxışda) 1 ədəd- 250 manat; 4) Basqı stolu və qəlib ayaqlarıkomplekt 12- 600 manat; 5) Basqı qəlibləri 163 ədəd -1630 manat; 6) Tərəzi (150 kq) 1 ədəd-100 manat; 7) 15 başlı naxış maşınları "Damei” 2 ədəd - 20000; 8) Transfer basqı aparatı 1 ədəd - 300 manat; 9) Knopka vuran aparat 2 ədəd - 800 manat; 10) Düymə tikən maşın "Broden” 1 ədəd-300 manat; 11) Petlə açan maşın "Yamata” 1 ədəd- 400 manat; 12) Overlok "Mauzer” spesial 5 ədəd- 1000; 13) Overlok "Yamato M3” 1 ədəd-200 manat; 14) Overlok "Yamato M4” 1 ədəd- 200; 15) Overlok "İvar” 3 ədəd -900 manat; 16) Overlok "Reqosus” 1 ədəd-300 manat ; 17) Overlok "Yamato” 4 ədəd - 800 manat; 18) Overlok Cemsi” 1 ədəd-200 manat; 19) Overlok "Cuki” 2 ədəd - 440 manat; 20) Düz tikiş maşını "Brother” 1 ədəd-300 manat; 21) Bəzək maşını "Renovn” 1 ədəd-450 manat; 22) Rezin vuran maşın "Rimoli” 1 ədəd-400 manat; 23) Kroşata 1 ədəd-400 manat; 24) Q.tikiş maşın "Brother” 1 ədəd-300 manat; 25) Q.tikiş maşını "Şurubu” 1 ədəd-300 manat; 26) Q.tikiş maşını "Yamata” 1 ədəd-300 manat; 27) Qoşa tikiş maşını "FY33016” 1 ədəd-300 manat; 28) Qoşa tikiş maşını "Yamata” 1 ədəd-300 manat; 29) Soyuducu 1 ədəd-50 manat; 30) Su aparatı 1 ədəd-30 manat; 31) Ehtiyat hissələri üçün siyirma qablar 40 ədəd-200 manat; 32) Sap yığmaq üçün vitrinlər (naxışda) 3 ədəd-300 manat; 33) Ofis mebel dəsti+kreslo 1 dəst - 200 manat; 34) Kompyuter+stol+kreslo 1 dəst - 50 manat, cəmi hazırkı dövrə 32460 (otuz iki min dörd yüz altmış) manat müəyyən edilmişdir.
9. Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Ə.Şərifov tərəfindən məhkəməyə ünvanlanmış 28 mart 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, tərəfindən 16 yanvar 2023-cü il tarixli 039/23 saylı və 040/23 saylı məktubla Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 27 oktyabr tarixli 2(103)-6727/2022 saylı məktubu ilə göndərilmiş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 19 oktyabr tarixli qərardadı əsasında, Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 1/60 SDO nömrəli 14.11 2022-ci il tarixli sərəncamı ilə auditin aparılması üçün lazımi sənədlərin alınması ilə bağlı İddiaçı və eyni zamanda Cavabdeh öhdəliyinə düşən sənədlər tələb edilmiş, 23 yanvar 2023-cü il tarixinə qədər göndərilməsi bildirilmiş lakin bugünə qədər cavablandırılmamışdır. Zəruri olan sənədlərin təqdim edilməməsi nəticəsində tərəfindən auditin aparılması mümkün olmamışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2023-cü il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə, xx.xx.2023-cü il tarixli Müstəqil auditor hesabatı məlumatlarına, 15 sentyabr 2020-ci il tarixli “Nəticə protokolu” və 16 sentyabr 2020-ci il tarixli “Öhdəçilik protokolu”, bundan sonrakı dövrdə tərəflər arasında rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli AKT-lara əsasən Cavabdeh İddiaçı 193.303,0 manat borcu olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğində müəyyən edilmişdir.
11. Apellyasiya icraatı zamanı Cavabdeh qarşılıqlı iddia ərizəsinə dəqiqləşmə təqdim etmiş, birgə vəsaitləri hesabına alınmış 32213 manatlıq avadanlığın yarısı 16107 manat və iki avadanlıq üzrə 12700 manat, cəmi 28807 manat pulun və üzərinə həbs qoyulmuş ona məxsus 34 adda avadanlığın İddiaçı alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdehin vəkili Vəkil2 təkrar ekspertizanın keçirilməsinin qarşısını almaq və məsələlərə aydınlıq gətirilməsi üçün böyük ekspert Zaur Məmmədovun məhkəmə iclasına dəvət edilərək yaranmış suallara aydınlıq gətirməsi ilə bağlı vəsatət vermişdir. Vəsatətdə qeyd edilmişdir ki, iş üzrə alınmış mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli rəyinə əsasən Cavabdeh İddiaçı 193.303 manat borcu olduğu müəyyən edilmişdir. Ekspertiza rəyi İnternational Audit MMC-nin xx.xx.2023-cü il müstəqil auditor hesabatına əsasən tərtib edilib. Ekspertizanın keçirilməsi barədə Cavabdeh məlumat verilməmişdir. Elektron kabinetində olan məlumatlardan görünür ki, ekspertiza mərkəzi ekspertizanın keçiriləcəyi ilə əlaqədar vəsatətlə məhkəməyə müraciət etməmişdir. Nəticədə ekspertiza birtərəfli qaydada İddiaçı müstəqil auditorunun verdiyi məlumatlara əsasən keçirilmişdir. Hansı ki, mühasibatlıq ekspertizası keçirilməsi barədə məhkəmənin xx.xx.2023-cü il tarixli qəradadında ekspertizanın işdəki sənədlərə əsasən keçirilərək tərəflərin biri-birinə olan borclarının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərildiyi kimi ekspertiza müstəqil auditorunun verdiyi məlumatların rəyə köçürülməsi ilə nəticələnmişdir. Hansı ki, işdəki sənədlərdən görünür ki, iddiaçının ərizəsinə əsasən Sədərək ticarət bazarında üzərinə həbs qoyulmuş iddiaçıya məxsus olan 46524,50 dəyərində hazır mal və birgə vəsait hesabına alınmış 32213 manat dəyərində avadanlıq hesablamalara əlavə edilməmişdir. Digər tərəfdən qarşılıqlı iddia ərizəsinin həcminin artırılmasına dair iddia ərizəsində birgə vəsait hesabına alınmış feya və özbilim adlı 12700 manat dəyərində avadanlığın yarısının Cavabdeh verilməli olması da nəzərə alınmamışdır. Rəyin 3-cü səhifəsindəki hesablamalarda sərmayəyə qoyulan məbləğ düzgün olaraq 392182 manat göstərilsə də, həmin məbləğdən çıxılmalardan sonra qalan məbləğ 92768 manat təşkil etdiyi halda, nəticə 193303 manat göstərilib. Yəni 193303-92768=100535 manat artıq göstərilib ki, ekspert buna aydınlıq gətirməlidir. Rəyin 4-cü səhifəsində 4-cü abzasın sonunda sərmayədən qoyulmuş ümumi borc məbləği 252182- 93882=258300 göstərilib. Lakin həmin məbləğin üstünə 10535 rəqəmi əlavə olunub,əlavə olunan məbləğə aydınlıq gətirilməyib.Təkrar ekspertiza keçirilməsinin qarşısını almaq və sadalanan məsələrə aydınlıq gətirilməsi üçün böyük ekspert Zaur Məmmədov məhkəməyə dəvət edilərək aşağıdakı suallara aydınlıq gətirməlidir. 1.Ekspertizanın keçiriləcəyi vaxt Cavabdeh nə üçün bildirilməyib? 2. Ekspertiza nə səbəbdən işdəki sənədlərə əsasən aparılmayıb? Şərikli vəsait hesabına alınan avadanlıqların və Sədərək ticarət bazarındakı hazır məhsulların məbləği (46524,50+16106.50+12700) sərmayədən çıxılmayıb? 3.İşin materiallarında Babək prospekti 63 c ünvanında Cavabdeh məxsus 53070 manat dəyərində Həsən Hahverənovun qanunsuz sahibliyində saxlanılan avadanlığın olması göstərilib. Bu məbləği borca nə üçün daxil etməmisiniz? 4.Rəydə 2017-ci ilin oktyabr ayından 2020-ci ilin sentyabr ayınadək əldə olunan mənfətdən İddiaçı çatan pay 100535 manat olmuşdur. Bunu nücə hesablamısınız? Gəliri göstərmədən mənfəəti necə hesablamısmız? 5.3-cü səhifənin 2-ci abzasının sonunda 258300 üzərinə 10535 əlavə edərək cəmi 358835 göstərmisiniz. Hesablama düzgün deyil. 10535 manat rəqəmi nəyə əsaslanır? 6.Sərmayəyə qoyulan məbləğlər və qaytarılan məbləğlər bəlli olduğu halda 252182- 93882=258300-165532= 92768 etdiyi halda borcun 193303 göstərmənizin səbəbi nədir? rəqəmin üstünə +100535 manat əlavə etmişiniz. Hansı ki, sərmayəyə 100535 manat qoyulmasına dair məlumat mövcud deyil. Bu səbəbdən də 258300 manat sərmayəyə 100535 manatın nəyə əsasən əlavə edilmişdir? 7.Necə bilirsiniz verdiyiniz rəy tərəflərin biri-birinə olan bocuna aydınlıq gətirirmi? Yuxarıda göstərilənlərə aydınlıq gətirilmədən iş üzrə obyektiv nəticəyə gəlməyin mümkün olmadığını nəzərə alıb vəsatətinin təmin edilməsini xahiş etmişdir.
13. Bundan əlavə cavabdehin vəkili Vəkil2 36 adda malın qiymətləndirilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertiza təyin edib ekspertlərin qarşısında həmin malların qiymətləndirilməsi barədə ekspertiza təyin edilməsinə dair vəsatət vermişdir. Vəsatətdə qeyd edilmişdir ki, hazırda birgə fəaliyyət dövründə istehsal olunmuş 36 adda 7108.7 manat dəyərində mal müştərilər tərəfindən geri qaytarılan mallar İddiaçı malıdır. Həmin malların Sədərək ticarət mağazasından götürülməsi barədə təklifləri cavabsız qalıb. Hesablamalarına görə xx.xx.2023-cü il tarixə İddiaçı olan borc 30137 manat təşkil etmişdir. Hazırda qaytarılmış 36 adda 7108.7 manat ümumi borcdan çıxılmalıdır. İddiaçı qaytarılmış mal (paltarları) qəbul etmədiyi üçün həmin malların dəyəri ekspertiza yolu ilə müəyyən olunmalıdır. Yalnız mallar geri götürüləcəyi təqdirdə ekspertiza təyin olunması halı aradan qalxmış olacaq. Qaytarılmış 36 adda malın siyahısı vəsatətə əlavə olunur.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə uyğun izahat verərək, son tələblərinin apellyasiya şikayətində qeyd etdikləri kimi 198853 manat pulun alınaraq İddiaçı ödənilməsi olduğunu, ekspert rəylərində iş materiallarında olan sənədlərə uyğun olaraq hesablanma aparıldığını, üzərinə həbs qoyulmuş əmlakların saxlanc yerində olduğunu, feya və özbilim adlanan iki avadanlığın heç bir sənəddə göstərilmədiyini qeyd etmiş, tərəflər arasında olan sazişə cavabdehin əməl etmədiyini, hesabat verməkdən və işi davam etdirməkdən yayındığını, istehsalın dayanmasında iddiaçının heç bir təqsirinin olmadığını bildirmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 ekspertizası rəyi ilə razılaşmadıqlarını, hesablanmaların yalnız iddiaçının təqdim etdiyi hesabatlara əsasən aparıldığını və düzgün olmadığını bildirmiş, ekspert məhkəmə iclasında iştirak etmədən və suallara aydınlıq gətirilmədən mübahisəli halların aradan qaldırılmasının mümkün olmadığını qeyd etmiş, yekun tələblərinin həm avadanlıqların qaytarılması, həm 28807 manat pul məbləğinin ödənilməsi olduğunu, feya və özbilim adlı iki avadanlığın hər hansı sənəddə qeyd edilməsə də, cavabehə məxsus olduğunun iddiaçı tərəfindən etiraf edildiyini, bundan əlavə istehsalın dayandırılmasın iddiaçının özü tərəfindən həyata keçirildiyinin iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi disklə müəyyən edildiyini bildirmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh iddiaçı arasında olan öhdəçilik protokolunun birinci bəndində qeyd edilən 25000-30000 manatı hər ay iddiaçıya ödəməməsinə səbəb İddiaçı təqsiri üzündən işi davam etdirə bilməməsinin olduğunu, razılaşmaya əsasən öz öhdəliyini yerinə yetirməsi üçün ona optimal şərait yaradılacağı halda, iddiaçının bunu etmədiyini bildirmişdir. Apellyasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı - qarşılıqlı tələblərin mübahisələndirilməsi baxımından tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 357. Bəyənmə (sonradan verilən razılıq): Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). 432.2. Əgər bu Məcəllədə, öhdəliyin şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor öhdəliyin hissə-hissə icrasını qəbul etməyə bilər.432.3. Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir.432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
20. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 324, 385 - 389, 560, 881; Mülki Prosessual Məcəlləsinin 77, 81- 82, 88, 385 - 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar sübuta yetirilmədiyindən və müəyyən edilmiş əsaslar üzrə qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə tam ləğv edilməlidir.
21. Diqqətə çatdırılmalıdır ki, iş üzrə son öhdəçiliyə (razılaşma) üzrə ödənilməli məbləğin qarşılığında iddiaçı digər - qarşılıqlı icranın həyata keçirməsini öhdəsinə götürmüşdür. İddiaçı, Əhməd Məmişov, Cavabdeh və Əbülfəz Seyidov tərəfindən imzalanmış 16 sentyabr 2020-ci il tarixli öhdəçilik (sözvermə) protokoluna əsasən, istehsalçı sərmayəçi qarşısında aşağıdakı öhdəçiliyi (söz verməni) öz üzərinə götürür: istehsalçı sərmayəçinin xx.xx.2020-ci il tarixə olan sərmayəsinin bir hissəsini, yəni 352182 manat vəsaiti 12-15 ay ərzində hər ay 25000-30000 manat şərti ilə qaytarsın; xx.xx.2020-ci il tarixə qalan 100535 manat vəsaiti və 12-15 ayda yaranan yeni mənfəətlə birlikdə sonradan razılaşma protokolu tərtib etməklə qaytarsın; Sərmayənin qaytarılacağı 12-15 ay ərzində istehsal olunan bütün mallar, hazır mal anbara təhvil verildikdən sonra satışı həyata keçirsin; Sərmayənin qaytarılacağı 12-15 ay ərzində alıcılardan alınmış pul vəsaiti kassaya təhvil verildikdən sonra təyinatı üzrə xərclənməsi həyata keçirsin; Qeyri-iş günlərində heç bir mal satışı və kassa əməliyyatı aparıla bilməz. Sərmayəçi öhdəsinə götürür ki, sərmayənin qaytarılacağı müddətdə istehsalın səmərəli davam edtirilməsinə optimal şərait yaradacaq, öhdəçilik protokolunda göstərilən hallar istisina olmaqla istehsalçının işinə müdaxilə etməyəcək. Həmçinin, sərmayənin bir hissəsini yəni 352182 manatı vaxtında qaytarılarsa, birgə işə son verilən zaman istehsalçıya məxsus adları və sayı öhdəçilik protokolunun 2 saylı əlavəsində göstərilən avadanlıqları, birgə iş dövrü alınmış avadanlıqlardan istehsalçıya çatan payı və sərmayənin qaytarıldığı dövrdə yaranan mənfəətdən istehsalçıya çatan payı mal-material şəkilində onun özünə qaytaracaq. Əsaslı səbəblər olmadan 352182 manat məbləğində sərmayənin qaytarılması aylar üzrə nəzərdə tutulan miqdara uyğun olaraq qaytarılmadan birgə işə xitam verilərsə, onda istehsalçıya ancaq 2 saylı əlavədə göstərilən öz maşın və avadanlıqları qaytarılacaqdır.
22. 16 sentyabr 2020-ci il tarixli öhdəçilik protokoluna Əlavə N2-yə əsasən, istehsalçıya aid konveyerdə olan maşın və avadanlıqlar: ekspert rəyi ilə hazırkı dövrə qiymətləndirilərək orta bazar qiymətləri: kompressor (naxışda) 1 ədəd-80 manat; 2) Sap sarıma makinəsi (naxışda) 1 ədəd- 80 manat ; 3) Cərəyan nizamlayıcı (naxışda) 1 ədəd- 250 manat; 4) Basqı stolu və qəlib ayaqlarıkomplekt 12- 600 manat; 5) Basqı qəlibləri 163 ədəd -1630 manat; 6) Tərəzi (150 kq) 1 ədəd-100 manat; 7) 15 başlı naxış maşınları "Damei” 2 ədəd - 20000; 8) Transfer basqı aparatı 1 ədəd - 300 manat; 9) Knopka vuran aparat 2 ədəd - 800 manat; 10) Düymə tikən maşın "Broden” 1 ədəd-300 manat; 11) Petlə açan maşın "Yamata” 1 ədəd- 400 manat; 12) Overlok "Mauzer” spesial 5 ədəd- 1000; 13) Overlok "Yamato M3” 1 ədəd-200 manat; 14) Overlok "Yamato M4” 1 ədəd- 200; 15) Overlok "İvar” 3 ədəd -900 manat; 16) Overlok "Reqosus” 1 ədəd-300 manat ; 17) Overlok "Yamato” 4 ədəd - 800 manat; 18) Overlok Cemsi” 1 ədəd-200 manat; 19) Overlok "Cuki” 2 ədəd - 440 manat; 20) Düz tikiş maşını "Brother” 1 ədəd-300 manat; 21) Bəzək maşını "Renovn” 1 ədəd-450 manat; 22) Rezin vuran maşın "Rimoli” 1 ədəd-400 manat; 23) Kroşata 1 ədəd-400 manat; 24) Q.tikiş maşın "Brother” 1 ədəd-300 manat; 25) Q.tikiş maşını "Şurubu” 1 ədəd-300 manat; 26) Q.tikiş maşını "Yamata” 1 ədəd-300 manat; 27) Qoşa tikiş maşını "FY33016” 1 ədəd-300 manat; 28) Qoşa tikiş maşını "Yamata” 1 ədəd-300 manat; 29) Soyuducu 1 ədəd-50 manat; 30) Su aparatı 1 ədəd-30 manat; 31) Ehtiyat hissələri üçün siyirma qablar 40 ədəd-200 manat; 32) Sap yığmaq üçün vitrinlər (naxışda) 3 ədəd-300 manat; 33) Ofis mebel dəsti+kreslo 1 dəst - 200 manat; 34) Kompyuter+stol+kreslo 1 dəst - 50 manat, cəmi 32460(otuz iki min dörd yüz altmış) manat müəyyən edilmişdir.
23. Beləliklə, tərəflərin sazişi ilə əsaslı səbəblər olmadan 352182 manat məbləğində sərmayənin qaytarılması aylar üzrə nəzərdə tutulan miqdara uyğun olaraq qaytarılmadan birgə işə xitam verilərsə, onda istehsalçıya ancaq 2 saylı əlavədə göstərilən öz maşın və avadanlıqlarının qaytarılması şərtləndirilmişdir. Cavabdeh aylar üzrə hissə-hissə qaytarılmalı olan məbləğin bir hissəsini bir neçə ay qaytarsa da, öhdəliyi tam icra etməmiş və bunun əsaslı səbəblərini iddiaçıya aid olduğunu qeyd etsə də, bunu sübut edən hallar kimi yalnız onda realizə edilməmiş və digər malların qalığı ilə izah etmişdir. Diqqətə çatdırılmalıdır ki, hər iki tərəfin bəyəndikləri və mübahisələndirmədikləri müqavilənin ilkin şərtləri qeyd edilmiş pul vəsaitlərinin qaytarılması olmuşdur və sazişin digər şərtləri pulun qaytarılmasından irəli gəlmişdir. Ona görə, ekspert tərəfindən müəyyən edilən 193303 manat məbləğin fərqli müəyyən edilməsinə dair əsaslı hesabat (mütəxəssis rəyi) təqdim edilmədiyindən bu məbləğ əsas götürülməlidir. Digər - əşyaların qiymətləndirilməsi üzrə ekspert rəyinə əsasən (ekspert rəyində aşınma nəzərə alınaraq hazırkı dövrə), cavabdehə məxsus 34 adda əşyanın iddiaçıdan alınıb cavabdehə qaytarılması təmin edilməli, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmazsa, alınmalı əmlakın dəyəri cavabdehin xeyrinə tutulmalıdır. Cavabdehin tələb etdiyi digər əşyalar üzrə pul tələblərinin qaytarılması qeyd edilən sazişin şərtlərinin onun tərəfindən pozulduğu halı nəzərə alınaraq, əsaslı olmadığından təmin edilməsi üçün də əsaslar müəyyən edilmir.
24. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti qismən təmin, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti rədd edilməli, qətnamə ləğv edilməklə iş üzrə (iddialar fərqli əsaslarla qismən təmin edilməklə) yeni qətnamə qəbul edilməli, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərə, ekspertiza xərcləri tərəflərə aid edilməlidir.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti rədd edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2010/2021 saylı işi üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia qismən təmin edilsin. Cavabdeh 193303 (yüz doxsan üç min üç yüz üç) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin, ilkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh məxsus kompressor (naxışda) 1 ədəd- 80 manat; 2) Sap sarıma makinəsi (naxışda) 1 ədəd- 80 manat ; 3) Cərəyan nizamlayıcı (naxışda) 1 ədəd- 250 manat; 4) Basqı stolu və qəlib ayaqları-komplekt 12- 600 manat; 5) Basqı qəlibləri 163 ədəd -1630 manat; 6) Tərəzi (150 kq) 1 ədəd-100 manat; 7) 15 başlı naxış maşınları "Damei” 2 ədəd - 20000; 8) Transfer basqı aparatı 1 ədəd - 300 manat; 9) Knopka vuran aparat 2 ədəd - 800 manat; 10) Düymə tikən maşın "Broden” 1 ədəd-300 manat; 11) Petlə açan maşın "Yamata” 1 ədəd- 400 manat; 12) Overlok "Mauzer” spesial 5 ədəd-1000; 13) Overlok "Yamato M3” 1 ədəd-200 manat; 14) Overlok "Yamato M4” 1 ədəd- 200; 15) Overlok "İvar” 3 ədəd -900 manat; 16) Overlok "Reqosus” 1 ədəd-300 manat ; 17) Overlok "Yamato” 4 ədəd - 800 manat; 18) Overlok Cemsi” 1 ədəd-200 manat; 19) Overlok "Cuki” 2 ədəd - 440 manat; 20) Düz tikiş maşını "Brother” 1 ədəd-300 manat; 21) Bəzək maşını "Renovn” 1 ədəd-450 manat; 22) Rezin vuran maşın "Rimoli” 1 ədəd-400 manat; 23) Kroşata 1 ədəd-400 manat; 24) Q.tikiş maşın "Brother” 1 ədəd-300 manat; 25) Q.tikiş maşını "Şurubu” 1 ədəd-300 manat; 26) Q.tikiş maşını "Yamata” 1 ədəd-300 manat; 27) Qoşa tikiş maşını "FY33016” 1 ədəd-300 manat; 28) Qoşa tikiş maşını "Yamata” 1 ədəd-300 manat; 29) Soyuducu 1 ədəd-50 manat; 30) Su aparatı 1 ədəd-30 manat; 31) Ehtiyat hissələri üçün siyirma qablar 40 ədəd-200 manat; 32) Sap yığmaq üçün vitrinlər (naxışda) 3 ədəd-300 manat; 33) Ofis mebel dəsti+kreslo 1 dəst - 200 manat; 34) Kompyuter+stol+kreslo 1 dəst - 50 manat, cəmi 32460 (otuz iki min dörd yüz altmış) manat dəyərində əşyalar (və ya dəyəri) cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh qaytarılsın, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olan 250 (iki yüz əlli) manat məbləğdə pul vəsaiti – İddiaçı və Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.