Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-415/2025 01.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Hakimlər Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi-vəkili X2, Cavabdeh, onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs 4 saylı “ASAN xidmət” mərkəzinin 4 saylı notariat ofisinə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(010)-70/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı və Cavabdeh arasında xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, satıcı İddiaçı öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 17.2 m2 olan mənzili 9000 manata alıcı Cavabdeh satmışdır. Mənzil üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçı aldadılması ilə istinad etməklə qeyd olunan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X4) iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onunla Cavabdeh arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 22, 167 saylı mənzilin boşaldılaraq ona təhvil verməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 34 m2 yaşayış sahəsi olan 2 otaqlı mənzil tam mülkiyyət hüququ ilə onun mülkiyyətində olmuşdur. İş üzrə Cavabdeh ailəsi ilə onun qonşuluğunda yaşayırdı. Onlar bilirdilər ki, o tək yaşayır və bundan istifadə edib onu dilə tutub ölənə qədər ona baxacaqlarını bildirmiş və o da bunlara inanıb onlarla birlikdə 4 saylı “ASAN xidmət” mərkəzinə getdi. O, rus dilində oxumuşdur. Latın əlifbasını bilmir. Onlar “ASAN xidmət” Mərkəzinə getdi, orada onu otuzdurub heç nə danışmamağını tapşırdılar. “ASAN xidmət”də cavabdeh özü gedib notariusun əməkdaşı ilə danışıb bankdan 5.000 manat çıxartmışdı və özünün 1.850 manat pulunun həmin müqavilə bağlamaq üçün lazım olduğunu bildirdi və dedi ki, müqavilə bağlanandan sonra pulun özünə qayıdacaq. Müqavilə bağlandı və ona bankda pul verdilər. Həmin pulu bankdan çıxan kimi cavabdeh əlindən aldı. O, heç pulun sayını da bilmirdi. Onu da qeyd edir ki, o müqavilənin alqısatqı olduğunu bilməmişdi. Bilirdi ki, onlar öz öhdəliklərini pozsalar, yəni ona baxmasalar, o bu müqaviləni poza bilər. Bundan əlavə, onun pensiya kartını əlindən almışlar. O, gördü ki, cavabdehlər ona baxmır və o kartını tələb edəndə onu evdən qovmuş və bildirmişlər ki, “hara istəyirsən get, mən qaziyəm, mənə heç kim heç nə edə bilməz. Çox sağ ol de ki, səni qeydiyyatdan çıxartmamışam”. O, evinə getdi ki, həmin evdən kirayəşinləri çıxardıb özü yaşasın. Onlar da ona dedilər ki, sən kimsən, evin mülkiyyətçisi Seyrandır. Bunu eşidəndə o, 4 saylı “ASAN xidmət” mərkəzinin notariusuna yaxınlaşmış və başına gələnləri onlara danışanda ona bildirdilər ki, get məhkəməyə müraciət et. Onu da qeyd edir ki, 150 manat kirayəşinlərdən almış və 368 manat onun pensiyasını mənimsəmişdir. 2022-ci ilin dekabr ayına kimi pensiyanı cavabdeh almışdır. O, təzədən “DOST” məkana gedib, başına gələnləri danışandan sonra özünə pensiya kartı almışdır. Belə çıxır ki, cavabdeh onu yox, o, onları öhdəsinə götürmüşdür. Onu da qeyd edir ki, o bu günə kimi evin pulunu ödəyir. Cavabdeh onu aldadaraq, etibarından sui-istifadə etmiş, mülkiyətində olan evi alqı-satqı müqaviləsinə əsasən adına keçirmişdir. Belə olan halda o evini tələb etmiş, ona bildirmişdir ki, hara istəyirsən get, ev mənimdir”. Daha sonra iddiaçının nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(010)-70/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və tərəflərin müqavilədən əvvəlki vəziyyətlərinə qaytarılması, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iştirak edən İddiaçı fikrini düzgün ifadə edə bilməməsi, verilən suallara əlaqəsiz, qeyri-müəyyən cavablar verməsi, davamlı olaraq hissə-hissə müxtəlif hadisələrdən danışması və danışdığı hadisələr arasında məna bütünlüyünün olmaması məhkəmədə iddiaçının psixi sağlamlığı ilə bağlı müəyyən şübhələr yaratdığından iş üzrə məhkəməpsixiatrik ekspertizası təyin edilmişdir. Məhkəmə icraatı gedişində bir neçə dəfə keçirilmiş psixiatrik ekspertizalar nəticəsində verilmiş rəylərə əsasən, İddiaçı yüngül koqnitiv pozuntu, paranoyal daxilolmalarla formasında psixi pozuntu müəyyən edilmiş, onda bu pozuntunun son 4-5 ildə meydana gələ bilməsi barədə rəy verilmişdir. Beləliklə, verilmiş ekspert rəyindən görünür ki, İddiaçı Cavabdehlə alqı-satqı müqaviləsi bağladığı xx.xx.2020-ci il tarixində onun yuxarıda qeyd edilmiş psixi pozuntu əlamətlərini daşıması istisna edilmir. Hansı ki, məhkəmə iclasında izahatı dinlənilən psixatr-ekspert Eyyub Əliyev iddiaçıda aşkarlanan psixi pozuntunun əlamətlərini izah edərək qeyd etmişdir ki, koqnitiv pozuntu idrak proseslərinin zəifliyidir. Yəni bu pozuntu nəticəsində şəxsin götürqoy etmək, ətrafda baş verən, özü ilə bağlı hadisələrə düzgün qiymət vermək, nəticə çıxarmaq, düzgün qərara gəlmək qabiliyyəti zəifləyir. Qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıda olan psixi pozuntunun mübahisəli alqı-satqı müqaviləsi bağlanan zaman onun iradəsini zədələməsi, daha doğrusu onun həqiqi iradəsini ortaya qoymasına mane olması mümkündür. Belə ki, yuxarıda qeyd edilənlərdən belə görünür ki, bu pozuntu onun öz hərəkətlərinin mənasını başa düşmək qabiliyyətini məhdudlaşdırır. Hansı ki, bu hal mübahisəli əqdin etibarsızlığı üçün əsas təşkil edə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bununla belə, nəzərə alınmalıdır ki, iddiaçının yuxarıda qeyd edilən psixi pozuntunun əlamətlərini daşıması onun bağladığı istənilən müqavilənin etibarsız olduğu mənasına gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında dəfələrlə qeyd etdiyi kimi, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən hüquqi mövqeyini mülki qanunvericiliyin müvafiq normalarına əsaslanmaqla formalaşdırmışdır. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir. Hazırkı işin hallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsinin xx.xx.2020-ci il tarixdə bağlanmasına, müqavilədə iddiaçının həmin mənzildə müəyyən müddət yaşamasına dair heç bir qeyd-şərt nəzərdə tutulmamasına baxmayaraq, iddiaçı müqavilə bağlandıqdan sonra iki il həmin mənzildə yaşamağa davam etmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh qəbul etmişdir ki, İddiaçı 2022-ci ilin avqust ayınadək mübahisəli mənzildə yaşamışdır. Cavabdehin izahatına görə, iddiaçı ondan mənzildən çıxmaq üçün möhlət istəmiş, o da bu möhləti ona vermişdir. Cavabdehin izahatından belə başa düşülür ki, o, iddiaçıya mənzildən çıxmaq üçün qeyrimüəyyən müddətdə möhlət vermiş, mənzili ona satdıqdan sonra iddiaçının mənzildə qaldığı iki il ərzində onu mənzildən çıxartmağa təşəbbüs göstərməmiş, bu müddət ərzində iddiaçı ilə aralarında hansısa kirayə müqaviləsi bağlandığını iddia etməmiş, iki ilin sonunda iddiaçının mənzildən çıxması da onun təşəbbüsü ilə yox, iddiaçının öz təşəbbüsü ilə olmuşdur. Belə ki, iddiaçı həmin evdə qanının töküldüyünü (cavabdehin dediyinə görə iddiaçı həmin vaxt əlini kəsib xəstəxanaya yerləşdirilmişdir), o evə bir daha qayıtmaq istəmədiyini bildirmiş, cavabdehdən onu öz evlərinə aparmasını xahiş etmişdir. Cavabdeh isə heç bir qohumluq əlaqəsi olmadığı iddiaçını öz evinə apararaq, aylarla (2022-ci ilin avqust ayından dekabr ayınadək) öz evində ailəsi ilə birlikdə saxlamış, ona öz evində xüsusi otaq ayırmış, arvadı iddiaçının qayğısına qalmış, özü onun pensiyası hesabına maddi ehtiyaclarını qarşılamışdır. Buna baxmayaraq, iddiaçı bir müddət sonra öz təşəbbüsü ilə evi birdəfəlik tərk etmiş, bir daha onunla əlaqəsi olmamışdır. Beləliklə, cavabdehin izahatından belə başa düşülür ki, o, alqı-satqı müqaviləsi əsasında iddiaçıdan mənzili almasına, mənzilin tam hüquqlu mülkiyyətçisi olmasına baxmayaraq, iki il iddiaçının mənzildə yaşamasına icazə vermiş, iddiaçı özü mənzildən çıxmaq istəyənə qədər onun mənzildən çıxması üçün heç bir təşəbbüs göstərməmiş, iddiaçı mənzildən çıxdıqdan sonra isə aylarla onu öz evində ailəsi ilə birlikdə saxlamış, bu zaman da onun evdən çıxması üçün heç bir təşəbbüs göstərməmiş, bir müddət sonra iddiaçı özü öz təşəbbüsü ilə evi tərk etmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı müqavilədən sonrakı münasibətlər, yəni müqavilə bağlandıqdan sonra onların yuxarıda qeyd edilən hərəkətləri tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikaya uyğun gəlmir. Belə ki, müqavilədə heç bir qeyd-şərt nəzərdə tutulmadığı halda iddiaçıya istədiyi qədər (öz təşəbbüsü ilə mənzildən çıxana qədər) satdığı mənzildə yaşamağa icazə verilməsi, iddiaçının cavabdehlə heç bir qohumluq münasibəti olmamasına, sadəcə qonşu olmalarına baxmayaraq, cavabdehin evində onun ailəsi ilə birlikdə aylarla yaşaması, həmin evi də yalnız öz istəyi ilə tərk etməsi tərəflər arasındakı münasibətlərin alqı-satqı münasibətlərinin xarakterinə uyğun gəlmir. Bundan əlavə, müvafiq alqı-satqı müqaviləsindən görünür ki, 17.2 m2 sahəsi olan mübahisəli mənzil cavabdehə 9000 manata satılmışdır. Məhkəmə qəbul edir ki, tərəflər alqı-satqı müqaviləsi bağlayarkən satış predmeti olan əmlakın qiymətini qarşılıqlı razılıq əsasında müəyyənləşdirməkdə tam sərbəst olmuşlar. Bununla belə, işin yuxarıda qeyd edilmiş halları nəzərə alındıqda, mübahisəli mənzilin müvafiq dövr üçün bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satılmış olması məsələsinə xüsusi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş “daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə” arayışdan görünür ki, mübahisəli mənzilin 2020-ci ildə bazar dəyəri 35.000 manat məbləğində qiymətləndirilmişdir. Bundan əlavə, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Şahin Rəhimov arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, mübahisəli mənzilin sahəsi 18m2 olan bir otağı həmin müqavilə əsasında 12.000 manata satılmışdır. Göründüyü kimi, daşınmaz əmlakın qiyməti hər il tədricən artsa da, sahəsi həmin mənzildən 1 m2dən daha az kiçik olan mübahisəli mənzil üç il sonra 9.000 manata satılmışdır. Beləliklə, məhkəmə, işin yuxarıda qeyd edilmiş hallarını, tərəflərin müqavilə bağladıqdan sonrakı hərəkətlərini, onların qarşılıqlı münasibətlərində yaranmış praktikanı nəzərə alaraq, belə nəticəyə gəlmişdir ki, İddiaçı psixi vəziyyəti mübahisəli əqdin bağlanması zamanı onun öz hərəkətlərinin mənasını başa düşməsinə mane olmuş, tərəflər arasındakı münasibətlərin sonrakı xarakteri onun iki il “satdığı” evdə, daha sonra cavabdehin evində yaşaması uzun müddət müqavilənin əsl mahiyyətini dərk etməsinin qarşısını almışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, bu müqavilə bağlandığı andan etibarsız olmuşdur. Belə ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Yuxarıda qeyd edilənlər əsasında müəyyən edilmişdir ki, hazırkı iş üzrə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər pozulmuşdur. Belə ki, İddiaçı mövcud olmuş psixi pozuntu onu öz hərəkətlərinin mənasını başa düşmək imkanından məhrum etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin müvafiq müqavilənin etibarsız hesab edilməsinin nəticəsi olaraq tərəflər müqavilədən əvvəlki vəziyyətlərinə qaytarılmalıdır. Məhkəmə, son olaraq, onu da qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə əhəmiyyətsiz əqd olduğundan və əhəmiyyətsiz əqd üzrə əldə edilən əşya fərdimüəyyən əşya (daşınmaz əmlak) olduğundan yuxarıda istinad edilmiş Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddətin hazırkı işə tətbiqi istisna edilir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı ilə alqı-satqı müqaviləsi bağlayarkən onu aldatmamış nə də alqı-satqı müqaviləsi bağlayarkən onda hər hansı psixi pozuntu halları olmamışdır. Əgər onu aldatsa idi və ya onda hər hansı psixi pozuntu halları olsaydı, bütün bunları aralarında bağlanmış alqı-satqı müqaviləsini təsdiq edən notarius aşkar edərdi və alqı-satqı müqaviləsini də təsdiq etməzdi. Çünki, bağlanmış alqı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edilib. Ona və İddiaçı alqı-satqı müqaviləsinə imza edəndə hüquq və vəzifələri izah edilmiş və notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq da edilmişdir. Bundan sonra hər ikisi qeyd olunan alqı-satqı müqaviləsinə notariusun iştirakı ilə imza etmişlər və daha sonra notarius tərəfindən mübahisəli alqı-satqı müqaviləsi təsdiq edilmişdir. Qeyd olunan alqı-satqı müqaviləsinin predmeti olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 17.2 kv.m olan mənzilin dəyərini İddiaçı ilə aralarında razılaşdıqları formada 9.000 manat pulu nağd şəkildə “Kapital Bankın” 9 nömrəli şöbəsinin kassasına ödəmiş və bu barədə qəbz də vardır. Lakin buna baxmayaraq məhkəmə qətnamə qəbul edərkən qeyd etmişdir ki, İddiaçı qeyd olunan alqı-satqı müqaviləsini bağlayarkən onda psixi pozuntunun əlamətləri mövcud ola bilərdi. İddiaçı mövcud olmuş bu psixi pozuntu da onu öz hərəkətlərinin mənasını başa düşmək imkanından məhrum etmişdir. Burada sual olunur ki, alqı-satqı müqaviləsi bağlayanda İddiaçı mövcud olmuş psixi pozuntu onu öz hərəkətlərinin mənasını başa düşmək imkanından necə məhrum edibdi ki, o, notarius qeyd olunan alqısatqı müqaviləsini təsdiq edəndə hüquq və vəzifələri izah ediləndən və notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq ediləndən sonra həmin alqı-satqı müqaviləsinə öz adını və soyadını latınca yazdıqdan sonra imza edir və bundan sonra aldığı mənzilin pulunu bankdan götürəndə də heç bir pozuntu olmur. Əgər alqı-satqı müqaviləsi bağlanılarkən İddiaçı psixi pozuntu halları olubsa, onda necə olur ki, o, unutmayıb ki, aldadılmışdır ki, guya cavabdeh mənzili ondan alanda söz vermişdir ki, ölənə kimi ona baxacaq. Necə onun yadında qalıb ki, notariusun əməkdaşı ilə danışıb bankdan 5.000 manat pul çıxartmış və ondan həmçinin 1.850 manat pul almış və demişdir ki, bu pulu ver, müqavilə bağlanandan sonra həmin 1.850 manat pulu özünə qaytaracaqdır. Bütün bunlardan aydın olur ki, İddiaçı iddia ərizəsində qeyd etdikləri hamısı yalandır və məhkəmə də onun bütün bu yalanları əsasında məhkəməyə təqdim etdiyi rəsmi sənədləri və verdiyi izahatı nəzərə almadan iddia tələbinin təmin edilməsi barədə qərəzli bir qətnamə qəbul etmişdir. Eyni zamanda məhkəmə qətnaməsində qeyd edir ki, guya İddiaçı ona satdığı mənzilin bazar dəyəri 2020-ci ildə 35.000 manat, hazırda isə bazar dəyəri 52.000 manatdır. Məhkəmə mənzilin dəyərini "xxxx" MMC-nin arayışına əsaslanıb, qeyd etmişdir. Bununla da İddiaçı psixi xəstəliyindən istifadə edərək onu aldadıb, 35.000 manat dəyərində olan mənzili 9.000 manata almışdır. Məhkəmə qiymət verməmişdir ki, Hövsan qəsəbəsində olan yataqxanada yerləşən və ümumi sahəsi 17.2 kv.m olan mənzilin bazar dəyəri 2020-ci ildə 35.000 manata necə ola bilər. Buradan görünür ki, həmin mənzilin 1 kv.metrinin qiyməti 2.000 manatdan çox olmuşdur. Heç həmin vaxtı Bakı şəhərinin mərkəzində təmirli mənzilin 1 kv.metrinin bazar dəyəri 2.000 manat olmayıbdır. Bütün qeyd etdiyi hallara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmiş və məhkəmə işin əvvəlindən sonuna qədər hər şeyi İddiaçı xeyrinə həll etməyə çalışmış və sonda da ancaq İddiaçı iddia ərizəsində qeyd etdiyi əsassız faktlar əsasında onun xeyrinə qətnamə qəbul etmişdir. Eyni zamanda baxmayaraq ki, İddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə müraciət etmək müddətin ötürsə də, məhkəmə qanunvericiliyin tələbini pozaraq iddia müddətin tətbiq etməklə iddia tələbini rədd etməli olduğu halda bunu etməmiş və iddia tələbini təmin etmişdir. Bundan başqa məhkəmə qətnamə qəbul edərkən Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə təsdiq edilmiş təlimatı da nəzərə almamışdır. Belə ki, qeyd olunan müqavilənin 21-ci bəndində göstərilmişdir ki, müqavilənin tərəfləri notariusun iştirakı ilə fəaliyyət qabiliyyətindən məhrum olmadıqlarını, imzaladıqları müqavilənin mahiyyətini dərk etməyə maneə ola bilən xəstəliklər keçirmədiklərini, habelə həmin müqaviləni bağlamaq üçün onlara kənar təsirlərin olmadıqlarını bildirdilər. Belə ki, notarius onunla İddiaçı arasında bağlanmış alqı-satqı müqavliəsini bağlayarkən qanunda nəzərdə tutulmuş bütün normaları nəzərə almış və yuxarıda qeyd etdiyi kimi ona və həmçinin İddiaçı alqı-satqı müqaviləsinə imza edəndə hüquq və vəzifələri izah edilmiş və notariat hərəkətinin aparılmasının nəticələri barədə ona xəbərdarlıq da edilmişdir. Bundan sonra hər ikisi qeyd olunan alqı-satqı müqaviləsinə notariusun iştirakı ilə imza etmişlər və daha sonra notarius tərəfindən mübahisəli alqısatqı müqaviləsini təsdiq etmişdir. Əgər İddiaçı latınca bilmirdisə, necə olur ki, o, həmin alqı-satqı müqaviləsinə soyadını və adını latınca özü öz xətti ilə yazmış və sonda da imza etmişdir. Məhkəmə eyni zamanda bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli olduğu halda və öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı olduğu halda bütün bu prinsiplərinin də heç birini əməl etməmişdir. Bundan başqa məhkəmə iki dəfə ekspertiza təyin edəndən sonra ekspertin rəyi İddiaçı xeyrinə olmadığını görüb, təkrar ekspertiza keçirib, nəhayət ekspert rəyində guya İddiaçı olan psixi pozuntu halının 4-5 il bundan əvvəl meydana gəlməsi ehtimalının olduğunu qeyd edəndən sonra məhkəmə işin baxılmasını davam etdirərək ekspertin rəyində qeyd etdiyi həmin halı əlində əsas götürərək onu əsas sübut növü kimi qəbul edib, sonda İddiaçı iddia tələbini təmin etmişdir. Bununla yanaşı məhkəmə nəyə görə ilk iki ekspertin rəyini sübut kimi qəbul etmədiyinin və nəyə görə üçüncü ekspertin rəyini sübut kimi qəbul etdiyinin səbəblərini qətnamədə qeyd etməmişdir. Çünki, məhkəmədə dindirilən ekspert də verdiyi izahatında İddiaçı göstərilən psixi pozuntunun son illərin hansı dövrdən başlayaraq yaranmasını qeyd etməmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə əgər alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı psixi pozuntu halı mövcud olmuşdursa, onda o, necə olur ki, iddia ərizəsi tərtib ediləndə iddia ərizəsində qeyd olunmuş halları xronoloji ardıcıllıqla sərbəst şəkildə iddia ərizəsini tərtib etmiş şəxsə bildirə bilib və sonda da həmin iddia ərizəsini özü öz imzası ilə təsdiq edir. Bundan sonra da məhkəmə onun iddia ərizəsini icraata götürüb və onun iddia tələbinə baxır. Eyni zamanda ona qarşı insaniyyətlik göstərib, xəstə olduğu halda və daha xəsarət aldıqdan sonra ona möhlət verib, aldığı mənzildə onu alqı-satqı müqaviləsi bağlanandan sonra saxladığını məhkəmə hesab etmişdir ki, cavabdehlə heç bir qohumluq münasibəti olmamasına, sadəcə qonşu olmalarına baxmayaraq, cavabdehin evində onun ailəsi ilə birlikdə aylarla yaşaması, həmin evi də yalnız öz istəyi ilə tərk etməsi tərəflər arasındakı münasibətlərin alqı-satqı münasibətlərinin xarakterinə uyğun gəlmir. Hesab edir ki, məhkəmənin iddiaçıya insaniyyətlik göstərərək onu evdən çıxarmaması alqı-satqı münasibətlərinin xarakterinə uyğun gəlməməsi nəticəsinə gəlməsi çox gülüncdür və işin faktiki hallarına uyğun deyildir. Məhkəmənin İddiaçı alqı-satqı müqaviləsi bağlayarkən psixi pozuntudan əziyyət çəkməsi, yəni fəaliyyət qabliyyətli olmaması nəticəsinə gəlməsi də əsassızdır və işin faktiki hallarına uyğun deyildir. Çünki, məhkəmənin gəldiyi nəticəyə görə iddiaçı ağlı başında olmayıbsa, necə olur ki, o, evi tərk edəndən sonra gedib bankdan özü üçün pensiya kartını almışdır. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5825/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 23 iyun 2025-ci il tarixli 2905 saylı məktubu ilə ekspert rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsivəkili ayrı-ayrılıqda apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada digər tərəf Məhkəmə Kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 346.3. Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir. Müraciətdə şərh edilməsi xahiş olunan Mülki Məcəllənin 346.1-ci maddəsi isə fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zamanı anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləüv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı və Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, satıcı İddiaçı öz mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, sahəsi 17.2 m2 olan mənzili alıcı Cavabdeh 9.000 manata satmışdır. Hazırda iddiaçı qeyd olunan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, tələbini onun aldadılması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1977 saylı ekspert rəyindən görünür ki, İddiaçı hazırda yüngül koqnitiv pozuntu, paranoyal daxilolmalarla formasında psixi pozuntu müəyyən edilir. İddiaçı müəyyən edilən yüngül koqnitiv pozuntu, paranoyal daxilolmalarla diaqnozlu psixi pozuntu müəyyən edilir və buna görə də onda dərk etmə və anlama funksiyalarının zəifləməsi, şübhəlilik əlamətləri ilə göstərilən psixi pozuntu təzahür edir. Qeyd edilməlidir ki, İddiaçı göstərilən psixi pozuntunun son illərin hansı dövrdən başlayaraq yaranmasını müəyyən etmək mümkün deyil. Həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3316 saylı ekspert rəyindən görünür ki, İddiaçı hazırda yüngül koqnitiv pozuntu, paranoyal daxilolmalarla formasında psixi pozuntu müəyyən edilir. İddiaçı müəyyən edilən bu pozuntu nəticəsində onda dərk etmə və anlama funksiyalarının zəifləməsi, şübhəlilik əlamətləri təzahür edir. Qeyd edilməlidir ki, İddiaçı göstərilən psixi pozuntunun son illərin hansı dövrdən başlayaraq yaranmasını müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1508 saylı ekspert rəyindən görünür ki, şahid ifadələri nəzərə alınaraq, İddiaçı ilkin və hazırkı psixiatrik müayinə nəticəsində onda müəyyən edilən yüngül koqnitiv pozuntu, paranoyal daxilolmalarla diaqnozlu psixi pozuntu son dörd-beş ildə meydana gələ bilərdi. Bununla yanaşı birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 həkim psixiatr eksperti X5 bildirmişdir ki, rəy verilərkən iddiaçı ilə söhbət aparılmış, ona psixi vəziyyəti, eləcə də iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı müəyyən suallar verilmişdir. İddiaçının verdiyi cavablar əsasında müəyyən edilmişdir ki, onun dərk etmə, sualların məğzini başa düşüb cavab vermə qabiliyyətində problem var. Məsələn, adi bir sual verdikdə məsələdən uzaqlaşır və suala aidiyyəti olmayan başqa başqa hadisələrdən danışır. Bu səbəbdən onda koqnitiv pozuntunun əlamətlərinin olması nəticəsinə gəlmişlər. Həmçinin iddiaçıda şübhəlilik əlamətlərinin olduğu da müşahidə edilmişdir. Belə ki, o, cavabdehlə “ASAN xidmət”ə imza çəkmək üçün getdiyini xatırlayır və deyir ki, orada cavabdeh “ASAN xidmət” işçisi ilə pıçıldaşaraq nəsə pulla bağlı danışmış, yekunda onun maraqlarına uyğun olmayan bir vəziyyət yaranmışdır. Bundan başqa, komissiya üzvləri tərəfindən iddiaçıdan soruşulmuşdur ki, əgər oğlu varsa (iddiaçı özü bunu demişdir), nəyə görə alqı-satqı kimi ciddi bir müqaviləni bağlayarkən oğlu ona köməklik etməmişdir? İddiaçı cavabında demişdir ki, əgər cavabdeh və “ASAN xidmət” işçiləri onun oğlunun bu məsələdən xəbərdar olduğunu bilsələr, oğluna qəsd edib onu öldürə bilərdilər. Bütün bu suallara verdiyi cavablar əsasında iddiaçıda koqnitiv pozuntu əlamətləri olduğu nəticəsinə gəlmişlər. Hansı ki, koqnitiv pozuntu idrak proseslərinin zəifliyidir. Yəni, şəxsin götür-qoy etmək, ətrafda baş verən, özü ilə bağlı hadisələrə düzgün qiymət vermək, nəticə çıxarmaq, düzgün qərara gəlmək qabiliyyəti zəif olur. Bu əlamətlər ağıl zəifliyinin (demensiya) əmələ gəlməsinin başlanğıc əlamətləridir. Həmçinin bu əlamətlər tədricən inkişaf edir. Lakin hər bir insanın orqanizmi bir-birindən fərqli olduğuna görə xəstəliyin əlamətlərinin hansı tarixdən müşahidə edilməyə başladığını müayinə əsasında müəyyən edə bilmirlər. Bunun üçün ancaq şahid ifadələrini dinləməlidirlər. Yəni qonşuları, ailə üzvləri gəlib ifadə verirlər ki, məsələn, xəstədə yaddaş pozuntusu əlamətləri nə vaxtdan müşahidə edilir. Bununla belə, iddiaçıda yüngül koqnitiv pozuntu əlamətləri olduğu nəticəsinə gəlmişlər. Çünki o, öz ad-soyadını, doğulduğu tarixi və s.düzgün bilir. Xəstə bu məlumatları bilmədikdə koqnitiv pozuntunun ağır olduğu nəticəsinə gəlirlər. Hər bir halda iddiaçının vəziyyətində olan bir şəxsin aldadılması mümkündür. İş materiallarından görünür ki, iş üzrə ikinci dəfə rəy vermiş ekspert həkim X6 da eyni məzmunlu izahat vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi baxışı zamanı keçirilmiş psixiatrik ekspertizalar nəticəsində verilmiş ilk iki rəylərə əsasən, İddiaçı yüngül koqnitiv pozuntu, paranoyal daxilolmalarla formasında psixi pozuntu müəyyən edilmiş, sonuncu rəydə isə bu pozuntunun şahidlər dinlənilməklə onların verdiyi məlumatlar əsasında son 4-5 ildə meydana gələ bilməsi barədə rəy verilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə nəticəyə gəlməklə həmçinin hesab etmişdir ki, iddiaçıda olan psixi pozuntunun mübahisəli alqısatqı müqaviləsi bağlanan zaman onun iradəsini zədələməsi, daha doğrusu onun həqiqi iradəsini ortaya qoymasına mane olması mümkündür. Belə ki, yuxarıda qeyd edilənlərdən belə görünür ki, bu pozuntu onun öz hərəkətlərinin mənasını başa düşmək qabiliyyətini məhdudlaşdırır. Hansı ki, bu hal mübahisəli əqdin etibarsızlığı üçün əsas təşkil edə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Cavabdeh isə apellyasiya şikayətində müqavilə bağlanan zaman iddiaçıda psixi pozuntu hallarının olmamasını bildirməklə ekspert rəyini mübahisələndirmişdir. Belə ki, əsas dəlil ondan ibarətdir ki, alqı-satqı müqaviləsi bağlayanda İddiaçı mövcud olmuş psixi pozuntu onu öz hərəkətlərinin mənasını başa düşmək imkanından necə məhrum etmişdir ki, o, notarius qeyd olunan alqı-satqı müqaviləsini təsdiq edəndə hüquq və vəzifələri izah ediləndən və notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq ediləndən sonra həmin alqı-satqı müqaviləsinə öz adını və soyadını latınca yazdıqdan sonra imza edir və bundan sonra aldığı mənzilin pulunu bankdan götürəndə də heç bir pozuntu olmur. Əgər alqı-satqı müqaviləsi bağlanılarkən İddiaçı psixi pozuntu halları olubsa, onda necə olur ki, o, unutmayıb ki, aldadılmışdır ki, guya cavabdeh mənzili ondan alanda söz vermişdir ki, ölənə kimi ona baxacaq. Necə onun yadında qalıb ki, notariusun əməkdaşı ilə danışıb bankdan 5.000 manat pul çıxartmış və ondan həmçinin 1.850 manat pul almış və demişdir ki, bu pulu ver, müqavilə bağlanandan sonra həmin 1850 manat pulu özünə qaytaracaqdır. Belə olan halda apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəllillərinin əsaslı olub olmamasına obyektiv qiymət verilməsi üçün iş üzrə təkrar məhkəməpsixiatriya ekspertizası təyin edilməsi zəruriyyəti yaranmışdır. Belə ki, işin göstərilən halları ilə birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş ekspert rəylərinin nəticəsi arasında ziddiyyətlər olmuşdur və təqdim edilmiş rəyləri nəticə hissəsi kifayət qədər tam olmamışdır. Halbuki mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanılan zaman iddiaçının öz hərəkətinin mənasını başa düşə bilib-bilməməsinin müəyyən edilməsi işin üçün əhəmiyyətlidir. Həmçinin də iş üzrə ilkin rəy vermiş ekspertin ifadəsində göstərdiyi kimi, şəxsin götür-qoy etmək, ətrafda baş verən, özü ilə bağlı hadisələrə düzgün qiymət vermək, nəticə çıxarmaq, düzgün qərara gəlmək qabiliyyətinin zəif olması kimi əlamətlər ağıl zəifliyinin (demensiya) əmələ gəlməsinin başlanğıc əlamətləri olduğu üçün iddiaçının ümumlikdə psixi pozuntu ilə bağlı ətraflı yoxlanılmasına zərurət yaranmışdır. Bu yoxlama (ekspertiza) tək şahid məlumatları ilə deyil, ərazi üzrə tibb müəssisəsinin işçilərinin də məlumatları və tibbi sənədlər əsasında obyektiv aparılmalı, şahid məlumatlarına istinad edildiyi halda onların bu məlumatlarının mənbəyi və əsaslı olub olmaması aydınlaşdırılmalıdır. Belə ki, kollegiyanın qənaətinə görə bu xarakterli işlərdə yekun nəticəyə gəlinməsi üçün təkcə şahid məlumatları yetərli və mötəbər olmaya da bilər. Onların verdiyi məlumatlar digər mənbədən olan məlumatlar və tibb sənədlər olduğu təqdirdə müəyyən mənada mötəbərliyi müzakirə oluna bilər. Eyni zamanda iş materiallarından görünür ki, İddiaçı tərəfindən 16 iyun 2023-cü il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisində Vəkil1 3 il müddətinə etibarnamə verilmişdir. Başqa sözlə, o alqı-satqı müqaviləsinin bağlanmasının qanunsuz olmasını zənn edərək bunu mübahisələndirmək qərarına gəlmiş və bu məqsədlə hüquqi yardım üçün hüquqşünasa müraciət etmişdir ki, kollegiya ididaçının bu zəmində olan hərəkətlərinin tam düşüncəli surətdə etdiyini vurğulayır və qeyd edir ki, İddiaçı başlamaqda olan xəstəliyinin başlanğıc əlamətləri müəyyən edildiyindən psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarına malik olduğu halda 16 iyun 2023-cü il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisində Vəkil1 3 il müddətinə etibarnamə verməsi və 19 iyun 2023-cü il tarixdə müqavilə bağlaması, onun xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanan zaman öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarına malik olması anlamına gəlir. Məhkəmə Kollegiyası bununla bağlı daha sonra qeyd edir ki, vəkillə bağlanmış müqavilə və ona verilən etibarnamə hazırki iddianın predmeti olmasa da, iddiaçıya yuxarıda göstərilən diaqnozu qoyulduqdan sonra sözügedən müqavilə və etibarnaməni imzalayarkən onun psixi vəziyyətinin hansı vəziyyətdə olmasının müəyyən edilməsi də zəruri olmuşdur. Belə ki, alqı-satqıdan sonrakı halda belə psixi vəziyyətinin hansı vəziyyətdə olmasının da aşkara çıxarılması mübahisə predmeti olan halların obyektiv hüquqi həlli baxımından çox mühüm əhəmiyyətə malik olmuşdur. Başqa sözlə, İddiaçı olan xəstəliyin müəyyən edildiyi halda, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarına malik olmaqla Vəkil1 arasında bağlanmış 19 iyun 2023-cü il tarixli hüquqi yardım müqaviləsi bağlanan və 16 iyun 2023-cü il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisində etibarnamə vermə faktı onun Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlayan zaman öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarına malik olması və ya əksinə Cavabdeh ilə xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanan zaman öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarına malik olmadığı halda 16 iyun 2023-cü il tarixdə Vəkil1 adına etibarnamə verməsi və 19 iyun 2023-cü il tarixdə müqavilə bağlanması zamanı da başlamaqda olan xəstəliyin müəyyən edilməsi fonunda psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarına malik olmaması anlamını gəlməyə tibbi nöqteyi nəzərdən müəyyən edilməli olduğu üçün, işin göstərilən halları ilə birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş ekspert rəylərinin nəticəsi arasında ziddiyyətlər olduğundan, eləcə də, gəlinmiş nəticələr tam əsaslandırılmadığına görə ekspert rəyləri ilə razılaşmaq mümkün olmadığından iş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması zərurəti olmuşdur. Beləliklə də apellyasiya baxışı zamanı xüsusi bilik tələb edən sualların izah edilməsi zərurəti yarandığından eləcə də təqdim edilmiş rəylər kifayət qədər aydın və tam olmadığından hazırki mülki iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması məqsədi ilə təkrar məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 07 aprel 2025-ci il tarixli, 1035 nömrəli rəyin nəticə hissəsindən görünür ki: Birinci sual-üzrə xx.xx.1954-ci il təvəllüdlü İddiaçı Yüngül koqnitiv pozuntu, paranoyal daxilolmalarla psixi pozuntusu müəyyən edilir. İş materiallarına əsasən onda bu pozuntunun son dörd-beş ildə meydana gəlməsini güman etmək olar. İkinci sual üzrə-xx.xx.1954-ci il təvəllüdlü İddiaçı demensiya (ağıl zəifliyi) xəstəliyi müəyyən edilmir. Üçüncü sual üzrə-xx.xx.1954-ci il təvəllüdlü İddiaçı yüngül koqnitiv pozuntu, paranoyal daxilolmalarla psixi pozuntusu müəyyən edilir. Bu pozuntu şəxsi hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarından məhrum etmir. L.Ə.Rəzayevanı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar yoxdur. Dördüncü sual üzrə-Demensiya qazanılma (yəni, ömrünün hansısa mərhələsində sonradan yaranmış) ağıl zəifliyidir. Beşinci sual üzrə-İddiaçı məhkəmə psixiatrik ekspertizasından təqsirləndirilən şəxs qismində keçmədiyindən anlaqlı olub-olmaması sualı cavablandırılmır. Altıncı sual üzrə-xx.xx.1954-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanan zaman Yüngül koqnitiv pozuntu, paranoyal daxilolmalarla psixi pozuntusunun olub-olmamasını müəyyən etmək mümkün deyil. Yeddinci sual üzrə-xx.xx.1954-ci il təvəllüdlü İddiaçı Vəkil1 arasında bağlanmış 19 iyun 2023-cü il tarixli hüquqi yardım müqaviləsi bağlanan və 16 iyun 2023-cü il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisində etibamamə verən zaman demensiya (ağıl zəifliyi) müəyyən edilmir. İddiaçı öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarına malik olmuşdur. Səkkizinci sual üzrə-xx.xx.1954-ci il təvəllüdlü İddiaçı müəyyən edilən yüngül koqnitiv pozuntu o dərəcədə ifadə olunmayıb ki, onu hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərinin şüurlu idarə etmək iqtidarından məhrum etsin. İddiaçı öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarındadır. Doqquzuncu sual üzrə-xx.xx.1954-ci il təvəllüdlü İddiaçı demensiya (ağıl zəifliyi) xəstəliyi müəyyən edilmir. Məhkəmə Kollegiyası qeyd olunan rəyi şübhə altına alan hər-hansı halın müəyyən edilməməsini nəzərə alır. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş rəylər kifayət qədər aydın və tam olmadığından hazırki mülki iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması məqsədi ilə təkrar məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və təqdim edilmiş rəyə əsasən xx.xx.1954-ci il təvəllüdlü İddiaçı demensiya (ağıl zəifliyi) xəstəliyi müəyyən edilməmiş, əksinə göstərilmişdir ki, xx.xx.1954-ci il təvəllüdlü İddiaçı yüngül koqnitiv pozuntu, paranoyal daxilolmalarla psixi pozuntusu müəyyən edilir. Bu pozuntu şəxsi hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarından məhrum etmir. Bununla yanaşı rəydən görünür ki, xx.xx.1954-ci il təvəllüdlü İddiaçı müəyyən edilən yüngül koqnitiv pozuntu o dərəcədə ifadə olunmayıb ki, onu hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərinin şüurlu idarə etmək iqtidarından məhrum etsin. İddiaçı öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarındadır. Göründüyü kimi, iddiaçıda ümumiyyətlə demensiya (ağıl zəifliyi) xəstəliyi müəyyən edilməmiş, həmçinin iddiaçıda koqnitiv pozuntu, paranoyal daxilolmalarla psixi pozuntusu müəyyən edilmişdir ki, bu pozuntu da şəxsi hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarından məhrum etmir. Bu isə onu deməyə əsas verir ki, mübahisəli alqı-satqı zamanı iddiaçı hüquqi iradə ifadə etmək iqtidarında olmuşdur. Birinci instansiya məhkəməsi isə hesab etmişdir ki, mübahisəli alqı-satqı müqaviləsi zamanı psixi pozuntu şəxsin həqiqi iradəsini ifadə etməsinə mane olmuşdur. Kollegiya hesab edir ki, iddiaçının rəydə qeyd olunan psixi pozuntu əlamətləri iradənin tam zədələnməsi ilə nəticələnməmişdir ki, bu da onun şüurlu qərar vermə və müqavilə bağlama qabiliyyəti mövcud olmasına dəlalət edir. Həmçinin müqavilənin bağlanması zamanı məcburiyyət, aldatma, zorakılıq və ya ağır səhv halları da sübuta yetirilməmişdir. Göründüyü kimi hazırkı iş üzrə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər pozulmamış, İddiaçı mövcud olmuş rəydə əksini tapmış psixi pozuntu onu öz hərəkətlərinin mənasını başa düşmək imkanından məhrum etməmişdir. Kollegiya bu nəticəyə gələrkən həmçinin iş materiallarından iddiaçının xx.xx.2016cı il tarixdə özünə məxsus 2 otaqlı mənzilinə dair digər şəxslə renta müqaviləsi bağlamasını (i.v.133, cild 1) və sonradan xitam etdirilməsini, bundan sonra xx.xx.2017-ci ildə evinin 18 kv.m sahəsi olan 1 otağının digər şəxsə 12.000 manata satmasını (i.v.131, cild 1) da nəzərə alır və bu halların da iddiaçının mənzili ilə bağlı sərəncam hüququndan sərbəst, könüllü və şüurlu surətdə dəfələrlə istifadə etməsinin işin diqqətlayiq hallarından biri olmasını qeyd edir. Həmçinin işin diqqətəlayiq və mühüm məqamlarından biri də odur ki, cavabdehin izahatlarından göründüyü kimi aldığı otağın kommunal xidmət sahələri və mətbəxi mövcud olmamışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı xx.xx.2017-ci ildə evinin 18 kv.m sahəsi olan 1 otağının digər şəxsə 12.000 manata satarkən otağı həmin sahələrlə birgə satmışdır. Bunun əksini iddiaçı tərəf təkzib edən sübutlar təqdim etməmişdir. Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Çünki iddiaçı iddiasının təmin olmasını təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmiş, təqdim etdiyi dəlillər məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə bu dəlillər öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Cavabdehtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(010)- 70/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh (üçüncü şəxs 4 saylı “ASAN xidmət” mərkəzinin 4 saylı notariat ofisinə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi” barədə iddia tələbi rədd edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə