Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4150/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Vüsalə Baxışova və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdeh Sürəyya Sadıqovanın iştirakı ilə, İddiaçı Rəhim qızının cavabdeh X1 qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh Sürəyya Sadıqova tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaya aid olan, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, ev № 66-da yerləşən 39 №-li mənzilə cavabdehə aid olan, həmin evdəki 39 №-li mənzildən su axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 1.276 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 1.276 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll edilib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, tikinti-texniki ekspertiza keçirilməklə su axıdılmasında təqsirkar şəxs müəyyən edilsin və buna uyğun qətnamə qəbul edilsin. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Ekspert rəyi ilə müəyyən edilib ki, iddiaçının mənzilinə su cavabdehin mənzilindən axıb. Rəydə qeyd olunub ki, su axmanın cavabdehin mənzilində yaşayan şakinlərin sudan nəzarətsiz istifadə etməsi nəticəsində baş verə bilməsi müəyyən olunur. O cümlədən ekspert rəyi ilə müəyyən edilib ki, su axması nəticəsində vurulan zərərin məbləği 1.276 manat təşkil edir. Ekspert rəyi kifayət qədər əsaslandırılıb, təkrar ekspertizanın təyin edilməsi üçün əsas yoxdur. Beləliklə, Məhkəmə Mülki Məcəllənin 1096, 1097 və 1111.2-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4150/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4150/2021
21.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver