Məhkəmə qərarları › İş №2(103)-4152/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4152/2024

07.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4152/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Açar sözlər: (alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Aisf oğlunun iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2(008)-3091/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-372/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin arasındakı nikah pozulmuş, uşaqların analarının yanında qalması və hər uşaq üçün cavabdehin əmək həqqının 1/3 hissəsi məbləğində alimentin tutulması qət edilmişdir. 2.Hazırda iddiaçı aliment məbləğinin artırılmasını tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixdə doğulmuş X8 və xx.xx.2015-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində ailimentın, mediyasiya prossesi üçün ödədiyi 50 manat pulun və hüquqi yardıma görə ödədiyi 700 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin birgə nikahlarından iki uşağı doğulmuşdur: xx.xx.2016-cı il tarixdə X8, xx.xx.2015-ci il tarixdə X10.Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, uşaqların analarının yanında qalması və hər uşaq üçün cavabdehin əmək həqqının 1/3 hissəsi məbləğində alimentin tutulması qət edilmişdir. Hesab edir ki, yaşayış minimumu artdığından alimentin məbləği də artırılmalıdır. 5.Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək qeyd etmişdir ki, onun kreditləri var, aliment artırılarsa, kreditdlər ödəniləndən sonra onun özünün təminatı xeyli aşağı düşəcək. İddiaçı uşaqları aparıb Türkiyəyə, orada ailə qurub və məhkəmə qətnaməsi olmasına baxmayaraq uşaqlarını ona göstərmir. Qızı artıq Azərbaycan dilini unudub və atasına qarşı soyuq münasibət göstərir. O, uşaqlarını görmək üçün avtobusla 20 saat yol gedib. Xahiş edir iddia rədd edilsin. 6.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 03 may 2024-cü il tarixli, 2(008)-3091/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Əsədova Tahirə) iddianın təmin edilməsi, xx.xx.2016-cı il tarixdə doğulmuş X8 və xx.xx.2015-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq, mediyasiya xidməti haqqı kimi ödənilmiş 50 manat məbləğində pul və 300 manat hüquqi yardıma görə ödənilmiş pulun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. 7.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış iki uşağı var: xx.xx.2016-cı il tarixdə X8, xx.xx.2015-ci il tarixdə X10. (4 saylı Bakı «ASAN xidmət» X5 tərəfindən verilmiş 585082 və 585081 №-li doğum haqqında şəhadətnamələr) 8.Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsilə tərəflərin arasındakı nikah pozulmuş, uşaqların analarının yanında qalması və hər uşaq üçün cavabdehin əmək həqqının 1/3 hissəsi məbləğində alimentin (təxmini hər ay iki uşaq üçün 345 manat) tutulması qət edilmişdir. 9.Elektron məhkəmə sistemində cavabdehin M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında skripka çalan vəzifəsində işləyir və 1338 manat məbləğində əmək haqqı alır. 10.Cavabdeh "xxxx" ASC-dən xx.xx.2024-cü il tarixdə 48 ay müddətinə 17500 manat məbləğində kredit götürmüşdür, hər ay 500 manatdan çox kredit ödəyir. 11.Hazırda iddiaçı alimentin məbləğinin dəyişdirilməsi və hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin tutulmasını istəyir. 12.Məhkəmə alimentin artırılması hissəsində iddia tələbini əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçı ilə cavabdehin uşaqları elə bir yaş dövründədirlər ki, onların ildən ilə tələbatları əhəmiyyətli dərəcədə artmaqdadır. Belə ki, onların hər ikisi məktəblidir, fiziki baxımdan ildən ilə böyüməkdədilər, onların bədən, ayaq ölçüləri surətlə artmaqdadır, bu isə onların geyimlərinin teztez təzələnməsi deməkdir. 13.Belə olan halda məhkəmə hesab etmişdir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. 14.Cavabdehin kredit borcuna dair məhkəmə qeyd etmişdir ki, həmin kredit artıq nikah pozulandan sonra cavabdehin şəxsi tələbatı üçün götürülmüşdür. Bu hal onu övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, cavabdeh bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının tələbatlarını təmin etməlidir. 15.Məhkəmə həmçinin qeyd etmişdir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə uşaqlar ananın yanında qalması və onların günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın - iddiaçının üzərindədir. İddiaçının işləyib - işləməməsindən asılı olmayaraq ona uşağın saxlanmasında cavabdehin aliment formasında maddi dəstəyi zəruridir. Hazırki işdə isə iddiaçı işləmir belə. 16.İddia tələbinin mediyasiya xidməti haqqı kimi ödədiyi 50 manat məbləğində pulun və hüquqi yardıma görə ödənilmiş 700 manat puluun tutulması hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, 50 manat məbləğində mediasiya xərci və hüquqi yardıma görə ödənilmiş 300 manat pul (məhkəmə tərəfindən ağlabata hesab edilən) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 17.Məhkəmə həmçinin qeyd etmişdir ki, 30 manat dövlət rüsumu ödənilmiş 50 manat mediasiya xərcindən az olduğunu görə cavabdehdən dövlət nəfinə rüsum tutulmamalıdır. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 112.1, 8.14-cü; “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa; "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 115.0.5, 115.0.6, 121.1, 119.1, 119.2, 112.1.3 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) Apellyasiya şikayətinin dəlilləri 19.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X4 taleyindən xx.xx.2021-ci il tarixindən sonra xəbəri yoxdur.Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-5596 /2024 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 cəmi üç ay müddətində anasının iddiası üzrə Azərbaycan Respublikası Hüquqlarından müvəqqəti olaraq kənara getməsinə icazə verilsə də anaları onları Türkiyəyə aparmış və birdə geri qaytarılmamışdır. Artıq 4 ildir ki, uşaqlarını görmür, onlar sağdır, həyatda var ya yox bilmir? O, məcbur olub azyaşlı uşaqları ilə bağlı ünsiyyət hüququnun tanınamsına dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etdi. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-2227 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, azyaşlı uşaqları xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X8 ilə hər həftənin şənbə günləri saat 12:00-dan 19:00-dək ünsiyyət saxlamağı ilə bağlı ünsiyyət hüququ təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6336/2022 saylı qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-2227 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmlışdır. İddiaçı Türkiyədə nə ilə məşğul olması, hansı həyat tərzi keçirməsi, uşaqlarının sağ olub-olmaması, təlim-tərbiyəsi, cavabdehin valideyinlik hüquqlarının həyat keçirilməsinə qəsdən maneələr törtəməsi, uşaqlarını müvəqqəti aparmaq adı ilə ölkədən aparıb qaytarmamsına məhkəmə əhəmiyyət verməyərək iddiaçının aliment artırılması barədə nümayəndəsi vasitəsilə verdiyi iddiasını təmin etməklə onun hüquqlarını nəzərə almamaışdır. Baxmayaraq ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 23noyabr 2021-ci il tarixli rəydən məlum olur ki, komissiya iddiaçı XəlilovAzad Yusif oğluna yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X8 ilə görüşüb ünsiyyətdə olması üçün vaxt təyin edilməsini mümkün hesab etmişdir.Məhkəmə onun fəliyyətini araşdırarkən də müəyyən etmişdir ki, “Elektron məhkəmə sistemi”ndəcavabdeh M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında skripka çalan vəzifəsində işləyirəm və 1338 manat məbləğində əmək haqqı alıram. O, "xxxx" ASC-dən xx.xx.2024-cü il tarixdə 48 ay müddətinə 17500 manat məbləğində kredit götürmüşdür və hər ay 500 manatdan çox kredit ödəyir. Hazırda iddiaçının alimentin məbləğinin dəyişdirilməsi və hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin tutulması barədə iddiasını məhkəmə təmin edərəkən uşaqlarının harada olması, sağ olub-olmaması, maddi vəziyyəti, valideyinlik hüquqlarının pozulmasına məhəl qoymamaışdır.Baxaq görək onun maddi vəziyyətində hər hansı yaxşılığa doğru dəyişiklik olmuşdurmu? Əksinə Bank krediti ilə maddi sıxıntıdan yüklənərək vəziyyəti pisləşmişdir. Ümumiyyətlə məhkəmə tərəfindən qətnamə düzgün qəbul edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 22.Məhkmə kollegiyasının iclasında Cavabdeh Aisf oğlu apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 23.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 24.Maddə 112.1.Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 25.Maddələr 75.1, 75.2, 75.3, 75.4.Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 26.Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 27.Maddə 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 28.Maddə 13.Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 29.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 30.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 31.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərinməbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınmasıhaqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. 33.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 35.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 36.Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-372/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin arasındakı nikah pozulmuş, uşaqların analarının yanında qalması və hər uşaq üçün cavabdehin əmək həqqının 1/3 hissəsi məbləğində alimentin (təxmini hər ay iki uşaq üçün 345 manat) tutulması qət edilmişdir. 37.Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. 38.Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 39.Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. 40.Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin yetərli olmaması, 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun artması, hazırda uşaqların qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az aliment alması ilə əsaslandırmışdır. 41.İşin araşdırılmış halları ilə müəyyən olunur ki, tərəflərin birgə nikah münasibətlərindən anadan olmuş uşaqlar iddiaçının himayəsindədir, işdə olan sübutlardan aydın olur ki, iddiaçının uşağın saxlanması üçün artan tələbatı ödəməyə maddi imkanı çatmır. 42.Belə ki, iş materiallarında olan Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında skripka çalan vəzifəsində işləyir və 1338 manat məbləğində əmək haqqı alır. 43.Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-372/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay cavabdehin əmək haqqının 1/3 hissəsi məbləğində aliment tutulması qət edilərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2020-ci il üçün 170 manat nəzərdə tutulmuşdur. 2024-cü ildə isə bu məbləğ 235 manat təşkil edir. 44.Kollegiya qeyd edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. 45.Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. 46.Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin 235 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. 47.Məhkəmə kollegiyası cavabdehin kredit borcunun olması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, onun nikah pozulduqdan sonra öz şəxsi tələbatı üçün bankdan kredit götürməsi, onun qanunla müəyyən edilən uşaqlarını saxlamaq və onların mimimum dolanacaq xərclərini qarşılamaq vəzifəsindən azad etmir. 48.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 49.Beləliklə məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 50.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 51.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 52.Alimentin artırılan hissəsinin illik məcmusu 5000 manatan az olduğu üçün, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 53.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2(008)-3091/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar