Məhkəmə qərarları › İş №2(103)-4169/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4169/2020

31.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4169/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh “Cavabdeh X2 nümayəndəsi İmanov Böyükağa Şəhruz oğlunun, Maraqlarına toxunulan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili X6 iştirakları ilə İddiaçı cavabdeh “Cavabdeh X1rşı “mənzilə dair maliyyə arayışının verilməklə mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin mənzil ilə bağlı öhdəliyin cavabdeh “xxxxxxx” KM MMC-nin üzərinə qoyulması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4604/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müracitə edərək, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48 məhəllə ünvanında yerləşən 3-cü giriş, 5-ci mərtəbə, iki otaqdan ibarət olan 112,78 kvadrat metr, 219 saylı mənzilə dair maliyyə arayışının verilməklə mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin mənzil ilə bağlı öhdəliyin cavabdeh “xxxxxxx” KM MMC-nin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə “xxxxxxx” KM MMC arasında Kooperativ binada mənzil tikdirilməsi haqqında Müqavilə bağlanmışdır, həmin müqaviləyə əsasən iddiaçı cavabdehdən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/48 məhəllə ünvanda inşa edilən yaşayış binasında mənzil almış, Cavabdeh MMC həmin ünvanda tikəcəyi yaşayış binasında 219 nömrəli mənzili ona verməyi, o isə qeyd edilən mənzili qəbul etməyi öz üzərinə götürmüşdür, hal hazırda ünvan 3 ünvanda yerləşən 3-cü giriş, 5-ci mərtəbə, 2 otaqdan ibarət olan 112,78 kv.m olan yaşayış sahəsinin mülkiyyətçisidir, lakin mülkiyyət hüququ əldə etdiyi tarixdən hazırki vaxtadək cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində həmin yaşayış sahəsindən istifadə edə bilmir, cavabdehlə aralarında bağlanan xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, mənzilin qiyməti 85000 manat müəyyən olunmuş və həmin məbləğ də cavabdehə tam olaraq ödənilmişdir, axırıncı ödəniş olunduqdan sonra maliyyə arayışını tələb etdikdə mənzilin dəyərinin tam ödənilməsi və hər hansı borcunun olmaması barədə arayışı ala bilməmişdir, halbuki müqavilədə mənzilin təhvil verilməsi və dəyərinin tam ödənilməsi ilə bağlı maliyyə arayışının ona təqdim edilməsi barədə “xxxxxxx” KM MMC-nin öhdəliyi barədə qeyd vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4604/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48 məhəllə ünvanında yerləşən 3-cü giriş, 5-ci mərtəbə, iki otaqdan ibarət olan 112,78 kv.m olan 219 saylı mənzilə dair maliyyə arayışı verilməklə, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. Qətnamədən maraqlarına toxunulan şəxs Maraqlı şəxs nümayəndəsi X5 apellyasiya şikayəti verərək onun ləğv və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, “xxxxxxxov-KM” MMC cavabdehlər X8ma, Maraqlı şəxs və xxxxxxxxxxxxx MTK-ya qarşı “xxxxxxxov-KM" MMCyə məxsus olan Xətai rayonu Xocalı küçəsində 2347-48-ci məhəllədə 0,3 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində 2 otaqlı sahəsi 122,78 m2 olan 219 saylı mənzilə dair Etalon İnşaat MTK ilə X7 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir.Xətai Rayon Məhkəməsinin 2(011 )-3543/2013 saylı, xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə, “xxxxxxxov-KM” MMC cavabdehlər X8ma, Maraqlı şəxs və xxxxxxxxxxxxx MTK-ya qarşı “xxxxxxxov-KM” MMC-yə məxsus olan Xətai rayonu Xocalı küçəsində 2347-48-ci məhəllədə 0,3 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində 2 otaqlı sahəsi 122,78 m" olan 23 9 saylı mənzilə dair Etalon İnşaat MTK ilə X7 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1327/2014 saylı, xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə, iddiaçı “xxxxxxxov-KM” MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2( 102)-2094/2015 saylı, xx xxx 2015-cü il tarixli qərarı ilə, iddiaçı “xxxxxxxov KM” MMC-nin kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak etmiş maraqlarına toxunulan şəxsin nümayəndəsi və vəkili Bilal Bağırov apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Samir Əsədov apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş və çıxışında qeyd etmişdir ki, mübahislə mənzilin açarı hazırda iddiaçıdadır və apellyator həmin mənzilə heç vaxt gəlməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş, izahatında mənzilin Maraqlı şəxs verilməli olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd olunmalıdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi K.Rizvan ifadəsində bildirmişdir ki, o ev alqı-satqısı ilə məşğul olur, iddiaçı ona mənzil alması barədə müraciət etmişdir, ona tərəfindən Cavabdeh MMC-də boş mənzillərin olması barədə məlumat vermiş, birlikdə Cavabdeh MMC-nin direktoru olmuş Azad adlı şəxsin yanına gələrək bu barədə ona bildirmişlər, tərəflər Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48 məhəllə ünvanda yerləşən 3-cü giriş, 5-ci mərtəbə, 2 otaqdan ibarət olan 112,78 kv.m olan yaşayış sahəsinin alqı-satqısı barədə razılığa gəlmişlər və bu barədə müqavilə bağlanmışdır, müqavilə bağlanan vaxt İddiaçı ilkin olaraq 45000 manat cavabdehə pul ödəmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış Mənzil Tikintisi haqqında müqavilənin 1-ci bəndinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48-ci məhəllədə yerləşmiş, ümumi dəyəri 85000 manat olan mənzil İddiaçı satılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış Mənzil Tikintisi haqqında müqavilənin 13-cü bəndlərinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48-ci məhəllədə yerləşmiş, ümumi dəyəri 85000 manat olan, 3-cü giriş, 5-ci mərtəbə 2 otaqdan ibarət 112,78 kv.m. olan Cavabdeh MMC-nin tikilməkdə olan binasında 219 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür, Müqavilənin 2-ci bəndinə əsasən ümumi dəyəri 85000 manat olan mənzil İddiaçı satılmışdır, müqavilənin qeyd hissəsinə görə, qalıq borcun 40000 manat olması göstərilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı tərəfindən müxtəlif vaxtlarda 10000, 5000, 2000, 4000, 2000, 4000, 5000, 2000, 6000 manat omaqla, cəmi 40000 manat məbləğində pul Cavabdeh MMC-yə ödənilmişdir. ş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2019cu il tarixli, **********69 saylı məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 24A, 219 saylı mənzilin dövlət reyestrindən qeydiyyatdan keçməsi haqqında məlumat İdarənin arxivində aşkar olunmamışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 02/132 saylı məktubdan görünür ki, Cavabdeh MMC-yə məxsus Telnov küçəsi, 2347/48-ci məhəllə ünvanda yerləşən çoxmənzilli yaşayış binasında 3-cü giriş, 5-ci mərtəbə, sahəsi 112,78 kv.m olan 219 saylı mənzilə dair “xxxxxxxxxxxx” MTK tərəfindən X4 adına Mənzil Tikintisi haqqında müqavilə olmuş, lakin həmin vətəndaşın adından həmin mənzilə dair heç bir ödəniş qəbzi, maliyyə arayışı yoxdur və olmamışdır, arxivdə olan müqavilənin yalnız kserosurəti mövcud olduğu üçün təsdiq olunmadan təqdim edilə bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə isə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır...Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. İş materiallarından görünür ki, “xxxxxxxov-KM” MMC cavabdehlər X8ma, Maraqlı şəxs və xxxxxxxxxxxxx MTK-ya qarşı “xxxxxxxov-KM" MMC-yə məxsus olan Xətai rayonu Xocalı küçəsində 2347-48-ci məhəllədə 0,3 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində 2 otaqlı sahəsi 122,78 m2 olan 219 saylı mənzilə dair Etalon İnşaat MTK ilə X7 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir.Xətai Rayon Məhkəməsinin 2(011)-3543/2013 saylı, xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə “xxxxxxxov-KM” MMC cavabdehlər X8ma, Maraqlı şəxs və xxxxxxxxxxxxx MTK-ya qarşı “xxxxxxxov-KM” MMC-yə məxsus olan Xətai rayonu Xocalı küçəsində 2347-48ci məhəllədə 0,3 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində 2 otaqlı sahəsi 122,78 m" olan 23 9 saylı mənzilə dair Etalon İnşaat MTK ilə X7 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1327/2014 saylı, xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə, iddiaçı “xxxxxxxov-KM” MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2( 102)-2094/2015 saylı, xx xxx 2015-cü il tarixli qərarı ilə, iddiaçı “xxxxxxxov KM” MMC-nin kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, Maraqlı şəxs tərəfindən xx xxxx 2006-cı il tarixdə mənzil tikinti müqaviləsinin təsdiq olunmuş surəti, həmçinin 2009-cu ildə binanın tikilməsi ilə əlaqədar “xxxxxxxxxxxxx” MTK ilə “xxxxxxx K.M.” MMC arasında bağlanmış xx xxx 2006-cı il tarixli müqavilə ləğv edildikdən sonra “xxxxxxx K.M.” MMC mübahisəli mənzilə dair Əsli Əhmədova ilə xx xxxx 2011-ci il tarixdə bağlanmış yeni müqavilə təqdim olunmuşdur. Həmin müqavilədə mənzilin dəyərini təşkil edən 38,345 ABŞ dollarının ödənilməklə Əsli Əhmədovanın həmin mənzilə dair borcunun olmaması qeyd olunmuşdur. Göründüyü kimi “xxxxxxxov-KM" MMC-yə məxsus olan Xətai rayonu Xocalı küçəsində 2347-48-ci məhəllədə 0,3 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində 2 otaqlı sahəsi 122,78 m2 olan 219 saylı mənzilə dair Etalon İnşaat MTK ilə X7 arasında bağlanmış xx.xx.2006-cı il tarxili müqavilə, sonradan müqavilə ləğv edildikdən sonra “xxxxxxx K.M.” MMC mübahisəli mənzilə dair Əsli Əhmədova ilə xx xxxx 2011-ci il tarixdə bağlanmış yeni müqavilə hazırda qüvvədədir və onun etibarsız hesab edilməsinə dair iddia tələbi qanuni qüvvəsini almış məhkəmə aktı ilə rədd edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı “xxxxxxx” KM MMC ilə bağlamış olduğu xx.xx.2014-cü il tarixli müqaviləyə istinad etməklə iddia tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 442-ci, 445-ci və 448ci maddələrinə əsaslanmış və cavabdehin (“xxxxxxx” KM MMC-nin) müqavilə öhdəliklərini icra etmədiyini irəli sürmüşdür; bununla belə, yuxarıda qeyd olunduğu kimi,İddiaçı ilə həmin MMC arasında müqavilə bağlandığı zaman Əsli Əhmədova ilə daha əvvəl bağlanmış müqavilələr qüvvədə olmuş, həmin müqavilədə mənzilin dəyərini təşkil edən 38,345 ABŞ dollarının ödənilməklə Əsli Əhmədovanın həmin mənzilə dair borcunun olmaması qeyd olunmuşdur. Başqa sözlə “xxxxxxx” KM MMC, İddiaçı istinad etdiyi müqavilənin predmeti olan əmlakla bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda onunla müqavilə bağlamış, həmin MMC ilə Ləyla Fətullayevadan daha əvvəl müqavilə bağlayaraq əmlakı təhvil almış şəxsin müqavilələrinin ləğv olunduğu və ya etibarsız hesab edildiyi isə müəyyən olunmamışdır. Kollegiyanın qənaətinə görə bu hal, Əsli Əhmədovaya satılmış, ünvan 3 ünvanda yerləşən 3-cü giriş, 5-ci mərtəbə, 2 otaqdan ibarət olan 112,78 kv.m olan yaşayış sahəsinin İddiaçı təhvil verilməsini istisna etməklə yanaşı, onun irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir. Kollegiya maraqlarına toxunulan şəxsin həmin mənzilə gəlib-getməməsinə dair iddiaçının arqumentini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Yuxarıda qeyd olunanlar əsasən, mübahisəli mənzilin maraqlarına toxunulan şəxsin mülkiyyətində və sahibliyində olunması müəyyən edilmişdir; bu isə o deməkdir ki, mülkiyyətçi sahib olduğu əmlaka dair sərbəst şəkildə sərəncam verə bilər və həmin əmlakdan istifadə edə bilər. Mülkiyyətçinin mənzilinə baş çəkməməsi onun həmin mənzil üzərində olan mülkiyyət hüququna təsir göstərmir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Kollegiya iddiaçıya onu izah edir ki, o cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə ödədiyi vəsaitin geri ödənilməsini tələb edə bilər. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4604/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “Cavabdeh X1rşı “mənzilə dair maliyyə arayışının verilməklə mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin mənzil ilə bağlı öhdəliyin cavabdeh “xxxxxxx” KM MMC-nin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar