Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4170/2025 21.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4140/2015 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)- 4140/2015 saylı qətnaməsi ilə iddiaçı “Nikoyl” İKB-nin cavabdehlər Cavabdeh1 Hüseyn oğluna və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 Hüseyn oğlundan və Cavabdeh2 müştərək qaydada kredit üzrə 9691 ABŞ dolları əsas borc, 1948 ABŞ dolları faiz borcu, cəmi 11639 ABŞ dollarının ödəmə günü Azərbaycan manatına məzənnə ilə və məhkəmə xərci kimi ödənilmiş dövlət rüsumunun 30 manatının tutularaq iddiaçı “Nikoyl” İKB-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.Qətnamə xx.xx.2015-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hazırda Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş və ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 iddia ərizəsinə qoşma kimi əlavə edilmiş zaminlik müqaviləsindən xəbərsiz olmuşdur. Ümumiyyətlə, onun həmin müqavilə ilə bağlı cavabdeh qismində barəsində Binəqədi Rayon Məhkəməsində mülki işin olmasından xəbəri olmamışdır. İş materiallarına baxılsa müəyyən etmək olar ki, ona göndərilən məktublar ona çatmamışdır. İş materiallarında olan qəbzləri tamamilə başqa adam Cavabdeh2 imzasına oxşamayan imza ilə imza etmişdir. Cavabdeh2 yalnız 2025-ci ilin aprel ayı üçün əmək haqqına icra vərəqəsi əsasında tutma yönəldilkdən sonra müəyyən etmişdir ki, onun xəbəri olmadan adına saxta Zaminlik Müqaviləsi tərtib edilərək əleyhinə məhkəmə qətnaməsi qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4140/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilməmişdir. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 133.4, 133.5, 363.1.1-1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh2 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-4140/2015 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəbləri aşkar edilməmişdir. Məhkəmə verilmiş ərizənin dəlillərini, habelə mülki işin materiallarını nəzərdən keçirərək qeyd edir ki, mülki iş materiallarında olan xəbərnamədən (i.v. 55) görünür ki, Cavabdeh2 qətnamə xx.xx.2015-ci il tarixdə çatdırılmış, bununla da o, qətnamədən rəsmi qaydada xəbərdar edilmişdir. Həmçinin işdə olan ərizədən (i.v.86) və cavabdehin izahatından müəyyən olunur ki, icra məmurun onu 2023-cü ildə icra şöbəsinə dəvətindən sonra da qətnamə barəsində məlumatı olmuş, həmin ildə rəsmi qaydada qətnaməni əldə edilməsi üçün məhkəməyə müraciət etmişdir. Belə olan halda, cavabdeh qətnamənin mövcudluğu barədə 2023-cü ildən məlumatı olmasına baxmayaraq, iki ildən çox müddət keçdikdən sonra apellyasiya şikayəti və müddətin bərpası ilə müraciət etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: Cavabdeh2 qərardaddan şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, apellyadsiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1, 135.1, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarından da görünür ki, iş üzrə qətnamə qəbul edilərkən Cavabdeh2 məhkəmə iclaslarında iştirakı təmin edilməmiş, çəkişmə prinsipi pozulmuş, qətnamə ilə imzası olmayan zaminlik müqaviləsi üzrə ona qanunsuz olaraq öhdəlik qoyulmuşdur. Belə olan halda bu işin yenidən baxılması ən azından ədalətin və şəxsin konstitusyon hüquqlarının bərpası deməkdir. İş materiallarından da görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi rəsmi qaydada Cavabdeh2 çatdırılmamışdır. Buna dair iş materiallarında Cavabdeh2 imzası olan hər hansı bir qəbz yoxdur. xx.xx.2015-ci il tarixli qəbzdə olan imza Qiluyev Məhəmmədə aid deyil. Bunu xüsusi biliyə malik olmadan da, şəxsin imzası ilə qəbzdəki imzani müqayisə etdikdə müəyyən etmək olar. Şəxsin qətnamənin tələbinə dair ərizəsi hələ qətnamənin ona rəsmi qaydada çatdırılması demək deyil. Əks təqdirdə prosessual qanunvericiliyin tələbi rəsmi qaydada çatdırılma yox, şifahi qaydada xəbərdarlıq etımək olardı. O ki, qaldı izahata, şəxs ola bilər özünü doğru ifadə etməyib, belə ki, o qətnamədən yalnız icra vərəqəsi üzrə əmək haqqına yönəltmə olduğu vaxtdan xəbərdar olduğunu bildirmiş və icra məmuru ilə bu barədə 2025-ci iin aprel ayında danışmışdır. Və dərhal da apellyasiya şikayətinin verirrasi üçün tədbirlər görmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4140/2025 saylı işi üzrə 23 iyun 2025-ci il tarixli qərardadı ilə Cavabdeh2 şikayəti təmin edilməmiş, və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və mülki kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən edən 24-cü maddəsinin İİİ hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə əsasən: Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin tələblərinə əsasən:129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 60, 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-146, 357, 360-366, 385, 387ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Cavabdeh X3 məhkəmə prosesindən , o cümlədən məhkəmə qətnaməsindən məlumatlı olmadığını, 2025-ci ildə qətnamənin surətini rəsmi qaydada məhkəmədən aldığını bildirmiş, bu səbəbdən qətnamədən şikayət vermə müddətinin üzürlü hesab edilərək, müddətin ötürülməmiş hesab edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir.Lakin iş materialları ilə müəyyən edilir ki, cavabdeh X3 həm məhkəmə prosesindən, həm də məhkəmə qətnaməsindən məlumatlı olmuş və məhkəmə qətnaməsi ona rəsmi qaydada poçt vasitəsi ilə çatdırılmış və bu barədə sifarişli xəbərnamə də iş materiallarına əlavə edilmişdir. ( İş səh 43, 55) Həmçinin bununla yanaşı iş materialları ilə müəyyən edilir ki, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icraata başlama haqqında qərar məhkəməyə təqdim edilsə də, məhkəmə qətnaməsinin faktiki olaraq icra edilməsi ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Daha sonra tələbkarın ərizəsi əsasında (2023-cü ildə) məhkəmə tərəfindən Yasamal Rayon İcra Şöbəsinə məktub ünvanlanaraq borclu Cavabdeh2 münasibətdə icra hərəkətlərinin davam etdirilməsi barədə göstəriş verilmişdir.Bundan sonra, yəni xx.xx.2023-cü il tarixdə borclu Cavabdeh2 məhkəmə qətnaməsinin ona rəsmi qaydada təqdim olunması barədə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, ( bu fakt artıq həmin dövrdə Cavabdeh2 məhkəmə qətnaməsindən məlumatlı olduğunu təsdiq edir), sonra isə 2025-ci ildə məhkəmə qətnaməsinin surətini rəsmi qaydada almışdır. Beləliklə, yuxarıda sadalananlardan belə bir nəticəyə gəlmək olur ki, cavabdehə 2015-ci ildə məhkəmə qətnaməsi rəsmi qaydada çatdırılmışdır.Lakin ehtimal edilən odur ki, həmin dövrdə ona münasibətdə hər hansı icra hərəkətləri həyata keçirilmədiyindən, məhkəmə qətnaməsini mübahisələndirməyə ehtiyac duymamış, yalnız tələbkarın ərizəsi əsasında məhkəmə tərəfindən icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı İcra şöbəsinə məktub göndərildikdən və icra şöbəsi tərəfindən ona müvafiq bildiriş göndərildikdən sonra məhkəmə qətnaməsindən ümumiyyətlə məlumatlı olmamağı və qətnamənin rəsmi qaydada ona təqdim olunması ilə bağlı ərizə ilə müraciət etmiş, lakin həmin dövrdə də qətnaməni almağa cəhd etməmiş, yalınz xx.xx.2025-ci il tarixdə məhkəmə qətnaməsinin surətini almışdır. ( iş səh 77, 86, 87) Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395 - 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4140/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-4170/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4170/2025
21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver