Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4174/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı MMMC-nin Cavabdeh MMC-yə qarşı “göstərilmiş kommunal xidmətlərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 15 may 2023-cü il tarixli qərardaddan iddiaçı MMMC-nin verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMMC-nin cavabdeh MMC-yə qarşı verdiyi “göstərilmiş kommunal xidmətlərin əvəzinin ödənilməsi tələbi barədə” iddia ərizəsinin icraata götürülməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla iddia ərizəsini geri qaytarmışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər hüquqi şəxs olmaqla, onların arasında yaranmış və iddia ərizəsinin məhkəməyə verilməsinə əsas olmuş mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Bu iddia tələbinə kommersiya məhkəməsi tərəfindən baxılmalı olduğu halda iddia ərizəsi ümumi məhkəməyə verilmişdir. Lakin bu işə ümumi məhkəmə tərəfindən baxıla bilməz. İddiaçı MMMC-nin həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya icraatı qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 32.5-ci maddəsinə görə, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. MPM-in 269-cu maddəsinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (maddə 269.1.). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2.). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kassasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3.). Göründüyü kimi, aidiyyət haqqında qərardaddan şikayət verildikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Lakin Rayon Məhkəməsi şikayəti mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardaddan iddiaçı MMMC-nin verdiyi şikayət üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilməli və iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Odur ki, göstərilənlərə əsaslanan və MPM-nin 363, 364, 366 və 402-cı maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 15 may 2023-cü il tarixli qərardaddan İddiaçı MMMC-nin verdiyi şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilsin və iş Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4174/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4174/2023
16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver