Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4182/2024 03.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, e-2(004)-3349/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “göndərilmiş bildirişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü tarixli, e2(004)-3349/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmışdır. İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, e- 2(004)-3349/2024 nömrəli qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, e-2(004)-3349/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, e-2(004)- 3349/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin nəticə hissəsinə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan xx.xx.2024-cü il tarixli bildiriş cavabdehin iddiaçıya ünvanladığı sadə pretenziya (xəbərdarlıq) məktubudur. Həmin bildiriş isə özü özlüyündə hər hansı hüquqi akt olmadığından onun etibarsız hesab edilməsi barədə iddianın icraata qəbul edilməsi yolverilən deyildir. Kollegiya qeyd edir ki, mülki icraatda məhkəmə müstəvisində mübahisəyə baxılır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə mübahisə mövcud deyildir. Əgər notariat orqanı müvafiq müqavilə üzrə icra qeydi verərsə, o halda, həmin qeydin və ya tərəflər arasında bağlanmış borc müqaviləsinin mübahisələndirilməsi yolveriləndir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya şikayətin dəlili kimi iş materiallarına əlavə edilmiş qətnaməyə münasibətdə bildirir ki, icra qeydlərinin aparılması barədə bildirişlərin etibarlılığı məsələsi məhkəmə qaydasında mübahisələndirilə bilər. Lakin hazırda iddiaçının məhkəmədə mübahisələndirilməsini istədiyi bildiriş hüquqi qüvvəsi olan akt deyil, yalnız məktubda qeyd olunan xəbərdarlıq və ya təklifə pretenziya ünvanlanmış şəxs münasibət bildirdikdə sonradan hüquqi qüvvəsi olan əqdlər tərəflər arasında bağlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, e-2(004)-3349/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, e-2(004)-3349/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4182/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4182/2024
03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver