Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4186/2023 01.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: ərizənin baxılmamış saxlanılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul barədə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2(004)-1057/2023 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi qismində 31800,95 manat pul və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandrılmışdır ki, Cavabdeh 18 yanvar 2019-cu ildə İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq cəmiyyətin satış şöbəsinə müdir vəzifəsinə işə qəbul olunmuş. eyni tarixdə onunla tam maddi məsuliyyət və kommersiya sirrlərinin yayılmaması barədə müqavilə də bağlanmışdır. Cavabdeh cəmiyyətin ünvan 1 ünvanında yerləşən “Rahat Qarayev 1” adlı marketində müdir olaraq fəaliyyət göstərmişdir. Cavabdehin 01 yanvar 2022-ci ilin əvvəllərindən avqust ayına qədər olan dövr ərzində fəaliyyəti ilə bağlı çatışmazlıqların olması ilə bağlı məlumatlar daxil olmuş, cavabdehə marketdə daxili audit aparılacağı barədə məlumat verilmişdir. Daxili audit yoxlaması başlanan zaman cavabdehə bildirilmişdir ki, audit prosesində iştirak etsin. Yazılı və şifahi dəvətlərə baxmayaraq cavabdeh daxili audit prosesində iştirakdan yayınmış, audit aparılacağı ilə bağlı məlumat verildikdən sonra üzrsüz səbəblər olmadan işə çıxmamışdır. Cavabdehə onun üzrlü səbəb olmadan işə çıxmaması, auditdə iştiraka dəvət edilməsi və daxili auditin nəticələri barədə rəsmi məktublar da göndərilmişdir. Yazılı və şifahi məktublara baxmayaraq cavabdeh market müdiri və maddi məsul şəxs olmasına baxmayaraq üzrlü səbəblər olmadan işə gəlməmiş və daxili audit prosesində iştirak etməmişdir. 14 yanvar 2022 – 12 avqust 2022-ci il tarixləri üçün daxili audit aparılmış və çatışmazlıqlar aşkarlanmış və bu barədə cavabdehə şifahi və yazılı məlumat verilmişdir. Daxili audit keçirildiikdən sonra müstəqil auditin aparılması üçün sərbəst auditor X5 ilə İddiaçı MMC arasında müqavilə bağlanmış və marketin auditinin aparılması ona tapşırılmışdır. Sərbəst auditor tərəfindən təqdim edilən 21 okytabr 2022-ci il tarixli, 57 saylı audit rəyi və audit prosedurlarının aparılmasına dair akta əsasən Cavabdeh 12 avqust 2022-ci il tarixi üçün öhdəsindəki 31800,95 manat məbləğində çatışmazlıq müəyyən olunmuşdur. Audit rəyinə və cavabdehin işdə üzrlü səbəbdən olmaması ilə bağlı 31 okytabr 2022-ci il tarixdə cavabdehin işdən azad edilməsi barədə 6626/k saylı əmr verilmişdir. Beləliklə cavabdeh tərəfindən iddiaçıya yuxarıda göstərilən dövr üçün 31800,95 manat zərər vurulmuş, zərərin qaytarılması ona könüllü şəkildə təklif edilsə də, bundan imtina etmişdir.
3. İddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə istinad edilmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2(004)- 1057/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200.1, 203, 205.2 və 296.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apelyasiya şikayətinin dəlillərindən birini o təşkil edir ki, iddiaçı, güya mağazada olan çatışmamazlıqlar barədə mübahisənin mediasiya qaydasında həlli ilə əlaqədar Mediasiya Şürasına müraciət etmədən bir başa məhkəməyə müraciət etmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən ailə, əmək və kommersiya işləri üzrə məhkəmə mübahisələri ilkin olaraq Mediasiya Şurasında araşdırılmalı və daha sonra razılıq olmadıqda mübahisə məhkəmə müstəvisinə göndərilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. İddiaçının nümayəndəsi izahatında hazırkı mübahisənin əmək mübahisəsi olduğunu, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl medasiya orqanına müraciət edilmədiyini bildirdi.
9. Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayət təmin edilməklə qətnamənin ləğv olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.6. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur; Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır; Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd; Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa.
11. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; Maddə 3.2. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur; Maddə 21.9. Aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; Maddə 28.1. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “fərdi əmək mübahisələrinin predmeti” adanan 288-ci maddəsinə əsasən işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi fərdi əmək mübahisəsi hesab olunur. Hazırkı iddianın faktiki əsasını tərəflər arasında bağlanmış müqavilələr əsasında zərərin vurulması, hüquqi əsasını isə Əmək Məcəlləsinin müvafiq maddələri təşkil edir.
13. Göründüyü kimi, tərəflər arasındakı mübahisə fərdi əmək mübahisəsidir və qanunvericiliyə əsasən bu kateqoriya işlər üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək məcburidir.
14. Lakin, iş materiallarından görünür ki, bu imperativ tələbə əməl edilməmiş, tərəflərin ilkin mediasiya sessiyasında iştirakla bağlı arayış və ya protokol iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən birinci irnstansiya məhkəməsi tərəfindən iddia ərizəsi geri qaytarılmalı, ərizənin icraata götürüldüyü halda isə baxılmamış saxlanılmalı olduğu halda işə mahiyyəti üzrə baxılaraq yekun qərar qəbul edilmişdir.
15. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla işə baxıldığından hazırkı iş üzrə qətnamə ləğv edilməli, iş baxılmamış saxlanılmalı, cavabdehin şikayəti qismən təmin edilməlidir.
16. Göstərilənlərə əsasən və MPM-in 259, 263, 264 və 387-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2(004)- 1057/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2(004)- 1057/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçınə mübahisənin həlli ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etdikdən sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev