Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4188/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, iddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2946/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2946/2022 saylı 17 may 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2946/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti, vaxtında verilibverilmədiyi məsələsinə qiymət verilmədən göndərildiyindən, qeyri-mümkün hesab edilməli və mülki iş, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Bu Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Bu Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2946/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi Cavabdeh qeydiyyatda olduğu ünvana xx.xx.2022-ci il tarixdə göndərilmiş, qeyd edilən qətnamə həmçinin icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə Binəqədi rayon İcra Şöbəsinə ünvanlanmış və xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2946/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti isə 3 ilə yaxın müddət keçdikdən sonra verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh məhkəmə aktı barəsində həqiqətən məlumatsız olduğu, icra sənədi üzrə icra hərəkətlərinin aparılıb-aparılmadığı, aparılıbsa icra hərəkətləri həyata keçirilən zaman Cavabdeh iştirakının təmin olunub-olunmadığı və s. məsələləri müvafiq icra şöbəsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2946/2022 saylı, 17 may 2022-ci il tarixli icra sənədi üzrə açılmış icra işini tədqiq etməklə araşdırmalıdır. Belə ki, məhkəmə, prosessual müddətin ötürülüb-ötürülmədiyinə və digər bu kimi hallara qiymət verməməklə yalnışlığa yol vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Beləliklə yuxarıda qeyd edilən qeyri-müəyyən halları araşdırmadan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2946/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə birinci instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda qeyd edilən hallara müvafiq icra işinə əsasən qiymət verməklə nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə o birinci instansiya məhkəməsi tərəfindən qaytarılır, lakin Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsiinə göndərmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264,366.3 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2946/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət apellyasiya şikayətinin Mülki Prosessuaı Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessuaı Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğu məsələsinə yenidən baxılarkən qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2(103)-4188/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4188/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver