Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-419/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı ləğvetmə prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğvetmə prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğvetmə prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(001)-11058/2017 saylı qətnaməsi ilə təmin edilərək, ödəniş gününə olan məzənnə üzrə 44112 ABŞ dolları əsas borcun, 17465 ABŞ dolları faiz borcunun, cəmi 61577 ABŞ dolları borcun cavabdehdən iddiaçının xeyrinə tutulması, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması, 300 manat ekspertiza tədqiqatının dəyərinin cavabdehdən “xxxx” MMC-dən xeyrinə tutulması, tələbin Cavabdeh xüsusi mülkiyyətində olan ipotekaya qoyulmuş ünvan 1 mənzil 58 ünvanında yerləşən mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 58000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh verilməsi, mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra cavabdehin həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncu illik 28 faiz olmaqla 18 aylıq müddətə 50000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Onlar arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus ünvan 1 mənzil 58 ünvanında yerləşən mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 61577 ABŞ dolları məbləğində borc isə bu günədək ödənilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(001)- 11058/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarında onun iştirakı təmin edilməmiş, evin qiymətləndirilməsi evə baxış keçirilmədən həyata keçirilmişdir. Məhkəmə manatın ABŞ dolları qarşısında iki dəfə dəyər itirməsini nəzərə almamış, borcun məbləği düzgün hesablanmamış, ipoteka predmeti düzgün qiymətləndirilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-1472/2019 saylı qətnaməsi ilə qətnamə ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin olunmuş, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 44073,66 ABŞ dolları əsas, 12991,93 ABŞ dolları faiz borcu olmaqla cəmi 57065,59 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində kredit borcunun, iddianın qaldırılması ilə əlaqədar ödənilmiş dövlətrüsumunun əvəzi qismində 30 manatın, habelə ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün iddiaçının müvafiq idarənin hesabına köçürdüyü 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi olaraq 31 manat pulun iddiaçıya ödənilməsi, həmin məbləğ ödənildikdən sonra artıq qalmış pul vəsaitinin Cavabdeh verilməsi, mənzil satıldıqdan 1 ay sonra cavabdehin həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, ipoteka qoyulmuş mənzilin ilkin satış məbləğinin 93000 manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(102)- 4070/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi faiz pulunun tutulması hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin qərarından görünür ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız faiz borcunun tutulması hissəsində ləğv edilmiş və həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmə belə hesab etmişdir ki, tərəflər arasında bağlanmış x xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin tərkib hissəsi olan cədvələ əsasən, cavabdeh müqavilə müddəti ərzində 11804 ABŞ dolları məbləğində faiz pulu ödəməlidir. Nəzərə alınsa ki, cavabdeh müqavilə müddəti ərzində 11804 ABŞ dolları məbləğində faiz pulu ödəməli olmuşdur və x xxxxxxx 2015-ci il tarixdən x xxxxx 2017-ci il tarixə kimi 5826,27 ABŞ dolları məbləğində faiz pulu ödəmişdir, deməli cavabdehin ödənilməmiş faiz borcu 5977,73 ABŞ dolları məbləğində qalmalıdır. Lakin ekspert x xxxxx 2017-ci il tarixə cavabdehin ödənilməmiş faiz borcunun 12991,93 ABŞ dolları məbləğində olmasını müəyyən etmişdir. Cavabdehin ödədiyi faiz pulu da nəzərə alınarsa, onun müqavilə müddətində 18818,2 ABŞ dolları məbləğində faiz ödəməli olması müəyyən edilir. Hansı ki, yuxarıda göstərilən cədvəldə cəmi faiz məbləğinin 11804 ABŞ dolları olması nəzərdə tutulmuşdur. Apelyasiya məhkəməsi cədvəldə müəyyən edilmiş faiz məbləği ilə ekspertin müəyyən etdiyi məbləğlər arasındakı fərqin səbəblərini aydınlaşdırmamış, müqavilə bağlanan zaman müəyyən edilmiş faiz məbləğinin ekspert tərəfindən 7014,2 manat artıq hesablanmasının (18818,2- 11804=7014,2) hansı səbəbdən baş verməsinə qiymət verməmişdir. Buna görə də apelyasiya icraatı qaydasında yenidən işə baxılarkən qətnamənin yalnız faiz borcuna dair hissəsi yoxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Aysel Rəsulova apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməlidir. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 50000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit öhdəliklərinin təminatı kimi onun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 58 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliyini icra etməmişdir. İşdə olan “xxxx” MMC-nin xx xxxxxxx 2017-ci il tarixli rəyinə əsasən ünvan 1 mənzil 58 ünvanında yerləşən mənzilin bazar qiyməti 58000 manat müəyyən edilmişdir. Apelyasiya icraatı zamanı alınmış X3 tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli ƏEM/İ 12-639/18 saylı ekspert rəyi ilə ünvan 1 mənzil 58 ünvanında yerləşən mənzilin bazar qiyməti 93000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh iştirakı lazımi dərəcədə təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-in 387.2.2-ci maddəsinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhz buna görə də işə bundan əvvəl apelyasiya qaydasında baxmış məhkəmə kollegiyası qətnamənin tam ləğv olunub yeni qətnamə çıxarılması qənaətinə gəlmiş, kassasiya instansiyası məhkəməsi həmin nəticə ilə razılaşmışdır. Apelyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizasınınxx xxxxxx 2020-ci il tarixli 29431 saylı rəyinə əsasən Cavabdeh banka 44073,66 ABŞ dolları əsas, 12991,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 57065,59 ABŞ dolları məbləğində borcu vardır. Ekspert rəyində qeyd olunmuşdur ki, xx xxxxxxx 2015-ci il tarixli, İPK 01 saylı kredit müqaviləsi üzrə cavabdehin xx xxxxx 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) qalıq faiz borcunun 5977,73 ABŞ dolları deyil, 12991,93 ABŞ dolları məbləğində olmasına səbəb, cavabdeh tərəfindən edilmiş ödənişlərin qrafik üzrə deyil, gecikmələr və tam şəkildə aparılmamasıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 29431 saylı rəyi kifayət qədər əsaslandırıldığından, sübut kimi qəbul olunmalı və cavabdehin iddiaçı banka faiz borcunun məbləği 12991,93 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Beləliklə, apelyasiya qaydasında işə təkrar baxılarkən cavabdehin iddiaçı banka faiz borcunun məbləği 12991,93 ABŞ dolları məbləğində müəyyən edildiyindən və kassasiya qaydasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-1472/2019 saylı qətnaməsində gəlinən digər nəticələrlə razılaşdığından, apelyasiya instansiyası məhkəməsinin həmin qətnaməsinə uyğun qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385.2, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(001)- 11058/2017 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 44073,66 ABŞ dolları əsas, 12991,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 57065,59 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına nisbətən müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, habelə ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün iddiaçının müvafiq idarənin hesabına köçürdüyü 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi olaraq 31 manat pul tutulsun. Tutma ipoteka predmeti olan ünvan 1 mənzil 58 ünvanında yerləşən mənzilə yönəldilsin, həmin mənzil açıq hərracda satılsın, onun satışından əldə ediləcək vəsait hesabına 57065,59 ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, habelə ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün iddiaçının müvafiq idarənin hesabına köçürdüyü 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi olaraq 31 manat pul iddiaçıya ödənilsin, həmin məbləğ ödənildikdən sonra mənzilin açıq hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehə qaytarılsın, mənzil satıldıqdan 1 ay sonra cavabdeh mənzildən çıxarılmaqla mənzil boşaldılsın. Mənzilin ilkin satış qiyməti 93000 manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün tədqiqatın dəyəri olaraq 450 manat pulun 150 manatı iddiaçıdan alınaraq “X3” MMC-nin hesabına, 300 manatı cavabdehdən alınaraq “xxxx” MMC-nin hesabına, məhkəmə-mühasibatlıq ekspertizasının xərci qismində 245 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-419/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-419/2020
25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver