Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4194/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(002)-106/2021 saylı qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4 vərəsəsi Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 4615,25 manat əsas borc, 62,61 manat faiz borcu olmaqla, cəmi 4677,86 manat və 30 manat ödənilmiş dövlət rüsumunun, habelə 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı “xxxx” ASC ilə X6 arasında bağlanmış 20.07.2018ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 36 ay müddətinə 26 faiz dərəcəsi ilə 5000 manat kredit verilmişdir. X2 10.12.2018-ci ildə vəfat etmişdir. Salyan rayon 2 saylı Notariat ofisində 24.02.2020-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş 18.05.2020-ci il tarixli maliyyə arayışına əsasən X4 cəmi 4615.25 manat əsas borc, 62.61 manat faiz borcu olmaqla, cəmi 4677.86 manat məbləğində borcu qalmışdır. Cavabdeh X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəlikləri icra etməmişldir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də cavabdeh öhdəlikləri bugünədək tam şəkildə icra etməmişdir. AR MPM və MM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(002)-106/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 2427 (iki min dörd yüz iyirmi yeddi) manat 86 (səksən altı) qəpik məbləğində pul, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və 40 (qırx) qəpik bank xidməti haqqı tutulması qət olunmuşdur. Qətnamədən iddiaçı “xxxx” ASC apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, 10 dekabr 2018-ci ildə vəfat etmiş X1 miras qalmış 2427,86 manat kompensasiya puluna dair 11 yanvar 2019-cu il tarixdə vərəsəlik şəhadətnaməsi verilsə də, mərhumdan miras qalmış digər əmlaklar notarius tərəfindən siyahıya alınmamışdır. Qanunvericiliyin tələbi baxımından cavabdeh mərhumdan miras qalmış kompensasiya məbləğini miras olaraq qəbul etdiyindən mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. X1 miras qalmış bütün əmlak hazırda notarius tərəfindən siyahıya alınmadığından cavabdeh mərhumdan miras qalmış əmlakın onun “xxxx” ASC-yə olan 4677,86 manat borcundan az olduğunu sübuta yetirməlidir. Mülki iş materialları ilə də müəyyən olunduğu kimi, məhkəmə iddianı qismən təmin etsə də, mərhum X4 mülkiyyətində olan daşınar və daşınmaz əmlakın dairəsi barədə hər hansı araşdırma aparmamış, cavabdehin həmin əmlakları faktik olaraq sahiblik və idarə edib-etməməsinə hüquqi qiymət verməmiş, cavabdeh mərhumun digər əmlakının olmadığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, nəticədə obyektiv araşdırma aparılmadan əsassız olaraq iddia mirasın bir hissəsinə təqdim edilmiş vərəsəlik şəhadətnaməsinə münasibətdə təqdim edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, o, X4 vərəsəsi olaraq, miras əmlakdan 1/1 hissədə 2427,86 manat məbləğində kompensasiya olaraq pay almışdır. İddiaçı “xxxx” ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(002)-106/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 20.07.2018-ciil tarixli, 1148-20.07.2018-002840 saylı kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı “xxxx” ASC tərəfindən cavabdeh X6ya 36 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışın surətindən görünür ki, X4 4615,25 manat əsas borc və 62,61 manat faiz borcu olmaqla, cəmi 4677,86 manat məbləğində borcu vardır. İş materiallarında olan 20.07.2018-ci il tarixli, 1148-20.07.2018-002840 saylı kredit müqaviləsinin 1 saylı əlavədən-ödəniş cədvəlindən görünür ki, X6 36 ay müddətində aylıq 201.50 manat (sonuncu ay 199,01 manat) pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 20.07.2020-ciil tarixli məxaric orderinin surətindən görünür ki, X4hesabına 4950 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan AZ İ seriyalı, 940600 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 10 dekabr 2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin dekabr ayının 14-də 21 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Salyan rayon 2 saylı Xüsusi Notariatının 24 fevral 2020-ci il tarixli məktubnun surətindən görünür ki, X1 qalan mirası arvadı Cavabdeh Salyan rayon 2 saylı Xüsusi Notariatında 11.01.2019-cu il tarixdə açılmış vərəsəlik işi əsasında qəbul etmiş, ona həmin tarixdə bu barədə qanun üzrə vərəsəlik şəhadənaməsi verilmişdir. İş materiallarında olan 11.01.2019-cu il tarixli vərəsəlik şəhadətnaməsindən görünür ki, 10 dekabr 2018-ci il tarixdə ölmüş X4 vərəsəsi Cavabdeh miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ölmüş X5 məxsus 2427 (iki min dörd yüz iyirmi yeddi) manat 86 (səksənaltı) qəpik məbləğində kompensasiya pulundan ibarətdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, “xxxx” ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 448.2, 739.2, 1306.1, 1146, 1255-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, “xxxx” ASC ilə X6 arasında kredit müqaviləsi bağlanmış, F.Feyzullayev müqavilə üzrə öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. F.Feyzullayev 10.12.2018-ci il tarixdə vəfat etmiş, F.Feyzullayevin adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh çatmış miras əmlak 2427,86 manat puldan ibarət olmuş, Cavabdeh X1 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd etmişdir ki, qanunun mənasına görə, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia qismən, Məcəllənin 1306.1ci maddəsinə əsasən, cavabdehə çatan miras payı həcmində təmin edilməli, digər hissədə rədd edilməlidir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Kollegiya apellyatorun cavabdehin çox miras əmlak qəbul etməsi və bu istiqamətdə məhkəmənin araşdırma aparmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, işdə olan sübutları təkzib edən, hər hansı başqa sübut iddiaçı tərəfindən təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq kollegiya hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(002)- 106/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4194/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4194/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver