Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4194/2023 09.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment miqdarının artırılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1323/2023 nömrəli, 02 may 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 aprel 2014-cü il tarixli qətnaməsi ilə 17 iyul 2011-ci il təvəllüdlü Nuray Qulusoy və 11 iyun 2012-ci il təvəllüdlü Səid Qulusoyun yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 mart 2014-cü il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşağa görə 105 manat olmaqla, cəmi 210 manat miqdarında, həmçinin uşaqların müalicəsi ilə əlaqədar hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat miqdarında, ümumilikdə isə 310 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən 8 il keçib. Bu müddət ərzində ölkədə inflasiya, devolvasiya kimi insanların madi vəziyyətini pisləşdirən iqtisadi hallar baş vermişdir. Həmçinin, əgər həmin qətnamə qəbul edilərkən Nurayın 3, Səidin 2 yaşı var idisə, hazırda Nurayın 11, Səidin isə 10 yaşı var. Əlbəttə ki, 11 yaşlı uşaqla 3 yaşlı uşağın xərci eyni deyildir. Uşaq böyüdükcə geyim, yemək, təhsil, müalicə, əyləncə və sairə xərclər də artır. Hazırda 10 və 11 vaşlı uşaqların hər birinə ayrıayrılıqda ayda ən azı 500 manatdan artıq məbləğ xərcləyir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Uşaqların bütün qayğısını tamamilə iddiaçı çəkir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də, o, ölkə üzrə yaşayış minimumunun, minimal aylıq əmək haqqının miqdarının artması, uşaqların böyüməsi və digər yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan aliment məbləği artırılmalıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərzəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2011-ci il təvəllüdlü Nuray Qulusoyun və xx.xx.2012-ci il təvəllüdlü Səid Qulusoyun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat miqdarında, həmçinin uşaqların müalicəsi ilə əlaqədar hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat miqdarında, ümumilikdə 540 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1323/2023 nömrəli, 02 may 2023-cü il tarixli qətnaməsi (hakim Ünsüyyət Mirzəyeva) ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(010)- 2092/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi və xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət rüsumuna görə 72,80 (yetmiş iki manat səksən qəpik) manat dövlət nəfinə tutulması qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin, 56, 75, 75.4, 76, 78, 81.1, 81.2, 100 və 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Qanun 13 və 19-cu maddələrinə, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanuna, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 112.1.3, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini və iki uşağa görə ümumilikdə 300 manat alimentin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə cavabdehin xəstə olması, işləməməsi və qardaşı tərəfindən faktiki olaraq alimentin ödənilməsi barədə zəruri sənədlər və izahatalar təqdim edilsə də məhkəmə bu diqqətəlayiq halları nəzərə almamışdır. Məhkəmə işin faktiki hallarını tam araşdıraraq cavabdehin ödəniş qabiliyyətinin olmamasına baxamayaraq aliment miqdarını əsassız artırmışdır. Belə ki, Ailə Məcəlləsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Baxmayaraq ki, qanuna əsasən cavabdehin maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə tərəfindən cavabdehin maddi vəziyyəti və digər diqqətəlayiq hallar nəzərə alınmamışdır. Birinci insatansiya məhkəməsi iddiaçının uşaqları saxlamaq imkanının olub-olmamasını tam aydınlaşdırmamış və bu barədə isə iş materiallarında bir ədəd olsun mötəbər sübut yoxdur. Məhkəmədə sübut edilməli idi ki, iddiaçının həqiqətəndən uşaqları saxlamağa imkanı yoxdur. Belə ki, uşaqlara qayğı və diqqqət göstərmək və onlara maddi dəstək olmaq təkcə atanın deyil, eyni zamanda ananında borcudur. Həmçinin uşaqlar ana ilə birgə Türkiyə Respublikasındadır və bu hal ananın uşaqları digər dövlətdə təkbaşına saxlamağa qadir olduğunun və maddi durumunun yüksək olduğunun göstəricisidir. Lakin, bu halların heç biri birinci insantansiya məhkəməsində araşdırlmamışdır. Birinci insatnsiya məhkəməsi cavabdehin ümumilikdə 440 manat qət edilməsi barədə qətnamə qəbul etsə də, iddiaçının maddi vəziyyətini, işsiz olmasını və faktiki olaraq qardaşının himayəsində yaşamasını nəzərə almamışdır. Həmçinin cavabdehin səhhəti ilə bağlı ciddi problemlərinin olmasına dair reseptlər və digər zəruri sənədlər təqdim edilməsinə baxmayaraq məhkəmə bu hallara əhəmiyyət verməmiş və iddiaçının tələbini haqsız olaraq təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
“Uşaq hüquqları haqqında” Qanunun
11. Maddə 13 uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
12. Maddə 19. valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi valideynlərin əsas vəzifələridir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
13. Maddə 56. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
14. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
15. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
16. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
17. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
18. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
19. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
20. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
7. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
8. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
9. Maddə 372.7 apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
10. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
11. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
14. Cavabdeh apellyasiya şikayətindən qətnamənin dəyişdirilməsini xahiş etsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4194/2023 nömrəli, 09 avqust 2023-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin “uşaqların müalicəsi ilə əlaqədar hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat miqdarında sabit pul məbləğində əlavə xərcin tutulmasının rədd edilməsi” hissəsində ləğv edilməklə həmin hissədə iş üzrə icraata xitam verildiyindən, hazırki halda, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1323/2023 nömrəli, 02 may 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, iş materiallarında olan AZ İİ seriyalı 954987 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X7 atası Cavabdeh, anası isə X2r.
17. İş materiallarında olan AZ İİ seriyalı 755913 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası isə X2r.
18. İş materiallarında olan AZ İ seriyalı 184741 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X4 arasındakı nikah ləğv edilmiş, nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 19 dekabr 2013-cü il tarixdə 534 №-si ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Rzayeva” soyadı verilmişdir.
19. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(010)- 2092/2014 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü Nuray Qulusoyun və xx.xx.2012-ci il təvəllüdlü Səid Qulusoyun yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşağa görə 105 manat olmaqla, cəmi 210 manat miqdarında, həmçinin uşaqların müalicəsi ilə əlaqədar hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat miqdarında, ümumilikdə isə 310 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir.
20. İş materiallarında olan X19 və X14 tərəfindən verilən məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində müraciət edən Nuray Gulusoyda üst çənə darlığı teşhisini takiben üst solunum yolu yetersizliği ve ağız solunumu tesbit edilmişdir. Xəstəyə ortopedik hızlı üst çənə genişletmesi müalicəsi aktiv olaraq yapılmakta olub, sonrasında dişsel maloklüzyonun giderilmesi amaçlı ortodontik sabit tel tedavisi planlanmaktadır.
21. İş materiallarında olan xx.xx.2017-ci il tarixldə X9 tərəfindən verilən 1010 nömrəli hesabatdan görünür ki, X8 fokal başlanğıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar diaqnozu müəyyən edilmişdir.
22. İş materiallarında olan X9 tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası 13 saylı Hüquq Məsləhətxanasının xx.xx.2014-cü il tarixli sorğusuna cavab olaraq verilən xx.xx.2014-cü il tarixli məktubdan görünür ki, X11 və X5 nevroloji xəstəxanasında stasionar müalicədə olmayıblar.
23. İş materiallarında olan AR ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Dost Mərkəzi tərəfindən verilən 10 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.
24. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Cavabdeh “paranoid psixopatiya” diaqnozu müəyyən edilir.
25. Kollegiya qeyd edir ki, hazırki iddia tələbinin əsasını Ailə Məcəlləsinin 112.1ci maddəsi təşkil edir.
26. Qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
27. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş alimentin miqdarının uşaqların artan tələbatlarının ödənilməsində kifayət etməməsi səbəbi ilə əsaslanmaqla tələb edir. Apellyasiya şikayətinin yeganə dəlili isə iş üzrə cavabdehin maddi imkanın az pis olmasından və heç bir yerədə işləmədindən ibarətdir.
28. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Belə ki, müəyyən edilmiş alimentin tutulma tarixindən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.
29. Həmçinin nəzərə alınmalıdır ki, 01 yanvar 2023-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023- cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
30. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur.
31. Eyni zamanda qeyd edilməlidir ki, uşaqların valideynlərdən birinin himayəsində olması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Cavabdehin maddi imkanın pis olması səbəbi isə onun övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, hər iki valideyn uşaqlarını saxlamağa borcludurlar və cavabdehdən tələb olunan hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat pul məbləği 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu əhatə etsə də həmin məbləğ heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməsi mümkün deyil. Odur ki, məhkəmə kollegiyası, apellyasiya şikayətinin əsasını təşkil edən halları nəzərə alınmaqla cavabdehin öz uşaqlarının artan tələbatlarının qarşılanmasında iştirak etməsindən azad olunmasını uşağın üstün mənafelərinə uyğun hesab etmir.
32. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, cavabdehin maddi imkanın pis olması alimentin miqdarının artırılmaması və ya alimenti ödəməkdən azad edilməsi üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən iddiaçı azyaşlı uşaqları ilə cavabdehdən ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, cavabdehin həmin uşaqların qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, cavabdeh uşağın maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir. Ona görə də, kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslı sayıla və təmin edilə bilməz.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər diqqətəlayiq halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
34. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1323/2023 nömrəli, 02 may 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.