Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4196/2025 15.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X4 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş (Açar sözlər: «dəymiş zərərin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-165/2025 saylı, 11 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı məxsus olan “Ford Fusion minik” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən əri X5 təmir(rənglənməsi) məqsədilə 19 noyabr 2023-cü ildə Cavabdeh1 təhvil verib, xx.xx.2023-cü il tarixdə sonuncunun işçisi olan X4 həmin avtomobili işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, stansiya Qala deyilən ünvanda yerləşən avtomobili təmir sexindən qanunsuz olaraq talama məqsədi olmadan ələ keçirib qaçıraraq idarə edərkən yol nəqliyyat hadisəsi törədib, nəticədə avtomobilə 6342 manat məbləğində maddi ziyan vurub.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)- 367/2024 saylı hökmünə əsasən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2 və 185.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 02 (iki) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
3. Cavabdeh2 ilə fiziki şəxs Cavabdeh1 arasında 21 may 2019-cu il tarixli icarə müqaviləsi bağlanmış və Xəzər rayonu Qala qəsəbəsi Qala stansiyası ünvanında olan 300 kv.m. sahədən 12 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1 icarəyə verilib.
4. X4 ərizəsində işçi kimi Cavabdeh1 yanında işlədiyini, rəngsaz işi ilə məşğul olduğunu və “Ford Fusion minik” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili qaçırdığı gün, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh1 yanında olduğunu göstərib.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh1 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 6342 manat tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib, sonra ərizə verərək, məhkəmədən Cavabdeh2 da cavabdeh kimi məhkəmə icraatına cəlb olunmasını, ona dəymiş 6342 manat ziyanın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
6. İddiada göstərilib ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında ona məxsus 2014-cü il buraxılışlı “Ford Fusion minik” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilini X4 Bakı şəhəri, işlədiyi Xəzər rayonu, Qala qəsəbəsi, stansiya Qala deyilən ünvanda yerləşən avtomobil təmir sexindən qaçırmaqla xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən ona ümumilikdə 6342 manat miqdarda maddi ziyan vurmuşdur. “Ford Fusion minik” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili eyni ünvanda yaşayan əri X5 etibarnamə əsasında idarə etmişdir. X13 xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi əmlakını Xəzər rayonu, Qala qəsəbəsi, stansiya Qala deyilən ünvanda yerləşən avtomobil təmir sexində icarə əsasında rəngsaz işləyən Vadim adlı şəxsə təmir üçün vermişdir. Avtomobilində yalnız kosmetik işlər olmuş, texniki cəhətdən saz vəziyyətdə olmuşdur, ciddi heç bir problemi olmamışdır. xx.xx.2023-cü il tarixdə rəngsaz Cavabdeh1 əri Bəhrullaya zəng vuraraq “Ford Fusion minik” markalı avtomobilinin onun köməkçisi tərəfindən qaçırıldığını və saxlandığını bildirmişdir. Xəzər Rayon Məhkəməsinin 1(003)-367/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə X4, 02 iki il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh1 avomobilini öz təmir sexinə qəbul edib təmir və bərpa etməklə yanaşı tamlığının qorunmasını şifahi əqd əsasında üzərinə götürdüyü halda, bu öhdəliyə əməl etməmiş, AR CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş, psixi xəstəliyi ilə əlaqədar olaraq Maştağa qəsəbəsində yerləşən xəstəxanada müalicə almış X3 icarə əsasında işlədiyi sexdə mülki-hüquqi müqavilə əsasında işlətməsi səbəbindən, onun tərəfindən iddiaçıya 6342 manat dəyərində maddi ziyan vurulmasına şərait yaratmışdır.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-165/2025 saylı, 11 aprel 2025ci il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia tələbi rədd edilib və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Cavabdeh2 ilə fiziki şəxs Cavabdeh1 arasında 21 may 2019-cu il tarixli icarə müqaviləsi bağlanmış və Xəzər rayonu Qala qəsəbəsi Qala stansiyası ünvanında olan 300 kv.m. sahədən 12 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1 31 dekabr 2023-cü il tarixə kimi icarəyə verilmişdir. Cavabdeh1 Xəzər rayonu Qala qəsəbəsi Qala stansiyası ünvanında olan 300 kv.m. sahədən 12 kv.m qeyriyaşayış sahəsini icarəyə götürərək orada avtomobil təmiri ilə məşğul olmuşdur. X4 qeyrirəsmi olaraq Cavabdeh1 yanında işləmişdir. Cavabdeh1 avtomobilin X4 tərəfindən qaçırıldığını, bu hadisədən onun məlumatı olmadığını və onun iradəsindən asılı olmayan səbəblərdən avtomobilə zərər vurulduğunu bildirmişdir. Cavabdeh zərər vuran şəxsin onun yanında əvvəllər işlədiyini qeyd etsə də, X4 isə əksinə onun yanında işləməsi barədə ərizə təqdim etmiş və hadisə baş verən gün orada olduğunu qeyd etmişdir. X1 hüquqa zidd əməl törətməklə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Lakin iddiaçı vurulmuş zərəri zərərvuran şəxsdən deyil, işəgötürən şəxsdən tələb edir. Avtomobil təmir olunması üçün Cavabdeh1 təhvil verilməsinə baxmayaraq, həmin avtomobil onun işçisi X2 qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma) onun sahibliyindən çıxmış və nəticədə avtomobilə maddi zərər vurulmuşdur. Bu halda, iddiaçının maddi zərəri işəgötürəndən tələb etməsi əsassızdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı X6 (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətində göstərib ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Qanunvericiliyin bu normasının tətbiqi zamanı nəzərə alınmalıdır ki, bu Məcəllənin 59-cu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İş materiallarına əsasən müyyən olunur ki müstəqil tələb irəli sürən üçüncü şəxs X2 verdiyi ərizəyə əsasən, o, işçi kimi Cavabdeh1 yanında işləmiş, onun tapşırığı ilə hərəkət etmiş, rəngsaz işi ilə məşğul olmuş və “Ford Fusion minik” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırıldığı gün, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh1 yanında olmuşdur. Bu o deməkdir ki, hadisə baş verən gün Həmid İsmayılov əmək vəzifələrinin icrası ilə məşğul olmuş və sonda o, mülki hüquq pozuntusu törətmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak etməli olan digər şəxslər məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı: ........... Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək (qulluq, mənsəb) vəzifələrinin icrası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan vəzifə (peşə) üzrə işlərin (xidmətlərin), həm də əmək müqaviləsində nəzərdə tutulmayan, lakin işəgötürən tərəfindən ona tapşırılan digər işlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsində isə işçinin əmək funksiyasının dairəsi konkretləşdirilərək müəyyən edilmişdir ki, işəgötürən işçinin əmək funksiyasının əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin, göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Qeyd edilməlidir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Məsələn, avtomobilə zərər vuran şəxsin avtoyuma məntəqəsinin ərazisində iş vaxtı xüsusi geyimdə olması, avtoyuma məntəqəsinin digər işçilərindən göstərişlər alması və faktiki olaraq əmək funksiyalarının yerinə yetirilməsi barədə digər sübutlar əsasında məhkəmə işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında faktiki əmək münasibətləri olması qənaətinə gələ bilər. Onu da nəzərə almaq lazımdır ki, tərəflər arasında əmək münasibətləri işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı da yarana bilər. Həmçinin işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır. Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli-nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsində, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) Cavabdeh1 aid hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə Cavabdeh1 aid hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
22. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
23. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
24. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından iddianı hər iki cavabdehə aid hissədə tam rədd etməklə düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm tətbiq etməli olduğu maddi hüquq normasını(MM 1099) tətbiq etməyib, həm də tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bununla əlaqədar, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hüquqi dəyərləndirmə aparılmasını məhkəmə tərkibi zəruri hesab edir.
25. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə təqdim edilməsi mümkün olan sübutlar təqdim edilmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında da göstərilib ki, zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli-nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir.
26. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmünə əsasən Cavabdeh1 işçisi Həmid İsmayılovun hüquqa zidd davranışı nəticəsində iddiaçıya 6342 manat məbləğində maddi zərər dəyməsi işin mübahissiz halına çevrilib. Çünki Cavabdeh1 də bunu hansısa sübutla təkzib etməyib, əksinə Həmid İsmayılovun onun işçisi olmasını hələ sonuncunun barəsində cinayət təqibi aparılarkən də etiraf edib və ittiham aktında da bu əksini tapıb(i.v.21). Üstəlik cəzaçəkmə müəssəsində cəza çəkən Həmid İsmayılov məhkəməyə ünvanladığı ərizəsində də Cavabdeh1lə 10 il birlikdə çalışdığını, rəngsaz işi ilə məşğul olduğunu, hadisə baş verən vaxt da onun yanında olduğunu göstərib(i.v.88). MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
27. Buna baxmayaraq, birinci instansiya məhkəməsi Cavabdeh1 deyil, Həmid İsmayılovun iddiaçı qarşısında mülki məsuliyyət daşıdığını, ancaq iddiaçının vurulmuş zərəri zərərvuran şəxsdən deyil, işəgötürən şəxsdən tələb etdiyini göstərib, həmçinin mövqeyini davam etdirərək qeyd edib ki, avtomobil təmir olunması üçün Cavabdeh1 təhvil verilməsinə baxmayaraq, həmin avtomobil onun işçisi X2 qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma) onun sahibliyindən çıxmış və nəticədə avtomobilə maddi zərər vurulmuşdur. Bu halda, iddiaçının maddi zərəri işəgötürəndən tələb etməsi əsassızdır. Ancaq məhkəmə Cavabdeh1 iddiaçı qarşısında nəyə görə mülki hüquqi məsuliyyət daşımamalı olduğunu tətbiq etməli olduğu Mülki Məcəllənin 1099.1-ci maddəsinin tələbləri baxımından əsaslandırmalı idi. Əksinə özü müəyyən edir ki, iddiaçı avtomobili təmir olunması üçün cavabdehə verib, ancaq onun işçisinin qanunsuz hərəkətləri nəticəsində sahibliyindən çıxaraq zərər vurulub. 28.Demək ki, məhkəmə nəinki MM 1099.1-ci maddəsinin dispozisiya şərtləri baxımından, hətta 1108.2-ci maddəsinin tələbləri baxımından da hüquqi dəyərləndirmə aparmağa borclu idi. Çünki özü də müəyyən edib ki, avtomobili iddiaçı cavabdehə təhvil verib və qanuni əsaslarla cavabdehin sahibliyində olub. Demək ki, qeyd olunan maddənin tələbləri baxımından da cavabdeh yüksk təhlükə mənbəyi olan və sahibliyinə verilmiş avtomobilin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olmaması üçün lazımı qaydada əvvəlcədən tədbir görməli idi. Yəni, ən azından avtomobiln açarını, üçüncü şəxslərin, o cümlədən Həmid İsmayılovun əldə edə bilməyəcəyi yerdə saxlamalı idi və.s, ancaq lazımı ehtiyatlılıq göstərib bu cür tədbirləri görməyib.
29. X10 cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməsinə görə cinayət məsuliyyətinə cəlb edilib və iddiaçı qarşısında vurduğu maddi zərərə görə mülki hüquqi məsuliyyət daşımalı olduğu da istisna olunmur. Eyni zamanda Cavabdeh1 cinayət məsuliyyətinə cəlb edilməməsi də, onu hazırkı iddia üzrə mülki hüquqi məsuliyyətdən azad etmir. X11 törətdiyi hüquq pozuntusunda onun təqsiri olmasa da, hazırkı iddia üzrə təqsirsiz də olsa məsuliyyət daşımalıdır. Bununla bağlı, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında da hüquqi mövqe formalaşıb. Yəni, Cavabdeh1 işçisi olmuş Həmid İsmayılovun törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və MM 1099.1-ci maddəsinə əsasən vurduğu zərərin əvəzini ödəməlidir.
30. Məhkəmə tərkibi vurğulayır ki, hazırkı iş üzrə MM-in 1099-cu maddəsinin təfsiri kimin üçünsə genişləndirici kimi görünə bilər. Məsələn, düşünülə bilər ki, Həmid İsmayılov cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində iddiaçıya maddi zərər vurub, bu əməlin, yəni cinayət əməlinin törədilməsində Cavabdeh1 cinayət məsuliyyətinə cəlb edilməyib, buna görə də hazırkı iddia üzrə də mülki hüquqi məsuliyyətə cəlb edilməməlidir. Ancaq cavabdeh Mülki Məcəllənin 1099-cu maddəsinin tələbləri baxımından ona görə məsuliyyət daşımalıdır ki, o, öz mənafeyi üçün Həmid İsmayılovun əməyindən(xidmətlərindən) yararlandığına görə iddiaçının onun sahibliyinə verilən avtomobilin üzərində görülən işin icrası ilə əlaqədar vurulan istənilən zərəri qarşılamaq öhdəliyi də vardır. 31.Bir daha qeyd olunur ki, burada Cavabdeh1 məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət onun mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Burada Mülki Məcəllənin 1099-cu maddəsinin məqsədi cavabdehi onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərlərin, arzuolunmaz nəticələrin baş verməməsi üçün qabaqlayıcı tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, o cümlədən hazırkı işdə iddiaçını və bütövlükdə cəmiyyəti qorumaqdan ibarətdir.
32. Göstərilənlərlə yanaşı, Mülki Məcəllənin 1099.1 və 1114.1-ci maddəsinin tələbləri baxımından da, iddiaçı tərəfindən tələb olunan və məhkəmə tərəfindən müəyyən edilən maddi zərərin tam olaraq Cavabdeh1 tutulması və iddiaçıya ödənilməsi düzgündür. Çünki qeyd olunan maddələrin tələbinə əsasən Cavabdeh1 öz işçisi olan şəxsin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşımalı və və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bununla yanaşı, Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən cavabdeh zərərin əvəzini ödədikdən sonra, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
33. Göstərilənlərlə yanaşı, məhkəmə tərkibi hesab edir ki, digər Cavabdeh2 hazrkı iddia üzrə mülki hüquqi məsuliyət daşımır. Çünki işdə olan Cavabdeh2 ilə fiziki şəxs Cavabdeh1 arasında 21 may 2019-cu il tarixli icarə müqaviləsi bağlanmış və Xəzər rayonu Qala qəsəbəsi Qala stansiyası ünvanında olan 300 kv.m. sahədən 12 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1 31 dekabr 2023-cü il tarixə kimi icarəyə verilmişdir. Demək ki, X12 Babayev arasında hər hansı bir mülki hüquq münasibətləri yaranmadığından sonuncu hazırkı iddiaya cavab verməli olan şəxs ola bilməz.
34. Şərh olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-165/2025 saylı, 11 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli, Cavabdeh1 6342(altı min üç yüz qırx iki) manat zərər və iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmş 71,60 (yetmiş bir manat, altmış qəpik) manat dövlət rüsumuna görə xərcin əvəzi alınaraq İddiaçı ödənilməlidir.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-165/2025 saylı, 11 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh1 6342(altı min üç yüz qırx iki) manat zərər və iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmş 71,60 (yetmiş bir manat, altmış qəpik) manat dövlət rüsumuna görə xərcin əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.