Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4207/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MTK-ya və "xxxx" MMC-yə qarşı “öhdəliyin icra edilməməsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsindən "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MTK-ya və "xxxx" MMC-yə qarşı “öhdəliyin icra edilməməsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ŞƏRUR MTK və Orxan MMC sahiblik və istifadəsində olan ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 104.84 kv.m ibarət olan 3 otaqlı 100 nömrəli mənzilin özəlləşdirilməsi üçün qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədləri təqdim etməsini və vurulmuş maddi ziyanın əvəzi olaraq 4000 (dörd min) manat və iş üzrə dövlət rüsumuna görə ödənilmiş 61 (otuz) manat ümumi olaraq 4061 (dörd min altmış bir) manat pul vəsaitinin cavabdehlərdən müştərək olaraq tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. "xxxx" MTK tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(005)-387/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. İş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, qərardaddan verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, şikayət vermiş hüquqi şəxs hazırkı mülki iş üzrə tərəf olmamış və üçüncü şəxs qismində cəlb edilməmişdir. Lakin birinci instansiya məhkəməsi qərardadla şikayət vermiş şəxsin maraqlarına toxunub-toxunmaması məsələsini müəyyən etmədən şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş sənədlərə əsasən "xxxx" MMC "xxxx" MTK-ya qoşulmaqla yenidən təşkil olunmuş hüquqi şəxsdir, lakin bu hal araşdırılmaqla hüquqi qiymət verilməli, bundan sonra mübahisələndirilən qətnamənin şikayət vermiş şəxsin maraqlarına toxunub-toxunmaması qərardadla həll olunmalıdır. Belə ki, MPM-in 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Həmçinin, Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MTK tərəfindən X1 verilmiş etibarnəmə K.N.Musayev təərfindən imzalansa da, qeyd edilən etibarnaməyə möhür Cavabdeh1 MTK tərəfindən vurulmuşdur. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-ci maddələrinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.1 və 366.2-ci maddələrinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366, 400 və 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsindən "xxxx" MTK tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Şikayətin geri qaytarılması üçün iş materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4207/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4207/2022
19.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver