Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4208/2023 09.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1803/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AKX- 05062xx/xx-2022 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Abonent saldosundan görünür ki, Cavabdeh 2022-cü ilin dekabr ayınadək 6623.90 manat məbləğində borcu var. İddiaçı saldosundan görünür ki, Cavabdeh 104.9 manat debitor borcu vardır. Qeyd edilən borc məbləğinin 35.40 manat olan hissəsi 2020-ci il tarix üçün sərfiyyat borcu, 65.54 manat olan hissəsi 2021-ci ilin sonu üçün yaranmış sərfiyyat borcu, 3.96 manat olan hissəsi isə 2022-ci il üçün olan borc məbləğidir. (35.40+65.54+3.96=104.9 manat). Qeyd edilən borc məbləğindən ödəniş edilməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı İB tərəfindən aktlar tərtib edilmiş, xx.xx.2020-cı il tarixli ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 784,80 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 684 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 4147,20 manat, cəmi 6372 (altı min üç yüz yetmiş iki) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuş, fotoşəkillər çəkilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə Azəriqaz İBnə yazmış olduğu ərizənin məzmunundan görünür ki, o borc məbləği ilə tanış olmuşdur. Hesablanmış 6223.7 manat borcun qəbul edərək, onun hissə-hissə ödənməsi üçün ona vaxt verilməsini xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 6372 manat dəymiş ziyanın, 251.90 manat təbii qazdan istifadə nəticəsində yaranmış borcun, 86.24 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 6710.14 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı Azərbaycan X3 şöbəsi üzrə (İBAN: AZ50İBAZ********************, S WİFT:İBAZA2X, Alan Bankın müxbir hesabı: AZ03NABZ********************, Alan Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştəri VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində AKX-05062xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydalarfnın tələblərinə əməl etmək) və “Qazdan İstifadə Qaydalarının 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2020-cı il tarixli ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 784,80 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 684 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 4147,20 manat, cəmi 6372 (altı min üç yüz yetmiş iki) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Bildiririk ki, cavabdehin ödənilməmiş 2015-ci ilin üzrə 147 manat sərfiyyat borcu, 2020-ci ilin oktyabr-dekabr ayları üzrə 35,40 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 65,54 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar ayı üzrə 3,96 manat sərfiyyat borcu, cəmi 251,90 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin oktyabr ayından 2022-ci ilin dekabr ayına qədər cavabdeh ödəniş etməmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 251,90 (iki yüz əlli bir manat 90 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və GAZREP üzrə Ümumi 6623,90 (altı min altı yüz iyirmi üç manat 90 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazla müraciət edərək qeyd etmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır. 2022-ci ilin iyul ayında qonşusu Əliyev Şamildən aldığı Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, döngə 6 ünvanında yerləşən 6 "A" №li evdə yaşayır. xx.xx.2022-ci ci il tarixdə İddiaçı İB tərəfindən ünvan 3 ünvanında onun iştirakı ilə qonşusu Əliyev Şamilin adına küçədə quraşdırılmış ZENNER G4 MEXANİKİ, **********4 №li sayğac çıxarılmış, onun adına ZENNER G4T SMART tipli, **********374 №li sayğac quraşdırılmış, 13442450 №li plomb vurulmuş, 1**********0000 №li abonent kodu onun adına rəsmiləşdirilmiş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında" ******* N° li AKT tərtib edilmiş, lakin onun ilə İddiaçı İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. xx.xx.2022-ci ci il tarixdə İddiaçı İBnin əməkdaşları Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, döngə 6, ev 6 "A" ünvanında quraşdırılmış qaz sayğacına və küçədəki qaz xəttinə onun iştirakı olmadan baxış keçirilmiş, guya sayğacdan kənar təbii qaz xəttini aşkar etmiş, foto-şəkillər çəkilmiş, sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə birliyə külli miqdarda ziyan vurduğuna görə 34593 m3 itirilmiş qazın dəyəri 4147.90 manat hesablanmış, ******* N° li AKT tərtib edilmiş, lakin həmin AKT ona təqdim edilməmişdir. xx.xx.2022-ci ci il tarixdə onun ilə İddiaçı İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AKX-05062xx/xx-2022 N° li müqavilə bağlanmışdır. Müqavilə bağlanarkən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* N° li AKT barədə ona heç bir məlumat verilməmişdir. Nəzərinizə çatdırır ki, müqavilə kənar xətt aşkar edildikdən 1 həftə sonra bağlanmışdır. İddiaçı İB təbii qazdan sayğacdan kənar qeyri - qanuni istifadə olunduğunu aşkar etdikdən sonra kənar xətti ləğv etməli idi. Lakin, iddiaçı "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 N° li qərarını nəzərə almamışdır. Həmin qərarın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qazın verilməsini dayandırmamışdır. Bu da o deməkdir ki, qaz xəttinə sayğacdan kənar qoşulma olmamış və iddiaçının qazın verilməsinin dayandırılması üçün heç bir əsası yox idi. Həmçinin qeyd edir ki, onun tərəfindən nə sayğaca, nə də ki, küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Sayğac və qaz xətti küçədə yerləşdiyindən sayğaca və qaz xəttinə edilmiş müdaxilə (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) onun tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən İddiaçı İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirilir və sayğaclarda elektron tablodakı göstəricilər İddiaçıİB-nin bazasna ötürülür. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə" inandırıcı deyil. Küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. Ümumiyyətlə nə onun, nə də ki, ailə üzvlərinin həmin AKTdan xəbəri olmayıb. AKT birtərəfli qaydada tərtib edilmiş, ona təqdim olunmamış və o həmin AKTı imzalamamışdır. Onun imzalamadığı həmin AKT əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmadığı üçün həmin AKT ləğv edilməlidir. AKT tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. İddiaçı İB xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixə qədər müəyyən vaxtlarda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması barədə 4 AKT- tərtib etmiş, həmin AKTlarda abonentin imza etməsindən imtina olunması qeyd edilmiş və qaz xəttinə sayğacdan kənar qoşulma faktını sübut etmədən xx.xx.2023-cü il tarixə qədər onun hesab koduna 6623.90 manat manat borc yazmışdır. Azəriqaz" İB-nin tərtib etdiyi - ******* N° li, ******* N° li, ******* N°li və ******* N° li AKTlara əsasən guya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. "Azəriqaz" İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. İddiaçı İB qaz xəttinə məhz onun tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları belə ona təqdim etmir. Onun imzası olmayan həmin AKT isə qaz xəttinə müdaxilənin məhz onun tərəfindən edildiyini təsdiq etmir. Belə ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, döngə 6, ev 6 "A" ünvanında yerləşən əmlakın əvvəlki sahibi Əliyev Şamil 2022-ci ilin aprel ayından evini satışa çıxarmış və 2022-ci ilin iyul-avqust ayında o həmin əmlakı almış və "Azəriqaz" İBnin balansında olan küçədəki qaz xəttinə özbaşına qoşulmamışdır. Qeyd etmək istəyir ki, təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda küçədəki qaz xəttində qaynaq izləri qalır. Bu səbəbdən müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirilməsi zərurəti yaranır. İddiaçı İB son illərdə üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonentlər tərəfindən kənar xəttdən istifadə etməyin qarşısını almadan, faktiki olaraq öz abonentlərinə kənar xətdən istifadə etmək üçün şərait yaratmaqla, AKTlar tərtib etməklə abonentlərdən dəymiş zərərin ödənilməsini tələb edir. Zərərin əvəzi ödənilmədikdə məhkəmədə iddia qaldırır. Mübahisənin düzgün həlli üçün ilkin olaraq tələbin qanuni əsası tapılmalıdır. Hazırkı halda o iddiaçıdan qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulmanı sübut edən faktları tələb edir. Belə ki, məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli, ******* N° li, xx.xx.2020-ci il tarixli, ******* N° li, xx.xx.2020-ci il tarixli, ******* N2 li və xx.xx.2022- ci il tarixli, ******* N° li AKTlardan görünür ki, həmin AKTlar birtərəfli qaydada tərtib edilmiş və həmin AKTlar abonent tərəfindən imzalamamışdır. Abonent tərəfindən imzalanmamış həmin AKTlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı təqdirdə iddiaçının tələbi təmin edilməməlidir. xx.xx.2023-cü il tarixli GASREPdən məlum olur ki, 1**********0000 N° li abonent kodu Əliyev Şamilə məxsus olmuş və o sərfiyyata uyğun olaraq xx.xx.2020-ci ilə qədər hər ay ödənişlər etmişdir. xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər 1273 m3 qaz sərfiyyatına görə 139,00 manat ödəniş etmiş və borca görə ondan 11,70 manat pul tutulmuşdur. İddiaçı İB-nin saxtakarlığı xx.xx.2023-cü il tarixli Abonentin SALDOSUnda öz əksini tapmışdır. Belə ki, Abonentin SALDOSUnda xx.xx.2021-ci il tarixdən xx.xx.2022-cü il tarixə qədər qazın sərfiyyatı 348 m3 qeyd edilsə də, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər qeydiyyat aparılmamış, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər isə sərfiyyat 34560 m3 qeyd edilmişdir. Abonent tərəfindən 1 ay ərzində bu qədər qazın sərfiyyatı mümkün deyildir. İddiaçı artıq pul almaq üçün xx.xx.2022-ci il tarixdə ******* N° li AKT tərtib edərək iddia ərizəsində 6372.00 manat dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb edir. SOCAR Şurasının xx.xx.2011-ci il tarixli, 11 N°li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları normativ hüquqi AKT deyil. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının qorunmasına, işçi vəziyyətdə saxlanılmasına və qaz kəmərlərinin təhlükəsizliyinə görə qaz paylayıcısı cavabdehlik daşıyır. Eyni zamanda Qanunvericilikdə qaz sayğacının dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi, quraşdırılması və qaz kəmərlərinə nəzarət edilməsi qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə cavabdeh tərəfindən qaz sayğacına və küçədəki qaz kəmərinə müdaxilə olunmasına dair iddiaçı "Azəriqaz" İB-nin heç bir sübutu yoxdur. İmzasız və qeyri-qanuni tərtib edilmiş AKT isə abonentə məxsus fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar qanunsuz istifadə olunması faktının sübut edilməsi demək deyildir. Bundan əlavə nəzərə alınmalıdır ki, sayğac və qaz xətti abonentin yaşadığı evin həyətində deyil, küçədə yerləşir. İddaçı İddiaçı İB-nin dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməsi, İddaçı İddiaçı İB tərəfindən tərtib edimiş - xx.xx.2020-ci il tarixli, ******* N° li, xx.xx.2020-ci il tarixli, ******* N° li, xx.xx.2020-ci il tarixli, ******* N2 li və xx.xx.2022-ci il tarixli, ******* N° li AKTların ləğv edilməsinə, həmin aktlardan irəli gələn 6372.00 manatın və 251.90 manat debitor borcun onun hesab kodundan silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1803/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 756 (yeddi yüz əlli altı) manat dəymiş zərər, 104.9 (bir yüz dörd manat, doxsan qəpik) debitor borcu, 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı İBnin xeyrinə tutulması, tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan X3 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»na, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 88, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və hər dəfə qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə İddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Daha sonra isə cavabdeh ərizə ilə İddiaçı İB-yə müraciət edərək hesablanmış ziyan məbləğini qəbul etdiyini bildirmiş və hissə-hissə ödənilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Bundan əlavə cavabdehin ödənilməmiş 2015-ci ilin üzrə 147 manat sərfiyyat borcu, 2020-ci ilin oktyabr-dekabr ayları üzrə 35,40 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 65,54 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar ayı üzrə 3,96 manat sərfiyyat borcu, cəmi 251,90 manat sərfiyyat borcu qalmışdır. Qeyd olunan sərfiyyat borc məbləği birinci instansiya məhkəməsinə təqdim edilmiş abonent saldosunda da aydın şəkildə öz əksini tapmışdır. Belə ki, abonent saldosunun “Ayın sonuna borc” qrafasından istehlakçının iddia qaldırılan tarixə 6623,90 manat borcunun olduğu müəyyən edilir. Həmin məbləğin 6372 manat hissəsi təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış dəymiş ziyan olduğundan cavabdehin iddia qaldırılan tarixə 251,90 manat (6623,90-6372=251,90) sərfiyyat borcunun qaldığı məlum olur. Belə olan halda 1-ci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbuletmişdir. Halbuki, iş materiallarına tərəfimizdən əlavə edilmiş sübutlarla iddia tələbimizin tam sübuta yetirilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
11. Maddə 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
12. Maddə 1096.2 delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
13. Maddə 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun
14. Maddə 6.2 bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
15. Maddə 11.6 Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə Qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın
17. 1.3-cü bəndinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir
18. 1.4-cü bəndinə görə istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
19. 3.4.1-ci bəndinə görə özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır
20. 6.5-6.7-ci bəndlərinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini xahiş etdiyindən apellyasiya baxışının hədlərini qətnamənin məhz həmin hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1803/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Hazırkı halda aktlar üzrə borcun hansı qaydada və nəyə əsasən hesablandığının sübut edilməsi iddiaçın üzərinə düşür. Belə ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri).
30. Lakin, məhkəmə kollegiyası cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alnmalıdır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktların düzgülüyünə şübhə yaradır.
31. Eyni zamanda məhkəmə kollegiyası cavabdeh tərəfindən Azəriqaz İB-nə xx.xx.2022-ci il tarixdə yazılmış ərizəyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin ərizənin mövcduluğu halında belə iddiaçının tərtib etdiyi aktlar üzrə borcun hansı qaydada və nəyə əsasən hesablandığının sübut edilməsi vəzifəsindən azad edə bilməz. Belə ki, ərizədən görünür ki, cavabdehin öz xətti ilə deyil iddiaçı tərəfindən tərtib edilmiş və yalnız cavabdehə imza etdirilmişdir. Ərizədə şəxsin ad və soyadı, həmçinin borcun məbləği qrafası isə komputer formatında deyil, əl yazısı ilə əlavə edilmişdir ki, bu da həmin ərizənin düzgülüyünə şübhə yaradır.
32. Eyni zamanda, mülki işin materiallarına əlavə edilmiş saldodanda görünür ki, cavabdeh 2020-ci il sonu üçün 35.4 manat, 2021-ci ilin sonu üçün isə 65.54 manat, 2022ci iln sonu üçün 3.96 manat məbləğində qazdan istifadə nəticəsində sərfiyyat borcu (35.4+65.54+3.96=104.9) yaranmış olduğu müəyyən edilir ki, məhkəmə də haqlı olaraq məhz 104.9 manat məbləğində debitor borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
34. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
35. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə əsassızdır və təmin edilmə bilməz.
36. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
38. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyator özünə aid edilməlidir
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1803/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər