Məhkəmə qərarları › İş №2(103)-4220/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4220/2021

05.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4220/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “təmir-tikinti işlərinə və ev əşyalarına görə ödənilmiş pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “təmir-tikinti işlərinə və ev əşyalarına görə ödənilmiş pulun tutulması” tələbinə dair iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsi xx xxxxxx 2021-ci il tarixdə tərəflərə, o cümlədən iddiaçıya göndərilmiş, xx.xx.2021ci il tarixdə qətnamə iddiaçıya çatdırılmış, onun dövlət rüsumu ödəmədən Bakı Apellyasiya Məhkəməsinə xx.xx.2021-ci il tarixdə ünvanladığı apellyasiya şikayəti xx.xx.2021-ci il tarixdə apellyasiya instansiyasına daxil olmuş, şikayət MPM-nin 133-cü, 362-364-cü maddələrinin tələblərinə əməl olunması məqsədilə birinci instansiya məhkəməsinə göndərilmiş, xx xxxx 2021-ci il tarixində iddiaçı tərəfindən müvafiq dövlət rüsumu ödənilmiş, birinci instansiya məhkəməsi isə bu halı nəzərə almadan və iddiaçının şikayət vermə müddətini ötürübötürmədiyinə qiymət vermədən şikayəti iş materialları ilə birlikdə yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Kollegiya hesab edir ki, iddiaçının qətnamədən şikayət vermə müddətini ötürübötürmədiyi, əgər müddət otürülmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vermədiyi məsələsinə qiymət verilmədən, müddət ötürülməmişdirsə buna münasibət bildirilmədən apellyasiyanı mümkün hesab etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “təmir-tikinti işlərinə və ev əşyalarına görə ödənilmiş pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş, apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Elnur Həsənov Hakimlər imzalar: Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar