Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4228/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(005)-314/20 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş № 2(005)-314/20) İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 12350 (on iki min üç yüz əlli) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Məmmədi qızının xeyrinə tutulması qət edilmiş, qalan hissədə iddia təmin olunmamışdır. Bu qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(005)- 314/2020 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət buraxıldığından geri qaytarılmışdır. Cavabdeh şikayət verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər E.Mehdiyev - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və X.Sarıyev, iş № 2(103)- 6465/20) şikayət təmin olunaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ləğv edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxan Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(005)-314/20 saylı qərardadı yenidən dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8074/2020-ci il tarixli xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(005)- 314/20 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilmiş və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə yenə də Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(005)-314/20 saylı qərardadından verilmiş şikayətə baxılaraq həmin qərardad dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət aşağıdakı əsaslara görə qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Nərimanov Rayon Məhkəməsi hazırkı iş üzrə xx xxx 2020-ci il tarixli qərardaddan verilən şikayətə yenidən baxmaqla səhvə yol vermişdir. Belə ki, həmin qərardad apellyasiya qaydasında ləğv olunduğundan artıq mövcud deyildir və mövcud olmayan qərardaddan şikayətə baxıla bilməz. Qeyd edilməlidir ki, xx xxx 2020-ci il tarixli qərardad məhz Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ləğv edilmişdir və birinci instansiya məhkəməsinin hazırkı vəziyyətdə vəzifəsi apellyasiya instansiyası məhkəməsinin qərardadında şərh olunan göstərişləri yerinə yetirmək, apellyasiyanın mümkünlüyü üçün əsasların olub-olmadığını müəyyən etməkdən ibarət olmuşdur. Həmin məsələnin araşdırılması məqsədi ilə Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(005)-314/2020 nömrəli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi alınmışdır. Həmin rəydən görünür ki, mülki işin 91-ci vərəqində Cavabdeh adına olan x xxxxxx 2020-ci il tarixli poçt göndərişinin verilməsi haqqında xəbərnamədə “Şəxsən verildi” qrafasında “Cavabdeh” yazıları və həmin yazıların qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Birinci intsansiya məhkəməsi bu dəfə Bakı Apellyasiya Məhkəməsinin göstərişlərini yerinə yetirsə də, səhvə yol verərək, apellyasiya şikayətini müddətin buraxılması səbəbindən geri qaytarmaq əvəzinə, qüvvədə olmayan qərardaddan verilmiş şikayətin təmin edilməməsi qənaətinə gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsi artıq mövcud olmayan qərardaddan verilmiş şikayətə baxmış və bununla da prosessual qanunvericiliyin, o cümlədən MPM-nin 267, 395-ci maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(005)-314/20 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4228/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4228/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver