Məhkəmə qərarları › İş №2(103)-4235/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4235/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4235/2025 06.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər:kredit müqaviləsi üzrə borcun ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-186/2025 nömrəli iş üzrə xx.xx.2025ci il tarixli qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan "xxxx" ASC-nin “Sənaye“ filialı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 206 nömrəli Kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə nəqliyyat vasitəsinin alınması məqsədi ilə 29390 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürür (Müqavilənin 2.1-ci bəndi). Borc alan bu müqaviləyə əsasən, krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür (Müqavilənin 2.2-ci bəndi). Borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə bu müqavilənin 6.10.1-ci bəndində nəzərdə tutulmuş dəbbə pulunu ödəyəcəyini vəd edir (Bənd 3.7). Bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ipotekadır (Bənd 4.1). Həmin müqavilənin 5.2-ci bəndindən görünür ki, Kredit vəsaitindən istifadə müddətinin axımı Borc alanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixndən sonrakı gün başlayır. Kredit vəsaitindən istifadə müddəti xx.xx.2016-cı il tarixində bitir (Bənd 5.4). Borc alana verilən kredit vəsaitindən istifadə müddəti 60 aydır. Kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 18%-lə hesablanır (Bənd 6.1). Borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə və yaxud lazımınca icra etmədikdə, yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditin, kredit üzrə hesablanmış fazilərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla, ümumi məbləğin 20%-i miqdarında borc verənə dəbbə pulu ödəməlidir (Bənd 6.10.1).

2. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, 206 saylı İpoteka müqaviləsindən görünür ki, Kredit müqaviləsinin təminatı olaraq tərəflər Cavabdeh mülkiyyətində olan **-LL-*** dövlət qeydiyyat nişanlı, "HYUNDAİ SANTA FE” markalı minik avtomobilinin (buraxılış ili - 2011, Ban - KMHSH81BDCU812743, rəngi - ağ) ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər.

3. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, 0206 saylı Kredit müqaviləsinə Əlavə 1 Ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh verilən kreditin məbləği 29390 ABŞ dolları, faiz dərəcəsi illik 18%, kreditdən istifadənin müddəti 60 ay, aylıq ödənişi 746.31 ABŞ dolları, verilmə tarixi xx.xx.2011-ci ildir.

4. İş materiallarında olan AB seriyalı, 622704 saylı Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsindən görünür ki, **-LL-*** dövlət qeydiyyat nişanlı, "HYUNDAİ SANTA FE” markalı minik avtomobili Cavabdeh mülkiyyətindədir.

5. İş materiallarında olan xx.xx.2011-ci il tarixli kassa məxaric orderindən görünür ki, 29390 ABŞ dolları Cavabdeh təhvil verilmişdir.

6. İş materiallarından görünür ki, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilə bağlanmışdır.

7. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqaviləyə Əlavə S-AVK-2113 saylı, xx.xx.2018-ci il tarixli Akt-dan görünür ki, Cavabdeh dair müvafiq sənədlər İddiaçı QSC tərəfindən təhvil alınmışdır.

8. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh verilən kreditin məbləği 29390 ABŞ dolları, faiz dərəcəsi 18%, kreditin verilmə tarixi xx.xx.2011-ci il, bitmə tarixi xx.xx.2016-cı il, verilən kredit borcunun qalığı 9335.23 ABŞ dolları, faiz qalığı 1476.91 ABŞ dollarıdır.

9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 13-7/2-3-11/291/2024 saylı Maliyyə arayışından görünür ki, xx.xx.2011-ci il tarixli, 0206 saylı kredit müqaviləsinə əsasən, borcalan Cavabdeh verilən kreditin məbləği 29390 ABŞ dolları, kreditin müddəti 60 ay, kreditin faiz dərəcəsi 18%-dir. "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixində İddiaçı QSC-ya ötürülən məbləğ 10812.14 ABŞ dolları (9335.23 ABŞ dolları əsas borc, 1476.91 ABŞ dolları faiz borcu), müştərinin İddiaçı QSC-ya qalan borcu 10812.14 ABŞ dollarıdır (9335.23 ABŞ dolları əsas borc, 1476.91 ABŞ dolları faiz borcu).

10. İş materiallarında olan “X5 edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 1257 saylı bildirişdən görünür ki, Cavabdeh İddiaçı QSC ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli Müqaviləyə əsasən "xxxx" ASC–nin problemli aktivləri üzrə tələb hüququ İddiaçı QSC–yə keçməsi, İddiaçı QSC ilə “X5 edilməsi Agentliyi” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli xidməti müqaviləyə əsasən, "xxxx" -nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X5 edilməsi Agentliyi” MMC-nin həyata keçirməsi, həmçinin məlumat üçün xx.xx.2011- ci il tarixli, 0206 saylı kredit müqaviləsinə əsasən, gecikmədə olan borcu, əsas borc üzrə 9335.23 ABŞ dolları, faiz borcu üzrə 1476.91 ABŞ dolları olmaqla, ümumilikdə 10812.14 ABŞ dolları təşkil etməsi bildirilmiş, cavabdeh 10 gün müddətində borcunu ödəmədiyi təqdirdə bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 9335.23 ABŞ dolları, faiz borcu üzrə 1476.91 ABŞ dolları olmaqla, cəmi 10812.14 ABŞ dolları kredit borcunun, həmçinin ödənilmiş 145.14 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi; Tutmanın Cavabdeh mülkiyyətində olan **-LL-*** dövlət qeydiyyat nişanlı, "HYUNDAİ SANTA FE” markalı minik avtomobilinə (buraxılış ili - 2011, Ban - KMHSH81BDCU812743, rəngi - ağ) yönəldilərək, açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin "xxxx" QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub "xxxx" QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Beynəlxalq Bankı ASCnin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S saylı Sərəncamın icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-2113 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən, İddiaçı QSC-yə verilmişdir, "xxxx" ASCnin “Sənaye” filialı ilə (bundan sonra “Bank”) Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2011-ci il tarixli, 0206 saylı kredit müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, cavabdehə illik 18% tətbiq edilməklə, 60 ay müddətinə 29390 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2011-ci il tarixli kassa məxaric orderindən də görünür ki, cavabdeh ona ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-LL-*** dövlət qeydiyyat nişanlı, "HYUNDAİ SANTA FE” markalı minik avtomobili (buraxılış ili - 2011, Ban - KMHSH81BDCU812743, rəngi - ağ) xx.xx.2011-ci il tarixli, 206 saylı İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, Bank nəqliyyat vasitəsinin alınması üçün Borcalana 29390 ABŞ dolları məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. Borcalan bu müqaviləyə əsasən, krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən, Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 60 aydır. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, kredit vəsaitinin istifadə müddəti xx.xx.2016-cı il tarixində bitir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir, belə ki, Cavabdeh banka hazırda olan əsas borc üzrə 9335,23 ABŞ dolları, faiz borcu üzrə 1476.91 ABŞ dolları olmaqla, ümumilikdə, 10812.14 ABŞ dolları məbləğində təşkil edir, bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan borc müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur, lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-186/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia rədd edilmişdir

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.2, 377.2, 385.1, 442, 443.1, 448.1, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009- cu il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 115.0.1, 119.1, 124.2, 217.4, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən İddiaçı QSC BOKT apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan RespublikasıPrezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq"xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış,Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ciil tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-2113 saylı, 27 mart 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSCyə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15iyul tarixli, 570 saylı Fərmanı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı on beş gün müddətində"xxxx" ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra -"xxxx" QSC) idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər. Həmin Fərmanda müəyyən edilmişdir ki: (2.1) Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş aktivlərin "xxxx" QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının "xxxx" QSC tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin edilir; (2.2) "xxxx" QSC tərəfindən emissiya ediləcək istiqrazların tələb olunan həcmi və müddətləri "xxxx" ASC-dən aktivlərin alınması tədbirləri ilə uzlaşdırılır və buna müvafiq dövlət zəmanətinin həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limitinin məbləğində nəzərə almır;(2.3) "xxxx" QSC bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq alınmış aktivləri idarə edərkən aşağıdakı vəzifələri yerinə yetirir:(2.3.1) "xxxx" ASC-dən alınacaq aktivlər üzrə əsasborclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək; (2.3.2) ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması və etmək və həyata keçirmək; (2.3.2) ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görmək; (2.3.3) tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya ixtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək; (2.34.) aktivlərin idarə edilməsi ilə əlaqədar tələb olunan xərcləri bu Fərmanın 2.1-ci bəndinə əsasənəldə olunan vəsait hesabına, bu məqsədlər üçün hər il təsdiq olunan xərclər smetasına uyğun olaraq həyata keçirməkdir. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin Sənaye filialı ilə (bundansonra Bank) Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə, № 0206 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə avtomobil almaq məqsədi ilə illik 18 % tətbiq edilməklə, 60 ay müddətinə 29.390 (iyirmi doqquz min üç yüz doxsan) ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditmüqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan 90-LL704 dövlət qeydiyyat nömrəli “Hyundai SANTA FE” minik markalı (buraxılış ili 2011, banKMHSH812743, rəngi – ağ) avtomobil xx.xx.2011-ci il tarixdə, № 206 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X3 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2011-ci il tarixli, AA seriyalı, 023709 №-li «ipoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduğu təqdirdə borc tələbinin cavabdehdən tutulmasına dair məhkəməyə müraciət edilmişdir. Qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənintələblərini pozmaqla işə baxmışdır. Buna baxmayaraq məhkəmə cavabdehin iddianı qəbul etməsini nəzərə almadan, onun iddia müddətinin tətbiqi barədə ərizəsi ilə kifayətlənmişdir. İşin hallarından da görünür ki, Cavabdeh qəsdən kredit ödəməkdən yayınmış və onun adına əsas borc üzrə 9335.23 (doqquz min üç yüz otuz beş ABŞ dolları 23 sent) ABŞ dolları, faiz borcu üzrə 1476.91 (min dörd yüz yetmişaltı ABŞ dolları, 91 sent) ABŞ dolları olmaqla, cəmi 10 812.14 (on min səkkiz yüz on iki ABŞ dolları, 14 sent) ABŞ dolları məbləğində kredit borcu hesablanmışdır. Belə ki, "xxxx" ASC-nin Sənaye filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borclan”) arasında xx.xx.2011-ci il tarixdə №0206 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə avtomobil almaq məqsədi ilə illik 18 % tətbiq edilməklə, 60 ay müddətinə 29 390 (iyirmi doqquz min üç yüz doxsan) ABŞ dollarıməbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-LL-*** dövlət qeydiyyat nömrəli “HYUNDAİ SANTA FE” minikmarkalı (buraxılış ili 2011, banKMHSH8BDCU812743, rəngi – ağ)avtomobil xx.xx.2011-ci il tarixdə, № 206 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-186/2025 saylı qətnaməsi onunla əsaslandırılmışdır ki, prosesin gedişatında Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmiş, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı isə iddia müddəti ötürüldükdən sonra iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilən əsaslardan göründüyü kimi cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmiş, işə baxmış məhkəmə də bunu qəbul etməklə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə əsaslanmaqla kifayətlənmiş, işin hallarının obyektiv araşdırılmasına təşəbbüs göstərməmişdir. Aşağıda qeyd olunan əsaslara görə hesab edir ki, məhkəmə əsaslı araşdırma aparmamışdır. Yuxarıda qeyd edilən əsaslardan göründüyü kimi iddiaçı iddia müddətinin tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmiş, işə baxmış birinci instansiya məhkəməsi bunu qəbul etməklə iddiaçının verdiyi iddia tələbini təmin etmişdir. Belə ki, iddia müddətinin ötməsi o demək deyil ki, o bu öhdəliklərdən azaddır, həmin o öhdəliklər hal-hazırda da mövcuddur. Lakin mövcud hal ondan ibarətdir ki, iddiaçının kredit müqaviləsi üzrə hesablanmış 10.812.14 (on min səkkiz yüz on iki ABŞ dolları 14 sent) kredit borcu olmasına baxmayaraq borc bu günə qədər borclu tərəfindən ödənilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq etirazı onunla əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin tələblərini pozmaqla işə baxmışdır. Buna baxmayaraq məhkəmə cavabdehin iddianı qəbul etməsini nəzərə almadan, onun iddia müddətinin tətbiqi barədə ərizəsi ilə kifayətlənmişdir. İşin hallarından da görünür ki, Cavabdeh qəsdən kredit ödəməkdən yayınmış və onun adına əsas borc üzrə 9335.23 (doqquz min üç yüz otuz beş ABŞ dolları 23 sent) ABŞ dolları, faiz borcu üzrə 1476.91 (min dörd yüz yetmiş altı ABŞ dolları, 91 sent) ABŞ dolları olmaqla, cəmi 10 812.14 (on min səkkiz yüz on iki ABŞ dolları, 14 sent) ABŞ dolları məbləğində kredit borcu hesablanmışdır. Belə ki, "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh Firidun oğlu arasında xx.xx.2011-ci il tarixdə 0206 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə illik 18 % tətbiq edilməklə, 60 ay müddətinə 29390 ABŞ dolları məbləğində kredit verilmiş, həmçinin, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-LL-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SANTA FE” markalı minik avtomobili ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə borc Cavabdeh tərəfindən tamamilə ödənilmişdir. Belə ki, hesab edir ki, cavabdeh bank qarşısında olan öhdəliyini icra etmişdir bu səbəbdən də iddiaçıya qarşı heç bir öhdəliyi yoxdur. Həmçinin, iddiaçı tərəfindən tələb edilən məbləğ və hesablanmış faiz borcu qanunvericiliyin tələblərini əks etdirmədiyindən tələb əsassızdır. Göründüyü kimi, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-186/2025 saylı qətnaməsi əsaslıdır və ləğv edilə bilməz. Həmçinin, onu da qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən iddia müdətinin prosessual tələbləri pozulmuşdur ki, bununla bağlı tərəfindən iddia müdətinin tətbiqi barərədə ərizə də verilmişdir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 367.2-ci maddəsini rəhbər tutaraq, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-186/2025 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Proses iştirakçılarının izahatı

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

20. Maddə 29. Mülkiyyət hüququ Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir;

21. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;

22. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir;

23. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

24. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

25. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

26. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

27. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

28. 377.2-ci maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

29. 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

30. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

33. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

35. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

36. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. Həmin Qərara əsasən, mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilir ki, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir.

38. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Maddə 384.0.1 apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

48. Hazırki halda iddia rədd edildiyindən və qətnaməni iddiaçı mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası izahatı, şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-186/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi özündə üç halı ehtiva edir: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır.

53. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).

54. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).

55. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

56. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır.

58. Həmin Qərara əsasən, mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir.

59. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, müqavilə münasibətlərindən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir və həmin müddət müqavilə tərəfinin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır, iddiaçı isə xx.xx.2011-ci il tarixli 206 nömrəli Kredit müqaviləsi üzrə tələbin ona ötürüldüyü xx.xx.2017-ci il tarixdə cavabdeh tərəfindən icra edilməmiş öhdəliyinin qalmasını bilmişdir ki, bu da onun ən geci həmin tarixdə hüququnun pozulduğu barədə məlumatlı olduğunu göstərir. Belə olan halda iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etməklə iddia müddətini ötürmüşdür. Bu səbəbdən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Həmçinin, əsas tələb (kredit müqaviləsi üzrə pul tələbi) üzrə iddia müddəti keçdiyindən girov tələbi üzrə də iddia müddəti keçmişdir.

60. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müqavilə üzrə tərəflər götürmüş olduqları öhdəliyə görə cavabdehdirlər və müqavilə üzrə hər bir şəxs digər şəxsə zərər vurmamaqla öhdəliyi icra etməlidirlər. Əgər borclu öhdəliyin icra etmirsə və kreditor da öhdəliyin borcun öhdəliyin icra edilmədiyi vaxtdan icrası tələb etmək öhdəliyini üzərinə götürmüşsə, borclu məsuliyyət daşıyır. Əks halda isə, yəni kreditor borclu tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə borcun ödənilməsi üçün öhdəlik götürmüşdürsə, amma kreditor borcludan borcun vaxtında ödənilməsin tələb etmir, borc üzrə əlavə faizlərin yaranmasına şərait yaradırsa borclu yaranan faizlərə görə məsuliyyət daşımır. Kreditorun öhdəliyini icra etməyərək əlavə özü üçün əlverişli şərait yaradan (borca görə əlavə faizlərin hesablanmasına görə artıq qazanc) hala rəvac verməsi hüquqdan sui-istifadə kimi dəyərləndirilir ki, müqavilə üzrə öhdəliyin vaxtında tələb olunmaması, müqavilə üzrə əlavə faizlərin, cərimələrin yaranmasına rəvac verməklə müqavilə üzrə bir tərəf digər tərəfə münasibətdə əlverişsiz vəziyyətə düşməsinə şərait yaradır. Buna görə də hüquqdan suiistifadə hallarının aradan qaldırılması üçün cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasının aradan qaldırılması, müqavilə üzrə tərəfi hüquq və qanuni maraqlarının vaxtında tələb edilməsi, mülki dövriyyənin sabitliyinin təmin edilməsi üçün iddia müddəti institutu mühüm əhəmiyyət daşıyır.

61. Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 noyabr 2008-ci il tarixli qərarında və başqa qərarlarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Həmçinin göstərilmişdir ki, pozulmuş hüquqların məcburi müdafiəsi qeyri-məhdud deyil, qanunvericilikdə konkret müəyyənləşdirilən müddətlər – iddia müddətləri daxilində mümkündür. Bundan əlavə həmin qərarda o da qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir.

62. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarı).

63. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur.

64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz..

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

66. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

67. Kollegiya hesab edir ki, hazırkı halda iddia tələbi və apellyasiya şikayəti təmin edilmədiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı QSC BOKT apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-186/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar