Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4239/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1447/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından cavabdehin şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1447/2020 nömrəli qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək Cavabdeh ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə su axıdılması nəticəsində dəymiş maddi ziyana görə 936 manat və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh üzərinə ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildə olan su və kanalizasiya borularının onun öz hesabına təmir edilməsi vəzifəsi qoyulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 50 manat hissəsinin Cavabdeh, 50 manat hissəsinin İddiaçı tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1447/2020 nömrəli qətnaməsindən Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-9071/2020 nömrəli qərardadı İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1447/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apellyasiyanın qeyrimümkün hesab edilməsi və apelyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-9071/2020 nömrəli qərardadından müəyyən olunur ki, apelyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, verilmiş apellyasiya qeyrimümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)- 1447/2020 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi X3 apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1447/2020 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi olaraq o, xx.xx.2020-ci il tarixdə almış, qanunla nəzərdə tutulmuş 1 ay müddətində apelyasiya şikayətini Məhkəməyə təqdim etmişdir. Lakin, hüquqi savadı olmadığından, bu barədə məlumatsız olduğundan qanunla apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 15 manat dövlət rüsumunun ödənilməsi barədə qəbzi məhkəməyə təqdim etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1447/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan verdiyi şikayət də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020- ci tarixli, qətnaməsinin surəti xx xxxxxxx 2020-ci il tarixdə cavabdehin nümayəndəsi tərəfindən alınmış, həmin qətnamədən xx xxxxxx 2020-ci il tarixdə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə qanunla nəzərdə tutulmuş dövlət rüsumu ödənilmədiyindən apellyasiya şikayəti geri qaytarılmış, bundan sonra xx xxxxxx 2021ci il tarixdə cavabdeh dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzi əlavə edərək prosessual müddətin bərpasına dair ərizə vermişdir. Kollegiya ərizəçinin şikayətinin arqumentini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 3-cü bəndindən müəyyən olunur ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Bu baxımdan kollegiya hesab edir ki, müddətin bərpasına dair ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya onu da qeyd edir ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzürlü hesab edilən hallar o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. hüquqi şəxslər üçün deyil, fiziki şəxslər üçün müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçdikdən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1447/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4239/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4239/2021
14.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver