Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4240/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(006)-2165/2023 nömrəli qərardadından cavabdehin şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18500 manat məbləğində borc və 147 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq MMC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh vəsatət təqdim edərək, mülki işin aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, vəsatət onunla əsaslandırılmışdır ki, faktiki yaşayış yeri ünvan 1 ünvanında yerləşir. Buna görə də mülki iş aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(006)- 2165/2023 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini, işin baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh Bakı şəhəri, 2 Mr.H.Seyidzadə küç, 3, 3 ünvanında qeydiyyatdadır. Vəsiqənin verilmə yeri Nəsimidir. Cavabdeh məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, onun yaşayış yeri Bakı şəhəri, 2 Mr.H.Seyidzadə küç, ev 3, mənzil 3, vəsiqəni verən orqanın adı Bakı-Nəsimi RPİ-dir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia ərizəsi ilə cavabdehin qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Cavabdehin Yasamal rayonunda yaşaması vəsatətin təmin edilməsinə əsas vermir, şikayətin dəlilləri əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdehin şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(006)-2165/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4240/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4240/2023
20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver