Məhkəmə qərarları › İş №2(103)-4244/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4244/2020

28.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4244/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı Nehmət oğlunun və onun nümayəndəsi (vəkili) X7, Cavabdeh və onun nümayəndəsi (vəkili) X6 iştirakı ilə, İddiaçı Nehmət oğlunun Cavabdeh qarşı «yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-570/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Nehmət oğlu Cavabdeh qarşı «yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, 25 saylı fərdi yaşayış evinə köçürülməyi və istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, 25 saylı fərdi yaşayş evi onların ailəsinə məxsus olub. Yəni o, həmin evi öz şəxsi vəsaiti hesabına qızı Cavabdeh adına almışdır. Evin şəxsi hesabı onun adınadır. Ev 4 otaqdan ibarətdir. O, həmişə həmin evdə yaşamışdır. O, da bu evin ailə üzvu olmuşdur. Evin həqiqi sahibləri onların ailəsi olub. Qızı Cavabdeh yaşadığı mənzilin (evin) qapısını bağlayaraq mənzilin qapısının açarını da özü ilə apararaq onu mənzildən istifadə hüququndan məhrum edib. O, hazırda başqa yerdə yaşamağa məcburdur. Qanuni yaşayış hüququndan məhrum olunmuşdur. Bu evdə (ünvanda) qeydiyyatsız yaşamışlar. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-570/2020 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia qismən təmin olunmuş, iddiaçının Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, 25 saylı fərdi yaşayış evinə köçürülməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, iddianın tam rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işə onun iştirakı olmadan baxılması, məhkəmə iclasının yeri və vaxtı barədə ona rəsmi qaydada məlumat verilməməsi, işin tam və obyektiv araşdırılmaması, iddia ərizəsində göstərilənlərin həqiqətə uyğun olmaması, iddiaçının evdən qovmaması, əksinə iddiaçının onu evdən çıxarması, orada yaşamağa imkan verməməsi, bu səbəbdən də Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldıraraq iddiaçının evdən çıxarılması və onun evə köçürülməsini tələb etməsi, iddiaçının hazırda da digər həyat yoldaşı ilə birlikdə evdə yaşaması, evin iddiaçının vəsaiti hesabına geyil, uşağının atasının verdiyi pul vəsaiti hesabına 2012-ci ildə alması, evin alınmasında və pulunun ödənilməsində şəxsən iştirak etməsi, ona məxsus evin yaxınlığında iddiaçının özünün evinin olması, 2018-ci ildə evində oğurluq hadisəsi olduğu və qorxduğu üçün iddiaçını evdə yaşamağa buraxması, lakin sonradan münasibətlərinin pozulması və iddiaçının ona evdə yaşamağa imkan verməməsi, evdən çıxmamaları, hazırda anasının yanında qalmaq məcburiyyətində olması, başqa yaşayış yerinin olmaması, bu səbəbdən də sağlamlıq imkanları məhdud olan 2011-ci il təvəllüdlü övladının məktəbə gedə bilməməsi, verməsi, iddiaçının ona məxsus evdən istifadə və yaşayış hüquqlarının olmaması və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, 2013-cü ildən mübahisəli yaşayış evində cavabdehlə birlikdə yaşayır, həmin vaxtdan etibarən evdən çıxmamış, hazırda da digər həyat yoldaşı ilə birlikdə orada yaşayır. Cavabdeh isə 2019-cu ildə uşağını götürüb evdən çıxmışdır. Cavabdeh evi başqasına satmaq istəyir, lakin o buna razı deyildir. Bu səbəbdən də münasibətləri pisləşmişdir.Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra,MPM)372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, lakin iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektiv araşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki,apellyasiya şikayəti təmin edilməli, qətnamə iddianın təmin olunan hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsində göstərilir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüquq var. İşdə olan həyətin cizgiləri, şəxsi tikililər, yardımçı otaqlar barədə sxemdən görünür ki, A.Qurbanov 25 ünvanındakı tikili 1994-cü ildə inşa edilmişdir, sahibi Cavabdeh Şəhzadə qızıdır və cavabdeh orada qeydiyyatdadır. İşdə olan Bakı şəhəri Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 66 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Aşıq Qurban küçəsi 25 ünvanda özbaşına tikilidə 2013-cü ildən Cavabdeh Şəhzadə qızı övladı X9 ilə birlikdə yaşamış və yaşadığı evin kommunal xərcləri onun adından ödənilmişdir. Kommunal xərclərin ödəyicisi olduğundan istifadəsində olan Aşıq Qurban küçəsi 25 ünvanda yerləşən evin sxemi onun adına çəkilmişdir. xx.xx.2019-cu ildə Xıdırova Kəkliyin atası İddiaçı ərizə ilə müraciət edərək qızının xəstə olduğu haqda həkim arayışı təqdim etmiş qızının baxımsız olduğunu bildirərək onu qızının adına çəkilmiş sxemə əlavə edilməsini xahiş etmişdir. Onun adı sxemə əlavə edilsə də, qızı Xıdırova Kəkliyin kəskin etirazına səbəb olduğundan sxem ilkin formada saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin olunmaması nəticəsinə gələrkən - iddiaçının mübahisəli yaşayış evində 2013-cü ildən yaşamasını, 2013-cü ildən həmin evin texniki sənədlərinin Cavabdeh Şəhzadə qızının adına tərtib edilməsini, lakin hazıradək həmin evə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasını, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin evin faktiki olaraq mövcud olmasını və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunmasını müəyyən etmişdir. Lakin, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsi nəticəsinə gələrkən onun həmin yaşayış sahəsində faktiki yaşayıbyaşamamasını, oradan cavabdeh tərəfindən çıxarılıb-çıxarılmamasını və s. bu kimi işin zəruri hallarını araşdırmamışdır. Eyni zamanda, məhkəmə yalnız iddiaçının bildirdiklərinə əsaslanmış, lakin cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş, onun dinlənilmə, sübutlarını təqdim etmək və s. prosessual hüquqlarını təmin etməmişdir. Halbuki, cavabdehin bildirdiklərinə (istər apellyasiya şikayətində, istərsə də izahatında) əsasən - mübahisəli yaşayış sahəsi onun tərəfindən 2012-ci ildə əldə olunmuş, evə dair adına MKİS tərəfindən müvafiq sənəd verilmiş, həmçinin kommunal (su, işıq) sənədlər də onun adına qeydə alınmış, 2018-ci il tarixədək övladı ilə orada yaşamış, 2018-ci ildə evində oğurluq hadisəsi olduğundan qorxduğu üçün iddiaçı olan atasını evdə yaşamağa buraxmış, lakin sonradan münasibətləri pozulmuş və iddiaçı ona evdə yaşamağa imkan verməmiş, bu səbəbdən də 2019-cu ildə uşağı ilə birlikdə evdən çıxmaq məcburiyyətində qalmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldıraraq iddiaçının evdən çıxarılması və onun evə köçürülməsini tələb etmiş, iddiaçı hazırda da digər həyat yoldaşı ilə birlikdə ona məxsus evdə yaşayır, halbuki ona məxsus evin yaxınlığında iddiaçının özünün evi vardır. Cavabdehin təqdim etdiyi iddia ərizəsindən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdehlər İddiaçı Nehmət oğluna və X5 qarşı «cavabdehlərin evdən çıxarılması, onun evə köçürülməsi» tələbinə dair iddia qaldırmış, lakin iş üzrə icraat hazırki mübahisəyə baxılanadək dayandırılmışdır. Hazırki iş üzrə Cavabdeh qeyd edilən iddia ərizəsində apellyasiya şikayətində göstərilənləri qeyd etmiş, mübahisəli yaşayış sahəsində İddiaçı Nehmət oğlunun və onun digər həyat yoldaşı X3 yaşamasını, onu evə buraxmamalarını və s. analoji halları göstərmişdir. Eyni zamanda, hazırki apellyasiya baxışı zamanı İddiaçı Nehmət oğlu 2013-cü ildən daimi olaraq mübahisəli yaşayış sahəsində yaşamasını, oradan çıxmamasını, hazırda da orada yaşamasını göstərmişdir. Göründüyü kimi, iddiaçı mübahisəli yaşayış sahəsində yaşadığı halda (ən azı cavabdehin etiraf etdiyi 2018-ci ildən etibarən) iddia iddia tələbində onun həmin evə köçürülməsini tələb etmişdir. Məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla iddiaçının iddia ərizəsində göstərdiyi hallar (cavabdehin təqsiri üzündən evdə yaşamaması, yaşayış hüququndan məhrum olması) müəyyən olunmamış, əksinə iddiaçının istər əvvəl, istərsə də hazırda həmin evdə yaşaması, cavabdehin isə 2019-cu ildən uşağı ilə birlikdə həmin evdən çıxması, hazırda orada yaşamaması müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsinə hər hansı zərurət müəyyən edilmir. Eyni zamanda, iddiaçı cavabdehin hər hansı təqsirli hərəkəti nəticəsində evdə faktiki olaraq yaşamaqdan məhrum olması ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki,MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə baxışı zamanı iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsi (yaşaması) istiqamətində hüquqlarının pozulması və bu səbəbdən də məhkəmə müdafiəsinə ehtiyacının yaranması halı müəyyən edilməmişdir. Belə olan halda isə həmin iddia tələbi təmin oluna bilməzdi. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarını tərəflərin iştirakı ilə tam və hərtərəfli araşdırmamış, iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsi nəticəsinə gəlməkdə haqlı olmamıq, maddi və prosessual hüquq normalarının tələblərini gözləməmişdir. Belə olan halda isə qətnamə yoxlanılan hissədə qanuni və əsaslı sayıla bilməz, apellyasiya şikayətinə əsasən həmin hissədə ləğv olunmalıdır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə iddianın təmin olunan hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,391.3, 393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Nehmət oğlunun Cavabdeh qarşı «yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-570/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-570/2020 saylı qətnaməsi iddianın təmin olunan hissəsində (yən, «iddiaçının Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, 25 saylı fərdi yaşayış evinə köçürülməsi» hissədə) ləğv edilsin, iddia həmin hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar